SƏFƏR₂

is. [ ər. ] Dəfə, kərə, yol.
[Nazir:] Ağa, başına dönüm, bu səfər məni bağışla, dəxi bundan sonra heç vaxt belə iş olmaz. M.F.Axundzadə.
[Əsgər:] Xanım, sizə yaraşan şeyim çoxdur, ancaq evdədir, inşallah, gələn səfər gətirərəm. Ü.Hacıbəyov.
Budur ki, [Əhməd] nişanlısı ilə görüşüb və toy tədarükü görmək söhbətini gələn səfərə buraxaraq bollu qaçaq mal almağı qət etdi. B.Talıblı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SƏFƏR I SƏFƏR Yeni yolçu uğur olsun səfərin! (A.Şaiq); SƏYAHƏT [Alman] ömrünün çoxunu Şərq aləminin səyahətində keçirmişdir (S
  • SƏFƏR səyahət — yürüş — yol
  • SƏFƏR dəfə — kərə

Omonimlər

  • SƏFƏR SƏFƏR I is. [ ər. ] Səyahət. Güvənib əhlə olmadan faxir; Bakıya eylədim səfər axir (M.Ə.Sabir). SƏFƏR II is

Etimologiya

  • SƏFƏR Qəməri təqvimlə ikinci ayın adıdır. Məhərrəm, Rəcəb, Şaban, Ramazan adları da ayların adı ilə bağlıdır
SƏFƏR
SƏFƏR₃
OBASTAN VİKİ
Səfər (dəqiqləşdirmə)
Səfər — Hicri təqviminin 2-ci ayı.
Səfər
Səfər — Hicri təqviminin 2-ci ayı. == Tarixi günlər == Səfərin 7-si İmam Kazımin doğum günü Safərin 9-u Əlinin Nəhrivan döyuşündə qələbə ilə başa vurduğu gün. Səfərin 13-ü İmam Hüseynin qızı Səkinənin vəfatı günü. Səfərin 17-si 8-ci imam Əli ibn Musanın şəhadət günü Səfərin 20-si — Ərbəin günü (Aşura günündən sonra 40-cı gün) Səfərin 28-i Məhəmməd peyğəmbər (s) və İmam Həsənin vəfatı günü.
Səfər (Uçalı)
Səfər (başq. Сәфәр, rus. Сафарово) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Səfər kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 24 km, == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (98 %) üstünlük təşkil edir.
Səfər Alışarlı
Alışarlı Səfər Xəlil oğlu == Həyatı == Səfər Alışarlı 12 avqust 1954-cü ildə Naxçıvan MR Şərur rayonunun Alışar kəndində doğulub. 1980-1985-ci illərdə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. 1985-ci ildən etibarən Bakıda əmək fəaliyyətilə aşağıdakı müəssisələrdə məşğul olub: Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında kiçik redaktor, “Gənclik”-“Molodost” jurnalında şöbə müdiri, “Səs” qəzetində baş redaktor müavini və s. İlk hekayələri 1981-ci ildə “Azərbaycan” jurnalında çap olunub. O vaxtdan mütəmadi olaraq bu və digər ədəbi-bədii jurnal və qəzetlərdə öz hekayələrini çap etdirib. “Zəng” adlı ilk nəsr toplusundakı (1987) hekayələrində Azərbaycan kəndinin realistik mənzərələrini yaratmış, müasirlərinin mənəvi problemlərini qabartmağa nail olmuşdur. Topludakı hekayələrin üslubu klassik Azərbaycan nəsrinin realizm ənənələrinə söykənir. Burada təsvir olunan həyat hadisələrinin adiliyi və tipikliyi diqqətəlayiqdir. Topludakı “Zəng”, “Qasım”, “İnşallah, yaxşı olar”, “Kasıb” və sair hekayələri yalançı mənəvi donor pafosundan uzaq, adi həyat hadisələridir. Lakin yazıçının ustalığı da məhz həmin adilikdən oxucu üçün vacib və zəruri olan nəticənin çıxarılmasında, insan mənəviyyatında təmizliyin, paklığın və halallığın əsas aparıcı amillər kimi təqdim olunmasındadır.
