Azərbaycan dastanlarının leksikası

  • ALƏMİ-ZƏRR

    Bax: aləmi-zürr. (“Koroğlu” dastanının lüğəti)

    Tam oxu »
  • ALƏMİ-ZÜRR

    Ruhlar aləmi. (“Koroğlu” dastanının lüğəti) İnanca görə yaradılışdan öncə ruhlar aləmi olmuşdur və ruhlar aləmi-zərdə yaşamışlar

    Tam oxu »
  • ALI QOYMAQ

    Tutmaq, saxlamaq. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • ALI VERMƏK

    Başqası üçün bir şey almaq. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • ALICI

    Yırtıcı, ovçu (quş haqqında). (“Koroğlu” dastanının lüğəti) Oturmuşdum mən xan kimi, Göz yaşım axdı qan kimi

    Tam oxu »
  • ALINMAQ

    1. Zəbt edilmək, tutulmaq; yaxalanmaq, əsir edilmək. 2. Gücdən düşmək. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • ALIŞMAQ

    Alıb-vermək. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • ALİŞAN ƏRƏB

    Adlı-sanlı, şöhrətli. (“Koroğlu” dastanının lüğəti) Tanrıdan dövlət istərəm, Qaxetdə bir bağım ola! İçində mərmər hovuzu, Alişan otağım ola!          

    Tam oxu »
  • ALQAR

    Yürüş. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • ALQAR VARMAQ

    Yürüş etmək. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • ALLAF

    ərəb. əllaf Taxıl, un, yem, ot və s. alveri edən tacir. (“Koroğlu” dastanının lüğəti) İsabalı göz gəzdirirdi, gördü meydanın aşağı tərəfində bir allaf

    Tam oxu »
  • ALMA

    Dastanda məcazlarda işlənir. (“Koroğlu” dastanının lüğəti) Çənlibeldən səni deyib gəlmişəm, Alma gözlüm, qız birçəklim Qırat, gəl!                    

    Tam oxu »
  • ALMAÇI

    Almasatan. (“Koroğlu” dastanının lüğəti) Pərizad xanım burda qalsın, indi eşit almaçıdan. Koroğlu almaçıya dönə-dönə tapşırmışdı ki, onun gəlişini heç

    Tam oxu »
  • ALMAQ

    Gözü su içməmək. (“Koroğlu” dastanının lüğəti) Biz heç bundan almırıq. (“Həmzənin Qıratı aparmağı”) (“Həmzə-Teymur”)

    Tam oxu »
  • ALMAS

    Qiymətli daş // təşbeh kimi işlədilir. (“Koroğlu” dastanının lüğəti) Almasdan qılıncdır, poladdan yeyə, Çeynərəm dəmiri, üflərəm göyə, Olaram çərxəki,

    Tam oxu »
  • ALMAZ

    Bax: almas. (“Koroğlu” dastanının lüğəti) Qaşların kamandı, kirpiyin almaz, Hər yandan oxlasan, yaram sağalmaz

    Tam oxu »
  • ALPAN

    Alban. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • ALTUN

    Qızıl. Hər zaman çəkərəm yası, Silinməz könlümün pası; Sərimin getməz sevdası Altun kəmər belə düşdü

    Tam oxu »
  • ALTUN

    Qızıl. (“Koroğlu” dastanının lüğəti) Rəğib bundan keçməsin, Namərd mətləbə yetməsin, broy! Altun kəmər incitməsin, Yar, belinə qurban olayım!        

    Tam oxu »
  • AMADA FARS

    Hazır, müntəzir. Bülbül gül üstündə eyləyir səda, Hər kəs öz işinə olub amada, İnsanlar tamamən çatır murada, Yetibdi mətləbə şadan olubdu

    Tam oxu »
  • AMADƏ

    Bax: amada.

