MƏŞƏDİ

İranın Xorasan-Məşhəd şəhərində dəfn olunmuş müqəddəslərin məzarını ziyarət edən müsəlmanlara verilən dini fəxri ad.
MƏŞƏDƏLİ
MƏŞƏDİABİDİN
OBASTAN VİKİ
Məşədi Abbas
Məşədi Abbas Məşədi Həşim oğlu Rzazadə (1878-1954) 1878-ci ildə, Şuşada Məşədi Həşim Rzazadənin evində dünyaya gələn körpənin adını Abbas qoyurlar. Məşədi Həşim 3 qızdan sonra oğlunun doğulmasına çox sevinir. O, Ağdam və Şuşa bazarlarında bal satırmış, ailəsini çox çətinliklə dolandırırmış. Uşaqlıq illərində varlıların mal-qarasını otaran Abbas sonra dərzi yanında şagirdlik eləyirmiş. Ancaq 6 nəfərlik ailə yenə sıxıntı içindəymiş. Həşimin qardaşı Məşədi Səlimsə varlı nəsildən olan Molla Mirzə Dadaşın qızı Məxmərlə ailə qurduğundan heç nəyə ehtiyacı yoxmuş, pula-pul demirmiş. Amma qardaşına və onun ailəsinə heç kömək etmirmiş. Məşədi Həşim yay-payız ona meyvə sovqatı göndərər və umurmuş ki, bəlkə Səlim zənbili pay-püşlə qaytara. Ancaq kiçik Abbas hər dəfə evə əliboş qayıdarmış. Bir dəfə oğlunu yenə qardaşıgilə göndərən Həşim ona deyir: "Əminə de ki, atam mənə pal-paltar ala blimir, bir az pul versin".
Məşədi Adil
Məşədi Adil Əbdülrəhim oğlu — == Həyatı == 1868-ci ildə Bakının Kürdəxanı kəndində anadan olmuşdur. Bakı qoçuları arasında igidliyi ilə ad çıxarmışdı. 1918-ci il mart hadisələri zamanı əhalini erməni qırğınından qoruyan şəxslərdən biri olmuşdur. Dostları Xırdalanlı Dadaş,Hökmalılı Qubad,Sana Pırcan və digərləri ilə birlikdə Biləcəri-Xocahəsən yolunda səngərlər qazaraq Andronik və Amazaspın qoşunlarına qarşı döyüşmüşlər. Təsadüfi deyil ki,ermənilər Bakı şəhərində genişmiqyaslı qətliam törətdikləri halda Bakı kəndlərinə girə bilməmişdilər. Məşədi Adil və silahdaşları Türklər Bakıya girənədək, yəni 1918-ci il sentyabrın 15-dək özlərini bolşevik adlandıran daşnaklardan şəhəri qorumuşlar.Türklər Məşədi Adil və onun silahdaşlarını yüksək qiymətləndirmişlər. Məşədi Adil şəxsən Nuru paşa ilə görüşmüş deyilənlərə görə öz atını ona bağışlamışdır. Türklər Məşədi Adilə paşa titulu veriblərmiş. Məşədi Adil 1919-cu ildə Bakıda qızdırma xəstəliyindən vəfat etmişdir. Hazırda Kürdəxanıda Məşədi Adil adına küçə vardır.
Məşədi Hüseynli
Məşədihüseynli (Şəmkir)
Məşədi Hüseynqulu
Məşədi Hüseynqulu — Cəlil Məmmədquluzadənin ata tərəfdən babası. == Həyatı == Cənubi Azərbaycanın Xoy şəhərində anadan olmuşdur. XIX əsrin 40-cı illərində Naxçıvana gəlmiş, burada evlənmişdir. Bənnalıqla məşğul olmuşdur. Dindar olmuş, Məşhəddə( İran, Xorasan) imam Rzanın qəbrini ziyarət etmişdir. === Vəfatı === 1905-ci ildə Naxçıvan şəhərində vəfat etmişdir. == Ədəbiyyat == Qulam Məmmədli,Molla Nəsrəddin (salnamə),Bakı,1984 İsa Həbibbəyli, Cəlil Məmmədquluzadə: Mühit və müasirləri,Bakı,1997 == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh.
Məşədi Həsən
Məşədi Həsən — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xızı rayonunun Giləzi qəsəbə inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Məşədi Həsən kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Məşədi Abutalıb hamamı
Məşədi Abutalıb hamamı — Astara rayonunun Pensər kəndində yerləşən XIX əsrə aid tarix-memarlıq abidəsidir. Hamam 1886-cı ildə kənd xeyriyyəçisi olan Məşədi Abutalıbın sifarişi ilə inşa edilmiş və kənd sakinlərinin istifadəsinə verilmişdir. Bundan əlavə Məşədi Abutalıb kəndin ərazisində iki binadan ibarət bir məscid də tikdirib. Hamam iki hissədən ibarətdir. Giriş hissəsində, binanın ortasında hovuz var. Hovuzun kənarlarında daşdan hörülmüş kürsü, kürsünün içində isə yarımdairəvi taxçalar vardır. == Tarixi == Hamam 1886-cı ildə kənd xeyriyyəçisi olan Məşədi Abutalıbın sifarişi ilə inşa edilmiş və kənd sakinlərinin istifadəsinə verilmişdir. 1855-ci ildə Astara rayonunun Pensər kəndində anadan olmuş Məşədi Abutalıb Hazı Cahangir oğlu öz dövrünün tanınmış tacirlərindən olub və ömrünün çox hissəsini ticarətlə keçirib. O, hamamın tikilməsi üçün Cənubi Azərbaycandan ən səriştəli ustaları Astaraya dəvət edərək bina tikilməsini sifariş edib. Məşədi Abutalıb hamamın tikintisində atasının həyətindəki kərpic kürəsində kəsilən kərpiclərdən, yumurta sarısı və külün qarışığından alınan məmulatdan istifadə etməyi üstün tutub.
