CAB

cab1

n 1. arabaçı, faytonçu, sürücü; 2. taksi; to take a ~ taksi tutmaq; 2. idarəetmə kabinəsi; maşinistin budkası; 3. kuzov, gövdə (avtomobildə və s.)

cab2

adj taksi; a ~ driver / man taksi sürücüsü; ~ fare taksidə gediş haqqı; ~ stop taksi dayanacağı

C
CAB-STAND
OBASTAN VİKİ
Elnur Cabbarov
Elnur Şahmurad oğlu Cabbarov (12 sentyabr 1994, Ağcabədi – 12 noyabr 2020, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elnur Cabbarov 15 sentyabr 1994-cü ildə Ağcabədidə anadan olmuşdur. == Hərbi xidməti == Hərbi xidmət müddəti bitdikdən sonra Elnur Laçın rayon polis orqanında işə düzəlir, daha sonra N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi fəaliyyətini davam etdirir. 27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsinə Elnur könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrə qoşulduqdan sonra yollanır. Döyüşlərdən birində ağır yaralansa da, yenidən döyüş meydanına qayıdır. O, Füzulinin, Cəbrayılın, Hadrutun, Zəngilanın, Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşur. Laçın dəhlizinin işğaldan azad edilməsi də Elnur və onun komandasına tapşırılmışdı. Əsgər Elnur Cabbarov 5 noyabr 2020-ci ildə Şuşanın azad edilməsində ağır yara almış, əvvəlcə, Hadruta, oradan Bakıya aparılmışdır. 1 həftəlik komadan sonra 12 noyabr 2020-ci ildə Bakıda müalicə aldığı xəstəxanada dünyasını dəyişmişdir. Ağcabədi rayonunda dəfn olunmuşdur.
Elvira Cabbarova
Elvira Cabbarova (15 noyabr 1976) — Azərbaycanı təmsil edən yüngül atlet. == Karyerası == Elvira Cabbarova Azərbaycanı 1996-cı ildə Birləşmiş Ştatların Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 100 metr məsafəyə qaçış turnirində 11.96 saniyə nəticə göstərdi və təsnifat mərhələsini 8-ci pillədə başa vuraraq mübarizəsini dayandırdı.
Equus caballus
Ev atı, əhli at (lat. Equus ferus caballus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinin atlar cinsinin vəhşi at növündən heyvan. Bədən quruluşu Eşşək və Çöl eşşəyinə çox yaxındır. == Ümumi məlumat == İngiltərənin Exeter Universitetinin arxeoloqları Qazaxıstanın şimalında dünyanın ən qədim at ferması sayıla bilən qəsəbə aşkar ediblər. Qədim Botay mədəniyyəti ilə əlaqələndirilən həmin qəsəbədə at sümükləri və madyan südü izləri daşıyan qab-qacaq tapılıb ki, bu da alimləri belə düşünməyə vadar edir ki, insanlar atı indiyədək hesab olunandan daha qədim dövrlərdə əhliləşdirməyə başlayıb. Belə ki, alimlərə görə, Qazaxıstanda tunc dövründən də qabaq - bizim eradan 3500 il əvvəl insanlar at sürüblərmiş. Müqayisə üçün qeyd edək ki, Avropada atın 1500 il bundan əvvəl əhliləşdirilməyə başlanıb. Atlar bəşəriyyət tarixində nəqliyyat vasitəsi kimi, kənd təsərrüfatında, eləcə də müharibələr zamanı mühüm rol oynayıb. Arxeoloqlar atların əhilləşdirilməsi prosesinin qədim Orta Asiyadan başlandığını çoxdan güman edirdilər, lakin indiyə qədər onların buna dair kifayət qədər dəlilləri yox idi. == At nəqliyyat vasitəsi kimi == Min illiklər boyu öz dövünün ən sürətli və ən rahat minik nəqliyyatı vasitəsi at olmuşdur.
