AFTER-PAIN

n pl tib. doğuşdan sonrakı ağrı

AFTER-LIFE
AFTER-TASTE
OBASTAN VİKİ
After School
After School — ABŞ müğənnisi Melani Martinesin 25 sentyabr 2020-ci ildə Atlantic Records tərəfindən buraxılan dördüncü mini-albomu. İfaçı eyni gün “The Bakery” adlı sinqlını da təqdim edib. Bu mini-albomdakı mahnılar sonralar “K-12”nin delüks versiyasında əlavə treklər olaraq yer alıb. Melani Martines bu dəfə əvvəlki mahnılarında canlandırdığı “Cry Baby” obrazından istifadə etməməyi seçib. Belə ki, müğənni daha çox əsl özünü və duyğularını dinləyiciləri ilə bölüşür. == Fon == Melani Martines 2019-cu ilin sentyabrında “V” jurnalına verdiyi müsahibəsində qeyd edib ki, əvvəlki işi “K-12”də olduğu kimi yenə uşaqlıq və yeniyetməlik mövzuları haqqında mahnı çıxarmağa davam edəcək. Müğənni qarşıdan gələn musiqisində daha şəxsi tərəfini nümayiş etdirəcəyindən söz açıb. Melani 7 yanvar 2020-ci ildə Instagram hekayələri vasitəsilə “K-12” albomunun koseptinə oxşar olan “After School” adlı mini-albom buraxacağını bəyan edib. Mini-albomun ilk olaraq 2020-ci ilin yazında buraxılması planlaşdırılırdı. Melani bundan əlavə, daha əvvəl demişdi ki, iki albom hazırlayacaq və onların hər ikisini filmi də olacaq.
Ban Pain
Ban Pain (Norfolk dili Ban Pain) — Norfolk adasının ən iri şəhəri. Adanın əsas kommersiya mərkəzi, faktiki paytaxtı. Adanın bir kənarından digərinə yol şəhərdən keçir. == Əhalisi == Dəqiq əhali sayı məlum deyil. Müəyyən mənbələrə görə onun əhalisi 180 nəfərdir (2007-ci il) == İdarəetmə == Şəhərin bələdiyyəsi və dəqiq sərhədi yoxdur. Şəhərin ticarət-sənaye palatası sahibkarların şəhərin idarə edilməsində iştirakını təmin edir. Şəhərin emblemi və hansısa fərqlənmə nişanı yoxdur.
Adobe After Effects
Adobe After Effects — Adobe Systems tərəfindən yaradılmış, hərəkətli qrafikalar və vizual effektlər yaratmağa imkan verən bir proqramdır. Adobe After Effects ilə 2 və 3 ölçülü (2D və 3D) mühitlərdə animasiyalar yaradıla bilər. Dünyanın bir sıra kino və animasiya studiyaları tərəfindən istifadə olunan bir proqramdır. Video redaktə və dinamik şəkillər, resepturası inkişafı, animasiya və xüsusi effektlər üçün Adobe Systems – tərəfindən hazırlanmışdır . Bu geniş proqram, animasiya (televiziya və internet üçün) istehsalı, bədii və televiziya filmləri, eləcə də tələb edilən digər vəzifələri, bir sıra görüntüləri, (rəng korreksiyası, post-istehsaıl), reklam yaradılması, musiqi video müalicəsində istifadə olunur və digital video effektləri ilə zəngin istifadə imkanı yaradır. Bu mexanizm qısa müddət ərzində əyani məlumat saxlamaq imkanı verir və retina sensor yaddaşdan istifadə edir.
Cigarettes After Sex
Cigarettes After Sex — 2008-ci ildə Qreq Qonzales tərəfindən Texas ştatının El Paso şəhərində yaradılmış amerikan drim-pop qrupu. Qrup efirli, limerent və tez-tez yuxuya bənzəyən musiqi üslubu, tez-tez romantika və sevgi mövzularına əsaslanan sözlər, həmçinin Qonzalesin "androgin" kimi təsvir edilən səsi ilə tanınır. Ambient pop qrupu kimi bilinsə də, Cigarettes After Sex həm də şouqeyz, slowcore və indi-rok hesab olunur.