Məşədi Bəylər Fəttahov
Məşədi Cəmil Əmirov
Məşədi Cəmil Əmiraslan oğlu Əmirov (1875, Şuşa – 1928, Gəncə) — Azərbaycan tarzəni, bəstəkar, musiqi xadimi. == Həyatı == Məşədi Cəmil Əmirov 1875-ci ildə Şuşada anadan olmuş və ilk təhsilini mədrəsədə almışdı. Onun uşaqlığı və gənclik illəri ehtiyac içində keçmişdir. 12 yaşında ikən atası Kərbəlayi Əmiraslan bəyi itirən Məşədi Cəmil Şuşanın Torpaq meydanında bişmiş noxud satmağa başlayır və buna görə də təhsilini yarımçıq dayandırır. Məşədi Yaxşı xanım oğlunu bir dərzinin yanına şagird qoyur. Məşədi Cəmil tezliklə Şuşada bir dərzi kimi məşhurlaşır. 1911-ci ildə musiqi təhsili almaq üçün Türkiyənin İstanbul şəhərinə gedir. İki ilə yaxın İstanbulda yaşayır və təhsil alır. Məşədi Cəmil Türkiyədə Azərbaycan musiqisinin qızğın təbliğatçısı kimi çıxış edir. Türkiyəlilər tarı sinədə çalmağı ilk dəfə Məşədi Cəmildə görürlər.
Məşədi Dadaş məscidi
Məşədi Dadaş məscidi — Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi 37-də ("Kubinka" ərazisində) yerləşən tarixi məscid. Bu məscid təkiyyə olaraq tikilib, yəni İmam Hüseyn üçün əzadarlıq məclisləri təşkil olunan yer olub. Sonradan bura məscid kimi fəaliyyətə başlayıb. Məscid sovet dövründə anbar, kitabxana və klub kimi istifadə olunub. 1990-cı ildən yenidən ibadətgah kimi fəaliyyətini bərpa edib. Müstəqillik dövründə ilk dəfə 2001-ci ildə təmir olunub. 2014-cü ildə məscidin nəzdində "Darul-Hikmət" Elm və Tədris Mərkəzi fəaliyyətə başlayıb. Həmçinin mərkəz nəzdində tələbələrin ixtiyarına verilmiş kitabxana da mövcuddur. Hazırda məscidin ön hissəsində bu məsciddə ibadət edən İkinci Qarabağ müharibəsi şəhidlərin adları olan lövhə və xatirə tablosu qoyulub. İbadətgahın içəsində də şəhidlərin şəkilləri olan tablo var.
Məşədi Hüseynli (Cəlilabad)
Məşədi Hüseynli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Zopun kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Məşədi Hüseynli kəndi Astanlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, yeni yaradılan Zopun kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir. == Toponimikası == Dağlıq ərazidədir. Yaşayış məntəqəsi məşədihüseynli nəslinin məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "Məşədi Hüseynin nəslindən olanlar, məşədühüseyngillər” mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 117 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Məşədi Məhəmməd Bülbül
Məşədi Məhəmməd Bülbül (1858, Şuşa – 1918, Şuşa) — xanəndə, şair. == Həyatı == Məşədi Məhəmməd Bülbül 1858-ci ildə Şuşada anadan olmuşdur. Təhsilini Şuşada Molla İbrahimin məktəbində alaraq burada ərəb, fars dillərini öyrənmiş, Quranın təcvidlə oxunması və hüsnxət təlimi almışdır. Məktəbdə oxuduğu vaxtlarda Şərq ədəbiyyatını dərindən mənimsəmiş, el ədəbiyyatı və aşıq qoşmalarına maraq göstərmişdir. == Fəaliyyəti == Məşədi Məhəmməd gözəl səsə və təbə malik olduğuna görə bəzi məclislərdə xanəndə kimi iştirak etmişdir, lakin müəyyən səbəblərdən o, xanəndəlik sənətini buraxır və ədəbi məclislərin fəal aktiv iştirakçısına çevrilərək daha çox ədəbi yaradıcılıqla məşğul olmağa başlayır. Belə ki, Məşədi Məhəmməd Bülbülü yaxından tanıyan dövrün tədqiqatçısı Salman Mümtaz Bülbülün xanəndəlik sənətini tərk etməsi haqqında belə yazır: "Mən şəxsən Bülbül ilə görüşmüşəm və gözəl səsindən, ləhnindən zövq almışam. O heç də mövhumatçı deyildi. Niyə oxumağı tərk etdin? – deyə verdiyim suala – nadan adamların təhəkkümünə mütəhəmmil ola bilmədim. – deyə cavab verdi".