Equus ferus caballus
Ev atı, əhli at (lat. Equus ferus caballus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinin atlar cinsinin vəhşi at növündən heyvan. Bədən quruluşu Eşşək və Çöl eşşəyinə çox yaxındır. == Ümumi məlumat == İngiltərənin Exeter Universitetinin arxeoloqları Qazaxıstanın şimalında dünyanın ən qədim at ferması sayıla bilən qəsəbə aşkar ediblər. Qədim Botay mədəniyyəti ilə əlaqələndirilən həmin qəsəbədə at sümükləri və madyan südü izləri daşıyan qab-qacaq tapılıb ki, bu da alimləri belə düşünməyə vadar edir ki, insanlar atı indiyədək hesab olunandan daha qədim dövrlərdə əhliləşdirməyə başlayıb. Belə ki, alimlərə görə, Qazaxıstanda tunc dövründən də qabaq - bizim eradan 3500 il əvvəl insanlar at sürüblərmiş. Müqayisə üçün qeyd edək ki, Avropada atın 1500 il bundan əvvəl əhliləşdirilməyə başlanıb. Atlar bəşəriyyət tarixində nəqliyyat vasitəsi kimi, kənd təsərrüfatında, eləcə də müharibələr zamanı mühüm rol oynayıb. Arxeoloqlar atların əhilləşdirilməsi prosesinin qədim Orta Asiyadan başlandığını çoxdan güman edirdilər, lakin indiyə qədər onların buna dair kifayət qədər dəlilləri yox idi. == At nəqliyyat vasitəsi kimi == Min illiklər boyu öz dövünün ən sürətli və ən rahat minik nəqliyyatı vasitəsi at olmuşdur.
Erigeron cabulicus
Erigeron cabulicus (lat. Erigeron cabulicus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Faiq Cabbarov
Faiq Cabbarov — Azərbaycan futbolçusu.
Fatma Cabbarova
Fatma Ağacabar qızı Cabbarova (7 noyabr 1920, Bakı – 29 noyabr 2010, Bakı) — Azərbaycan diktoru, Azərbaycan SSR xalq artisti (1990). == Həyatı == Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (1941) və Azərbaycan Dövlət İncəsənət İnstitutunu (1950) bitirmişdir. 1941–1991-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində işləmiş, Azərbaycan radiosunun diktoru olmuşdur. İnformasiya, xəbərlər, siyasi və ədəbi mövzuda verilişlərin aparıcısı olmuşdur. Azərbaycan və dünya dramaturqlarının əsərlərini ilk dəfə radioda səsləndirmiş və radio kompozisiyalarında çıxış etmişdir.
Fazil Cabbarov
== Siyahı ==
Gülarə Cabbarlı
Gülarə Cəfər qızı Cabbarlı (11 fevral 1930, Bakı – 12 fevral 2018, Bakı) — filoloq, uzun illər Cəfər Cabbarlının ev-muzeyinin direktoru olub. Dramaturq Cəfər Cabbarlının qızıdır. "C. Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım İctimai Birliyi"nin rəhbəri, "Cəfər Cabbarlı Mükafatı" komissiyasının sədri. == Həyatı və fəaliyyəti == Gülarə Cabbarlı 1930-cu ildə Bakıda Cəfər Cabbarlının ailəsində dünyaya gəlib. 1948-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olaraq 1953-cü ildə ali təhsilini başa vurub. 1968-ci ildə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində baş elmi işçi kimi işə başlayıb, 1979-cu ildə C. Cabbarlının ev-muzeyinə direktor vəzifəsinə təyin olunub. Fəaliyyəti dövründə onun muzeydə gerçəkləşdirdiyi layihələr sırasında yazıçının 100 illik yubileyi münasibətilə təsis olunmuş "Cəfər Cabbarlı Mükafatı"nı, yazıçının əsərlərinin toplandığı "Mənim tanrım—gözəllik", "XX əsr Azərbaycan incəsənətinin inkişafında Cəfər Cabbarlının rolu" adlı kitablarını, həmçinin, ədibin öz sözlərinə bəstələdiyi mahnılardan və şeirlərdən ibarət "Azad bir quşdum" adlı musiqi albomunu göstərmək olar. 2001-ci ildən ömrünün sonunadək Gülarə xanım eyni zamanda "C. Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım İctimai Birliyi"nin rəhbəri, "Cəfər Cabbarlı Mükafatı" komissiyasının sədri olmuşdur. Gülarə Cabbarlı 2018-ci ildə 88 yaşında dünyasını dəyişmişdir. == Mükafatları == 2014-cü ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif edilmişdir.
