ARTS

n 1. humanitar elmlər; History is an arts subject Tarix humanitar fənndir; 2. sənət; useful ~ faydalı sənət

ARTLESSNESS
ARTY-AND-CRAFTY
OBASTAN VİKİ
Electronic Arts
Electronic Arts (EA) — oyun distribütoru, istehsalı və nəşri ilə məşğul olan ABŞ şirkəti. Şirkət 1982-ci ilin 28 may tarixində, Trip Hokins tərəfindən yaradılıb və oyun industriyasında ilk şirkətlərdən biri olub. "EA" şirkəti oyunlar üzərində işləyən insanları — dizayner və proqramçıları məşhurlaşdıraraq digərlərindən fərqlənib. Şirkətin ilk kapitalı Trip Hokins tərəfindən verilən 200 min ABŞ dolları olub. Həmin vaxtlar şirkət "Amazin' Software" adlanıb.
Electronic Arts tərəfindən alınan şirkətlərin siyahısı
Electronic Arts — kompüter oyunları hazırlayan və yayımlayan ABŞ mərkəzli şirkət. 1982-ci ildə əsası qoyulmuşdur. Məhsulları arasında EA Sports ilə birgə hazırlanan idman simulyatorları, həmçinin The Sims və digər oyunlar yer alır. Electronic Arts, intellektual mülkiyyətini genişləndirmək üçün daim yeni şirkətlər almağa çalışır. İndiyə qədər alınan şirkətlərdən ən böyüklərindən biri də JAMDAT Mobile olmuşdur. EA sədri və baş icraçı direktoru Larri Probst bu böyük alışdan sonra: "Mobil oyunlarda liderlik etməyi qərara aldıq." — deyə çıxış etmişdir. JAMDAT Mobile şirkətinin alınmasından sonra Electronic Arts-ın bir qolu olan EA Mobile yaranmış və hazırlanan məzmunlar telefon və planşet istifadəçilərinə də təqdim edilmişdir. Origin Systems şirkətinin alınmasından sonra bəzi şirkət işçiləri Electronic Arts-ın onlara daha çox imkanlar yaratdığını, lakin bir çox məsələdə onlara güvənmədiyini, səhv etdikləri təqdirdə uzun müddət təlimlərdən keçirildiklərini bildirmişdir. DICE Canada, Origin Systems, EA Chicago və Pandemic Studios da daxil olmaqla, Electronic Arts tərəfindən alınan bütün şirkətlər qısa müddət ərzində fəaliyyətini dayandırmışdır. Oyun bloqqeri Brayan Kreskent, Electronic Arts, aldığı şirkətlərin keyfiyyəti ilə maraqlanmadığını və sadəcə onlara maraqlı olan məhsulu əldə etdikdən sonra, həmin şirkətlərlə əlaqələrini tamamilə kəsdiyini bildirmişdir.
École des Beaux-Arts
École des Beaux-Arts, tam adı ilə, École Nationale Supérieure Des Beaux-arts, Jean-Baptiste Colbert (XIV Louis dövrünün naziri) tərəfindən Académie Royale d'Armitecture adı altında 1671-ci ildə Parisdə yaradılmış bir təsviri sənət məktəbidir. 1793-cü ildə Académie Royale de Peinture et de Sculpture (1648-ci ildə yaradılıb) məktəbi ilə birləşdirildi. Məktəb rəsmxət, rəsm, heykəltaraşlıq və memarlıq (1968-ci ilə qədər) kimi təsviri sənətlərdən dərs deyir.
Andrey Artsruni
Andrey (Andreas) Yeremeyeviç Artsruni (rus. Андрей (Андреас) Еремеевич Арцруни; 15 (27) noyabr 1847[…], Tiflis – 22 sentyabr 1898[…], Bad-Honnef[d], Prussiya[…]) — Rusiya və Almaniya mineraloqu, İmperator Sankt-Peterburq Elmlər Akademiyasının xarici müxbir üzvü (1895). O, Qriqor Artsruninin qardaşı olmuşdur. == Həyatı == Andrey Artsruni 15 noyabr 1847-ci ildə Rusiya imperiyasının Moskva şəhərində anadan olmuşdur. O, Ermənistanda və Bizansda böyük siyasi rol oynamış Artsruni zadəgan erməni ailəsindən gəlirdi. Atası Qafqaz ordusunun general-mayoru Yeremiya Georgiyeviç Artsruni idi. Artsruni uşaqlıqda Almaniyada böyümüşdür. O, 1863-cü ildə Tiflis gimnaziyasında kurs bitirmişdir. Artsruni Sankt-Peterburq və Derpt universitetlərində mühazirələrdə iştirak etmiş, kurs bitirmiş, daha sonra Heydelberq və Berlin universitetlərində təhsilini başa vurmuşdur. == İrsi == Onun adını daşıyır: Artsrunit mineralı.