    Tam oxu »
  • ANARU

    O biri, o tərəf, əks tərəf. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • ANCILAYIN

    Elə, onun kimi. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • ANDA

    Orada, o yanda. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • ANDAN

    1. Sonra, ondan sonra. 2. Onun üçün, o səbəbdən. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • ANI1

    Heyrət, şaşqınlıq: “anı uçdu”, yəni bihuş olub-qaldı, ağlı başından getdi. (“Kitabi-Dədə Qorqud” leksikası) Onu

    Tam oxu »
  • ANITMAQ

    Bir vaqiə, mənzərə qarşısında çaşıb-qalmaq. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • ANRAMAQ

    Kükrəmək, hayqırmaq; gurultulu, qorxunc səslər çıxarmaq (aslan kimi heyvanlar); inləmək, mızıldamaq (kiçik, bala heyvanlar)

    Tam oxu »
  • ANRI

    O yan, o tərəf. (“Koroğlu” dastanının lüğəti) Koroğlu çölə çıxmışdı, dolana- dolana gəlib çıxdı Ağ qayaya

    Tam oxu »
  • ANSUZUN

    Dərhal. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • ANŞIRMAQ

    Anlamaq, başa düşmək. (“Koroğlu” dastanının lüğəti) Mahru xanım xotkarın sözlərindən anşırdı ki, qardaşı bu neçə gündə niyə narahatmış

    Tam oxu »
  • APUL-APUL

    Ləngər vura-vura. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • ARAXÇIN

    ər. ərəq + fars. çin Qiymətli parçadan, çox vaxt tirmədən tikilib, üstü güləbətin (zərli) və ya ipək sapla naxışlanmış baş geyimi; təsək

    Tam oxu »
  • ARAQÇIN

    Bax: araxçın. (“Koroğlu” dastanının lüğəti) Koroğlu durnanın başındakı çıqqanı yolub, Eyvazın araqçınına sancdı

    Tam oxu »
  • ARAMGAH FARS

    1. İstirahət yeri, dayanılan yer; məskən, mənzil. 2. Məcazi mənada: qəbir mənasında. Dastanda birinci mənada işlənir

    Tam oxu »
  • ARASTƏ FARS

    1. Bəzəkli, bəzənmiş. 2. Nizam və qaydası olan. (“Koroğlu” dastanının lüğəti) Məclis arasteydi, söhbətin keçdi, Könül sərxoş oldu, yoluna düşdü, Namən

    Tam oxu »
  • ARƏSTƏ

    Bax: arastə. (“Koroğlu” dastanının lüğəti) Elə ki məclis arəstə oldu, hər kəs öz yerini tutdu, xotkar dedi

    Tam oxu »
  • ARƏSTƏ OLMAQ

    Nizam və qaydada olmaq. (“Koroğlu” dastanının lüğəti)

    Tam oxu »
  • ARĞAB

    Həlqə. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • ARĞIŞ

    Karvan, qəriblikdə olanın yanına göndərilən şəxs, xəbər aparan. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • ARĞUN

    Siçan-siçovul qəbilindən heyvan. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • ARXALIQ

    Yaxası düyməli, beli büzməli (və ya büzməsiz) üst paltar. (“Koroğlu” dastanının lüğəti) Baxdı ki, bu atlı əynində çuxa, ayağında başmaq, qanovuz arxal

    Tam oxu »
  • ARI

    Təmiz, saf, xalis, duru, parlaq, pak. Müasir dilimizdə aydan arı, sudan duru ifadəsinin tərkibində və arıtlamaq, artlamaq, arınmaq feillərinin kökündə

    Tam oxu »
  • ARIĞINAQ

    Arıq sözünün azaltma dərəcəsi; arıqtəhər. (“Koroğlu” dastanının lüğəti) Paşa gördü xalxalda iki uzun orta, arığınağ, çöpüylü qulan bağlanıb, bildi ki,

    Tam oxu »
  • ARITMAQ

    Boğazını arıtmaq: öskürməklə boğazını təmizləmək. (“Koroğlu” dastanının lüğəti) Vəzir qurcalandı, boğazını arıtdı, içini çəkdi

    Tam oxu »
  • ARİZ ƏRƏB

    Zühur edən, ortaya çıxan. (“Koroğlu” dastanının lüğəti) Görmürsənmi, heç Allah da kasıbın tərəfində deyil! Təzəcə Hüseynəli xandan xilas olmuşduq, Əmi

    Tam oxu »
  • ARQA

    1. Arxa, ard, dal. 2. Kömək, köməkçi. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • ARQIÇ

    Arxac; yazda sürünün dincəldiyi yer; ətəyi. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • ARQU

    1. İnad, sözə qulaq asmayan. 2. İki divar və ya iki dirək arasına qoyulan ağac. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • ARQURU

    Köndələn, çarpaz. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »