1. Başqalıq, müxtəliflik, birbirinə bənzəməzlik; fərq, uyğunsuzluq. Fikir ayrılığı. Üsul ayrılığı. Bunların arasında heç bir ayrılıq yoxdur.
2. Yaxın adamlarından, sevgilisindən, dostundan uzaqda keçən həyat; hicran, fəraq, firqət. Ayrılığa dözməmək.
– Əğyar aramıza saldı ayrılıq; Getdi canan yüz naz ilə, gəlmədi.
Zimistan oldu, gənə gəldi bahar; Ayrılıq eylədi məni intizar.
Mən ki doymamışdım heç vüsalından; Mənə zülm elədi yaman ayrılıq.
// Ayrılma.
[Cəmil bəy:] Ayrılıq zamanı yaxınlaşınca birdən-birə gözlərim yaşardı.