Artsak
Arsak — Azərbaycan ərazisində türk tayfalarına məxsus qədim toponim. Artsak (mahnı) — 1999-cu ilin erməni mahnısı.
Artsak (mahnı)
Artsak (erm. Արցախ) — Ermənistan bəstəkarı Ara Gevorkyanın 1999-cu ildə "Ani" albomunda yayımlanmış instrumanetal xalq musiqisi. Yayımlanmasından qısa müddət sonra, mahnı Ermənistanda məşhurlaşmışdır. Musiqi kompozisiyasında Fikrət Əmirovun Hüseyn Cavidin "Şeyx Sənan" dram əsərinin tamaşası əsaında çəkilmiş "Kor Ərəbin mahnısı" filmi üçün bəstələdiyi 4 dəqiqə 16-saniyyəlik mahnının ilk və son parçalarından istifadə olunur (melodiyanın 4-dəfə sürətləndirilmiş şəkli oranjman edilib, 25-50-ci saniyyələrində və 03:05-03:55-ci saniyyələrində). Musiqi bir çox mədəni, idman və siyasi mərasimlərdə istifadə edilmişdir. Dünyanın müxtəlif ölkələrindən fiqurlu konkisürənlər, gimnastlar və digər idmançılar da dəfələrlə bu musiqiyə müraciət etmişlər. == İdmanda istifadəsi == == Digər == Ermənistan Pan-Armenian Oyunları Rusiya Pervıy kanalda yayımlanan "Buz dövrü" adlı televiziya şousunda müğənni Aleksandra Savaleva və Rusiyada doğulmuş İsrail fiqurlu konkisürəni Sergey Saxnovski bu musiqinin sədaları altında çıxış etmişlər. ABŞ 2017-ci ildə National Geographic Channel tərəfindən çəkilmiş “Hidden Cities Revealed: Baku” sənədli filmində (43-44-cü dəq.) istifadə edilib. == Qalmaqal == 2007-ci ildə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Artsak" mahnısında Azərbaycan musiqisindən istifadə edilməsini bildirmişdir. Ara Gevorkyan bu iddiaya cavab verərək, mübahisənin Rusiyanın Pervıy kanalında yayımlanan "Lednikoviy period" teleşousunun epizodlarından birində baş vermiş qarışıqlıqla əlaqəli olduğunu bildirmişdir.
Artsaqo d'Adda
Arzago d'Adda (it. Arzago d'Adda ) İtaliyada, Bergamo vilayətində, Lombardiya bölgəsində yerləşən bir kommunadır. Əhalisi 2779 nəfərdir (2008), əhalinin sıxlığı 300 nəfər / km²-dir. Sahəsi 9 km² ərazini əhatə edir. Poçt kodu — 24040. Telefon kodu — 0363. Kommunanın qoryucusu San Lavrento hesab edilir. Kommuna bayramı, 10 avqustda qeyd olunur.
