AYAQ

Dəfə, kərə. (“Koroğlu” dastanının lüğəti)

Nə gördün? Nə eşitdin? Bu ayaq hardan gəlirsən? (“Məhbub xanımın Çənlibelə gəlməyi”)

                                                                       *

Eşidin, agah olun! Mən bu ayaq Toqatdan gəlirəm. (“Koroğlu ilə Bolu bəy”)

AYAQ
AYAQLU
OBASTAN VİKİ
Ayaq
Ayaq — bir çox onurğalıda olan orqandır. Ağırlıq daşıyan və hərəkəti təmin edən bədən üzvüdür. Bir çox heyvanda ayaq qıçın son hissəsində pəncələr və ya dırnaqlardan təşkil olunmuş, bir və ya daha çox seqment və ya sümükdən ibarət olan orqandır. İnsan ayağı 26 sümük, 33 oynaqdan (onlardan 20-si fəal şəkildə ifadə olunur) və yüzdən çox əzələ, vətər və liqamentdən ibarət olan güclü və mürəkkəb bir mexaniki quruluşdur. Şimali Amerikalı və avropoid irqindən olan 1197 yetkin kişinin (orta yaş 35.5) antropometrik tədqiqatında, insan ayağının uzunluğu 1,2 sm standart xəta ilə 26,3 sm olduğu müəyyən edilmişdir. Ayaq arxa ayaq, orta ayaq və ön ayaq olaraq 3 yerə bölünür: Arxa ayaq ayaq biləyi sümüyü və topuq sümüyündən ibarətdir. Qıçın qamış və incik sümükləri talus ilə birləşərək ayaq biləyini əmələ gətirir. Orta ayaqda olan 5 sümük və amortizator rolunu oynayan ayaqdarağını təşkil edir. Orta ayaq vasitəsilə arxa və ön ayağa bağlanır. Ön ayaq beş barmaqdan və beş proksimal uzun sümüyün əmələ gətirdiyi metatarsal sümüklərdən ibarətdir.
Qızıl Ayaq
Beynəlxalq futbol mükafatı olan Qızıl Ayaq futbol liqalarında mövsüm ərzində ən parlaq çıxış etmiş və şəxsi keyfiyyətləri nəzərə alınaraq sahibinə təqdim edilən mükafatdır. Mükafatın təqdim olunduğu futbolçu ən azı 28 yaşında olmalıdır və bu ona yalnız bir dəfə təqdim edilə bilər. Mükafata namizəd 10 futbolçu ilk öncə 28 yaş kriteriyası və hələdə oynaması nəzərə alınmaqla beynəlxalq jurnalistlər tərəfindən seçilir. Daha sonra isə səsvermə internet üzərində səsvermə yolu ilə keçirilir ki, burada da hər kəs iştirak edə bilər. Mükafatın qalibi qəlib üzərində öz ayaq izini "The Champions Promenade" adlanan yerdə həkk edir. Bu məkan Monako knyazlığında yerləşir. 2009-cu ildən başlayaraq Qızıl Ayaq tədbirində xeyriyyə tədbiri təşkil edilməkdədir. Auksion tədbirin baş tutduğu Paris otelində keçirilir və burada QİÇS əleyhinə pul toplanır.
"Taxta ayaq" əməliyyatı
"Taxta ayaq" əməliyyatı 1985-ci ilin sentyabrında 3 İsrail vətəndaşının Kiprdə öldürülməsi İsrail hökumətini bu işə görə məsuliyyəti öz üzərinə götürən Fələstin Azadlıq Təşkilatının (FAT) Tunisdəki mənzil-qərargahına hücum etməyə vadar etmişdi. Əməliyyat "Taxta ayaq" adı altında 1 oktyabr 1985-ci ildə həyata keçirilmişdi. 8 ədəd F-15, 8 ədəd F-16 markalı qırıcı-bombardmançı təyyarələrin hücumu ilə müşayiət olunan əməliyyat zamanı FAT-ın Tunis qərargahı dağıdılmış, 60-a yaxın üzvü həlak olmuşdu. Tunis rəhbərliyi ölənlər arasında dinc əhalinin olduğunu bildirdikdən sonra, sadiq müttəfiqi ABŞ da daxil olmaqla, dünya ictimaiyyəti İsraili bu işə görə sərt tənqid etmişdi. BMT isə zərərə görə Tunisə ödəniləcək reparasiya məsələsi qaldırdı. FAT buna "Akille Laura" gəmisini ələ keçirib, bir neçə nəfəri öldürməklə cavab vermişdi.
