ANTI-TANK

adj hərb. tanka qarşı, tank əleyhinə; ~ defence tanka qarşı müdafiə; ~ weapon tank əleyhinə silah

ANTI-SEMITISM
ANTIAGER
OBASTAN VİKİ
Raad (anti-tank raketi)
Raad (farsca: رعد, "ildırım") və ya RAAD, Sovet 9M14M Malyutka (AT-3b Sagger) raketinə əsaslanan İranın tel başlıqlı tank əleyhinə raketidir. Raad, 1988-ci ildə kütləvi istehsala başlamış və 1997-ci ildə ictimaiyyətə təqdim edilmişdir. İran Müdafiə Sənayesi Təşkilatının bir törəməsi olan Parchin Raket Sənayesi tərəfindən istehsal edilmişdir. Raad ailəsi dörd variantda gəlir: əsas RAAD raketi, 9M14M Malyutka-M-in (AT-3b Sagger) klounu; SACLOS rəhbərli I-RAAD, tandem döyüş başlıqlı RAAD-T və həm tandem döyüş başlıqlı və həm də SACLOS istiqamətləndirmə sistemli I-RAAD-T. I-RAAD-T versiyası ailənin ən müasir və ən çox ixrac edilən üzvüdür. Raad, Toophan (TOW kopyası), Towsan-1 (AT-5B kopyası), Dehlaviyeh (AT-14 kopyası) və Saegheh (M47 Dragon (Əjdaha) kopyası) (İran) ilə birlikdə İranda toplanan bir sıra tank əleyhinə raketlərdən biridir. I-RAAD-T variantı üçün yalnız 400 mm RHA nüfuzu ilə, RAAD müasir və ya köhnə döyüş tanklarına qarşı istifadə edilmir və əsasən ikinci xətt vahidlərinə və ya yumşaq hədəflərə qarşı istifadə olunur. Raad İraq, Livan və Suriyadakı paramilitar qüvvələrə ixrac edilmiş və 2006-cı il Livan müharibəsi ilə İraq və Suriyadakı vətəndaş müharibələrində də istifadə edilmişdir. İstilik döyüş başlığına malikdir. RAAD fars dilində ildırım deməkdir. Bu qısaltma deyil və bir çox mənbədə adım böyük hərfləri yazılmır.
Tank
Tank (ing. Tank – bak, qab) — əsas vəzifəsi birbaşa atəş gücü istifadəsiylə düşmən qüvvətlərinə hücum olan, palitralı və zirehli bir döyüş vasitəsidir. Tank çox təhlükəlidir. Tankı digər döyüş vasitələrindən ayıran xüsusiyyətləri ağır bir zirehə, yüksək atəş gücünə və hər cür ərazidə sürətli gedəcək şəkildə hazırlanmış sürüş komandalarına sahib olmasıdır. Hər nə qədər bahalı və məntiqi baxımdan səy tələb edən vasitələr olsa da, yer hədəflərinə hücum qabiliyyəti və piyadaları əhvalını çökdürməsi səbəbiylə müasir orduların imtina edilməz ünsürlərindəndir. İlk tank Böyük Britaniyada Birinci dünya müharibəsində yaranıb. İlk tanklar avtomobil motorları ilə təchiz edilrdi. Onun adı Mari 1 olub. Bu tank 8 km/saat sürətlə hərəkət edib. Hər kilometrə 5 litr yanacaq işlədib.
Anti-Dürinq
"Anti-Dürinq" (1876 −1878) — Fridrix Engelsin əsas əsərlərindən biri. Bu kitabda Engels marksizmin hər üç tərkib hissəsinin: fəlsəfə, siyasi-iqtisad, elmi kommunizmin klassik təfsirlərini verir. Formal olaraq bu kitab Yevgeni Dürinqin iddialarına bir cavab idi, amma əslində polemika, satira və tənqid ruhunda yazılan kitab özlüyündə marksizmin dərsliyinə çevrildi. Y. Dürinq isə məhz bu kitab sayəsində tarixə düşdü. 1876 −1878 illərdə kapitalizmin sürətli, ancaq nisbətən dinc inkişafı zamanı yazılıb. Bununla belə həmin dövrdə kapitalist istehsal üsülünda müəyyən köklü dəyişikliklər baş verirdi. Paris kommunasının yatırımasında iştirak etmiş Bismark Almaniyası sənaye istehsalının inkişaf sürətinə görə Avropada birinci oldu. Belə tez inkişaf Almaniyada məlum sinfi ziddiyətlərin yaranmasına səbəb olurdu. Belə şəraitdə Almaniyada marksizm yayılmağa başladı. Bununla belə Almaniyada bir çox başqa sistemsiz, bəzən bir birinə zidd nəzəri baxışları eyni zamanda özündə birləşdirməyə çalışan "nəzəriyələr" yaranmağa başladı.