Artsax
Qondarma Dağlıq Qarabağ Respublikası (erm. Լեռնային Ղարաբաղի Հանրապետություն, translit. Lernayin Ğarabaği Hanrapetut’yun) və ya rejimin özünü adlandırdığı kimi Artsax Respublikası (erm. Արցախի Հանրապետություն; — Beynəlxalq hüquqa əsasən Azərbaycan Respublikasına aid, Cənubi Qafqazda dənizə çıxışı olmayan və Ermənistan Respublikası, Rusiya Federasiyası və Erməni Diasporunun hərbi, siyasi və maliyyə dəstəyi ilə qurulmuş, BMT-yə üzv olan heç bir dövlət tərəfindən müstəqilliyi tanınmayan keçmiş dövlət. 1991–2024-cü illər arasında tanınmamış respublika keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bəzi hissələrinə, o cümlədən mərkəz Xankəndinə nəzarət edirdi. Onun Ermənistana yeganə quru yolu eni 5 km olan Laçın dəhlizindən keçirdi. Rəsmi olaraq 10 noyabr 2020-ci ildə üçtərəfli atəşkəs bəyannaməsinə əsasən böyük hissəsində Azərbaycan Respublikası suveren nəzarəti bərpa etmişdir, bir hissəsinə isə Rusiya sülhməramlı qüvvələri nəzarət edir. 28 sentyabr 2023-cü ildə qondarma respublikanın "prezidenti" Samvel Şahramanyanın imzaladığı fərmana əsasən, 1 yanvar 2024-cü ildən etibarən idarə fəaliyyətində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilir və qondarma rejim fəaliyyətini dayandırır. == Qondarma rejimin elanı == 10 dekabr 1991-ci ildə azərbaycanlıların boykot etdiyi və yalnız ermənilərin qatıldığı referendum nəticəsinə görə "müstəqillik qərarı" alınmış və 6 yanvar 1992-ci ildə də "müstəqillik" rəsmən elan edilmişdir. Lakin Ermənistan Respublikası daxil, heç bir ölkə və ya beynəlxalq qurum qondarma rejimin müstəqilliyini tanımamışdır.
Artsax Cumhuriyəti

Artsax Cumhurriyəti

Artsax Krallığı
Artsax çarlığı (erm. Արցախի թագավորություն) — erməni mənbələrinə əsasən orta əsrlərdə Sünik və Arsak quberniyalarının, Utik quberniyasının Girdman kantonu, eləcə də Ayrarat quberniyasının Məzaz və Varajnunik kantonu ərazisində mövcud olmuş qeyri-müstəqil erməni çarlığı. Müasir erməni mənbələrində bura Xaçın adlandırılır. Bununla belə, albanəsilli şahzadə, sonuncu Xaçın knyazı Həsən Cəlalın dövründə Xaçının ərazisi sonralar mövcud olmuş Dağlıq Qarabağın bütün ərazisini, eləcə də onun qərbində, cənubunda və şimalındakı bir çox bitişik torpaqları əhatə etdiyinə görə bu knyazlıq Qondarma Dağlıq Qarabağ Respublikasının separatçı rejiminin adına uyğunlaşdırılaraq Artsax çarlığı kimi tanıdılmışdır. Erməniəsilli Amerika tarixçisi Robert Hyusenin iddialarına əsasən Artsax çarlığı 13-cü əsrin əvvəllərində gürcü, sonra isə monqol hökmranlığını qəbul etsə də, öz suverenliyini qoruyub saxlamışdır. Onun iddiasına əsasən buranın hökmdarları Elxani hökmdarı Arqun xan tərəfindən Həsən-Cəlalın (1214–1261) öldürülməsindən sonra çar titullarını itirsə də, XVI əsrdən etibarən Xəmsə məliklikləri və Sünik Kaşatağ məlikliyindən ibarət olmuş Süniki 19-cu əsrin əvvəllərinə qədər idarə etmişlər. == Həmçinin bax == Artsax Sünik knyazlığı Qafqaz Albaniyası Azərbaycan tarixi Dağlıq Qarabağ tarixi == İstinadlar == == Ədəbiyyat == Robert H. Hewsen . Orta əsr erməni mədəniyyətində "Arc'ax çarlığı" (Pensilvaniya Erməni Mətnləri və Tədqiqatları Universiteti) . Thomas J. Samuelian və Michael E. Stone (red. ) Çiko, Kaliforniya: Scholars Press, 1984.ISBN 0-89130-642-0ISBN 0-89130-642-0 .