Məşədi Məhəmməd Fərzəliyev
Məşədi Məmməd Fərzəliyev (1872, Şuşa – 1962, İstanbul) — Azərbaycanlı xanəndə. == Həyatı == Məşədi Məmməd Fərzəliyev 1872-ci ildə Şuşada anadan olmuşdur. O, gənc yaşlarından Şuşanı tərk etmiş, bir müddət Gəncədə, sonralar isə Tiflis, Batumi, Vladiqafqaz, İstanbul və başqa şəhərlərdə yaşamış, xanəndəlik etmişdir. Xanəndə Zaqafqaziyada, Orta Asiyada, Türkiyədə, hətta Avropanın bir çox ölkələrində görkəmli sənətkar kimi tanınırdı. Məşədi Məmməd hələ Şuşada olarkən toy məclislərində və xalq şənliklərində tarzən Tatevos Arutunyan və Məşədi Zeynal ilə birlikdə çıxış etmişdir. O, ilk dəfə Şuşada Xandəmirovun teatrında verilən Şərq konsertində böyük uğur qazanmışdı. Məşədi Məmmədin oxuduğu "Bayatı-Kürd", "Rast", "Şur", "Çahargah", "Zabul-Segah", "Kürdü Şahnaz", "Heyratı", "Mənsuriyyə", "Səmayi–Şəms", "Qarabağ şikəstəsi", "Arazbarı", "Kərəmi", "Əfşarı" və s. muğamlar geniş xalq kütlələri tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Məşədi Məmməd də "Şüştər" ustası kimi daha məşhur idi. Məşədi Məmməd Fərzəliyev 1912-ci ildə Varşava şəhərində fəaliyyət göstərən "Sport-Rekord" şirkəti tərəfindən bir dəvət aldı.
Məşədi Məlik Mansurov
Mansurov Məşədi Məlik bəy Ağa Salah bəy oğlu (1845, Bakı, Kaspi vilayəti – 22 yanvar 1909, Bakı) — Bakı Muğam Məclislərinin yaradıcısı. == Həyatı == Məşədi Məlik bəy Mansurov (Mansurbəyov) 1845-ci ildə Bakıda, İçəri şəhərdə bəy nəslindən olan varlı mülkədar ailəsində dünyaya göz açmışdır. Əsil adı Məlik-Məmməddir, qısaca olaraq Məşədi Məlik bəy deyə çağırırdılar. Məşədi Məlik bəy 3 yaşında olarkən atası Ağa Salah bəy vəfat edir. Onun tərbiyəsi ilə anası Qızxanım və əmisi Ağa Hacı Əli bəy məşğul olurlar. Yazıb-oxumağı o, hələ uşaq yaşlarından mədrəsədə öyrənir. Gənc yaşlarından böyük qardaşı Məşədi İsmayıl bəylə birgə poeziya və musiqi ilə maraqlanmağa başlayırlar. Elə o vaxtlar Məşədi Məlik bəy tarda, kamançada, cürə sazında, qarmonda və dəfdə çalmağı öyrənir. Musiqiyə olan bu həvəslə Məşədi Məlik bəy Mansurov artıq 18 yaşında Bakı muğam məclislərinin təməlini qoyur və yaradıcısı olur. Onun İçəri şəhərdəki evində ilk muğam məclisi 1863-cü il tarixi ilə qeyd olunur.
Bala Məşədi
== Həyatı == Bala Məşədi 1870-ci il Gəncə şəhərində anadan olmuşdur. Kərbəlayı Qasım kişinin 3 oğlan övladı olmuşdur. Bala Məşədi övladlardan kiçiyi olmuşdur. 1881-ci ildə Kərbəlayı Qasım kişinin ortancıl oğlunu quldurlar öldürür. 11 yaşında olan Bala Məşədi odlu silah əldə edərək, qardaşının qisasını alır və axtarıldığı üçün bir müddət yaxın qohumları tərəfindən gizlədilir. Sonradan Bala Məşədi Gəncədə sayılıb seçilən bir şəxs olur. O dövrdə təşkil olunan cıdır yarışlarında dəfələrlə qələbə çalır. Deyilənə görə, o zaman Gəncənin xanı olan Hüseynqulu xan ona yaxınlaşaraq qələbə münasibətilə təbrik edir və qızlarından birini ona vermək istədiyini bildirir. Lakin Bala Məşədi üzrxahlıq edərək, özünün bir qədər çılğın olduğunu söyləyir və deyir: "Sən xan, mən bəy. Mən söz götürən deyiləm.
Məşədi Məmməd
Məşədi Məmməd; İsgəndər xan; İsgəndər bəy — sonuncu Şəki xanı Hüseyn xanın oğludur. İranda yaşayırdı. 1837-ci ildə xəlvəti Nuxaya gəlmişdi və Rusiya əleyhinə üsyan hazırlamaq məqsədiylə başına adam toplayırdı. Çox keçmədən Nuxada ruslar tərəfindən həbs edilir və hərbi məhkəmənin mühakiməsinə verilir. Lakin 20 avqust tarixində özü kimi iki başqa azərbaycanlı dustaq və iki sabiq əsgərlə birlikdə türmədən qaça bilir və Quba mahallarının dağlarında gizlənir. 1838-ci ilin iyun ayında isə rutullu Ağa bəylə Acınohur gölü ətrafına gəlir, burada başına çoxlu adam toplayır. O, əyalət əhalisinə xəbər göndərir ki, şəkililəri özü ilə həmməzhəb və özünə dost hesab edir, onlara heç bir pislik etmək fikrində deyil, amma əvəzində şəkililəri dinsiz hökumətin zülmündən qurtarmaq istəyir və bütün rusları, erməniləri məhv edəcəkdir. Rus mənbələrində etiraf edildiyi kimi, həqiqətən də ləzgilər yerli əhalidən yeməkdən başqa heç nə istəmədilər. Nəticədə, Nuxanın müdafiəsinin təşkil edilməsi üçün bura bir gün əvvəl − 12 sentyabr tarixində, ruslar tərəfindən xeyli əlavə hərbi qüvvələrinin gətirilməsinə baxmayaraq, ertəsi gün – 13 sentyabr tarixində, əhalinin dəstəyini qazanmış İsgəndər xan ləzgi qoşunu ilə Nuxanı tutdu və Nuxa qalasını mühasirəyə aldı. Hansı ki cəmi bir rota əsgər tərəfindən müdafiə olunan bu qalada komendantın evi, əyalət idarəsi və xəzinə vardı.