Gülağa Cabbarov
Gülağa Cabbarov (tam adı: Gülağa Dadaş oğlu Cabarov, 25 mart 1955) — Azərbaycanlı futbol hakimi və idman xadimidir. Azərbaycan Futbol Hakimləri İctimai Birliyinin sədridir. == Həyatı == Gülağa Cabarov 1955-ci ildə Bakı şəhərinin Əmircan qəsəbəsində anadan olmuşdur. Gənclik illərindən futbol ilə məşğul olmuş, daha sonra futbol hakimi və idman işçisi kimi fəaliyyət göstərmişdir. O, Bədən Tərbiyəsi və İdman Akademiyasını futbol ixtisası üzrə və Azərbaycan Beynəlxalq Universitetini dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bitirmişdir. İki övladı var. Oğlu Rauf Cabarov FİFA dərəcəli beynəlxlaq futbol hakimidir. == İdman və əmək fəaliyyəti == Futbol üzrə Azərbaycan SSR kubokunun 1979-cu ildə Suraxanılı komandası ilə qalibi olmuşdur. Futbol karyerasını erkən başa vurmuş, hakimliklə məşğul olmuşdur. 1982-ci ildən SSRİ-nin müxtəlif futbol liqalarında hakimlik etmiş və SSRİ Yüksək Liqasında hakim köməkçisi olmuşdur.
Güloğlan Cabbarlı
Güloğlan Məhərrəm oğlu Cabbarlı (14 iyul 1976, Düdəngə, İliç rayonu) — Kunqfu-Sanda Dünya Çempionu (2007, Peruci, İtaliya). == Həyatı == Güloğlan Cabbarlı 1976-cı il 14 iyul tarixində Naxcıvan Muxtar Respublikasının Şərur rayonunun Düdəngə kəndində anadan olmuşdur. 1982–1992-ci illərdə Şərur rayonu Cəlilkənd orta məktəbini bitirmişdir. 1999–2004-cü illərdə Bakı Dövlət Üniversitetinin (BDU) hüquq fakültəsindən məzun olmuşdur. 2004–2005-ci illərdə Azərbaycan ordusunda həqiqi hərbi xidmətdən keçmişdir. Ailəlidir.
Güloğlan Cabbarov
Güloğlan Məhərrəm oğlu Cabbarlı (14 iyul 1976, Düdəngə, İliç rayonu) — Kunqfu-Sanda Dünya Çempionu (2007, Peruci, İtaliya). == Həyatı == Güloğlan Cabbarlı 1976-cı il 14 iyul tarixində Naxcıvan Muxtar Respublikasının Şərur rayonunun Düdəngə kəndində anadan olmuşdur. 1982–1992-ci illərdə Şərur rayonu Cəlilkənd orta məktəbini bitirmişdir. 1999–2004-cü illərdə Bakı Dövlət Üniversitetinin (BDU) hüquq fakültəsindən məzun olmuşdur. 2004–2005-ci illərdə Azərbaycan ordusunda həqiqi hərbi xidmətdən keçmişdir. Ailəlidir.
Gültəkin Cabbarlı
Gültəkin Əjdər qızı Cabbarlı (9 mart 1929, Bakı – 15 oktyabr 1996, Bakı) — 1950-ci il fevralın 6-dan Radiolaşdırma və Radio Verilişləri Komitəsi Radioinformasiya Komitəsinin, 1954-cü ildən Mədəniyyət Nazirliyinin Radioinformasiya İdarəsinin, 1957-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri Komitəsinin, 1970-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin diktoru, Azərbaycan SSR əməkdar artisti (1990). == Həyatı == Gültəkin Cabbarlının Azərbaycanda peşəkar diktorluq məktəbinin yaranmasında xüsusi xidmətləri olub. O, təmiz, cilalanmış, məlahətli səs sahibi idi. 1947-ci ildə orta məktəbi bitirib. 1950-ci il fevralın 6-da Dövlət radiosunda diktor vəzifəsində işə qəbul olunub. 1953-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1955-ci ildə Aydın Qaradağlı ilə ailə həyatı qurub. 1956-cı ildə Xanım, 1959-cu ildə Aygül adlı qızları, 1966-cı ildə isə Vüqar adlı oğlu anadan olub. 1990-cı ildə Azərbaycan SSR əməkdar artist fəxri adına layiq görülüb. 1996-cı il oktyabrın 15-də dünyasını dəyişib.
