ALİCƏNAB

sif. [ ər. ]
1. Başqalarının xatirinə öz şəxsi mənafeyindən keçən; namuslu, səxavətli, nəcib, nəcabətli. Alicənab adam. Alicənab hərəkət. Alicənab xasiyyət.
[İbrahim xan] özünü alicənab (z.) göstərmək üçün, bu fürsətdən istifadə edərək, arvadların buraxılmasını tapşırdı. Çəmənzəminli.

2. köhn. Keçmişdə böyük mənsəb və rütbə sahiblərinə verilən ünvan.
[Cəfər:] Alicənab xan həzrətlərinin xidmətində and içirəm əzizlərimin canına ki, Moskvadakı uşağınızdan yana mən bir söz eşitməmişəm. C.Məmmədquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ALİCƏNAB namuslu — səxavətli — nəcabətli
  • ALİCƏNAB alicənab bax nəcib

Antonimlər (əks mənalı sözlər)

  • ALİCƏNAB ALİCƏNAB – ALÇAQ Alicənab adammış (S.Rüstəm); Elə bir alçağa ölüm də azdır! (S.Vurğun). ALİCƏNAB – KOBUD Dərs alın, alicənab, sinəsi dəftər kişidən (S
ALİCAH
ALİCƏNABLIQ
OBASTAN VİKİ
V Alicənab Alfonso
V Alfonso və ya Mərhəmətli Alfonso (isp. Alfons V; 24 fevral 1396 və ya 1396, Medina-del-Kampo[d], Kastiliya krallığı – 27 iyun 1458 və ya 1458) — Araqon və Neapol kralı. Araqon kralı I Ferdinand və xanımı Alburkerkeli Eleonoranın ən böyük oğlu idi. Atasının vəfatının ardından Araqon kralı seçildi. Ardından Neapol kralı Rene ilə girişdiyi taxt mübarizəsində qalib gəldi və Neapol kralı elan edildi. Armstrong, Edward (1964). "The Papacy and Naples in the Fifteenth Century". In Previte-Orton, C.W.; Brooke, Z.N. (eds.). The Cambridge Medieval History: The Close of the Middle Ages. VIII. Cambridge at the University Press.

Digər lüğətlərdə