Qara Ayaq (Şot)
Qara Ayaq (fars. قره اياق‎) - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd.
Rəqəmsal ayaq izi
Rəqəmsal ayaq izi və ya rəqəmsal kölgə — internetdə və ya rəqəmsal cihazlarda özünü göstərən izlənilə bilən rəqəmsal fəaliyyətlərin, hərəkətlərin, töhfələrin və kommunikasiyaların unikal dəsti. Rəqəmsal ayaq izləri passiv və ya aktiv olaraq təsnif edilir. Birincisi istifadəçinin veb-brauzer fəaliyyəti və kukilər kimi saxlanılan məlumatlardan ibarətdir. Sonuncu tez-tez veb-saytlarda və ya sosial mediada məlumat kimi paylaşılaraq üçün istifadəçi tərəfindən qəsdən buraxılır. Termin adətən bir şəxsə şamil edilsə də, rəqəmsal ayaq izi bir müəssisə, təşkilat və ya korporasiyaya da aid edilə bilər. Rəqəmsal ayaq izindən istifadə həm müsbət, həm də mənfi nəticələrə malikdir. Bir tərəfdən bu, bir çox məxfilik probleminin mövzusudur. Məsələn, bir şəxsin icazəsi olmadan yad şəxslər yalnız axtarış sistemindən istifadə edərək həmin şəxs haqqında məlumatları birləşdirə bilər. Korporasiyalar həmçinin, baxış tarixçəsi əsasında fərdiləşdirilmiş reklamlar istehsal edə bilirlər. Digər tərəfdən, başqaları sosial media təsir edənlər kimi rəqəmsal izlərindən faydalanaraq fayda əldə edə bilərlər.
Ayaq uzunluğunun fərqliyi
Ayaq uzunluğunun fərqliyi (leg length discrepancy) — anadangəlmə və qazanılma, anatomik və fuksional, mexanizminə görə: qisa (AİR – anterior, ilial, rotation, ağrı dizdə olur) və uzun (PİR – posterior, ilial, rotation, ağrı pəncədə) olur. Anatomik – anadangəlmə və ya qazanılmış səbəbdən yaranır: qamış sümüyünün ön-bayır tini ilə tış topuq arasında məsafə ölçülür; ≥1 sm fərq aradan qaldırılmalıdır. Funksional – skolioz və ya bud-çanaqda kontraktura ilə bağlı çanağın meyilliyi yaranır: göbək ilə iç topuqlar arasında məsafə ölçülür; fərq olsa funksional səbəblidir, həqiqi fərqdə isə məsafə eynidir.
Əl-ayaq sindromu
Oraqvarı-hüceyrə artropatiyası, oraqvarı-hüceyrə daktiliti, "əl-ayaq sindromu" – əl-ayaq sindromu, hiperurikemiya və podaqra, sümük infarktı və aseptik nektoz, hemartroz, septik artrit, oynaqlarda qeyri-iltihabi maye, oynaqların xroniki iltihabı, əzələlərin ocaqlı nekrozu, rabdomioliz.
Baş-ayaq Fuci
Baş-ayaq Fuci (逆さ富士, Sakasa Fuci) – Fuci dağının mənzərələrindən biri. Fuci dağının sudakı simmetrik əksini bildirir. == Haqqında == Fuci dağının tərsinə görünüşü qədim zamanlardan etibarən yaponlar tərəfindən sevilmişdir. Edo dövründə Katsuşika Hokusay çəkdiyi "Fuci dağının 36 görünüşü" seriyasına daxil olan bir əsərdə Fuci dağının Kavaquçi gölündəki əksini təsvir etmişdir. Müasir dövrdə fotoqraf Koyo Okada 1935-ci ildə Fuci dağının Motosu gölündəki əksini çəkmişdir. Onun bu fotosu 1938-ci ildə 1000 və 5000 yenlik əsginaslarda öz əksini tapmışdır. Yaponiya yazıçısı Osamu Dazai 1939-cu ildə yazdığı "Fuci dağının 100 görünüşü" əsərində Misaka keçidində baş-ayaq Fuci dağını təsvir etmişdir. Baş-ayaq Fucini ən çox Yamanaşi prefekturası tərəfdən görmək mümkündür, çünki dağın bu regiona düşən ətəyində bir göl və gölməçə yerləşir. Şizuoka prefekturasında yerləşən Fuci Dağı Dünya İrsi Mərkəzinin binası baş-ayaq Fuci əsasında dizayn olunmuşdur. Belə ki, bina elə dizayn olunmuşdur ki, qarşısındakı su kütləsindəki binanın əksi Fuci dağını xatırladır.