Məşədi Qasım
Məşədi Qasım Hacı Kərim oğlu (1863, Daşkənd, Yeni Bəyazid qəzası – 1921, Şuşa, Şuşa qəzası) — erməni daşnaklarına qarşı vuruşan xalq qəhrəmanı, sərrast gülləatan. == Həyatı == Məşədi Qasım 1863-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. 1918-ci ildə erməni daşnaklarının hücumlarına qarşı xalqı səfərbər edib. Göyçədən Qarabağa gəlib, laçınlı Sultan bəylə bərabər ermənilərə qarşı döyüşüb. Bir neçə il Sultan bəy tərəfindən onun adına verilmiş Ağdamın Qasımlı kəndində yaşadıqdan sonra 1921-ci ildə Göyçəyə qayıdarkən Şuşada vəfat edib və orada da dəfn olunub. Qardaşı Kərbəlayi Əmrah qardaşı uşaqlarını doğma ata-baba yurdu olan Göyçəyə aparıb. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra oğlu Fəzi əmisi Kərbəlayi Əmrahla yenidən dədə-baba yurduna qayıdıb. Məşədi Qasımın nəvələri, nəticələri və digər qohumları hazırda Bərdə rayonunun Yeni Daşkənd kəndində yaşayırlar. == Məşədi Qasım dərslikdə == 11-ci sinif "Azərbaycan tarixi" dərsliyində: Göyçə mahalının kəndləri də daşnak quldur dəstələrinin hücumlarına məruz qalırdı. Həmin mahalın Daşkənd kəndinin sakini Məşədi Qasım kişi erməni quldurlarına qarşı mübarizədə ad qazanmışdı.
Məşədi Süleyman
Məşədi Süleyman bəy Mansurov (15 oktyabr 1872, Bakı – 19 aprel 1955, Bakı) — Azərbaycan musiqisinin tədqiqatçısı, Bakı muğam məclislərinin rəhbəri. == Həyatı == Məşədi Süleyman bəy Mansurovlar nəslinin layiqli nümayəndələrindən biridir. Onun musiqiyə həvəsi atası - Bakıda muğam məclislərinin yaradıcısı Məşədi Məlik bəydən keçib. Tarixi sənədlərdən məlumdur ki, Məşədi Məlik bəy Mansurovun (1845-1909) İçəri Şəhərdə öz evində təşkil etdiyi muğam məclislərinin başlanğıcı 1863-cü ilə təsadüf edir. Məşədi Məlik bəy özü tar, kamança, dəf, qoltuq sazı və yeddidilli qarmonda çox yaxşı ifa edirmiş. Muğamların şöbə və guşələrini, həmçinin də poeziyanı, xüsusən qəzəlləri çox gözəl bilirdi. İrandan, Tiflisdən, İrəvandan və Azərbaycanın hər yerindən Bakıya gələn musiqiçilər aylarla onun evlərində yaşayıb, muğam və poeziya məclislərində iştirak edirdilər. Məşədi Məlik bəyin musiqiyə olan həvəsi oğulları - Məşədi Süleyman bəyə və Mirzə Mansur bəyə də keçmişdi. Hələ uşaq yaşlarından tar çalmağa meyl göstərən Məşədi Süleyman bəy sonralar mahir ifaçı və muğamların gözəl bilicisi kimi tanınıb. Öz dövrünün görkəmli musiqiçiləri ilə, xüsusən Mirzə Sadıq ilə yaxından dostluq etmişdir.