Səfər Boluslu
Səfər Boluslu (Həsənov Səfər Nəsir oğlu) - el şairi == Həyatı == Səfər Boluslu 1923-cü ildə Qasım İsmayılov rayonunun (indiki Goranboy) Cinli-Boluslu kəndində anadan olmuşdur. 1956-cı ildə Moksvada Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasını bitirmişdir. Səfər Boluslu 1984-cü ildə Cinli-Boluslu kəndində vəfat etmiş və orada dəfn olunmuşdur.[mənbə göstərin] == Yaradıcılığı == Səfər Boluslu gənc yaşlarından şer yazmış və bir müddətdən sonra sinədəftər el şairi kimi məşhurlaşmışdır. O şerlərini bədahətən dediyindən onun şerləri maqnitofon yazıları kimi və başqaları tərəfindən qeydə alınaraq yayılmışdır. Səfər Boluslunun şerləri Borçalıdan tutmuş Gəncəbasarda, Qarabağda, Muğanda dillərdə əzbər olmuş, toy məclislərində, şənliklərdə söylənmişdir. Sovet dövründə S. Boluslunun şerlərinin çap olunmamasının əsas səbəbi onun öz vicdanı əleyhinə getməməsi, həmişə duyduğunu və istədiyini yazması, yeri gəldikcə də mövcud rejimi tənqid etməsi olub. == Kitabları == Səfər Boluslu. "Gəl sənə şerimlə xəritə verim"... Şerlər toplusu. "Azərbaycan" nəşriyyatı, Bakı 1997.
Səfər Bünyadzadə
Bünyadzadə Səfər Xoca oğlu (?—?) — müəllim, publisist. == Həyatı == == Fəaliyyəti == "Tuti" (1914-1917) jurnalının redaktoru (1916-cı ildən həm də naşiri) olmuşdur. Bünyadzadə "Səda", "Sədayi-Vətən" və b. mətbuat orqanlarında müxtəlif imzalarda yazılar dərc etdirmiş, uşaqlar üçün hekayələr yazmışdır. Milli məktəblərdə istifadə ücün "Kəşkül" adlı nəğmələr məcmuəsi (notsuz) nəşr etdirmişdi (1915). Bünyadzadə Azərbaycan teatrında opera və musiqili komediyaların əleyhdarlarından olmuş, Hacıbəyovun operalarını "falsız yumurta" adlandırmış, bəstəkarın özünü isə layiqsiz ifadələrlə təhqir etmişdi. Hacıbəyov isə Bünyadzadənin tərtib etdiyi "Kəşkül" məcmuəsi haqqında "Tənqid əvəzinə" adlı kəskin rəy yazmışdır. Bu məqalədə məcmuədəki nəğmələrin notsuz çap edilməsi, havaları məlum olmayan hər nəğməni notsuz təlim etmək məsləhətləri və s. ciddi tənqid olunurdu.
Səfər Hümbətov
Səfər Mahmud oğlu Hümbətov (20 noyabr (3 dekabr) 1903, Qaçağan, Borçalı qəzası – 1960, Qaçağan, Marneuli rayonu) — Sosialist Əməyi Qəhrəmanı. Gürcüstan SSR ictimai xadimi. SSRİ-nin "Lenin" ordeni laureatı. == Həyatı == Səfər Hümbətov 1903-ci ildə Tiflis quberniyasının Borçalı qəzası, Qaçağan kəndində dünayaya gəlib. Uşaqlığı və bütün ömrü Qaçağan kəndidnə keçib. Gəncliyindən təqaüd yaşına qədər Qaçağan "Kommunizm", sonra isə Qaçağan Dövlət Südçülük-Tərəvəzçilik Təsərüfatında işləmişdir. 1960-cı ildə Gürcüstan SSR-in Marneuli rayonu Qaçağan kəndində vəfat etmiş və Qaçağan kənd məzarlığında dəfn edilmişdir.