Anti-Masonluq
Antimasonluq — masonluğa açıq bir müxalifət olan bir cərəyan. Bununla birlikdə antimasonluğun bircinsli hərəkatı möcud deyil. Antimasonluq masonluğa düşmən olan bəzən bir-birinə kəskin formada uyğun olmayan qrupların tənqidi iradlarından ibarətdir. == İlkin antimason sənədləri == Ən erkən antimason sənədi, 1698-ci ildə mətbut nazirliyi tərfindən dərc olunan Vinter adlı bir vərəqə olur. Burada bildirilir: == Siyasi antimasonluq == === Amerika antimasonluğu (1830 - 1850) === 1826-cı ildə Villiam Morqan Nyu-Yorkun kiçik Batavia şəhərindən itkin düşdü. Masonluğun sirlərini yayımlamaqla hədələyən Morqan onun rituallarını dərc etdirir. Onun yoxa çıxması bəziləri tərəfindən masonlar tərəfindən qaçırıldığını və öldürüldüyünü iddia etməsinə əsas formalaşdırır. Morqanın yoxa çıxması masonlara qarşı bir sıra etirazlara səbəb olur və nəticədə siyasi aləmə yayılır. Antimason Terlou Vidin rəhbərliyi altında anticeksonist hərəkatı (Endrü Cekson mason olduğu üçün) Antimason Partiyasına çevrilir. Bu siyasi partiya 1828 və 1832-ci illərdə prezidentliyə namizədliyini irəli sürmüşdür, lakin 1835-ci ilə qədər partiya Pensilvaniyadan başqa hər yerdə dağılır.
Anti-detonatorlar
Antidetonatorlar — (antiknok agentləri) motor yanacaqlarının oktan ədədini artırmaq və mühərrikdə səs ehtimalını azaltmaq üçün onlara az miqdada əlavə olunan maddələrdir. Yanacaqların antidetonasiya qabiliyyətini artırmaq imkanı verən maddələrin siyahısı genişdir, lakin onların heç də hamısı texnoloji məhdudiyyət və ya ekoloji səbəblərdən istifadə edilə bilməz. == Metil-tret-butil efiri == Metil-tret-butil efiri (MTBE) hal-hazırda ən perspektiv antidetonator hesab olunur. Rusiyada onun avtomobil yanacağına 15% əlavə olunmasına icazə verilmişdir. Yol testlərinin nəticələrinə görə, tərkibində 7–8% MTBE olan qurğuşunsuz benzin bütün sürətlərdə etilləşdirilmiş benzindən yaxşıdır. MTBE kəskin qoxulu rəngsiz şəffaf bir mayedir. Qaynama temperaturu 54–55 °C, sıxlığı 0,74 q / sm3 — dir. Tədqiqat üsuluna görə oktan ədədi 115–135-dir. MTBE-nın ümumdünya illik istehsalı on milyon tonlarla ölçülür. Potensial antdetonator kimi etil-tret-butil efiri, tret-amil metil efiri və eləcə də C6-C7 olefinlərindən alınmış metil efirlərindən istifadə etmək mümkündür.
Anti-federalizm
Anti-qloballaşma
Anti-qloballaşma — kapitalizmin qloballaşmasına qarşı tənqidi ictimai hərəkatdır.