Məşədi Zeynal
Məşədi Zeynal Haqverdiyev (1850-ci illər, Kərkicahan, Şuşa qəzası – 1918, Bakı) — XIX–XX əsr Azərbaycan tarzəni, Azərbaycan musiqi tarixində ilk solo çalan tarzənlərdən biri. == Həyatı == Məşədi Zeynal Haqverdiyev 1850-ci illərdə (bəzi mənbələrə əsasən 1861-ci ildə) Şuşa qəzasının Kərkicahan kəndində anadan olmuşdur. Şuşa real məktəbində oxuyarkən Firudin bəy Köçərli, Yusif bəy Məlikhaqnəzərov, Azad bəy Əmirov, Kərim bəy Mehmandarov, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Cabbar Qaryağdıoğlu kimi tanınmış mədəniyyət xadimlərinin mühitində böyümüşdür. Məşədi Zeynal dövrünün tanınmış tarzənləri Əli Əsgərdən və Sadıqcandan dərs almış, gənc yaşlarından Şuşa məclislərində iştirak etmişdir. O, sədəfli tarı ilə uzun illər xalq məclisləri və "Şərq konsertləri"ndə Şahnaz Abbası, Əbdülbaqi Zülalovu, Çəkməçi Məhəmmədi, Məşədi Məhəmməd Fərzəliyevi, Segah İslamı, Məcid Behbudovu, sonralar isə Seyid Şuşinskini və başqalarını müşayiət etmişdir. Şuşada keçirilən ilk "Şərq konsertləri"ndə çıxış etmişdir. 1911–1918-ci illərdə Bakı, Tiflis və Şuşa şəhərlərində verilən opera, dram tamaşalarında və xeyriyyə gecələrində Məşədi Zeynal tarzən kimi çıxış etmiş, teatr tamaşalarının fasilələrində xanəndələri — Segah İslamı, Seyid Şuşinskini, Məcid Behbudovu müşayiət etmişdir. 1907-ci il yanvarın 20-də Müsəlman Xeyriyyə Cəmiyyəti tərəfindən yoxsul müsəlmanların xeyrinə həsr edilmiş gecədə digər sənətçilərlə birlikdə iştirak etmişdir. O, Üzeyir Hacıbəyov tərəfindən opera tamaşalarına dəvət edilmiş, 1911-ci ildə "Leyli və Məcnun" operasında tar ifa etmişdir. 1915-ci ilin mart ayının 13-də Bakıda Nicat Cəmiyyəti tərəfindən keçirilən "Şərq gecəsi"ndə Məşədi "Rahab" muğamını çalmışdır.
Məşədi İbad
Məşədi İbad Kərbəlayi Xocaverdixan oğlu — "O olmasın, bu olsun" komediyasında Əliağa Ağayev tərəfindən canlandırılan obrazdır. == Haqqında == Məşədi İbad, hər şeydən göründüyü kimi, qalanlarından imkanlıdır. Amma pulu başqalarından fərqli olaraq tamaşaçının gözləri qarşısında özünün dar dükanında halal yolla qazanır. Məşədi İbad bütün süjet boyu yeganə adamdır ki, heç kəsi aldatmaq istəmir. O, hamıyla son dərəcə səmimidir, nə istədiyini və istəklərini gerçəkləşdirmək üçün vasitələri gizlətmir. Ətrafda hamı bir-birinə kələk gəlir, oyunbazlıq edir. O, sadəlövhlük dərəcəsində doğruldur, hamıya inanır və tərəf müqabillərindən də eyni münasibət gözləyir. Filmdə hamı onun səmimiliyindən istifadə edir. Bu yalançıların "bacarığı"ndan və düzgünlüyə səmimi olaraq inanan Məşədinin "primitivliyi"ndən ləzzət alıb heyrətlənmək neçə illərdir tamaşaçılarda bir səbəbə çevrilib. Hər halda ondan başqa heç kim heç kimə pul vermir.
Məşədi İsi
Məşədi İsi (təq. 1840-cı illər – 1905, Ağdam, Şuşa qəzası) — XIX əsr Azərbaycan xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi. == Həyat və yaradıcılığı == Məşədi İsi ilk musiqi təhsilini Şuşada, Xarrat Qulunun məktəbində almışdır. Xanəndə Hacı Hüsünün "Xanəndələr məclisi"nin fəal üzvlərindən biri olmuşdur. Məşədi İsi klassik Şərq, xüsusilə Azərbaycan muğamlarının bilicisi olmuş, öz bilik və sənətkarlıq bacarıqlarını "Xanəndələr məclisi"nin gənc xanəndələrinə öyrətmişdir. O, "Rast", "Şur", "Hümayun", xüsusilə "Mahur" dəstgahını özünəməxsus fərdi xüsusiyyətlə ifa etmişdir. Azərbaycan şairlərinin qəzəl və qoşmaları ilə yanaşı, Hafiz və Sədi Şirazinin əsərlərini də oxumuşdur. Musiqişünas Cəlil Bağdadbəyovun yazdığına görə Azərbaycan şairlərinin şeirlərini ilk dəfə məclislərdə oxuyan Məşədi İsi olmuşdur. Məşədi İsi təkcə Qarabağda deyil, eləcə də Azərbaycanın bir çox şəhərlərində — Gəncə, Ağdaş, Şamaxı və Bakıda dəfələrlə müxtəlif məclislərdə çıxış etmişdir. Aylarla şamaxılı Mahmud ağanın məclislərində oxumuşdur.