Day After Day
Day After Day (azərb. Günbəgün‎) — 2008 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Elnur Hüseynov və Samir Cavadzadənin ifa etdikləri mahnı. Mahnının sözləri Zəhra Bədəlbəylinin, musiqisi isə Gövhər Həsənzadənindir. "Day After Day" mahnısı fevralın 2-də Azərbaycanın Avroviziya təmsilçisinin seçilməsi üçün təşkil olunan "Odlar Yurdu" adlanan konsert proqramında ifa olundu. Mahnıda şər və xeyir qüvvənin mübarizəsi və bu mübarizədə xeyir qüvvənin şər qüvvə üzərində qələbə qazanması əks olunur. Bu mahnı ilə Azərbaycan Avroviziyada debüt etdi. Yarımfinal mərhələsində Elnurla Samir yeddinci nömrə altında bu mahnını ifa etdilər və 19 mahnl arasında 66 xalla 6-cı yeri tutaraq finala yüksəldi. Finalda bu mahnı 20-ci nömrədə ifa olundu və yekunda finalda yarışan 25 mahnı arasında 132 xalla 8-ci oldu.
Davdan Pain (Xudafərin)
Davdan Pain (fars. داودان پائين‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 67 nəfər yaşayır (12 ailə).
For My Pain…
For My Pain... ( Qısacası FMP) - olan Finlandiyalı qotik metal qrupu, tərkibinə müxtəlif fin qruplarından iştirakçılar daxil olub — Embraze, Eternal Tears of Sorrow, Nightwish, Charon və Reflexion kimi qrupların üzvləri qatılıb.. For My Pain-i yaratmaq ideyası… 1999-cu ildə gəldi, Altti Vetelyaynen (bas-gitara) və Petri Sankala (zərbələr), Eternal Tears of Sorrow-dan hər ikisi, yeni layihəni yaratmağı istədilər. Onlar öz dostlarını, Tuomas Holopainen (Nightwish-dən klavişnik) və Lauri Tuoximaa (Charon-dan və Embraze-dan gitara çalan) qoşulmağı xahiş etdilər. Onlar hər biri qrup ilə əlaqədar idi, ancaq sonra layihə təxirə salınaraq digər əlverişli vaxtlarıa saxlanıldı. == Fallen (2001—2006) == Bir neçə ildən sonra layihə yenidən hazırlanmağa başlandı. Bu dəfə üzvlərin daha çox vaxtları var idi. Qrupa iki yeni üzv, Oli-Pekka Tyorryo (Eternal Tears of Sorrow-dan gitara çalan) və Yuxa Kyulmyanen (Reflexion qrupundan vokalist) qoşuldu, və qrup 2001-ci ildə öz debüt albomunun yazısına başladı. Daha sonra qrup 2003-cü ildə “Fallen” adlı debüt albomunu və 2004-cü ildə "Killing Romance" adlı sinqlı buraxdı. Bu albom və sinqllardan sonra qrup üzvləri layihənin fəaliyyətini dayandırdı.
Kədxudalı Pain (Xudafərin)
Kədxudalı Pain (fars. كدخدالوپائين‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 40 nəfər yaşayır (8 ailə).
Pain of Salvation
Pain of Salvation (P.O.S olaraq qısaldılır) — 1991-ci ildə İsveçdə Daniel Gildenlöw tərəfindən qurulmuş bir proqressiv metal qrupudur. Qrupun təməlləri 1984-cü ildə 11 yaşındakı Daniel Gildenlöw'ün «Reality» adlı bir qrup qurmasıyla atıldı. Qrup üzvlərindən Daniel Magdic də Reality'də iştirak etməkdə idi. 1987-ci ildə qrup İsveçdə bir musiqi yarışması olan «Rock-SM»'ə qatıldı. Yarışmaya qatılan ən gənc qrup olan Reality'nin vokalisti Gildenlöw «Ən Yaxşı Vokalist» mükafatını qazandı. Beləcə qrup İsveçdə tanınmağa başladı. 1990-cı ildə qrupda üzv dəyişiklikləri oldu. Vurma alətlərə o zamanlar 14 yaşında olan Johan Langell, bas gitaraya isə Gustav Hielm gəldi. Qrupun qurucusu Daniel Gildenlöw 1991-ci ildə qrupun adını Pain of Salvation olaraq dəyişdirdi. Qrup yeni adıyla birlikdə İsveçdə turnelərə çıxdı və yeni mahnılar yazmağa başladı.
