AIR-PORT

n aeroport, hava limanı

AIR-PILLOW
AIR-PROOF
OBASTAN VİKİ
Port
Liman və ya port – sahilyanı yarımqapalı su hövzələri. Onlar şirinsulu və dəniz ekosistemləri arasında ekoton kimi özünü göstərir. Liman müxtəlif tipli gəmilərin sahilə yaxınlaşmaq üçün yan aldıqları xüsusi hazırlanmış dənizkənarı yerdir. Limanlar iqtisadi cəhətdən yüksək əhəmiyyətə malik olmalarına baxmayaraq, ekoloji cəhətdən müəyyən fəsadlara səbəb olurlar. Limanlar adətən litoral zonaya daxil olur və qabarma-çəkilmələrə məruz qalır. Limanlar yüksək məhsuldar olur. Onlar biogen maddələrin "tələsi" hesab olunur. Bütün il ərzində dənizlərdə avtotroflar – makrofitlər (bataqlıq və dəniz otları, yosunlar), dib yosunları, fitoplankton aktiv olur. Onlar cavan (körpə) balıqların yemləmə yeridir. Limanlar insanın təsərrüfat fəaliyyəti altına düşdükdə su mühitinin çirklənməsi nəticəsində məhsuldarlığını itirir.
Air France
Air France (Compagnie Nationale Air France) Air France-KLM Group şirkətinin nəzdində xidmət göstərən Fransanın milli aviaşirkəti.
Air Liquide
Air Liquide — sənaye, sağlamlıq, ətraf mühit və tədqiqat qazları sahəsində ixtisaslaşmış beynəlxalq Fransız sənaye qrupudur. O, dünyanın səksən ölkəsində mövcuddur və 3,6 milyondan çox müştəri və xəstəyə xidmət göstərir. Air Liquide qrupu Paris birjasında, həmçinin CAC 40 indeksində, Euro Stoxx 50 və FTSE4Good-da siyahıya alınmışdır.
Air Serbia
Air Serbia — qərargahı Belqrad şəhərində yerləşən Serbiyaya məxsus dövlət şirkəti. Yuqoslaviya dağılana qədər Yuqoslavenski Аеrоtransport (JAT) adlanırdı və beynəlxalq əhəmiyyət daşıyırdı (Yugoslav Airlines). 26 oktyabr 2013-cü ildə Jat Airways adı Air Serbia olaraq dəyişdirilmişdir. == Tarixi == Avia şirkət 1927-ci ildə Аеrоput adı ilə yaradılır. 1947-ci ildə Yuqoslavenski Аеrоtransport adlandırılır. 1980-ci ildə Avropanın iri avia şirkətlərindən biri olmuşdur. Ancaq 1990-cı ildə BMT şirkətə iqtisafi sanksiya tətbiq edir. Nəticədə vəziyyət pisləşir. 2006-ci ildə Air India ilə saziş planlaşdırılır. Hədəf isə Belqradın hava limanının Air Indianın Şimali Amerikaya uçuşlar məqsədi ilə istifadə etmək istəyirdi.
Bulgaria Air
"Bulgaria Air" (bolq. България Ер, ing. Bulgaria Air) — Bolqarıstan dövlətinə aid olan aviaşirkət. Aviaşirkət Sofiya Beynəlxalq hava limanında bazalanmışdır. Şirkət Himimport Inc sahibidir. 2008-ci ildə şirkət 118 543 sərnişin daşımışdır. Dövriyyəsi 434 mln lev, ümumi gəliri isə 470 000 lev təşkil etmişdir. "Bulgaria Air" Bolqarıstan bazarında əsas hava daşıyıcısı hesab edilir. Ölkənin milli aviadaşıyıcısıdır. Şirkətin aviaparkında 17 təyyarə vardır ki, onlarda dünyanın 19 ölkəsinin 27 şəhərinə uçuşlar təşkil edir.
Estonian Air
Estoniya Hava Yolları və ya Estonian Air — Estoniyanın milli hava yolu şirkətidir. Şirkətin mərkəzi ölkənin paytaxtı Tallindir. Estonian Air Skandinaviya Hava yolları Sisteminin bir parçasıdır. Bu avia şirkət Stokholm, Oslo və Kopenhagendən Estoniyaya uçuşlar da təşkil edir. Estonian Air ölkənin müstəqilliyini əldə etməsinin dərhal ardından 1 dekabr 1991-ci ildə quruldu. İlk uçuşunu Frankfurta 1991-ci ildə reallaşdırdı. 1992-ci ildə IATAnın üzvü oldu. İndiki vaxtda 22 uçuş nöqtəsində xidmət verməkdə olan şirkətin cəmi 6 təyyarəsi var.