Ayaq Qərvənd
Ayaq Qərvənd — Azərbaycan Respublikasının Ağdam rayonunun Qərvənd kənd inzibati ərazi dairəsində kənd. Ayaq Qərvənd Ağdam rayonunun Qərvənd inzibati ərazi vahidində kənd. Xaçın çayının sahilindədir. Toponimiyada ayaq "kənar, uzaq"; "Aşağı"; "qurtaracaq" mənalarını ifadə edir. Yaşayış məntəqəsi Baş Qərvənd kəndindən Aşağıda yerləşdiyinə görə belə adlandırılmışdır. Qərvənd etnotoponimdir. Youtube-da bax :Bir kəndin nağılı.
Ayaq barmağı
Ayaq barmağı — hərəkət sisteminin əsas hərəkət aparatı. Ayaqlardakı barmaqlar dabanla birlikdə ayağı hərəkətə gətirir və insanın ağırlıq mərkəzi dəyişən zaman tarazlığı saxlamağa kömək edir. Masanın arxasında oturub sağ ayağınızı yerdən qaldırın və saat istiqamətində ayağınızı dairəvi olaraq hərəkətə gətirin. İndi isə bunu edə-edə sağ əlinizi havada "6" rəqəmini yazırmış kimi edin. Sizin ayağınızın istiqaməti avtomatik olaraq dəyişəcək və bunu düzəldə bilməyəcəksiniz.
Ayaq divanı
Ayaq divanı — Osmanlı imperiyasında fövqəladə vəziyyətlərdə padşahın rəhbərliyi ilə çağırılan və padşahdan başqa hər kəsin ayaq üstə dayanmalı olduğu divan məclisidir. XVI əsrdə yalnız bir neçə dəfə çağırılan ayaq divanı, XVII əsrdə tez-tez rastlanmışdır. XVI əsrə aid ayaq divanları daha çox padşah tərəfindən saray xaricində toplanmışdır. Mustafa Selaniki öz əsərində qeyd edir ki, Sultan Süleyman Qanuni tərəfindən çağırılan ilk ayaq divanı 1564 tarixində baş tutmuş, səbəbi isə sədrəzəm Əli Paşanın qeyri-müsəlman bir memarı haqsız yerə həbs etdirməsi olmuşdur. Sultan Süleyman tərəfindən çağırılan ikinci ayaq divanı isə tacir və hacılarla dolu bir Osmanlı gəmisinin Malta quldurları tərəfindən ələ keçirilməsi səbəbilə çağırılmışdır. XVII əsrdə padşah əmriylə toplanan ayaq divanları IV Murad və IV Mehmed səltənətlərinə təsadüf edir. IV Muradın 8 iyun 1632 tarixində Sənan Paşa köşkündə çağırdığı ayaq divanı, onun dövlət idarəsini ələ almasında mühüm rol oynamışdır. IV Mehmedin səltənətində padşah əmriylə çağırılan ayaq divanı isə, Ədirnə yaxınlığında qurulan çadırda 15 oktyabr 1658 tarixində çağırılmışdır. Ayaq divanında səfərdən yenicə dönmüş Körpülü Mehmed Paşa ilə şeyxülislam, başqazılar və yeniçəri ağaları iştirak etmiş, padşah bu divanda Abxaz Həsən ağa üzərinə tərtiblənən səfər üçün ordu rəhbərləri ilə məsləhətləşmişdir. Eyni zamanda bu divanda dövrün şeyxülislamı Bolevi Mustafa Əfəndi Abxaz Həsən ağanın ölümü ilə bağlı fətva vermişdir.