Artsax Respublikası
Qondarma Dağlıq Qarabağ Respublikası (erm. Լեռնային Ղարաբաղի Հանրապետություն, translit. Lernayin Ğarabaği Hanrapetut’yun) və ya rejimin özünü adlandırdığı kimi Artsax Respublikası (erm. Արցախի Հանրապետություն; — Beynəlxalq hüquqa əsasən Azərbaycan Respublikasına aid, Cənubi Qafqazda dənizə çıxışı olmayan və Ermənistan Respublikası, Rusiya Federasiyası və Erməni Diasporunun hərbi, siyasi və maliyyə dəstəyi ilə qurulmuş, BMT-yə üzv olan heç bir dövlət tərəfindən müstəqilliyi tanınmayan keçmiş dövlət. 1991–2024-cü illər arasında tanınmamış respublika keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bəzi hissələrinə, o cümlədən mərkəz Xankəndinə nəzarət edirdi. Onun Ermənistana yeganə quru yolu eni 5 km olan Laçın dəhlizindən keçirdi. Rəsmi olaraq 10 noyabr 2020-ci ildə üçtərəfli atəşkəs bəyannaməsinə əsasən böyük hissəsində Azərbaycan Respublikası suveren nəzarəti bərpa etmişdir, bir hissəsinə isə Rusiya sülhməramlı qüvvələri nəzarət edir. 28 sentyabr 2023-cü ildə qondarma respublikanın "prezidenti" Samvel Şahramanyanın imzaladığı fərmana əsasən, 1 yanvar 2024-cü ildən etibarən idarə fəaliyyətində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilir və qondarma rejim fəaliyyətini dayandırır. == Qondarma rejimin elanı == 10 dekabr 1991-ci ildə azərbaycanlıların boykot etdiyi və yalnız ermənilərin qatıldığı referendum nəticəsinə görə "müstəqillik qərarı" alınmış və 6 yanvar 1992-ci ildə də "müstəqillik" rəsmən elan edilmişdir. Lakin Ermənistan Respublikası daxil, heç bir ölkə və ya beynəlxalq qurum qondarma rejimin müstəqilliyini tanımamışdır.
Artsax gerbi
Dağlıq Qarabağ Respublikası gerbi və ya rəsmi adı ilə Artsax Respublikası gerbi — Qondarma Dağlıq Qarabağ Respublikasının gerbinın rəsmi gerbi. Ortada bəzəkli tac geyinmiş qartal və qartalın sinəsində şaquli olaraq yerləşdirilmiş bayraq altında dağ silsiləsinin panoraması ilə bəzənmiş qalxan vardır. Bunun ardınca paytaxtı Xankəndidə olan “Bu bizim dağlarımızdır” (Menq Enq Mer Sarere / Մենք ենք մեր սարերը) abidəsinin iki daş başların “Nənə və Baba” (Tatik yev Papik / Տատիկ և Պապիկ) mövcuddur. Qartal ayaqlarında buğda və üzüm də daxil olmaqla çeşidli bostan nemətləri tutmaqdadır. Çöl tərəfində isə erməni dilində yazılmış “Lernayin Ğarabaği Artsax Hanrapetutiyun” (“Qarabağın Artsax Respublikası”) ifadəsini daşıyan dairə şəklində olan qızıl lentdən formalaşmışdır.
Artse
Artse (erm. Արծն; yun. Ἄρτζε) — X–XI əsrlərdə şərqi Anadoluda mövcud olmuş tarixi şəhər. == Tarixi == Artse Bizans imperiyasının Feodosipol şəhərinin 55 kilometr (34 mil) şərqində, Basiani vilayəti daxilində, Ermənistan və İberiya ilə olan sərhəddə, Araz çayının sol sahilində yerləşirdi. Şəhərin adı Eskorial taktikası (təq. 971/975-ci il) əsərində Bizans strateqinin yeri olaraq qeyd edilir. Şəhər 979-cu ildə Barda Sklirin üsyançı ordusunun Pankaliya döyüşündə məğlub edilməsində kömək etdiyinə görə III David Kuropalata verilmişdir. Buna baxmayaraq, III Davidin ölümündən sonra şəhər 1000-ci ildə İberiya katepanlığının bir parçası olmuşdur. Şəhər haqqındakı məlumat Siciliyalı İohannın yazılarındandır. O, qeyd edir ki, Artse Suriya, Ermənistan və başqa yerlərdən tacirləri cəlb edən böyük bir ticarət mərkəzi idi.
Artsrun
Artsrun — erməni adı. Artsrun Manukyan — erməni əsilli SSRİ aktyoru. Artsrun Avaqyan — Ermənistan və SSRİ ədəbiyyatşünası.