Məşədi İsmayıllı
Məşədiismayıllı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Şəfibəyli kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 4-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Məşədi İsə
Məşədi İsə Kərbəlayi Musa oğlu (1845, Qaraiman – 27 sentyabr 1924, Qaraiman, Yeni Bəyazid qəzası) — qlava, el qəhrəmanı. == Həyatı == Məşədi İsə “Çanaqlı” soyundandır. O, 1845-ci ildə kəndli ailəsində anadan olmuşdur. Uşaqlıqdan cəsarətli və zirəkliyi ilə tay-tuşlarından fərqlənmiş, inadkarlığı ilə ulu babası Çanaq Vəlini xatırlatmışdır. XIX əsrin birinci qərinəsində Çarizm İran və Türkiyə ilə apardığı müharibələrdə Zaqafqaziyanı, o sıradan Qərbi Azərbaycanı və Naxçıvanı işğal etdikdən sonra keçirdiyi inzibati dəyişikliklər nəticəsində burada yaşayan xalqların tarixən mövcud olan ərazilərinin sərhədləri ermənilərin xeyrinə pozuldu. 1850-ci ildə İrəvan quberniyası yaradılarkən keçmiş Naxçıvan xanlığının ərazisi, qədimdən oğuzların yaşadığı Qərbi Azərbaycan ərazisi, ulu Göyçə bu quberniyaya tabe edildi. Göyçənin hələ ermənilərin olmadığı Basarkeçər bölgəsindəki 44 kənd Məzrə kənd cəmiyyətinin starşinası tərəfindən idarə edilirdi. Əvvəllər Göyçədə məscid olmayan kənd yox imiş. Qaraiman kəndindəki məscid Hacı Əli və Məşədi İsə qardaşları tərəfindən tikilmişdir. Ziyarətə hər il Göyçədən minlərlə adam Xorasana gedən ziyarətçilər arasında qaraimanlı İsa Kərbəlayi Musa oğlu da varmış, yolda quldurların dəstəsi qarətə məruz qalarkən o, cəldliklə iri bir daşın arxasına atılaraq “onaçılan” deyilən silahı ilə quldurbaşını yerə sərir, pərənləri pozulan quldurlar qarət etdikləri malları atıb qaçırlar.
Məşədi Ələsgər
Ələsgər Hacıgülməmməd oğlu (1860, Xızı – 1917, Bakı) — xeyriyyəçi, tacir. Məşədi Ələsgər Hacıgülməmməd oğlu Bakının sayılıb-seçilən tacirlərindən idi. Bərməki sülaləsinin nümayəndəsi idi. 1860-cı ildə Xızıda, ortabab mülkədar ailəsində doğulmuşdu. == Həyatı == Mollaxana təhsili alandan sonra atasının təsərrüfat işləri ilə məşğul olmuş, ticarətin sirlərinə yiyələnmiş, gənc yaşlarında Xızıdan Bakıya köçmüşdü. Nəriman Nərimanovun heykəlindən bir qədər yuxarıda, 4-cü Sovet küçəsində, Dağlı Musa ilə qonşuluqda ikimərtəbəli bir imarət tikdirmişdi. Şəhərin bütün ərazilərində onun geniş ticarət şəbəkəsi var idi, Rusiya, İran, Türkiyə və digər ölkələrdən mal-qara alıb təkcə Bakıda deyil, Azərbaycanın digər bölgələrində satdırırdı. Bakıda yerləşən Qəssab bazarında süd məhsulları satan dükanların əksəriyyəti onun ixtiyarında idi. == Xeyriyyə işləri == O, az müddətdə məhəllədə zəhmətkeş, ədalətli, xeyirə-şərə yarayan, kasıblara əl tutan adam kimi ad çıxarmışdı. Azərbaycanlı uşaqların təhsili üçün xeyli pul xərcləyirdi.
Məşədi Əzizbəyov
Məşədi Əziz bəy oğlu Əzizbəyov və ya Məşədi bəy Əzizbəyov (6 (18) yanvar 1876, Bakı – 20 sentyabr 1918, Krasnovodsk) — Azərbaycanda inqilabi hərəkatın görkəmli xadimi, ilk marksist azərbaycanlılardan biri; BSE-nin birinci nəşrinə əsasən, o, türk inqilabçı ziyalılar nəslinə aid idi. O, "Hümmət" təşkilatının rəhbərlərindən biri idi, RSDFP(b)-ın üzvü və "Ədalət" Sosial Demokrat Partiyasının MK-ın üzvü olmuşdur, Bakı Şəhər Dumasının qlasnısı, quberniya komissarı və Bakı XKS-nin Daxili İşlər Komissarının müavini olmuşdur (1918). Məşədi Əzizbəyovun inqilabi fəaliyyəti təhsil aldığı Peterburq şəhərində başladı. RSDFP-a qoşularaq, "Vetrova nümayişləri"ndən birində də daxil olmaqla siyasi çıxışlarda iştirak edirdi. Birinci rus inqilabının fəal xadimlərindən idi, həmin dövr ərzində "Hümmət" təşkilatının üzvü və daha sonra onun tanınmış simalarından biri oldu. İran inqilabçılarına dəstək göstərirdi; fəaliyyətində bilavasitə iştirak etdiyi "Nicat" Bakı Müsəlman Maarif Cəmiyyəti ilə sıx əlaqədə olurdu. Yeraltı inqilabi işini qanuni fəaliyyətiylə məharətlə uyğunlaşdırırdı. Bakı Şəhər Dumasının üzvü idi. Bakı Kommunasının görkəmli simalarından biri kimi Sovet hakimiyyətini qurmaqla yanaşı, Bakının müdafiəsini təşkil etməkdə də çoxlu işlər görmüşdür. "26 Bakı komissarı" sırasında edam edildi.
Məşədi İbrahim
Məşədi İbrahim və ya tam adı ilə Məşədi İbrahim ağa Hacı İsmayıl oğlu Kosalı - Azərbaycanlı xeyriyyəçi idi. O, özünün Qazax şəhərindəki 17 otaqlı mülkünü Qazax Müəllimlər Seminariyasına hədiyyə verməsi ilə məşhurdur. == Həyatı == Məşədi İbrahimin mənsub olduğu nəsil Qazaxda "Dəlləklilər" adı ilə tanınırdı. Məşədi İbrahim Hacı İsmayılın oğlu idi. Atası iki dəfə Həcc ziyarətində olmuş və ikinci ziyarətdən qayıdarkən yolda Ərəbistanda vəfat edib. Yoldaşları onu orada dəfn ediblər. Məşədi İbrahim ağa 1872-ci ildə Qazaxın Kosalar kəndində anadan olmuşdur. O, ömrü boyu mirab, yəni su ağası işləyib. Qazaxdan Şəmkirədək bütün Kürqırağı obalarının əkin suyu ilə təmin olunmasına nəzarət edirdi. İşgüzar adam idi.