Anti-Şiəlik
Antişiəlik — dini inancları, ənənələri və mədəni irsinə görə Şiə müsəlmanlara qarşı yönəlmiş nifrət, ayrı-seçkilik və şiddətə verilən ad. Termin ilk olaraq 2011-ci ildə Şiə Haqları İzləmə Təşkilatı tərəfindən müəyyən edilmiş, lakin onilliklər ərzində qeyri-rəsmi tədqiqat və elmi məqalələrdə istifadə edilmişdir. Məhəmməd Peyğəmbərin hüquqi varisinə qarşı mübahisə yaradan iki əsas məzhəb, sünni və şiənin meydana gəlməsiylə nəticələndi. Sünnilik və ya yolun davamçıları xilafətə tabe oldular və Qureyşin hər hansı bir üzvü potensial olaraq əksəriyyət tərəfindən qəbul edildiyi təqdirdə Peyğəmbərin varisi halına gələcəyini təmin etdi. Şiəlik isə Peyğəmbərdən sonra Allah tərəfindən təyin edilmiş yalnız (Qədir-Xum hədisinə əsasən) İmam Əli onun davamçısı ola bilərdi. Beləliklə, İmam Əli Şiə əhalisi üçün dini hakimiyyətə çevrildi.Müvəqqəti olaraq qurulan Əməvi hökuməti üzərində nəzarət sahibi olan sünni idarəçilər Şiəliyi həm həm siyasi,həm də dini hakimiyyəti üçün təhlükə görmüşdülər. Şiələrin tarix boyu sünni din adamları tərəfindən zülmü tez-tez qəddar və soyqırım hərəkətləri ilə xarakterizə edilmişdir. Bütün müsəlman əhalisinin yalnız 10-15% -ni əhatə edən şiələr bu günə qədər sünni ərəb hakimiyyəti olan bir çox ölkədə öz dinlərini sərbəst şəkildə həyata keçirmək və ya mütəşəkkil bir məzhəb kimi təşkilatlanma hüququna malik olmayan marjinal bir cəmiyyətdir. == Tarixi zülm == === Əməvilər === Məhəmməd Peyğəmbərin (s.ə.s) nəvəsi İmam Hüseyn (ə.s) Yezidin hakimiyyətini qəbul etməmişdi. Yezid miladi tarixlə 680-ci ildən sonra Hüseynin karvanını mühasirəyə almaq üçün minlərlə Üməyyə (Əməvi) qoşunlarını göndərdi.
Anti-marksist
Altay (tank)
Altay — Türkiyənin inkişaf etdirməkdə olduğu 3+ nəsil əsas döyüş tankı. Türkiyənin Milli Tank İstehsal Layihəsi (MİTÜP-Milli Tank Üretim Projesi) dairəsində 30 mart 2007-ci ildə Müdafiə Sənayesi İcra Komitəsi iclasının nəticəsində Müdafiə Sənayesi Müstəşarlığı tərəfindən proyektə əsas yüklənici kimi Otokar Otomotiv ve Savunma Sanayi A. Ş. seçildi. Tankın adı İstiqlaliyyət müharibəsində 5. Süvari Kopusuna komandanlıq edən Fəxrəddin Altayın adından alınmışdır. Fəxrəddin Altaya isə soyadı Altay İdman Klubundan ilhamlanaraq Mustafa Kamal Atatürk tərəfindən verilmişdir. == Tarixi == "Altay" tankları Türkiyənin inkişaf etdirdiyi 3+ nəsilə aid əsas döyüş tankıdır. Altay layihəsinin texniki dəstəyi Cənubi Koreyaın Rotem firmasıdır. "Altay" olaraq adlandırılan tankın dizaynı, təkmilləşdirilməsi, prototip istehsalı, test ve lisenziyalaşdırılması mərhələləri üçün 500 milyon dollar maddi vəsait ayrılmışdır. Üçüncü nəsil əsas döyüş tankı olaraq dizayn edilən texnikanın prototip testləri və kalifikasiya işləri 2013-cü ildə bitirilməsi, kütləvi istehalına isə 2016-cı ildə başlanılması planlaşdırılırdı. Dizayn mərhələsində Cənubi Koreya istehsalı XK-2 əsas döyüş tankı proyektindən əldə edilmiş təcrübələrdən də istifadə olunması nəzərdə tutulur.