Artsrun Abrahamyan
Artsrun Abrahami Abrahamyan (erm. Արծրուն Աբրահամի Աբրահամյան; 25 oktyabr 1909, Ərciş, Van vilayəti – 17 sentyabr 1978, İrəvan) — Ermənistan kimyaçısı, kimya elmləri doktoru (1971). == Həyatı == Artsrun Abrahami Abrahamyan 25 oktyabr 1909-cu ildə Osmanlı imperiyası ərazisində, Ərcişdə anadan olmuşdur. O, İrəvan Pedaqoji (1931) və Politexnik (1936) institutlarını bitirmişdir. Abrahamyan 1941–1958-ci illərdə Kənd Təsərrüfatı İnstitutunun ümumi kimya kafedrasına, 1958-ci ildən Ermənistan SSR Üzvi Kimya İnstitutunun fiziki-kimya və üzvi analiz laboratoriyasına rəhbərlik etmişdir. Abrahamyan Ermənistanda pemza və tufların adsorbsiya xassələrinin öyrənilməsi və üzvi materiallarda karbon, hidrogen, halogen, kükürd, civə və digər elementlərin mikroanaliz üsullarının işlənib hazırlanması ilə məşğul olmuşdur.
Artsrun Avaqyan
Artsrun Abqari Avaqyan (erm. Արծրուն Աբգարի Ավագյան; 13 mart 1942, İrəvan) — Ermənistan və SSRİ ədəbiyyatşünası. Filologiya elmləri doktoru (1998), professor (2000), Ermənistan Respublikasının əməkdar elm xadimi (2014), Ermənistan Yazıçılar Birliyinin üzvü (2000). == Həyatı == Artsrun Avaqyan 1942-ci ildə İrəvanda anadan olmuşdur. O, 1959-cu ildə Xaçatur Abovyan adına orta məktəbi, 1968-ci ildə İrəvan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika fakültəsini bitirmişdir. Avaqyan 1970-ci ildən İrəvan Dövlət Universitetinin filologiya fakültəsində çalışmış, 2000-ci ildən dekan olmuşdur. O, 1977-ci ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. Artsrun Avaqyan erməni diasporu və sovet ədəbiyyatı ilə bağlı bir çox elmi məqalələrin müəllifidir.
Artsrun Ağacanyan
Artsruni Knyazeviç Ağacanyan (erm. Արծրուն Ադաջանյան; 21 noyabr 1955, Ərtik) — Ermənistan siyasətçisi və dövlət xadimi. == Həyatı == Artsruni Knyazeviç Ağacanyan 21 noyabr 1955-ci ildə Ermənistanın Artik şəhərində anadan olmuşdur. O, 1979-cu ildə İrəvan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. İxtisasca iqtisadçıdır. Ağacanyan 1979–1981-ci illərdə Sovet Ordusunda hərbi xidmət keçirmişdir. O, 1981–1986 -cı illərdə Ermənistanın Şirak mərzində Ərtik rayon icraiyyə komitəsinin təlimatçısı olmuşdur. Ağacanyan 1986–1988-ci illərdə trikotaj fabrikinin direktoru olmuşdur. O, 1994-cü ilin aprelindən Qarabağ müharibəsində iştirak etmişdir. Ağacanyan 1988–1999-cu illərdə Ərtik rayon corab fabrikinin direktor müavini kimi işləmişdir.
Artsrun Hovhannisyan
Arçrun Ovannisyan və ya Artsrun Hovhannisyan (Erm: Արծրուն Կարապետի Հովհաննիսյան, 30 yanvar 1980, Cızıxlar, Qızıl Qoç rayonu, Ermənistan SSR) — Ermənistan Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi (2012–2020), Vazgen Sarkisyan adına Hərbi Universitetin Zabitlər Fakültəsinin Dekanı, hərbi ekspert, Ermənistan Mərkəzləşdirilmiş Məlumat Mərkəzində Ermənistan Müdafiə Nazirliyinin təmsilçisi. == Biqorafiya == Arçrun Karapetani Ovannisyan (Bəzən Artsrun olaraq transliterasiya edilir, Soyadındakı Հ (/h/) səsləri tələffüzdə ixtisar edilə bilər) 30 yanvar 1980-ci ildə Ermənistanın Şirak mərzinin Çoğamarq (Cızıxlar) kəndində anadan olmuşdur. 1997-ci ildə İrəvanda yerləşən Vazgen Sarqsyan adına Hərbi Akademiyanın Artileriya birləşmələri komandirliyi üzrə təhsil almağa başlamış və 2001-ci ildə buradan leytenant rütbəsiylə məzun olmuşdur və Ermənistan Silahlı Qüvvələrinin tank əleyhinə bölmələrində taqım komandiri olaraq hərbi karyerasına başlamışdır. 