IPad Air
iPad Air — "Apple"in 2013-cü il oktyabr ayında tanıtdığı yeni nəsil planşet. == Özəllikləri == Bu İPad-lərin ölçülərinə görə indiyə kimi tanıdılmış ən incə iPaddir. Belə ki, Tabletin qalınlığı 7.5 mm ağırlığı 453 qr-dır. Texniki cəhətdən bu IPad 64 bit arxitekturalı olan iPad A7 Prosessoruna, 5 Meqapiksel və 1080p HD video çəkmə bacarığına sahib İSight kameraya və Facetime ön kamerasına malikdir. Ümumiyyətlə əvvəlki İPad-lərlə müqayisədə 28% daha yüngül, 20% nazik və 24% daha səssizdir.
Rayani Air
"Rayani Air" — Malayziyanın İslami qaydalara əməl edən ilk aviaşirkəti. "Rayani Air" şirkəti 19 yanvar 2015-ci ildə yaradılmışdır. Həmin ilin dekabr ayının 20-də fəaliyyətə başlamışdır. Şirkət ilk səfərini paytaxt Kuala-Lumpurdan Lanqkavi adalarına həyata keçirmişdir. Şirkətin təyyarələrində qalxış və enişlərdən əvvəl dualar oxunur. Stüardessaların hicab örtməsi məcburidir. Sərnişinlərə təqdim olunan bütün məhsullar halaldır. Ətli yeməklər İslami qaydalara uyğun kəsilən heyvanların ətləri istifadə edilməklə hazırlanır. Donuz və spirtli içkilər uçuşlarda qətiyyən qadağadır.
Turan Air
Turan AİR - Azərbaycanda fəaliyyət göstərən özəl aviaşirkət. "Turan air" aviaşirkəti 1994-cü ildə yaradılıb. Şirkətin təsisçiləri «Azərbaycan Hava Yolları» Dövlət Konserni və «İTİ Trading İnternational» amerikan şirkəti olub. 1997-ci ilin yanvar ayında «AZAL» DK şirkətin təsisçiləri sırasından çıxmış, aviaşirkət "Turan Air" Azərbaycan-Ofşor birgə müəssisəsi adı altında yenidən qeydiyyata alınıb.
VietJet Air
VietJet Air — Vyetnam aviaşirkəti. qərargahında Hanoi var. Şirkəti 2007-ci ildə təsis edilib. Vyetnamda və başqa ölkələrdə bir çox hava limanlarına uçuşlar həyata keçirir. 2011-ci ildə fəaliyyət başlayıb. 2014-cü ildə 63 yeni təyyarə almaq üçün Airbus ilə müqavilə bağlayıb.
Wizz Air
Vizeyr (Wizz Air) Macarıstan Hava Yolları MMC (mac. Wizz Air Hungary Légiközlekedési Kft.) — Macarıstanın ucuzqiymətli hava yolları şirkətidir. Əsas qərargahı Budapeştdə List Ferenç Hava Limanında yerləşir. Hava yolları Avropa və Orta Şərqdə daha çox ikinci hava limanlarına üstünlük verir. Macarıstan hava yolları şirkətlərinin içində ən çox donanmaya sahib olan hava yollarıdır. Hava yolları 2003-cü ilin Sentyabrında qurulmuşdur. Amerikan şirkəti olan İndigo Partners bu şirkətin ilk sərmayədarı olmuşdur. İlk uçuş 19 May 2004-cü ildə Katovitsadan yerinə yetirilmişdir. İlk 3 ay yarım vaxt ərzində 250 000, ilin sonunda isə 1.4 milyon sərnişin daşımışdır. Hava yollarının hazırkı başçısı keçmiş Malev Hava Yollarının başçısı Yojef Varadidir.