Səfər Həsənov
Səfər Elmar oğlu Həsənov (18 sentyabr 2001; Neftçala, Azərbaycan — 11 noyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səfər Həsənov 2001-ci il sentyabrın 18-də Neftçala rayonunun Xıllı qəsəbəsində dünyaya gəlib. Atasının işi ilə əlaqədar bir müddət Bakı şəhərinin Buzovna qəsəbəsinə köçməli olublar. Səfər Buzovnadakı 26 nömrəli orta məktəbdə oxuyub, sonra iki il rəssamlıq üzrə təhsilini davam etdirib. Binə qəsəbəsində yerləşən texniki peşə məktəbində dekorativ rəssamlıq sənətinə yiyələnib. 2019 cu il əsgərliyə getdi, ilk olaraq Goranboy, Bərdə üzrə xidmət etdi. Sonradan Mingəcevir rayonunda Səfərə xüsusi snayperçilik kursu keçirilib. Əl qabiliyyəti yaxşı olduğundan ordakı bir çox xəritələridə Səfər çəkmişdi. Müharibə zamanı Səfər Suqovuşanda Ağdərə istiqamətində Qəhramancasına döyüşüb. == Hərbi xidmətləri == Səfər Həsənov 2019-cu il oktyabrın 1-də həqiqi hərbi xidmətə çağırılıb və Goranboy rayonu ərazisində xidmət edib.
Səfər Kəlbixanlı
Səfər Kəlbixanlı — yazıçı-publisist, filologiya elmləri namizədi. == Həyatı == Səfər Əhməd oğlu Məmmədov 1962-ci ilin iyul ayının 7-də Yardımlı rayonunun Astanlı kəndində anadan olmuşdur. 1969–1979-cu illər ərzində həmin kənddə orta təhsilini almışdır. 1980–1982-ci illərdə Murmansk vilayətində hərbi xidmətini keçmişdir. 1984-cü ildə M. F. Axundov adına APRDƏİ-yə (indiki Bakı Slavyan Universitetinə) daxil olmuş və 1989-cu ildə buranı fərqlənmə diplomi ilə bitirmişdir. Təsilini başa vurduqdan sonra Cəlilabad rayonunun Alar kəndində təyinatla işləməyə göndərilmişdir. 1 yanvar 1992-ci ildə M. F. Axundov adına APRDƏİ-nin əyani aspiranturasına daxil olmuşdur. 1994-cü ildə "Müasir rus və Azərbaycan nəsrində mənəviyyat problemləri"(Y. Bondarev və İ. Şıxlının müharibə mövzulu əsərləri və onların tərcümələri əsasında) namizədlik dissertasiyasını müdafə etmişdir. 1994-cü ildən filologiya elmləri namizədi, müəllim, baş müəllim, 2003-cü ildən dosentdir. Hazırda Bakı Slavyan Universitetinin Filologiya fakültəsinin Müasir rus ədəbiyyatı kafedrasının dosenti və Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin dekanıdır.
Səfər Mehdiyev
Səfər Məmməd oğlu Mehdiyev (17 mart 1973, Nehrəm, Naxçıvan rayonu) — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri (2018–2022), gömrük xidməti general-polkovniki (2020), "Vətənə xidmətə görə" ordeninin tam kavaleri. == Həyatı == Səfər Mehdiyev 17 mart 1973-cü ildə anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətdə olmuşdur. 1998-ci ildə Türkiyənin Egey Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsini beynəlxalq iqtisadi əlaqələr ixtisası üzrə bitirmişdir. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və İdarəetmə istiqamətinin Maliyyə ixtisası üzrə magistr dərəcəsi almışdır. 2010-cu ildə Bakı Dövlət Universitetini hüquqşünas ixtisası üzrə bitirmişdir. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kənd kolxozunda başlamışdır. 1999–2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin inspektoru, böyük inspektoru, Gömrük dəyəri şöbəsinin rəisi, həmin Baş İdarənin rəis müavini vəzifələrində çalışmışdır. 2004-dən 2006-cı ilin fevral ayına qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, 2006-cı ilin fevral ayından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində xidmət etmişdir. 23 aprel 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilib.
Səfər Qurbanov
Səfər Qurban oğlu Qurbanov — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı. Vətən Müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Haqqında == Səfər Qurban oğlu Qurbanov Salyan rayonunda anadan olub. Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarının mayoru kimi 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsində iştirak edən o, müharibə ərzində göstərdiyi şücaətə görə polkovnik-leytenant rütbəsinə qədər yüksəldilmiş və müxtəlif orden və medallarla təltif edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir. == Təltifləri == (9. dekabr 2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı (9. dekabr 2020) — "Qarabağ" ordeni (24. dekabr 2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (29.
