Hənuz vəsldir, ey mah, yoxdur aramın; Nə növ bəs keçəcək mən fəqirə hicranın?
Xudayar bəyin bu fikrə düşəndən bir dəqiqə aramı yoxdu.
[Sara Bəhrama:] Bir aydır sənsiz aramım yoxdur, dünya başıma dar olubdur.
□ Aram etmək (eləmək) – 1) sakit etmək, rahat etmək.
Axund onu [Seyidi] bir növ aram edib evinə təklif etdi. ;
2) sakit olmaq, rahat olmaq, dincəlmək.
Sənsiz, ey can, könlüm aram eyləməz.
Aram olmaq – 1) sakit olmaq, rahat olmaq, qərar tapmaq;
2) səbir etmək. [Molla Qafar:] Kərbəlayı, bir aram ol.
Bu saat məsələni qurtarmaq lazımdır.
Aram tutmaq (tapmaq) – sakit olmaq, rahat olmaq, qərar tapmaq, səbir etmək.
Can neçün aram dutsun, həddən ötdü intizar.
[Nuxalılar:] Ağa, sakit ol. Aram tut. Olacağa çarə yoxdur…