Ayaq fetişizmi
Ayaq fetişizmi — ayaq və ayaq barmaqlarının boyu, topuqlar və dabanı, uzun dırnaq, təmizliyi və ya kirliliyi, ayaqqabılı və corablı geyinmiş halda və ya qoxusundan cinsi zövq alınması. Qarşı cinsə və ya öz cinsləri arasında tətbiq edilə bilər. Ayaqsevərlər həzz duyduqları ayaqları öpməkdən, yalamaqdan, oxşamaqdan, qoxlamaqdan zövq alırlar. Ayaq fetişizminin kişilər arasında ən məşhur fetişizm növü olduğu bildirilmişdir. Fetişizm, bir obyektə olan həddindən artıq bağlılıq olaraq müəyyən edilə, corab, ayaq və s. şeylər ola bilər. Fetişizm deyilincə ilk ağla gələn ayaq, corab və ayaqqabıdır, ancaq fetişizm göbək, qulaq, əl, uniforma və s. qarşı hiss oluna bilər. Google axtarış statistikalarına görə kişilərin 16%-i ayaq fetişistidir. Həmçinin 2017-ci ildə Belçikada aparılan bir araşdırmaya görə kişilərin 17%-ində və qadınların 4%-ində ayaq fetişi aşkarlanmışdır.
Ayaq göbələyi
Ayaq göbələyi (lat. Tinea pedis) – yoluxucu xəstəlik olub, ayaq barmaqlarının arasında əmələ gəlir. İlk zamanlar solğun ağ və sarı ləkələr kimi yaranır sonar isə xoşagəlməz və ağrılı bir problemə çevrilir. Ayaq göbələyinə adətən tez-tez tərləyən ayaqlarda daha çox rast gəlinir. Bədənin dərisindən asılı olaraq bu infeksiyanın müalicəsi bəzən asan bəzən isə həddindən artıq çətin ola bilər. Dözülməz dərəcədə qaşınma. Ayağın formasında hiss olunan dəyişikliklər. Ayaqda səpkilər və onların sulanması. Göbələklər canlı qalması üçün gün işığına ehtiyacı olmayan mikroskopik canlılardır. Bu növ canlıların əsas yaranma mənbəyi rütubət və isti yerlerdir ki,tərləyən ayaqlarda bunun üçün ideal məkandır.
Ayaq zərbələri
Ayaq zərbələri və ya təpik - ayaq ilə vurulan ələ nisbətən sərt zərbələrdir. Əl zərbələrində olduğu kimi ayaqla vurulan zərbələr müxtəlif səviyyələrə, müxtəlif trayektoriyalar üzrə həyata keçirilir. Ayaqla zərbələr pəncənin üst, alt, qabaq, daban, iç və çöl hissəsi ilə baldır və dizlə icra edilir. Bir çox döyüş növlərində, o cümlədən, Taekvondo döyüş sənətində, əsasən, təpik zərbələrindən istifadə edilir.
Ayaq (ölçü vahidi)
Ayaq — qədim uzunluq ölçü vahidi. Addım, qulac, qarış və dirsək türk sözləri olub, bu gün də bir çox xalqların, xüsusilə türk xalqlarının, eləcə də azərbaycanlıların həyat və məişətində uzunluq ölçmək üçün geniş şəkildə işlənməkdədir. Bu da onların dəqiq ölçülərə daha çox yaxınlığı ilə bağlıdır. Xalqımızın məişətində əski çağlarda işlənmiş, lakin bu gün öz əhəmiyyətini demək olar ki, itirmiş uzunluq ölçüsü vahidləri də vardır. İnsanın bədən üzvləri ilə ifadə olunan ayaq və barmaq kimi qədim ölçüləri bunlara aid etmək olar. Addım, qarış, qulac və dirsəyə nisbətən ayaq uzunluq ölçü vahidi az işlənmiş, tədricən unudularaq arxaikləşmişdir. Bu gün ayaqdan uzunluq ölçmək üçün istifadə edildiyinə rast gəlinməsə də, xalqın yaratdığı və öz məişətində uzun illər boyu işlətdiyi uzunluq ölçü vahidlərindən biridir. Hal hazırda kiçik yaşlı uşaqlar oyun oynayarkən müxtəlif oyunlar zamanı ayaq ölçü vahidindən istifadə edirlər. Azərbaycanda işlənən "ayaq" təxminən yarım inşaat arşınına (0,76 sm : 2 = 0,38 sm) bərabər götürülmüşdür. Hazırda məişətimizdə işlənən sacayağı da "ayaq" ölçü vahidindən yaranmışdır.