Səfər Sadiqi
Sadiqi Səfər — Danimarka "Vətən" Cəmiyyətinin sədri, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü. == Həyatı və təhsili == Sadiqi Səfər Məmi oğlu 1957-ci il mayın 12-də Bakı şəhərində anadan olmuşdur. 1964-cü ildə Yasamal rayonu 21 nömrəli məktəbə gedib. 1972-ci ildə Bakı Maliyyə Kredit Texnikomunda "Hesablama maşınlarının proqramlaşması" fakultəsinə daxil olub. 1976-cı ildə təhsilini başa vurub. Sovet ordusunda SSRİ-nin 3-cü Hava Hücumundan Müdafiə xəttində baş qərargahda radist olaraq xidmət edir. 1978-ci ildə hərbi xidmətini başa vurub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. == Fəaliyyəti == Hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Dövlət Statistika idarəsində mühəndis, proqramist, böyük mühəndis vəzifələrində çalışıb. 10 ildən çox Statistika Həmkarlar İttifaqında fəaliyyət göstərmişdir.
Səfər Verdiyev
Sə­fər Xəlil oğ­lu Ver­di­yev (1923, Yanşaq, Kəlbəcər rayonu – 27 avqust 2003) — Yardımlı və Kəlbəcər Rayon Partiya Komitəsinin I katibi; Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatı. == Həyatı == Səfər Verdiyev 1923-cü il­də Kəlbəcər rayonunun Yanşaq kən­din­də ana­dan ol­muş­dur. Kəlbəcər Rayon Komsomol Komitəsinin I katibi işləmişdir. Kəlbəcər Rayon Partiya Komitəsinin III katibi və I katibi vəzifələrində çalışıb. Laçın rayonunda Ərazi Partiya Komitəsinin sədri, Yardımlı Rayon Partiya Komitəsinin I katibi də olmuşdur. Şamaxı rayon XDS İK-nın sədri, Azərbaycan KP MK-nın plenumun üzvü, 2 çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub. Böyük Vətən Müharibəsi veteranı idi. == Təltifləri == 2 dəfə "Qırmızı Əmək Bayrağı", 2 dəfə "Şərəf Nişanı" ordenləri ilə təltif olunub.
Səfər Əbiyev
Əbiyev Səfər Axundbala oğlu (27 yanvar 1950, Bakı) — Azərbaycan Respublikasının sabiq müdafiə naziri, general-polkovnik. == Həyatı == Səfər Əbiyev 1950-ci ilin 27 yanvarında Bakı şəhərində azərbaycanlı ailəsində anadan olub (bəzi iddialara görə ləzgi əsilli ailəsi əslən Qubadandır). 1971-ci ildə Azərbaycan SSR Ali Soveti adına Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini, 1982-ci ildə Moskvada M. Frunze adına Hərbi Akademiyanı bitirmişdir. 1971–1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində tabor komandiri, alay qərargahının rəisi, alay komandiri, briqada komandiri və diviziya komandiri vəzifələrində işləmişdir. 1992-ci ilin fevralın 17-dən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edir. 1992–1995-ci illərdə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini, Baş Qərargah Rəisi-Müdafiə Nazirinin birinci müavini, Müdafiə Naziri vəzifəsinin icraçısı, Müdafiə Nazirinin müavini vəzifələrində çalışmışdır. 1995-ci ildə Azərbaycan Respublikasının Müdafiə Naziri təyin olunub. 22 oktyabr 2013-cü ildə vəzifəsindən azad edilib. Ailəlidir, 2 övladı var. Nevələri : Kənan Nəcəfov, Orxan Nəcəfov, Sevil Əbiyeva , Aygun Əbiyeva, Cavidan Əbiyev ve … == Mükafatları == 04.04.1995 — "Azərbaycan Bayrağı" ordeni 24.06.2003 — "Azərbaycan Bayrağı" ordeni 26.01.2010 — "Şöhrət" ordeni (Azərbaycan) "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı == Mənbə == "Azərbaycanda Kim Kimdir?" Ensiklopedik məlumat toplusu.