İran Air
{{şirkət|loqotipi=} İran Air (Farsca yazılışı: ایران ایر, İranın daxilində هواپیمایی ملی ایران/Havāpeimāī-ye Mellī-ye Irān; “İran Milli Hava Yolları”, abr: هما/Homā, Azərbaycan dilinə “İran İslam Respublikası Hava Yolları” və ya “İran Hava Yolları” olaraq da tərcümə oluna bilər), İran İslam Respublikasının dövlət hava yolları şirkətidir. Mərkəzi Mehrabad Beynəlxalq Hava Limanındadır. 1946-cı ildə İran Hava Yolları (Farsca yazılışı: ایرانین ایرویز) olaraq quruldu. Nəqliyyat nazirinin təklifi 10 fevral 1961-ci ildə qəbul edildi və 24 fevral 1954-cü ildə qurulan Fars Hava Xidməti (پرشین ایرسرویسز) ilə birləşdirilərək İran Milli Hava Yolları Korporasiyası (شرکت هواپیمایی ملی ایران/Sherkat-e Havāpeimāī-ye Mellī-Ir) adı ilə milliləşdirilib. Yeni hava yolları 1962-ci ilin aprelindən fəaliyyətə başladı. 1964-cü ildə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA), 1983-cü ildə isə Dünya Turizm Təşkilatına qoşulub. Yalnız iqtisadi sinf (ekonom klass) ilə işləmiş və Homa sinfi (Business class) 1993-cü ildə əlavə edilmişdir. Hava gəmisində içki içməyə icazə verilmir və içki içilə bilməz. Birləşmədən bəri, loqo kimi Persepolisdəki Griffon هما/Homā; (Huma quşu) adı ilə istifadə olunur. Eyni zamanda, şirkətin adı هواپیمائی جمهوری اسلامی ایران -nın baş hərfləri H + M + A hərflərindən meydana çıxan və abreviaturasının da هما/Homā olmasına görə HOMA ləqəbi ilə tanınır.
MacBook Air
MacBook Air — 2008-ci ildən etibarən Apple tərəfindən istehsal edilən notbuk seriyasıdır. Bu seriyaya aid olan notbuklar nazik və yüngül alüminium korpusa sahibdir. 2022-ci ildən etibarən 13 düym (2023-cü ildə yenilənib) və ya 15 düym (2023-cü ildə) ölçülü ekran ilə təchiz olunmuşdur. MacBook Air daha böyük və daha yüksək performanslı MacBook Pro ilə müqayisədə daha ucuzdur. 2011-ci ildə "orijinal MacBook seriyası" dövrünün başa çatması ilə MacBook Air Apple-ın ən münasib qiymətli notbuk modeli halına gəlib. MacBook Air 2008-ci ilin yanvarında təqdim olundu. O, 13,3 düym ekranı və tam ölçülü klaviaturası ilə premium ultraportativ kimi tanıdıldı. İncə dizaynı ilə diqqət çəkən bu notbuk o vaxtın ən incə notbuku kimi təqdim olundu və yeni ultrabuk kateqoriyasını yaratdı. Optik disk sürücüsü olmaması və o zamanlar ümumiyyətlə notbuklar üçün xarakteristik olan portların sayının az olması ilə diqqət çəkirdi. 2010-cu ildə MacBook Air konusvari korpusla yenidən dizayn edildi və Apple daha kiçik 11,6 düym versiyasını təqdim etdi.
Novy Port
Novı Port (rus. Но́вый Порт, işıqlandırılmaq. Yeni Liman ) — Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsində Ob çayının mənsəbində yerləşən yaşayış məntəqəsi. Əhalisi 1,797 nəfərdir. Diksonla yanaşı Kara dənizin əsas limanıdır. Əsas sənayesi balıq fabrikləridir . 1930-cu illərdə Novy Limanı Şimal Dəniz Marşrutunu keçən gəmiləri enerji ilə təmin etmək üçün müvəqqəti kömür bunker limanı idi. Şimal dəniz yolu o qədər uzundur ki, sovetlər səyahətin hər ayağını yerli qazılmış kömürlə gücləndirməyə çalışırdılar. Novı Limanında bunkerdə saxlanılan kömür o zamanlar Sovet Arktikasının digər limanlarından çıxarılırdı.
