– Ağ çuxalı, ağ arxalıqlı, ikiüzlü Buxara dərisindən papaqlı, şişman göbəyi üzərində gümüş kəmərli Mirzə Səfəri hamı tanıyırdı.
Sərbaz sazı bağrına basıb yanıqlı oxuyurdu. Ətrafına bir dəstə uzun arxalıqlı sərbaz yığılıb dərdli-dərdli qulaq asırdı.