Səfər Əsədov
Səfər Alməmməd oğlu Əsədov (1929, Yaycı) — 1965-1967-ci illərdə Culfa Rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1968-1970-cı illərdə Araz Su Qovşağı Tikinti İdarəsi Partiya Komitəsinin katibi, 1971-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsində şöbə müdiri. == Həyatı == 1929-cu ildə Azərbaycan Sovet Sosialist Respublikasının Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur. 1945-ci ildə Culfa Dəmiryolu Məktəbini bitirdikdən sonra əmək fəaliyyətinə başlamışdır. Səfər Əsədov 1956-cı ildə Bakı Ali Partiya Məktəbində daha sonra isə Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsilini tamamlamışdır. == Siyasi fəaliyyəti == 1945-ci ildən qəsəbə soveti sədrinin katibi, Culfa Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsində şöbə müdiri, Culfan Rayon Plan Komissiyasının sədri olmuşdur. 1948-ci ildən Culfa Rayon Partiya Komitəsinin təlimatçısı, Culfa Rayon Komsomol Komitəsinin II katibi, sonra isə I katibi, Culfa Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin katibi, Culfa Rayon Partiya Komitəsnin MTS üzrə katibi, daha sonra isə şöbə müdiri olaraq çalışmışdır. Səfər Əsədov 1960-cı ildən Naçıvan Vilayət Partiya Komitəsində təlimatçı, Culfa Rayon Partiya Komitəsində isə ikinci katib olaraq işləmişdir. Culfa rayonu və Ordubad rayonu birləşdikdən sonra vahid Culfa rayonunun Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədr müavini, daha sonra isə Partiya Dövlət Nəzarəti Komissiyasının sədri olmuşdur. 1965-1967-ci illərdə Culfa Rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1968-1970-cı illərdə Araz Su Qovşağı Tikinti İdarəsi Partiya Komitəsinin katibi, 1971-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsində şöbə müdiri olaraq çalışmışdır. 1975-ci ildən Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin katibi, Naxçıvan MSSR maarif naziri, Naxçıvan Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrinin birinci müavini, Naxçıvan MSSR Ali Sovetinə seçkilər üzrə Mərkəzi Seçki Komissiyasının sədri olmuşdur.
İdris Səfər
İdris Səfər (alb. Idriz Seferi) — Millətpərəst bir Albaniya partizan döyüşçüsü. 1910-ci ildə, Osmanlı İmperiyasına aid olan Kosovo vilayətində üsyan başladan İsa Boletininin sağ qolu idi. Həmçinin, Prizren İttifaqı və İpək İttifaqının bir üzvü idi. Üsyanın bitməsindən sonra Səfər, 1912-ci ildəki Albaniya üsyanını rəhbərlik etdi. Birinci Balkan müharibəsi zamanı Boletini və Səfər, 1910 və 1912-ci ildəki üsyanları zamanı daha əvvəl özlərinə müttəfiqlik edən Serbiyaya qarşı üsyan etdilər və Birinci Dünya Müharibəsinin sonrasında və ilk mərhələsində (1913-1915) Serb qüvvələrinə qarşı olan hücumlarını davam etdirdilər. Birinci Dünya Müharibəsinin son mərhələlərində isə (1916-1918) eskandronlarını Bolqar qüvvələrinə qarşı yönəltdi. == Bioqrafiyası == İdris Səfər, Monteneqronun şimalında yerləşən, o zamanlarda Osmanlı İmperiyasının Kosovo vilayətinin və indiki Serbiya sərhədləri içərisində yerləşən Preşevada anadan olmuşdur. Erkən yaşlarda alban millətpərəstlərinə qoşulan Səfər, Prizren İttifaqının və İpək İttifaqının üzvü olmuşdur. === 1910 Albaniya Üsyanı === 1910-cu ilin Aprel ayında, İsa Boletini və İdris Səfər rəhbərliyi ilə, Kosovo vilayətində Osmanlılara qarşı bir üsyan başladıldı.