Paralel port
LPT — sətir-sətir çap qurğusunun məntiqi adı; MS-DOS əməliyyat sistemində printerin paralel portları üçün ayrılmış şərti ad, məsələn: LPT1, LPT2 və LPT3. Birinci paralel port (LPT1), adətən, MS-DOS’da həm də möhkəm kopiyanın ilkin çıxış qurğusudur (PRN) mode lpt1:=com1: DOS komandası lpt1-i yenidən təyin edərək com1-ə (birinci ardıcıl porta) bərabər edir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Port-Artur
Port–Artur — Sarı dənizdəki Çinin keçmiş liman şəhəri (buzsuz liman, dəniz bazası), Lyaodun yarımadasının cənub-şərq ucunda — Kvantun yarımadası (Kvantun Bölgəsi), 38 ° 48 'şimal enində və 121 ° 20 'şərq uzunluğunda yerləşən şəhər. Hal-hazırda, keçmiş şəhərin yerində, Çin Xalq Respublikası Dalyan şəhərinin Lyuşunkou rayonu yerləşir. Tsin sülaləsindən (晋朝, 266-420) bəri mövcud olan Lyuşunkou yerindəki yaşayış məntəqəsi Maşisin (çin. ənən. 马石津) adlanırdı.Tan sülaləsi dövründə (唐朝, 618–907) Duliczen (çin. ənən. 都 里镇) adlandırıldı. Monqol İmperiyasının mövcud olduğu illər ərzində Yuan (元朝 1271–1368), Şizikou adlanan şəhər (çin. ənən. 狮子 口, məktublar.
Port-Elizabet
Port-Elizabet- (ing. Port Elizabeth, afrik. Die Baai)-Cənubi Afrika Respublikasının 6-cı böyük şəhəri.Şərqi Burun vilayətinin Kakadu rayonunun mərkəzi. Şəhər ingilis köçkünləri tərəfindən 1820-ci ildə qurulmuşdur.Port-Elizabet 1860-cı ildə şəhər statusu,1861-ci ildə isə muxtariyyət almisdir.Birinci ingilis-bur müharibəsi zamanı şəhər həbs düşərgəsi kimi istifadə edilmisdir.XX əsrin ortalarında CAR-da tüğyan edən irqçi aparteid siyasəti nəticəsində minlərlə qaradərili əhali şəhərdən köçürdülür. Aperteiddən sonra Port-Elizabet inkişaf edərək CAR-ın əsas liman şəhərlərindən birinə çevrilmişdir. Fevral 2021-ci ildən bəri Gqeberha adı, Walmer qəsəbəsinin Xosa adından, Port Elizabeth şəhərini təyin etmək üçün Cənubi Afrika hökuməti tərəfindən rəsmiləşdirildi. 2011-ci siyahıya alınmasına əsasən şəhərdə 312,392 nəfər yaşayır.Bu nüfuzun 60%-ə yaxınını afrikalı qaradərililər təşkil edir. Port-Elizabet bir çox dəniz yollarının üzərində yerləşdiyindən liman şəhəri kimi tez bir zamanda inkişaf edir.Burdan xaricə konyak,sirkə,şərab,buğda,aloya bitkisi,yağ,sabun və s. mallar ixrac edilirdi. Müasir dövrdə də Port-Elizabet öz əhəmiyyətini itirməyib.Ölkənin nüfuzuna görə 6-cı şəhəri,həmçinin ən böyük 3-cü liman şəhəridir.
Port-Etyenn
Nuadibu (ərəb. نواذيبو‎‎, belar. Nwadibu) və ya Port-Etyenn (fr. Port-Étienne) — Mavritaniyada şəhər. Atlantik okeanı sahilində port. Nuadibu Mavritaniyanın mühüm balıq sənayesi mərkəzidir. Kimya sənayesi, İES, yaxınlıqğında beynəlxalq hava limanı var. Gəmilər təmir olunur. Nuadibu Regional Xəstəxanası beş illik inşa müddətindən sonra 2017-ci ildə açılmışdır. Bölgədəki ən böyük xəstəxanadır.
Port-Jantil
Port-Jantil (fr. Port-Gentil) — Qabonun iri şəhərlərindən biridir. Atlantik okeanin sahilində, Librevildən 144 km cənub-şərqində yerləşir. Oqove-Maritim əyalətinin mərkəzidir. Əhalisi 142 min nəfərdir(2010 il). Şəhərdə iri neftayırma müəssisə var.
Port-Lui
Port Lui (fr. Port-Louis) — Mavrikinin əsas şəhəri, əsas portu və paytaxtı. Hind okeanının sahilində yerləşir. Əhalisi 156 720 nəfər ( 2010-ci il siyahıyaalması). Şəhər 1735-ci ildə fransızlar tərəfindən Ümüd Burnunu keçən gəmilərinin dayanacaq yeri kimi salınıb. Kral XV Lüdovikin şərəfinə adlandırılıb. Şəhər əhalisi əsasən XIX əsrdə Hindistandan gəlmiş fəhlələrin nəticələridir. Ondan əvvəl XVIII əsrdə bura Fransa və Böyük Britaniya müstəmləkiçiləri tərəfindən zəncilər gətirilirdi. Hal-hazırda əhalinin 75 faizi hind, çinli, afrikalılar və avropalılarn qarışığından ibarətdir. Şəkər, yağ və tütün sənayesi müəssisələri vardır.
