Asfalten
Asfaltenlər — qatranlar, aromatik karbohidrogenlər və doymuş maddələrlə (məsələn, alkanlar kimi doymuş karbohidrogenlərlə) birlikdə xam neftdə olan molekulyar maddələrdir. "Asfalten" sözünü 1837-ci ildə Boussingault bəzi bitumların distillə qalıqlarının asfaltabənzər xüsusiyyətlərə malik olduğunu gördükdə işlətmişdir. Neft emalı zavodlarından əldə olunan asfalt və ya bitum məmulatları şəklində olan asfaltenlər, yollarda səki materialları, dam örtüklərinin hazırlanması, hidroizolyasiya, binaların bünövrələrində suya davamlı örtüklər kimi istifadə olunur.
Asfaltenlər neftin tərkibində olan ən irimolekullu maddələr olub molekul kütlələri 1600–6000-dir. Onlar, ağır və qətranlı neftlərdə daha çoxdur. Elementar tərkibinə görə neft qətranlarına yaxındır, tərkibində 80–86% karbon, 0–9% kükürd, 1–9% oksigen və 2%-ə yaxın azot olur. Güman edilir ki, A. neft qatranlarının kondensasiyasından əmələ gəlir. A. tünd qonur, yaxud qara rəngdə neytral xassəli amorf maddələrdir, qızdırıldıqda ərimir, 300 C-dən yuxarı temperaturda parçalanaraq qaz və çətin yanan koksa çevrilir. Sənayedə asfaltenləri neftdən maye propanla çıxarırlar.
== Tərkibi ==
Asfaltenlər əsasən karbondan (C4-), hidrogendən (H+), azotdan (N), oksigendən (O2-) və kükürddən (S2-), həmçinin az miqdarda vanadium (V) və nikeldən (Ni) ibarətdir.