Hacı Cabbar Kömək
Hacı Cabbar Kömək (1869, Yengicə, Şərur-Dərələyəz qəzası – 1948, Qars, Qars ili) — Ərzurum konqresində Naxçıvan, Şərur, Ordubad, Vedibasar bölgələrinin səlahiyyətli nümayəndəsi. Çanaqqala zəfərinə və Türkiyə ordu quruculuğuna verdiyi töhfələrə görə Atatürk tərəfindən "Kömək" ləqəbini 1925-ci ildə isə bu xidmətlərinə görə "İstiqlal medalı" alıb. == Həyatı == 1869-cu ildə Şərur rayonunun Yengicə kəndində doğulub. Azərbaycanda və eləcə də Türkiyədə xeyriyyəçilik işləri görüb. Türkiyə İstiqlaliyyət Müharibəsinə dəstək məqsədilə könüllü dəstələrin təşkilində böyük xidmətləri olub. 1919-cu ilin 23 iyul-7 avqust tarixində keçirilən Ərzurum konqresində Hacı Cabbar Naxçıvan, Şərur, Ordubad, Vedibasar bölgəsinin müsəlman əhalisinin səlahiyyətli nümayəndəsi olur. Onun nümayəndə kimi Ərzurum Milli Müdafiə Cəmiyyətinə göndərdiyi teleqramlardan ikisi Türkiyə arxivlərində hələ də qalır. Ticarətlə məşğul olduğundan bir müddət Türkiyənin Uşak şəhərində yaşayır. Milli Mübarizə dövrünün qanununa görə gəlirin 10 faizini vermək əvəzinə 40 faizə qədər vergi ödədiyinə görə və eləcə də gələcəkdə qaytarılmaq şərti ilə imkanı çatan qədər pulunu orduya verdiyinə görə Təqdirnamə almışdır. Sonradan Atatürkün təklifi ilə ona "Kömək" soyadı verilir.
Hatəm Cabbarlı
Cabbarlı Hatəm Qulu oğlu (27 dekabr 1969, Çobankərə, Zəngibasar, Ermənistan SSR) — azərbaycanlı alim, siyasi elmlər doktoru, == Həyatı == 27 dekabr 1969-cu ildə Ermənistan Respublikasının Zəngibasar (Masis) rayonunun Rəhimabad (Çobankərə) kəndində doğulmuşdur. 1976-1986-cı illərdə Cəlil Məmmədquluzadə adına Qaraqışlaq (Dostluq) kənd orta məktəbində orta təhsilini tamamlamışdır. 1988-1990-cı illərdə Sovet ordusunda hərbi xidmətdə olmuşdur. 1991-1993-cü illərdə könüllü olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatlarda iştirak etmişdir. Qarabağ müharibəsi qazisidir. 1997-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsindən məzun olmuş, 2002-ci ildə Ankara Universiteti Sosial Elmlər İnstitutunda magistr təhsilini tamamlamışdır. 2008-ci ildə Türkiyədə Qazi Universitetində siyasi elmlər doktoru alimlik dərəcəsini almışdır. 2001-2005-ci illərdə Ankarada fəaliyyət göstərən Avrasiya Strateji Araşdırmalar Mərkəzində Cənubi Qafqaz (Ermənistan) üzrə ekspert işləmişdir. Bir çox məqalələri və analizləri Azərbaycan, Türkiyə və region mətbuatında dərc edilmişdir. 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə III dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilmişdir.