Daban (ayaqqabı)
Baxmayaraq ki, hündür daban (dikdaban) ayaqqabılarını, adətən, qadınlar istifadə edir, lakin bəzi məkanlar və yerlər var ki, kişilər də geyinir. Kişilərin hündür daban ayaqqabı geyinməsi adəti Monqolustandan gəlib. Onlar atın belində hərəkət edərkən ayaqlarının sürüşüb üzəngidən (atın yəhəri) çıxmaması üçün hündür daban ayaqqabı geyinərmişlər. Misir qəssabları ayaqlarının kəsilən heyvanların içalatına dolaşmaması üçün hündür daban ayaqqabı geyinərdilər. Qədim Misirdə fironlar və zadəganlar səlahiyyətlərini və qüdrətini göstərmək məqsədilə mərasimlərdə hündür daban geyinirdilər. Qədim Yunanıstanda Dram Teatrında tragediya rolunu oynayan aktyor digər aktyorlardan fərqlənmək üçün platformalı çəkmə geyinərdi. Romada həm kişilər, həm qadınlar ayaqlarının küçədə gəzərkən palçığa və ya zibilə batmaması üçün kohtörn (cothurn) (altı hündür ayaqqabı) və ya hündür səndəl geyinərdilər. Yaponiyada bu ayaqqabıların adı getadı və eyni şəraitə əsaslanaraq bugünkü günlərdə də istifadə olunur. XIX əsrdə Amerikada kovboy ayaqqabılarının inkişafına başlandı və indiyədək Birləşmiş Ştatların bəzi yerlərində yenə də məşhurdur. Onun funksiyası da atlının ayaqlarının yəhərdən sürüşməməsi üçündür.
Daban (ayaqqabıda)
Baxmayaraq ki, hündür daban (dikdaban) ayaqqabılarını, adətən, qadınlar istifadə edir, lakin bəzi məkanlar və yerlər var ki, kişilər də geyinir. Kişilərin hündür daban ayaqqabı geyinməsi adəti Monqolustandan gəlib. Onlar atın belində hərəkət edərkən ayaqlarının sürüşüb üzəngidən (atın yəhəri) çıxmaması üçün hündür daban ayaqqabı geyinərmişlər. Misir qəssabları ayaqlarının kəsilən heyvanların içalatına dolaşmaması üçün hündür daban ayaqqabı geyinərdilər. Qədim Misirdə fironlar və zadəganlar səlahiyyətlərini və qüdrətini göstərmək məqsədilə mərasimlərdə hündür daban geyinirdilər. Qədim Yunanıstanda Dram Teatrında tragediya rolunu oynayan aktyor digər aktyorlardan fərqlənmək üçün platformalı çəkmə geyinərdi. Romada həm kişilər, həm qadınlar ayaqlarının küçədə gəzərkən palçığa və ya zibilə batmaması üçün kohtörn (cothurn) (altı hündür ayaqqabı) və ya hündür səndəl geyinərdilər. Yaponiyada bu ayaqqabıların adı getadı və eyni şəraitə əsaslanaraq bugünkü günlərdə də istifadə olunur. XIX əsrdə Amerikada kovboy ayaqqabılarının inkişafına başlandı və indiyədək Birləşmiş Ştatların bəzi yerlərində yenə də məşhurdur. Onun funksiyası da atlının ayaqlarının yəhərdən sürüşməməsi üçündür.
Dunay sahilindəki ayaqqabılar
Dunay sahilindəki ayaqqabılar və ya Dunay Ayaqqabıları (mac. Cipők a Duna-parton) — Macarıstanın paytaxtı Budapeştdə ucaldılan bir Holokost xatirəsidir. II Dünya müharibəsi zamanı Oxlu Xaç Partiyası izlədiyi siyasətlər nəticəsində ölən Yahudilər xatirəsinə Dunay çayının qərb tərəfinə yerləsdirilmək üzrə, rejissor Can Toqay ilə heykəltaraş Gyula Pauer tərəfindən hazırlanmış və 16 aprel tarixində açılmışdır. Budapeştdə yəhudilərin kütləvi icraatı II Dünya müharibəsi sonunda, 1944 -1945-ci illərin əvvəllərində Macarıstan Nazi Partiyasının "Çapraz Oklar" üzvləri tərəfindən həyata keçirildi. Məzarda qalmamaq üçün, faşistlər qurbanları çay sahilində vurdular. Yəhudilər Tuna yamacına yük maşını ilə gətirdilər, ayaqqabılarını çıxarmaq və bilinməyən bir istiqamətdə barjalardan götürülməyə əmr etdi. Rəfaət ayaqqabısı ayaqqabılarında satılan və ya Naziler tərəfindən öz ehtiyacları üçün istifadə edildi. Atılan adam sayı minlərlə oldu. Qurbanların tam sayı bilinmir - sular cəsədləri uzaqlaşdırdı. Budapeşt gettosu 1945-ci il yanvarın 18-də Sovet qoşunları tərəfindən azad edildi.
