AKT

is. [lat.]
1. Şahidlərin iştirakı ilə, yaxud yoxlama nəticəsində müəyyən edilən bir faktı təsdiq edən sənəd, yazı, protokol və s. Akt tərtib etmək. Akta qol çəkmək. Notarial akt. – Qəhrəman görmüşdü ki, meşəbəyi Rüstəm üçün nə qədər akt bağlamışdı. S.Rəhimov.
2. Dövləti və ya ictimai əhəmiyyəti olan fərman, qərar. Torpağın həmişəlik istifadə üçün kəndlilərə verilməsi haqqında dövlət aktı.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət

AKT I сущ. акт: 1. документ, удостоверяющий какой-л. факт. Akt bağlamaq составить акт 2. ətraflı

Azərbaycanca-ingiliscə lüğət

AKT I. i. 1. (hərəkət) act; 2. hüq. deed; ittiham aktı (bill of) indictment; 3. ətraflı

Author: Obastan; Publisher: Obastan