Ferdinand (Tank)
Nazı Almaniyası ordusu Wehrmacht tərəfindən II. Dünya Döyüşü əsnasında istifadə edilən bir Panzerjäger ardıcıllığı tank məhv edici vasitə idi. Ferdinand adını tankın dizaynını çəkən Ferdinand Porschedən götürmüşdür. == İnkişaf etdirilməsi == Zəriflik və incəlikdən məhrum olaraq inkişaf etdirilən tank, hələ qüsurlu idi. 90 ədəd tank Porsche istehsalı Tiger I-ə aid ancaq yeni palitra və polad təkərli şase ilə istehsal edildi. Mühərrik tankın gövdəsinin orta hissəsində yerləşdirildi. Şasenin üzərinə sadə bir qutu şəklindəki üst quruluş yerləşdirildi. Sürücü və radio operatoru tankın ön qismində iki ayrı kupe ayırırdı. Vasitəyə 8.8 sm KwK 43 top yerləşdirildi. Bu silah məşhur 88 mm-lik top deyildi. Bu top Krupp tərəfindən inkişaf etdirilən, lakin FlaK modeli olaraq xidmətə girən yeni bir model idi.
Karrar (tank)
Karrar (fars. کرار‎ – Zərbə) — İran istehsalı əsas döyüş tankı. Bu tank ilk dəfə 12 mart 2017-ci ildə ictimaiyyətə təqdim olunmuşdur. İctimaiyyətə verilən məlumata əsasən elektro-optik atəş nəzarət sistemi, lazer məsafəölçən, ballistik kompüter, gündüz və gecə görünüş sistemlərinə sahibdir. T-90 tankı ilə oxşarlığına baxmayaraq, Rusiyanın İranla lisenziya altında bu tankları istehsal etmək haqqında müqaviləsi yoxdur. == Tarixi == Karrarın ictimaiyyətə təqdimatından sonra, Tehran 12 mart 2017-ci ildə kütləvi istehsalın ediləcəyini açıqladı. Tasnim Xəbər Agentliyinə danışan briqada generalı olan Kiomars Heidari, Karrarın 2018-ci ildə təslim ediləcəyini söylədi. Tasnim Xəbər Agentliyinin 18 iyul tarixində yayımlanmış bir xəbərinə görə İnqilab keşikçiləri korpusuna 800 Karrar əsas döyüş tankının verilməsi planlaşdırılır. == Dizayn == Karrarın əsas silahı tüstü bombası və termal qol ilə təchiz edilmiş 125 mm-lik yivsiz topdur. Tankın tank qülləsinin damına 12.7 mm-lik uzaqdan idarəedilən zenit pulemyotu mərkəzi quraşdırılmışdır.
Panther (Tank)
Panzerkampfwagen V (Zirehli müharibə texnikası V, ləqəb: Panther),Alman istehsalı olan Panther ikinci dünya müharibəsinin orta çəkili tanklarından biridir.Şərq cəbhəsində Almanların Pzkpfw III (50 mm top) və nisbətən müasir texnika olan Pzkpfw IV Sovet T-34 tanklarına qarşı təsirsiz qaldıqlarına görə istehsal olunmuşdur. İlk öncə Panzer III və Panzer IV tanklarını dəyişdirmək fikri ortaya atılsa da, Panther tankı bu tanklar ilə bərabər müharibənin sonuna qədər Almanlar tərəfindən istifadə olundu. Panther, zireh, atəş gücü, sürət, hərəkətlilik kimi faktorları özündə əks etdirən bir tank olduğu üçün bir çox insanlar onu ikinci dünya müharibəsinin ən yaxşı tankı olduğunu bildirir. İldırım Müharibəsi (Blitzkrieg) doktrinasına əsasən istehsal olunan Alman tankları ilk dəfə 23 iyun 1941-də qarşılaşdığı T-34 tanklarına qarşı təsirsiz qaldılar. Düşmana hücum məqsədi ilə istehsal olunan Panzer III tanklarının düşmana qarşı heç bir şansı yox idi. Ona görə piyada qoşunlarına dəstək məqsədi ilə istehsal olunan Panzer IV tankına daha böyük toplar taxaraq istifadə etdilər. Almanlar bunun müvəqqəti bir həll olduğunu bilirdi, ona görə yeni bir tanka ehtiyac duyurdular. Yeni tank T-34 kimi meylli zirehə və daha uzun lüləyə sahib olacaqdı. Eyni zamanda yumşaq Sovet torpaqlarında rahat iləriləyə bilməsi üçün geniş paletlərə və böyük təkərlərə sahib olmalı idi.30–35 ton olacağı gözlənilən tank üçün MAN və Daimler-Benz şirkətlərinə tapşırıq verildi. Kod adı VK3002 olan tank 20 aprel 1940 tarixində (Adolf Hitlerin ad günündə) Hitlerə göstərildi.