2002-ci ildə bölük komandiri, 2004-cü ildə isə alay komandiri təyin edilmişdir. 2010-cu ildən Ermənistan Elmlər Akademiyasının Beynəlxalq Elm və Təhsil Mərkəzind tarix üzrə magistr təhsilinə başlamış, həmçinin həmin ildən etibarən Ermənistan Prezidenti yanında Siyasi Araşdırmalar İnstitutunda hərbi mütəxəssis kimi işləməyə başlamışdır. 2012-ci ildə magistr dərəcəsi almışdır. Həmin il, Ermənistan Müdafiə Nazirliyinin məktbuat xidmətinin katibi vəzifəsinə təyin edilmişdir. 2013-cü ildə Ermənistan Elmlər Akademiyasının Tarix İnstitunda aspirant təhsilə başlamış və 2014-cü ildə tarix elmləri namizədi dərəcəsini almışdır. Arçrun Ovannisyan 2013-cü ildən İrəvan Dövlət Universitetinin Beynəlxalq Əlaqələr və Jurnalistika fakültəsində dərs demiş, 2014-cü ildən etibarən akademik fəaliyyətinə Vazgen Sarqsyan adına Hərbi Akademiyada davam etmişdir. 2020-ci ilin mart-iyul aylarında o, Ermənistan Müdafiə Nazirliyinin V. Sarkisyan adına Hərbi Universitetinin marşal Hovhannes Bağramyan adına komandanlıq fakültəsinin rəisi olub.
Artsrun Manukyan
Artsrun Sergey Manukyan (erm. Արծրուն Սերգեյի Մանուկյան; 15 fevral 1935, İrəvan – 2 avqust 1984) — erməni əsilli SSRİ aktyoru. O, aktyor Varujan Manukyanın atasıdır. == Həyatı == Artsrun Manukyan 1935-ci ildə İrəvanda anadan olmuşdur. O, 1952-ci ildə İrəvan İncəsənət və Teatr İnstitutunun aktyorluq fakültəsinə, Vardan Açemyanın emalatxanasına qəbul olunmuşdur. O, Qafan teatrında çalışmış, bir sıra tamaşalarda oynamışdır. Manukyan 1962-ci ildən İrəvanda Qabriel Sundukyan adına Milli Akademik Teatrın aktyorudur.
Artsruni
Artsruni erm. Արծրունիներ) — erməni mənşəli knyaz və çar ailəsi, Bizans imperator sülaləsi. Bəzi tədqiqatçılara görə, Bizans imperatoru V Lev (Levon Artsruni) bu sülalədən idi. Artsruni Yervandilər sülaləsinin bir qoludur. Sülalənin əhəmiyyətli təsiri var idi. IV əsrdən, ardınca VII əsrin sonundan 1021-ci ilə qədər Vaspurakanın hakim sülaləsi kimi tanınır. Alla Ter-Sarkisyantsın fikrincə, sülalənin adının yaranma yolu onun Urartu mənşəli olmasına dəlalət edir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Арцруниды // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров.
Artsvanik
Artsvanik - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur.
Artsvi Baxçinyan
Artsvi Henriki Baxçinyan (erm. Արծվի Բախչինյան; 21 yanvar 1971, İrəvan) — Ermənistan filoloqu, kinoşünası, yazıçısı, ermənişünası, filologiya elmləri doktoru. == Həyatı == Artsvi Henriki Baxçinyan 21 yanvar 1971-ci ildə Ermənistan SSR-nin paytaxtı İrəvan şəhərində anadan olmuşdur. O, 1993-cü ildə İrəvan Dövlət Universitetinin erməni dili və ədəbiyyatı fakültəsini bitirmişdir. O, uzun illərdir ki, erməni incəsənəti və mədəniyyətini araşdırır. Baxçinyan 1993-cü ildə "They are Armenian by origin" adlı ilk kitabını nəşr etdirmişdir. Kitabda xarici ölkələrdə yaşayıb-yaratmış ermənilərin qısa tərcümeyi-halı öz əksini tapmışdır. Kitabın ikinci, yenidən işlənmiş və genişləndirilmiş nəşri 2002-ci ildə dərc edilmişdir. Baxçinyan 2001-ci ildən "FIPRESCI"-nin Ermənistan bölməsinin vitse-prezidenti, beynəlxalq kinofestivalların münsiflər heyətinin üzvüdür. 2004-cü ildə təsis olunduğu gündən İrəvan Beynəlxalq "Qızıl ərik" kinofestivalı ilə əməkdaşlıq edir.