Calm After The Storm
Calm After The Storm (azərb. Fırtınadan Sonrakı Səssizlik‎) — Niderlandın 2014 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
The Day After Tomorrow
Birisigün (ing. The Day After Tomorrow) — 2004-cü il ABŞ istehsalı elmi fantastika, fəlakət filmi. Film qlobal istiləşmə və onun yarada biləcəyi problemlərdən bəhs edir. Baş rollarında Dennis Kueyd, Ceyk Cilenhol, Sela Vord, Emmi Rossum və İen Holm çəkilmişlər. 20thcenturystudios.com/movies/the-day-after-tomorrow — Birisigün rəsmi saytı The Day After Tomorrow — Internet Movie Database saytında.
Cigarettes After Sex (albom)
Cigarettes After Sex — ABŞ musiqi qrupu Cigarettes After Sex-in debüt studiya albomu. 9 iyun 2017-ci ildə Partisan Records tərəfindən buraxılıb.
Dağaliyan-i Pain (Əhər)
Dağaliyan-i Pain (fars. دغليان پائين‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 114 nəfər yaşayır (23 ailə).
Göybulaq-i Pain (Təbriz)
Göybulaq-i Pain (fars. گوي بلاغ پائين‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 83 nəfər yaşayır (20 ailə).
Kələrəş-i Pain (Salmas)
Kələrəş-i Pain (fars. كله رش پايين‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 313 nəfər. yaşayır (53 ailə).
Qaraağac-i Pain (Germi)
Qaraağac-i Pain (fars. قره اغاج پائين‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 738 nəfər yaşayır (168 ailə).
Qışlaq-i Pain (Heris)
Qışlaq-i Pain (fars. قشلاق پايين‎) və ya Aşağı Qışlaq - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 132 nəfər yaşayır (32 ailə).
Şəhrək-i Pain (Heris)
Şəhrək-i Pain (fars. شهرك پايين‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 686 nəfər yaşayır (150 ailə).
After Hours (The Weeknd albomu)
After Hours — kanadalı müğənni-bəstəkar The Weeknd-in dördüncü studiya albomu. 20 mart 2020-ci ildə XO və Republic Records tərəfindən buraxılıb. Əsasən Weeknd tərəfindən istehsal olunan albom, DaHeala, Illangelo, Max Martin, Metro Boomin və OPN daxil olmaqla müxtəlif istehsalçıları təşkil edir. Onların əksəriyyəti həmçinin the Weeknd ilə əvvəllər birlikdə işləmişdir. Albomun standart nəşrində heç bir duet yoxdur, lakin lüks buraxılışda Ariana Grande, remikslər buraxılışında isə Chrommatics və Lil Uzi Vert -dən qonaq çıxışları var. Məzmun olaraq, After Hours tənhalıq, özünə nifrət və azad olmağı araşdırır. Albom buraxılmazdan əvvəl The Weeknd təsdiqlədi ki, "After Hours" stilistik baxımdan sələfi "Starboy" (2016) ilə ziddiyyət təşkil edəcək. Musiqi jurnalistləri albomu yeni dalğa və yuxu pop təsirlərinin tətbiqi ilə Weeknd üçün bədii ixtira kimi qeyd etdilər. Albomun adı 1985-ci ildə eyniadlı filmdən götürülüb, sənət əsəri isə müxtəlif digər filmlərdən ilhamlanıb. "After Hours" dörd sinql tərəfindən dəstəklənir: "Heartless", "Blinding Lights", "In Your Eyes" və "Save Your Tears", bunlardan üçü Billboard Hot 100 -də bir nömrəyə çıxıb.
Çiləvənd-i Pain (Astara, İran)
Çiləvənd-i Pain (fars. چلوندپائين‎) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 975 nəfər yaşayır (204 ailə).