Pələng (tank)
Panzerkampfwagen VI (“Zirehli müharibə vasitəsi VI”, ləqəb: Tiger və ya Tiger I), — İkinci dünya müharibəsində Üçüncü Reyx tərəfindən istehsal olunan ağır tank. Adı Ferdinand Porsche tərəfindən qoyulmuşdur. Zamanının ən yaxşı tanklardan biri idi. Çox möhkəm zirehə və yaxşı bir topa sahib olduğu üçün düşmənlərinin qorxusu idi (xüsusilə Qərb cəbhəsində). Şərq cəbhəsindəki öz zamanının yüksək səviyyədə texnologiyaları ilə təchiz edilmiş T-34 və KV-1 / 2,3 tanklarına qarşı çıxarılmışdır. Müharibənin sonlarına yaxın bir Tiger tankına 20 ədəd M4 Sherman tankının hücum edildiyi görülmüşdür. Tiger'ların itki verməsinin səbəbi düşmənlər deyil kompleks mexaniki səhvlər idi. Buna görə çoxu Tiger tankı düzəlməz halda sıradan çıxdığı üçün heyəti tərəfindən tərk edilmiş halda tapılmışdır. Tankın hərəkət mənzili 110–195 km arasında dəyişmişdir. Hal-hazırda bu tankdan cəmi bir ədədi Bovinqton tank muzeyində orijinal və işlək vəziyyətdədir.
Sabra (tank)
Sabra Ana Müharibə Tankı, IMI (Israel Military Industries) 'nin Ramat Haşaronda olan Slavi ağır silahlar tərəfindən hazırlanan, daha yüksək kalibreli top və passiv zirehlə inkişaf etdirilən M60A3 tankının modernize edilmiş bir uyğunlaşdırmasıdır. Sabra inkişaf paketinin hamısında müşahidə cihazı proqramları operativ tələblərə görə uyğunlaşdırılır. İlk nəsli Noyabr 2005-ci ildə təslim edilən, Türkiyə Silahlı Qüvvələrine aid 170 ədəd M60A1 tankı, Sabra Mk 2 paketi ilə inkişaf etdirilmişdir. M60T tanklarında, Sabra tanklarından istifadə olunan original M60A1/-A3 lərdə komandir avtomat qülləsi ,terror təşkilatı PKK ilə mübarizədə əldə edilən təcrübədə, qorunma halında avtomat odlanılması ehtiyac duyulub və hələ də istifadə olunur. Sabranın əsas silâhı 120mm'lik MG-253 yivsiz topudur ki bu da IMI (əvvəldən taas) tərəfindən edilən Merkava Mark 3 əsas döyüş tankının topuna bənzəyir. Silâh, bir alov püskürtücü ilə silkələnmənin azalması və ilk vuruş ehtimalını ən yüksək səviyyədə saxlamaq üçün bir ısıl qol ilə nizamlandı. 42 top mərmisi üçün yer təmin edildi. Silâh, M60 tankındaki M68 topundandan daha çox təsir məsafəsinə və zireh dəlmə qabiliyyətinə malikdir. Silâh 120mm "Armour Piercing Fin-Stabilised Discarding sabote (APFSDS)" ehtiva edən yivsiz top NATO standartı sursatı ilə uyğundur. Bundan başqa, MG253 Topun LAHAT (Laser Homming Anti Tank) lazer idarə olunan Tanksavar mərmisini çatma qabiliyyətinə malikdir.
Tank Abot
Tank Abot (26 aprel 1965, Hantinqton-Biç[d], Kaliforniya) — Boks və Peşəkar güləşlə məşğul olan idmançı. Tank Abot sonralar MMA,Pride FC və UFC-də öz gücünü yoxlamışdır. Qəfəs Kralı, Elit Ekstrem Döyüşü çempionatında Superağırçəkililərin döyüşündə öz gücünü yoxlamışdır. Abot hal-hazırda Kaliforniyada Hantinqon Biçdə yaşayır.