Artsvik
Artsvik Harutyunyan (erm. Արծվիկ Հարությունյան; 21 oktyabr 1984, Qafan) və ya sadəcə Artsvik — Ermənistan müğənnisi və bəstəkarı. Artsvik "Fly With Me" mahnısı ilə Ermənistanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. 26 ölkə təmsilçisinin mübarizə apardığı final şousunda o, 79 xalla 18-ci yerdə qərarlaşmışdır. == Həyatı == Artsvik Harutyunyan 21 oktyabr 1984-cü ildə Ermənistan Sovet Sosialist Respublikasının Qafan şəhərində anadan olmuşdur. O beş yaşında ikən ailəsi Ermənistan Rusiyanın Moskva şəhərinə köçmüşdür. Artsvik Moskva Dövlət Pedoqoji Universitetində laqopediya ixtisası üzrə təhsil almışdır.
Eduard Artsyunyan
Eduard Simonoviç Artsrunyan (erm. Էդուարդ Սիմոնի Արծրունյան; 28 dekabr 1929, Gümrü – 5 may 2010, İrəvan) — Ermənistan və SSRİ rəssamı, pedaqoqu. O, müasir Ermənistan rəssamlığının ən böyük nümayəndələrindən biri hesab edilir. Artsrunyan Ermənistan SSR xalq artisti (1989) adına layiq görülmüş, SSRİ Rəssamlar İttifaqının üzvü (1961) olmuşdur. == Həyatı == Eduard Simonoviç Artsrunyan 28 dekabr 1929-cu ildə Leninakan şəhərində (indiki Gümrü) anadan olmuşdur. O, 1944-cü ildə Merkurov adına Leninakan Rəssamlıq Məktəbini bitirdikdən sonra İrəvan şəhərindəki P. Terlemezyan adına rəssamlıq məktəbinə qəbul olunmuşdur. Artsrunyan 1947–1951-ci illərdə Ümumrusiya Rəssamlıq Akademiyası nəzdində orta rəssamlıq məktəbində təhsilini davam etdirmişdir. Artsrunyan 1951–1957-ci illərdə Leninqradda (indiki Sankt-Peterburq) SSRİ Rəssamlıq Akademiyasının İ. E. Repin adına Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun rəngkarlıq fakültəsində təhsil almışdır. O, ardınca Moskvaya köçmüş və burada "Plakat" nəşriyyatında işləmişdir.
Henrik Artstovski
Henrik Artstovski (pol. Henryk Arctowski; 15 iyul 1871, Varşava – 21 fevral 1958, Betesda), ilk adı Henrik Arts olmuşdur — Polşa alimi və qütb ekspedisiyaçısı. İlk Antarktika qışlamasında iştirak etmişdir və dünyaca məşhur meteoroloq olaraq şöhrət qazanmışdır. Bir sıra coğrafi obyektlər, Polşa Antarktika Stansiyası və ABŞ Milli Elmlər Akademiyasının medalı onun şərəfinə adlandırılıb. == Həyatı == 15 iyul 1871-ci ildə Varşavada Vürttemberq kökləri olan bir ailədə anadan olmuşdur. 1888-ci ildə təhsilini Lyej Universitetində başladı, burada riyaziyyat, fizika və astronomiya üzrə təhsil alırdı, daha sonra isə Sarbonnada kimya və geologiya sahələri üzrə oxumuşdur. 1893-cü ildə təhsilini başa vurduqdan sonra Lyejə qayıdır və burada professor Şprinqə məxsus kimyəvi laboratoriyada işləməyə başlayır. 1893-cü ildə Belçika hökumətindən soyadının "Artstovski" olaraq dəyişdirilməsini istədi. 1895-ci ildə Belçika Antarktika ekspedisiyasına qatıldı, hansı ki məcburən olsa da ilk dəfə Cənub Qütb dairəsindən kənarda qışlamalı olur. Sonradan məşhurlaşan Roald Amundsen, Frederik Kuk və Emil Rakovitsa kimi tədqiqatçılar onun ekspedisiya yoldaşları olmuşdular.