Murtuza Məşədi Rza oğlu Məmmədov
Bülbül (tam adı: Murtuza Məşədi Rza oğlu Məmmədov; 22 iyun 1897, Şuşa – 26 sentyabr 1961, Bakı) — Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan peşəkar vokal sənətinin banisi, professor (1940), SSRİ xalq artisti, "Stalin" mükafatı laureatı. == Həyatı == Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olmuşdur. 1907-ci ildə Bülbül Şuşa mollaxanasında musiqi təhsili almağa başlamışdı. 1909-cu ildə Bülbül Gəncəyə köçür. Burada gənc xanəndənin şöhrəti başlayır. 1911-ci ildə onu Tiflisə, ictimai yığıncaqlar keçirilən yay binasında çıxışa dəvət edirlər. Burada o, məşhur gürcü müğənnisi ilə tanış olur. Səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır. 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olmuşdur. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z. Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynamışdır.
Məhəmmədəli Məşədiyev
Məşədiyev Məhəmmədəli Qulu oğlu (1 aprel 1961, Qazax rayonu) — == Həyatı == Məşədiyev Məhəmmədəli Qulu oğlu 01 aprel 1961-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur.1968–1978-ci illərdə Qazax rayon Çaylı kənd orta məktəbində təhsil almışdır. 1983–1988-ci illərdə Qazax rayon Uşaq Musiqi məktəbində saz ixtisası üzrə müəllim, 1988-ci ildən 1989-cu ilə kimi Çaylı kənd Mədəniyyət evinin bədii rəhbəri, 1989–2004-cü ilərdə Çaylı kənd Mədəniyyət evinin müdiri vəzifələrində işləmişdir. 1990–1995-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır. 2004–2006-cı illərdə Qazax rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2006-cı ildən hazıradək Çaylı kənd folklor evinin müdiri, 2017-ci ildən Ağstafa Regional Mədəniyyət İdarəsinin nəznində yaradılmış "İncəgülü" Aşıqlar ansamblının bədii rəhbəri vəzifələrində işləyir. 1985-ci ildə Faşizm üzərində Qələbənin 40 illiyinə həsr edilmiş Ümumittifaq bədii özfəaliyyət kollektivlərinin, 1987-ci ildə Böyük Oktyabr Sosialist İnqilabının 70 illiyinə həsr edilmiş xalq yaradıcılığı festivallarının laureatı olmuşdur. 2000-ci ildə Azərbaycan-Gürcüstan gənclərinin III Dostluq görüşünün təşkili və keçirilməsində yüksək fəallıq göstərdiyinə görə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin diplomu, 2003-cü ildə Aşıq sənətinin inkişafındakı xidmətlərinə və ictimai işlərdə fəal iştirakına görə Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanı ilə təltif edilmişdir. 2007-ci ildə "Lider" televizyasının təşkil etdiyi "Ozan" aşıq müsabiqəsində münsif və müəllim kimi fəaliyyət göstərmişdir. 2008-ci ildə V Aşıqlar Qurultayının nümayəndəsi olmuş və həmin Qurultayda Azərbaycan Aşıqlar Birliyinin İdarə heyətinin üzvü seçilmişdir. 2012–2014-cü illərdə Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi gənc aşıqların müsabiqələrində münsiflər heyətinin üzvü olmuşdur.
Məşədi Abdulla bəy Abış
Abdulla bəy Vəlizadə (Məşədi Abış bəy; 1841, Şuşa, Kaspi vilayəti – 1912, Şuşa) — şair, Baharlı tayfasının nümayəndəsi. Məşədi Əsədulla bəy Vəliyevin oğlu. == Həyatı == Abdulla bəy 1841-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Fars və rus dillərini bilmişdir. Atası Məşədi Əsədulla bəy Hacı Həsənəli bəy oğlu Vəliyev Şuşada tacir kimi tanınmışdır. Anasının adı Əzəd xanımdır. Məhəmmədəli bəy Vəlizadənin kiçik qardaşıdır. Təhsilini Şuşada alan Abdulla bəy Mir Möhsün Nəvvabın təşkil etdiyi "Məclisi-fəramuşan"ın fəal üzvü olmuş, klassik üslubda şeirlər yazmışdır. Abdulla bəy Vəlizadə "Məclisi-fəramuşan"ın üzvü olarkən bir neçə şairlə dostluq etmiş, onlarla şeirləşmişdir. O, "Məclisi-fəramuşan"ın üzvü Həsənəli xan Qaradaği, Fatma xanım Kəminə kimi şairlərlə də şeirləşmişdir.
