ALLANMAQ

f. Al rəngə boyanmaq, bəzənmək; al çiçək açmaq.
// Qızarmaq, al rəng almaq.
Ağ alma allanıbdı; Ağacdan sallanıbdı; Mən sənə nə dedim ki; Gül üzün xallanıbdı? (Bayatı).
Bəzəklənir, düzəklənir, bağın fəzası rənglənir; Yaşıllanır, həm allanır, şükufələr çiçəklənir. A.Səhhət.
Çəmənlərarası yamyaşıl budaqların ara-bərəsindən uzun saplaqlı armudlar saralır, yupyumru almalar qızarıb allanırdı. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ALLANMAQ boyanmaq — bəzənmək
  • ALLANMAQ qızarmaq (alma)
  • ALLANMAQ 1. ALLANMAQ Bəzəklənir, düzəklənir, bağın fəzası rənglənir; Yaşıllanır, həm allanır şükufələr çiçəklənir (A

Antonimlər (əks mənalı sözlər)

  • ALLANMAQ ALLANMAQ – AĞARMAQ Müəllimin solğun siması bir azca allaşdı və yenə ağardı (M.İbrahimov)
ALLANMA
ALLAŞDIRILMA

Digər lüğətlərdə