Tank qatili
Tank məhv edən hərəkət edə bilən antitank topu ya da tank məhv edən zirehli transportyordur. Onların yaradılmasının əsas səbəbi müharibə meydanlarında düşmən tanklarını yox etməkdir. Yəni ki, onlar bir növ antitank silahıdırlar, ancaq tank deyildirlər. Üzərlərində qüllədən yüksək çıxışa sahib olan toplar mövcud olur. Ya tamamilə taretsiz, ya da ki, üstüaçıq bir taretə sahib olurlar. Təkərlər və ya tırtıllı təkərlər üzərində hərəkət edirlər. Üzərində tank əleyhinə idarəolunan raket daşıya bilən növlərinə qısaca ATGM (İngilis dilində Anti Tank Guided Missile) deyilir. Tankdağıdanlar tanklar kimi bir çox vəzifələr daşımırlar. Tanka nəzərən daha ləng və ağır piyada atışlarına qarşı (topçu) müdafiəsi zəifdir. Hər nə qədər bəzilərinin ön tərəflərində qalın zirehə sahib olsalar da, yenə də zəif zirehli texnika hesab edilirlər.
Tank taboru
Bir tank batalyonunda 3 tank bölüyü və bir qərargah bölüyü olmaq üzrə 4 bölük vardır. Hər bir tank bölüyündə təxminən 13 tank olur. Tank Batalyonu, bir polkovnik-leytenant ya da mayorun rəhbərlik etdiyi, bölükdən böyük, alaydan kiçik əsgəri taktika birlikdir. Hazırkı ordularda silahlarına görə tank batalyonu, piyada batalyonu, topçu batalyonu kimi batalyon sinifləri var. Hava qüvvələrində batalyon, ümumiyyətlə flot olaraq adlandırılar.
Tank topu
Tank silahı və ya tank topu — bir tankın əsas silahıdır. Müasir tank silahları kinetik enerjili nüfuzedicilər (KE mərmisi), yüksək partlayıcılı tank əleyhinə mərmilər və bəzi hallarda idarəolunan raketləri ata bilən böyük çaplı yüksək sürətli silahlardır. Hava hücumundan müdafiə silahları da tanklara quraşdırıla bilər. Tank silahları yüngül zirehli texnika və xüsusilə digər ağır zirehli tanklar da daxil olmaqla bütün mənzillərdə müxtəlif yer hədəflərini məjv etmək üçün hər zaman birbaşa atəş rejimində istifadə olunurlar. Zirehli silah taretinin məhdud sərhədlərinə yerləşdirilmək üçün mümkün qədər kompakt və yüngül paketdə dəqiqlik, məsafə, nüfuz və sürətli atəş təmin etməlidirlər. Tank silahları tez-tez özündə olan döyüş sursatından istifadə edir və sürətli yenidən yüklənməyə imkan verir (və ya avtomatik yükləyicilərin istifadəsi).
Turan (tank)
Turan tankı — İkinci Dünya müharibəsi zamanı Çexoslovakiyanın Skoda şirkəti tərəfindən hazırlanan tank. T21 orta tank prototipinin dizaynına əsasən, iki əsas variantda hazırlanmışdır: 40 mm qurğuşun ilə 40M Turan (və ya Turan I) və 75 mm top qülləsi ilə 41M Turan (və ya Turan II) . Ümumi 424 ədəd istehsal edilmişdir.
Yüngül tank
Yüngül tank sürətli hərəkət üçün hazırlanmış və bu gün ilk növbədə kəşfiyyat məqsədləri üçün və ya əsas döyüş tankının dəstəklənməsi üçün uyğun olmayan yerlərdə səfər qüvvələrini dəstəkləmək üçün, istifadə olunan bir tank variantıdır. İlk yüngül tanklar ümumiyyətlə zirehli maşınlar kimi zirehli quruluş və silahlarla təchiz edilmişdi, lakin tırtıldan istifadə etmələri sahədəki üstün hərəkətliliklərinin təminatçısı idi.