His dəstəsinin sağ ayaqcığınıın blokadası
His dəstəsinin sağ ayaqcığınıın blokadası (ing. right bundle branch block) tibbdə ürəyin keçiricilik sistemində baş verən pozğunluq olub, Elektrokardioqrafiya müşahidəsində öz əksini tapmış olur. Bu patoloji hal heç bir şikayətə səbəb olmasa da, amma hər hansı bir sağ mədəciyin disfunksiyasına səbəb ola bilir. Bu patoloji hala səbəb ürək əzələsinin qan təchizatıının pozulması — işemiya, iltihabı — miokardit, bəzən də zəhərlənmə, sağ mədəciyin həddən ziyadə yüklənməsi halları ola bilər. Bu hal elə bir xüsusi müalicə tələb etmir, amma onu üzə çıxara bilən səbəblərə qarşı müalicə labüddür.
His dəstəsinin sol ayaqcığınıın blokadası
His dəstəsinin sol ayaqcığınıın blokadası (ing. left bundle branch block) tibbdə ürəyin keçiricilik sistemində baş verən pozğunluq olub, Elektrokardioqrafiya müşahidəsində öz əksini tapmış olur. Bu patoloji hal çox vaxt heç bir şikayətə səbəb olmasa da, amma hər hansı bir sol mədəciyin disfunksiyasına səbəb ola bilir. Bu patoloji hala səbəb ürək əzələsinin qan təchizatıının pozulması — işemiya, iltihabı — miokardit, bəzən də zəhərlənmə, sol mədəciyin həddən ziyadə yüklənməsi halları ola bilər. Bu hal bəzən elə bir xüsusi müalicə tələb etmir, amma onu üzə çıxara bilən səbəblərə qarşı müalicə labüddür.
Kaliforniya ayaqsız kərtənkələsi
Anniella pulchra (lat. Anniella pulchra) — ayaqsız kərtənkələlər fəsiləsinin ayaqsız kərtənkələ cinsinə aid heyvan növü.
Narahat ayaqlar sindromu
Narahat ayaqlar sindromu — yuxu ya da istirahət zamanı (oturarkən və ya yatarkən) ayaqlarda hiss edilən rahatsızlıq, uyuşma bəzən də tam olaraq ifadə olunmayan bir hissdir. Bu xoş olmuyan hissə görə insan ayaqlarını hərəkət etdirir ki bu zaman da əlamətlər aradan qalxır. İdiopatik və simptomatik olaraq iki qrupa bölünür. 1-Ayaqlarda xoş olmayan və rahatsızlıq verici hiss ilə birlikdə olan hərəkət etmə istəyi (bəzən xoş olmayan hiss olmaya bilər və ya bəzən ayaqlardan əlavə olaraq qollar və ya digər bədən bölgələrində də olabilir) 2-Hərəkət etmək istəyi və ya xoş olmayan hiss, hərəkətsizlik və ya istirahat zamanı, yatma ve oturma zamanı artır. 3-Hərəkət etmək istəyi və ya xoş olmayan hiss harəkətlə qismən və ya tamamən rahatlar və ən azından hərəkət davam etdiyi müddətdə azalır. 4-Hərəkət etmək istəyi və ya xoş olmayan hiss axşam və ya gecə ortaya çıxar və ya gündüzlə müqayidədə artar. Simptomatik Narahat ayaqlar sindromu uremiya, neyropatiya və dəmir çatışmazlığı anemiyası zamanı çox müşahidə olunmaqla yanaşı, nadir olaraq revmatoid artrit, diabetus mellitus, hiper ve hipotiroizm, xronik ağciyər xəstəlikləri, leykoz, Isaacs sindromu zamanı rast gəlinir. Tourette sindromu və uşaqlarda diqqət pozulmalı hiperaktivlik sındromu ilə Narahat ayaqlar sindromunun birlikdə müşahidə olunması bildirilmişdir. Narahat ayaqlar sindromu nədir ?