Məşədi Abış bəy Novruzov
Məşədi Bayramqulu ağa Yağləvəndli-Cavanşir
Məşədi Hətəmxan ağa Yağləvəndli-Cavanşir
Məşədi Mahmud bəy Vəzirov
Vəzirov Məşədi Mahmud bəy Kazım bəy oğlu (1839, Şuşa – 1902, Məşhəd, Xorasan) — şair, II gildiya tacir. == Həyatı == Məşədi Mahmud bəy Vəzirov 1839-cu ildə Şuşa şəhərində anadan olmuşdu. Əslən Cavanşir-Dizaq mahalının Hacılı camaatındandır. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Böyüyüb özünü tanıyandan sonra tacirliklə məşğul idi. Orta Asiya və İranın bir çox şəhərlərini gəzmişdi. Aşqabadda binə bağlayıb, ticarətini davam etdirmişdi. Məşədi Mahmud bəy şair idi. Mahmud imzası ilə klassik üslubda, türk və fars dillərində yazıb-yaratmışdır.
Məşədi Mirzə Qafar İsmayılov
Məşədi Mirzə Qafar İsmayılov — azərbaycanlı məşhur memarlardan biri və Qasım bəy Hacıbababəyovun şagirdi. Fəaliyyəti boyunca yüzdən çox bir və iki mərtəbəli şəxsi evlərin memarlığını etmiş. Bundan başqa da, xeyli sayda dükanların, məscidin və ictimai hamamın da memarı olmuşdur. == Həyatı == Məşədi Mirzə Qafar İsmayılov tanınmış azərbaycanlı memar Qasım bəy Hacıbababəyovun tələbəsi olmuşdur. O, 1868-ci ildən 1898-ci ilə qədər memarlıq fəaliyyəti ilə məşğul olmuşdur. O, memarlıqdan başqa, dizaynerlik də etmişdir. Mirzə Qafar təkcə İçəri Şəhərdə 25-dən çox şəxsi evin memarı olmuşdur.1893-cü ildə İçəri Şəhərdə tikilmiş Xanlar məscidi də Mirzə Qafarın layihəsi əsasında inşa olunmuşdur. O, 1896-cı ildə tikintisi başa çatmış Qasım bəy məscidinin memarı olmuşdur. Məscid o zamanki Karantika, indiki Əziz Aslanov küçəsində yerləşməkdə və bir çox xüsusiyyəti etibarilə Bəylər məscidinə bənzəməkdədir. Buna baxmayaraq, bu iki məscidin arasında müəyyən fərqlər də mövcuddur.
Məşədi Mirzə kəndi (Poldəşt)
Məşədi Mirzə kəndi (fars. مشهدي ميرزاكندي‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 836 nəfər yaşayır (194 ailə).
Məşədi Molla Əli kəhrizi
Məşədi Molla Əli Kəhrizi-Ağcabədi rayonunun Qaravəlli kəndində qeydə alınıb. == Tarixi == Kəhrizi kənd sakini xeyirxah,vətənpərvər Məşədi Molla Əli Vəliyev (1875-1937) adlı ruhani təhsilli bir ziyalı düzəltdirib vurdurduğuna görə kəhriz onun adı ilə də adlanmışdır. Kənd camaatı bu kəhrizin adından istifadə edir. Adətən, içməli suları yer səthinə çıxarmaq üçün yeraltı qurğuya kəhriz deyirlər. XX əsrin ortalarından Azərbaycanda 900-dən çox kəhriz qeydiyyata alınmışdır.
Məşədi Molla Əlinin bağ yeri
Məşədi Molla Əlinin bağ yeri — Ağcabədi rayonunun Qaravəlli kəndi ərazisində qeydə alınıb. == Tarixi == Məşədi Molla Əlinin bağ yeri coğrafi adı Ağcabədi rayonunun Qaravəlli kəndi ərazisində qeydə alınıb. Bu bağı kəndin nüfuzlu, hörmətli sakini Məşədi Molla Əli Vəliyev (1875–1937) saldırdığına görə o belə adlanmışdır. Həmin bağ yerində çoxlu sayda meyvə ağacları vardır.
Məşədi Məlik bəy Mansurov
Mansurov Məşədi Məlik bəy Ağa Salah bəy oğlu (1845, Bakı, Kaspi vilayəti – 22 yanvar 1909, Bakı) — Bakı Muğam Məclislərinin yaradıcısı. == Həyatı == Məşədi Məlik bəy Mansurov (Mansurbəyov) 1845-ci ildə Bakıda, İçəri şəhərdə bəy nəslindən olan varlı mülkədar ailəsində dünyaya göz açmışdır. Əsil adı Məlik-Məmməddir, qısaca olaraq Məşədi Məlik bəy deyə çağırırdılar. Məşədi Məlik bəy 3 yaşında olarkən atası Ağa Salah bəy vəfat edir. Onun tərbiyəsi ilə anası Qızxanım və əmisi Ağa Hacı Əli bəy məşğul olurlar. Yazıb-oxumağı o, hələ uşaq yaşlarından mədrəsədə öyrənir. Gənc yaşlarından böyük qardaşı Məşədi İsmayıl bəylə birgə poeziya və musiqi ilə maraqlanmağa başlayırlar. Elə o vaxtlar Məşədi Məlik bəy tarda, kamançada, cürə sazında, qarmonda və dəfdə çalmağı öyrənir. Musiqiyə olan bu həvəslə Məşədi Məlik bəy Mansurov artıq 18 yaşında Bakı muğam məclislərinin təməlini qoyur və yaradıcısı olur. Onun İçəri şəhərdəki evində ilk muğam məclisi 1863-cü il tarixi ilə qeyd olunur.

Digər lüğətlərdə