Zulfiqar (tank)
Zülfüqar (tank)
Zülfüqar (farscaوالفقار) — İran Silahlı Qüvvələrinin quru qoşunlarının özü-özünü təminatı və xaricdən asılılığını azaltmaq məqsədiylə quru qoşunları komandirinin köməkçisi olan Briqada generalı Mir-Younes Masoumzadeh tərəfindən yaradılmış və 1996-cı ildən etibarən xidmətə qəbul edilərək kütləvi istehsalına başlanılmış bir ikinci nəsil əsas döyüş tankıdır. Adını dördüncü İslam, həm də Raşidi xəlifəsi, Şiə təriqətinin birinci imamı xəlifə İmam Əli əleyhissəlamın əfsanəvi qılıncı olan Zülfüqardan almışdır. İlkin prototip modelləri 1993-cü ildə sınaqlardan çıxardıldı, 1997-ci ildə 6 ədəd yarımsənaye prototipləri istehsal edilmiş və eyni ildə də ordu sıralarına xidmətə qəbul edilmişdirlər. Ekipajı 3 nəfərdən ibarət tankda Rusiya istehsalı olan 125 mm-lik yivsiz 2A46 topundan istifadə edilir. Zülfüqar 1 tanklarının mühərriki 12-silindrlik dizel mühərrikidir və 780 at gücündədir (630 kW780 at gücü), Zülfüqar 3 tanklarının isə mühərriki 1000 at gücündədir. Maksimal sürəti 70 km olan tankın hərəkət mənzili 450 km-dir. Köməkçi silahları 12.7 mm-lik və 7.62 mm-lik pulemyotlardır. Güc nisbəti aşağıdakı kimidir: 21.7 hp / ton (Zülfüqar 1); 17.85 hp / ton (Zülfüqar 3) İnqilabdan öncə ABŞ-dən qalan M48 Patton, M60 Patton tanklarının gövdəsinin üzərinə qurulmuşdur. İlk dəfə olaraq xalqa 1994-cü ildə nümayiş etdirilmişdir. Kompozit modelli zireh yalnız qüllə hissədə edilmişdir (birləşmə (qaynaq) hissələri bilinmir) və qülləyə 125 mm kalibrə sahib olan 2A46 Rusiya istehsalı olan tank topu yerləşdirilmişdir.
Orta tank
Orta tank, hərəkətlilik yönümlü yüngül tanklar və zirehli müdafiə yönümlü ağır tanklar arasında qalmış olan tank sinfidir. Xüsusilə İkinci Dünya müharibəsi zamanı istifadə edilən bu tanklar dövrün ən çox istehsal edilən, sərfəli və müvəffəqiyyətli tankları idilər. Orta tankların çoxu sonralar bir çox ölkələrdə əsas döyüş tanklarına çevrilmişdirlər.
T32 (tank)
T32 tankı və ya T32 ağır tankı (İngiliscə: T32 Heavy Tank) M4A3E2 Sherman "Jumbo"-nun müvafiq varisini yaratmaq üçün Birləşmiş Ştatlar Ordusu tərəfindən başladılmış olan ağır tank layihəsi idi. ABŞ ordusunun hərbi sursat şurası dörd ədəd prototip tankın istehsalına rəhbərlik etmişdir; Əsas məqsəd yeni tankın M26 Pershing ilə bir çox ümumi hissələri paylaşmasını təmin etməkdən ibarət idi. Əməliyyat mənzili düz yolda 160 km olub, maksimum sürəti düz yolda saatda 35 km təşkil etmişdir. Asqısı burulma çubuğudur. İkinci dünya müharibəsinin axırıncı mərhələlərində ümidverici performans nümayiş etdirməsinə baxmayaraq, M26 Pershing tanklarının almanların Tiger II kimi ağır tanklarının və tank ovçularının qarşısında zirehinin zəif olduğu düşünülürdü. Onun silahı qənaətbəxş zireh dağıtmaq qabiliyyətinə malik olsa da, özünün zirehinin düşmənin mərmilərini dayandırmaq üçün zəif olduğuna inanılırdı. 1945-ci ilin əvvəllərində M26 Pershing tanklarının əhəmiyyətli dərəcədə daha ağır variantını hazırlamaq üçün işlərə start verilmişdir. T29 layihəsindən əldə edilən məlumatlardan istifadə edilərək, zireh deşici, kompozit tərkibli döyüş sursatlarından istifadə edə bilən eksperimental 90 mm-lik əsas silaha malik olan və daha da təkmilləşdirilmiş transmissiyadan istifadə edən birinci T32 tankı istehsal edilmişdir. Bu tankın üstünə quraşdırılmış olan T15E2 silahı Perşinqdə quraşdırılmış olan silahdan qat-qat güclü idi. Oxşar eksperimental 90 mm-lik silahdan istifadə edən T26E4 Super Pershing-də olduğu kimi, uzun silah lüləsinin çəkisini tənzimləmək üçün qüllənin arxa hissəsində yerləşən əks çəki əhəmiyyətli dərəcədə artırılmışdır.