Qara ayaqca
Qara ayaqca ya da Qara aya dili və Siksikaca (yerli dildə: Siksiká ᓱᖽᐧᖿ; ingiliscə: Blackfoot, Siksika) — dörd ləhcəsindən üçü (Kainai, Şimali Piegancası, Cənubi Piegancası) Kanada Albertada, biri Amerika Birləşmiş Ştatlarında Montana ştatının şimal-qərbində Qara ayaqlar tərəfindən danışılan Algonkin dilləri ailəsinin Düzənlik Algonkin dillər qrupundan bir hindu dilidir. 2001-ci ildəki rəqəmlərə görə, Kanadada 15,000 etnik Qara ayaqdan 4,500 ü, Amerika Birləşmiş Ştatlarında 5,000-8,000 Qara ayaqdan 100-ə qədəri ana dilində danışa bilir. Gənclər tərəfindən istifadə edilən köhnə Qara ayakca (və ya Yüksək Qara ayaqca) adlı iki fərqli forma vardır ki, bu da yaşlılar tərəfindən istifadə edilir və Yeni Qara ayaqca (və ya Müasir Qara ayaqca) istifadə olunur.
Qara ayaqlar
Qara ayaqlar (Qara ayaqca Niitsítapi "Original People"; İngiliscə Blackfoot, Blackfeet), daha çox Kanadada Alberta yaletində, çox az bir qismi də Amerika Birləşmiş Ştatlarında Montana əyalətinin şimal qərbində yaşayan Algonkinlərdən Hindu qəbiləsi. Ən yaxın qohumları Arapaholar, Atsinalar və Şayenlərdir. Düzənlik Hinduları mədəni grupuna daxildirlər. Atabasklardan fərqli bir dil danışan Tsutinalar keçmişdə Qara ayaq konfederasiyasına daxil idilər. Siyulardan Sihasapa (Qara ayaq) xalqının adı ilə dilləri Algonkin dillerinə girən Siksiká ᓱᖽᐧᖿ (Qara ayaq) xalqının adlarını qarışdırmamaq lazımdır.
Qırmızı ayaqlı sümsük quşu
Qırmızı ayaqlı sümsük quşu (lat. Sula sula) — Sümsük quşları cinsinə daxil olan quş növü. Lələklərinin rəngi ağ, açıq-boz və açıq qəhvəyi, ayaqları qırmızımtıl, dimdiyi mavi rəngdə olur. Qanadlarının sonucları qara rəngdədir. Bədənlərinin uzunluğu 70 sm çatır. Qanadları arasında məsafə 1.5 km-dir. Cavan Qırmızı ayaqlı sümsük quşları Qonur sümsük quşlarına bənzəyirlər. Adətən növ Sakit okean suları çevrəsində yayılmışdır. Ancaq onlara Tobaqo adası çevrəsində də rastlamaq mümkündür. Sakit okeanın tropik adalarında yuva qururlar.
Qışlaq-i Ayaqəyrihacıməhəmmədəli (Pərsabad)
Qışlaq-i Ayaqəyrihacıməhəmmədəli (fars. قشلاق اياق ايري حاج محمدعلي‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 55 nəfər yaşayır (9 ailə).
Rossimoda Ayaqqabı Muzeyi
Rossimoda Ayaqqabı Muzeyi (it. Museo Rossimoda della calzatura) – İtaliyanın Stra kommunasında yerləşən və ayaqqabıya həsr olunmuş muzey. Muzey 1995-ci ildə Rossimoda ayaqqabı şirkətinin qurucusu Luicino Rossinin arzusuna əsasən yaradılmışdır. Əvvəlcə muzeyin sadəcə şirkətin tarixinə həsr olunması planlaşdırılsa da, daha sonra Riviera-del-Brenta bölgəsinin ənənəvi ayaqqabılarına, qədim Venesiyanın ayaqqabı ənənəsinə və beynəlxalq ayaqqabı dizaynerlərinə həsr olunmuşdur. Muzeydə dünyanın müxtəlif ölkələrindən olan dəb dizaynerlərinin 1500-dən çox ayaqqabı modeli saxlanılır. Burada Endi Vorhol və Allen Consa məxsus ayaqqabı modelləri sərgilənir. Sərgi bölgəsinin sahəsi 700 m2 təşkil edir və XVII əsrdə aid iki mərtəbəli zalda yerləşir. Burada Vigo şirkətinin digər moda evləri ilə əməkdaşlığı nəticəsində hazırlanan prototiplər sərgilənir. Birinci mərtəbə Donna Karan və Mark Ceykobs kimi ABŞ dizaynerlərinə, yuxarı mərtəbə isə Pucci, Yves Saint Laurent, Givenchi, Dior, Vivier, Fendi, Celine, Christian Lacroix, Kenzo kimi Avropa brendlərinə həsr olunmuşdur. Muzeydə həmçinin Luicino Rossiya məxsus eskizlər, rəsmlər və heykəllər, Lakrua və Karl Lagerfeldə aid orijinal eskizlər, Endi Vorholun rəsmlərinin reproduksiyaları, Allen Cons və Daniel Spoerrinin heykəlləri saxlanılır.