Inga cabelo
Inga cabelo (lat. Inga cabelo) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Kamal Cabbarov
Kərim Əbdül Cabbar
Kərim Əbdül-Cabbar orijinal adı ilə Kareem Abdul Jabbar (əsl adı: ing. Ferdinand Lewis Alcindor Jr.; 16 aprel 1947[…], Nyu-York, Nyu-York ştatı, ABŞ[…]) — məşhur amerikalı basketbolçu, NBA tarixində ikinci ən çox xal qazanan oyunçu. Milli Basketbol Assosiasiyası komandalarından Miluoki Baks, Los-Anceles Leykersdə 20 mövsüm forma geyinib. Mərkəz mövqedə olan Kərim Əbdül-Cabbar karyerasında NBA ilin ən yaxşı beş komandası və NBA ən yaxşı müdafiə komandasına girməyi bacardı. 6 dəfə NBA çempionu, 6 dəfə NBA Ən Dəyərli Oyunçu Mükafatı, 19 dəfə NBA ulduzuna layiq görülüb. 6 çempionluğun ardından müəllim olduğu komanda iki dəfə NBA çempionu olmuşdur. 1996-cı ildə NBA Tarixinin ən yaxşı 50 oyunçusu sırasına daxil olmuşdur. NBA müəllimi Pat Riley və basketbolçu Ayzes Tomas ilə Culis İrvinq, Əbdül-Cabbarı tarixdəki ən yaxşı basketbol oyunçusu olduğunu deyirlər. == Haqqında == İllərin ən yaxşı basketbolçusu hesab edilən Əbdül-Cabbar, Los-Anceles Kaliforniya Universitetində 1965–89-cu illərdə 5 nömrədə mərkəz pozisiyada oynamışdır. Karyerasında 38.387 top vurmuşdur.
Lagochilus cabulicus
Kabul dovşandodağı (lat. Lagochilus cabulicus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dovşandodaq cinsinə aid bitki növü.
Larry the Cable Guy
Daniel Lawrence "Larry" Whitney (ing. Larry the Cable Guy; 17 oktyabr 1963, Pawnee City, Nebraska) — ABŞ aktyoru.
Live from Le Cabaret
Live from Le Cabaret — Maroon 5 qrupunun canlı albomu.
Mahir Cabbarov
Mahir Cabbarov — texnika üzrə fəlsəfə doktoru == Həyat və yaradıcılığı == Mahir Əmiraslan oğlu Cabbarov 1958-ci il aprel ayının 18-də Tərtər rayonunun Səhləbad kəndində anadan olmuşdur. 1975-ci ildə Səhləbad kənd orta məktəbini fərqlənmə ilə bitirərək Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti — AzMİU) daxil olmuş, 1980-ci ildə isə institutu bitirmişdir. 1980-ci ildən 1987-ci ilədək Bakı Baş Tikinti İdarəsində müxtəlif vəzifələrdə çalışan M. Cabbarov 1980–82-ci illərdə hərbi xidmətdə olmuşdur. 1987–1993-cü illərdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Tikinti Təşkilatında baş mühəndis və rəis, 1993–1999-cu illərdə Azərittifaqın Eksperimental İstehsalat Sənaye Müəssisələri Birliyində baş direktor, 2001–2012-ci illərdə Dövlət Tikinti və Arxitektura Komitəsinin Sənaye Müəssisələri və Təmir-Tikinti Birliyi Mexanizasiya və Tikinti İstehsalat İdarəsinin rəisi vəzifələrində işləmişdir. 2012-ci ildən "Sahil inşaat Qrup" MMC-nin təsisçisi və baş direktoru vəzifəsində işləyir. M. Ə. Cabbarov paralel olaraq, tikinti sektorunun inkişafı, tikintidə təhlükəsizliyin təmin edilməsi və s. istiqamətlərdə elmi araşdırmalar apararaq 2008-ci ildə "05.26.02 – Fövqəladə hallarda təhlükəsizlik (tikinti)" ixtisası üzrə AzMİU-nun doktoranturasına daxil olmuşdur. Doktorantura dövründə araşdırmaları davam etdirərək "Tikintidə həyat fəaliyyətinin təhlükəsizliyinə təsir edən risklərin qiymətləndirilməsi və idarə olunması" mövzusunda dissertasiya işini yerinə yetirmişdir. 2012-ci ildə M. Ə. Cabbarov tədqiqat işini uğurla müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. M. Ə. Cabbarov Bakı şəhərində və respublikamızın müxtəlif rayonlarında dövlət əhəmiyyətli bır sıra layihələrin uğurla icra olunmasına rəhbərlik etmişdir.