Port-Luiz
Port Lui (fr. Port-Louis) — Mavrikinin əsas şəhəri, əsas portu və paytaxtı. Hind okeanının sahilində yerləşir. Əhalisi 156 720 nəfər ( 2010-ci il siyahıyaalması). Şəhər 1735-ci ildə fransızlar tərəfindən Ümüd Burnunu keçən gəmilərinin dayanacaq yeri kimi salınıb. Kral XV Lüdovikin şərəfinə adlandırılıb. Şəhər əhalisi əsasən XIX əsrdə Hindistandan gəlmiş fəhlələrin nəticələridir. Ondan əvvəl XVIII əsrdə bura Fransa və Böyük Britaniya müstəmləkiçiləri tərəfindən zəncilər gətirilirdi. Hal-hazırda əhalinin 75 faizi hind, çinli, afrikalılar və avropalılarn qarışığından ibarətdir. Şəkər, yağ və tütün sənayesi müəssisələri vardır.
Port-Səid
Port-Səid - (ərəb. بورسعيد‎‎‎) - Misirin Port-Səid vilayətinin mərkəzidir. Süveyş kanalının yaxınlığında yerləşmişdir. Əhalisi 500 000 nəfərdir.
Port (dəniz)
Liman və ya port – sahilyanı yarımqapalı su hövzələri. Onlar şirinsulu və dəniz ekosistemləri arasında ekoton kimi özünü göstərir. Liman müxtəlif tipli gəmilərin sahilə yaxınlaşmaq üçün yan aldıqları xüsusi hazırlanmış dənizkənarı yerdir. Limanlar iqtisadi cəhətdən yüksək əhəmiyyətə malik olmalarına baxmayaraq, ekoloji cəhətdən müəyyən fəsadlara səbəb olurlar. Limanlar adətən litoral zonaya daxil olur və qabarma-çəkilmələrə məruz qalır. Limanlar yüksək məhsuldar olur. Onlar biogen maddələrin "tələsi" hesab olunur. Bütün il ərzində dənizlərdə avtotroflar – makrofitlər (bataqlıq və dəniz otları, yosunlar), dib yosunları, fitoplankton aktiv olur. Onlar cavan (körpə) balıqların yemləmə yeridir. Limanlar insanın təsərrüfat fəaliyyəti altına düşdükdə su mühitinin çirklənməsi nəticəsində məhsuldarlığını itirir.
Port Luiz
Port Lui (fr. Port-Louis) — Mavrikinin əsas şəhəri, əsas portu və paytaxtı. Hind okeanının sahilində yerləşir. Əhalisi 156 720 nəfər ( 2010-ci il siyahıyaalması). Şəhər 1735-ci ildə fransızlar tərəfindən Ümüd Burnunu keçən gəmilərinin dayanacaq yeri kimi salınıb. Kral XV Lüdovikin şərəfinə adlandırılıb. Şəhər əhalisi əsasən XIX əsrdə Hindistandan gəlmiş fəhlələrin nəticələridir. Ondan əvvəl XVIII əsrdə bura Fransa və Böyük Britaniya müstəmləkiçiləri tərəfindən zəncilər gətirilirdi. Hal-hazırda əhalinin 75 faizi hind, çinli, afrikalılar və avropalılarn qarışığından ibarətdir. Şəkər, yağ və tütün sənayesi müəssisələri vardır.
Port Morsbi
Port Morsbi (ing. Port Moresby, tok-pisin Pot Mosbi) — Papua-Yeni Qvineyanın paytaxtı. Port Morsbi Yeni Qvineya adasının cənub-şərq sahilində yerləşir. İqlimi subekvatorialdır. Yanvar-fevral aylarında isti hava olur. May-sentyabr aylarında soyuq hava şəraiti olur. Port Mirsbi şəhərinin 200 min nəfər əhalisi vardır. Şəhərdə 7000 dil və dialektdə danışan papuas və melaneziyalılar yaşayır.