Suda-quruda yaşayan ayaqsızlar
Suda-quruda yaşayan ayaqsızlar (lat. Gymnophiona, Apoda) — onurğalı heyvanların Suda-quruda yaşayan sinfinə daxil olan dəstə. Ayaqsızlar suda-quruda yaşayanların cəmi 170 növünü özündə birləşdirən ən kiçik dəstəsidir. Ayaqsızlar (Caeciliidae) fəsiləsi Balıqilanlar (Ichthyophiidae) fəsiləsi Quyruqlu ayaqsızlar (Rhinatrematidae) fəsiləsi Afrika ayaqsızları (Scolecomorphidae) fəsiləsi Uraeotyphlidae fəsiləsi Werner Himstedt: Die Blindwühlen.
Ayaqlı qablar
Ayaqlı qablar (ing. Stemware) — baza üzərində yüksələn ayaq üzərində duran içki qablarıdır. Bu cür qablar adətən müxtəlif şüşə materiallardan hazırlansa da, bəzən keramik və metal variantlarına da rast gəlinir. Ayaqlı qablar, istifadəçiyə əl vasitəsilə içkinin tempraturuna təsir etmədən onu tutmağa imkan verir. Ayaqlı qablara aşağıdakılar daxildir: Absent badəsi Şampan badəsi Potir və kubok Kokteyl badəsi (Martini və marqarita badələri daxil olmaqla) Likör badələri Ramerlər Qədəhlər Şərab badələri Rinker, Harry L. Stemware of the 20th Century: The Top 200 Patterns (1st). New York: House of Collectibles. 1997. ISBN 9780676600841. İstifadə tarixi: 23 February 2013. Cech, Mary; Schact, Jennie.
Ayaqyalın məhəbbət
Ayaqyalın məhəbbət qısametrajlı bədii filmi rejissor Boris Svetlov tərəfindən 1916-cı ildə ekranlaşdırılmışdır. Film "Filma" Səhmdar Cəmiyyətində istehsal edilmişdir. Kinoyumoreska Bakı sakinlərinin həyatından söhbət açır. Hadisələr Bakının küçələrində, gəmidə və mehmanxanada cərəyan edir. Filmdə əsas rolları A. Panova-Potyomkina, Regina Lazareva, Yevgeni Muromski və V. Lenin ifa edirlər. Kinoyumoreska Bakı sakinlərinin həyatından söhbət açır. Hadisələr Bakının küçələrində, gəmidə və mehmanxanada cərəyan edir. Rejissor: Boris Svetlov Operator: Qriqori Lemberq A.Panova-Potyomkina Regina Lazareva Yevgeni Muromski V.Lenin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Ayaqqabı əməliyyatı
Ayaqqabı əməliyyatı qısametrajlı bədii filmi rejissor Pərviz Həsənov tərəfindən 2016-cı ildə ekranlaşdırılmışdır. "Debüt" studiyasında istehsal edilmişdir. Film çəkməçi Qədirin başına gələn əhvalatdan bəhs edir. Əsas rolları Qurban İsmayılov, Rasim Cəfər, Almaz Amanova və Leyla Əbdülsəmədova ifa edirlər. Çəkməçi Qədir (Qurban İsmayılov) xalq arasında tərsliyi ilə tanınır. Dostunun oğlu biznesmen Əmrulla (Rasim Cəfər) Qədirin ayaqqabı dükanından başqa ətrafdakı bütün dükanları satışa razı salır. Tərs Qədiri isə razı sala bilməyəcəyini anlayaraq ona bir fənd qurur. Günlərin bir günü ona iş təklif edir və avans olaraq da pul verir. Qızını (Leyla Əbdülsəmədova) Bakıya festivala göndərmək istəyən və pula ehtiyacı olan Qədir Əmrullanın təklifini qəbul etməli olur və dükanını girov qoyur. Nəticədə iş alınmır və Qədir dükanını itirir.
Ayaqgediklər (Qars)
Ayaqgediklər — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 48 nəfərdir (2022).

Digər lüğətlərdə