Mikayıl Cabbarov
Mikayıl Cabbarov (19 sentyabr 1976, Bakı) — Azərbaycan Respublikasının iqtisadiyyat naziri (2019-cu ildən), Azərbaycan Respublikasının vergilər naziri (2017–2019), 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri, Azərbaycan Respublikasının təhsil naziri (2013–2017), Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi (2009–2013), Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini (2004–2009), Azərbaycan Badminton Federasiyasının prezidenti (2015–2021), Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti (2017–2021), Azərbaycan Güləş Federasiyasının prezidenti (2021), Ələt azad iqtisadi zonası üzrə İşçi qrupunun rəhbəri (2024). Mikayıl Çingiz oğlu Cabbarov 1976-cı il sentyabrın 19-da Bakıda anadan olub. 1992–1997-ci illərdə Bakı Dövlət Universitetində təhsil alıb, beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1997–1998-ci illərdə ABŞ-nin Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq üzrə magistr dərəcəsi alıb. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb. Əmək fəaliyyətinə 1995-ci ildə bank sektorunda başlayıb. 1999–2002-ci illər – özəl sektorda hüquqşünas kimi fəaliyyət göstərib. 1999-cu ildən ABŞ-nin Nyu-York ştatında Vəkillər Kollegiyasının üzvüdür. 2002–2003-cü illər – İqtisadi İnkişaf Nazirliyində nazir müşaviri vəzifəsində çalışıb. 2003–2004-cü illər – Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrində çalışıb.
Mirzə Cabbar Məmmədzadə
Mirzə Cabbar Mirzə Abbas oğlu Məmmədzadə (20 yanvar 1882, İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 3 yanvar 1938, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan maarifçisi, pedaqoq, pedaqoji elmlər doktoru, professor (1937). Ermənistan Cümhuriyyəti Parlamentinin I çağırış deputatı olmuşdur. Mirzə Abbas Məhəmmədzadənin oğlu, Cəlal Məmmədovun atasıdır. Mirzə Cabbar Məmmədzadə 1882-ci ilin yanvar ayının 20-də İrəvan şəhərində, camaat arasında "fars Abbas" ləqəbi ilə məşhur olan xalq müəllimi Mirzə Abbasın ailəsində dünyaya gəlmişdir. Əvvəl ev təhsili almış, sonra isə İrəvan Müəllimlər Seminariyasında oxumuşdur. Həmin seminariyada 1898-ci ildə İrəvanda ilk rus-tatar məktəbinin açılmasında rolu olan Axund Məmmədbağır Qazızadə ona dərs demişdir. Mirzə Cabbar 1902-ci ildə seminariyanı bitirəndən sonra həmin seminariyaya ekstern imtahan verir və müəllimlik şəhadətnaməsini alır. O, 1902-ci ilin sentyabrından Nehrəm məktəbində müəllim işləyib. 1903-cü ildə Qəmərli məktəbinə, 1904-cü ildə İmanşalı məktəbinə dərs deməyə gedib. 1905-ci ildən 1906-cı ilin 1 sentyabrına kimi Qəmərli məktəbinin nəzarətçisi olub.
Mirzə Cabbar Təzkirəçi
Hacı Mirzə Cabbar Səfərəli oğlu Təzkirəçi (fars. میرزا جبار تذکرهچی‎) — İranın ilk jurnalistlərindən biri, diplomat. Hacı Mirzə Cabbar Səfərəli oğlu Təzkirəçi 1826-cı ildə Cənubi Azərbaycanın Xoy şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Mirzə Tağı xan Əmir Kəbirin yanında işə düzəlmişdi. Təzkirəçi kimi tanınmışdı. Tehranda ilk mətbələrdən birini Mirzə Cabbar Təzkirəçi açmışdı. Dövrünün savadlı ziyalısı kimi tanınan bu şəxs bir neçə xarici dil bilirdi. Mirzə Cabbar Təzkirəçi xarici ölkələrdə diplomat kimi çalışmışdı.

Digər lüğətlərdə