Mirzə Səfər (hekayə)
Mirzə Səfər (hekayə) — Əsl adı "Şair" olan, Sovet illərində Mirzə Səfər olaraq tanınan bu hekayə ilk dəfə 1918-ci ildə Tiflisdə "Tartan-Partan" jurnalında çap edilmişdir. Hekayə "Mirzə Səfər" adı altında ilk dəfə 1938-ci ildə “Revolyusiya i Kultura” jurnalında çap edilmişdir. == Mövzusu == Yazıçı hekayədə özünün bir sıra siyasi fikirlərini oxuculara çatdırmışdır. Belə ki, o, rus dilinin milli dilləri sıxışdırmasına, insanlara milli mənsubiyyətlərinə görə fərq qoyulmasına, azərbaycanlılara yüksək vəzifə etibar edilməməsinə narazılığını ifadə etmişdir. Məsələn, müəllif əsərin baş qəhrəmanı Mirzə Səfərin məhz rus dilində savadı az olması səbəbindən dəftərxanada aşağı vəzifə tutmasını əbəs yerə vurğulamır. Ədib belə incə vasitələrlə əslində siyasi quruluşun mahiyyətindən irəli gələn milli ayrı-seçkiliyə etirazını nəzərə çarpdırmaq istəmişdir. Əbdürrəhim bəy Haqverdiyevin "Mirzə Səfər", "Papaq" və "Bomba" hekayələrinin motivləri əsasında "Evlənmək istəyirəm" filmi lentə alınmışdır. Xalq rəssamı Davud Kazımovun bədii irsində Ə.Haqverdiyev mövzusu geniş yer tutur. Əsasən ötən əsrin altmışıncı illərində qara tuşla ərsəyə gətirilmiş əsərləri milli kitab qrafikası saxlancımıza layiqli töhfələr hesab etmək olar. Müəllifin məşhur “Mirzə Səfər” hekayəsinə çəkdiyi üç illüstrasiya (1967) bu qəbildəndir.
Səfər (film, 1964)
"Səfər" (ing. The Visit) — rejissor Bernard Vikkinin filmi. == Məzmun == İnanılmaz dərəcədə varlı qadın Karla Zaxanasian çox illər bundan qabaq rüsvayçılıqdan tərk etdiyi köhnə şəhərə gəlir. Onun Serj Millerdən uşağı olmuşdu. Lakin Serj bu atalığı boynuna almır. Onun bu səfərdə məqsədi burada yaşayan əhali ilə sövdələşməkdir. O, verəcəyi böyük pulların əvəzində Millerin ölüsünü istəyir. Əvvəl bununla razılaşmayan əhali sonra Milleri öldürməyə razı olur. Miller ölümə məhkum edilir. Lakin son anda Karla hökmü dayandırır və əhaliyə onların etdiyi səhvləri başa salır.
Səfər (film, 1974)
"Səyahət" (it. Il viaggio) — rejissor Vittorio de Sikanın İtaliya-Fransa istehsalı olan filmi. == Məzmun == Adriana de Mauro Çezare Braciyə aşiq olub. Lakin Çezare atasının son qərarını biləndən sonra öz qardaşı Antoni ilə Adriananın evlənməsinə razılıq verir. Amma məsələ elə gətirir ki, Antonio avtomobil qəzasında həlak olur. Adriana ərinin ölümünə kədərlənir və Çezare onu yenidən həyatına qaytarmağa çalışır. Qadının keçirdiyi ağır günlər nəticəsində onda ağrılar və başgicəllənmələrlə müşahidə olunur. Çezare onu həkimə aparır. Həkim müayinədən mənfi diaqnoz qoyur: Adriana sağalmaz xəstəliyə tutulub və çox yaşamayacaq. Çezare vaxt itirmədən ona evlilik təklifi edir.
Səfər xan Qəhrəmani
Səfər xan Qəhrəmanian (1921, Şişəvan, Şərqi Azərbaycan ostanı – 2002) — Cənubi Azərbaycan Milli Hökumətinin fədailərindən olub. Onu 1948-ci ildə həmin hökumət devrildikdən iki il sonra həbs etmiş, İran İslam İnqilabından bir müddət sonra azadlığa buraxmışdılar. Beləliklə, siyasi əqidəsinə görə Nelson Mandeladan çox - 32 ilə qədər həbsxana həyatı sürmüş. == Səfərxan haqqında yazılanlar == İsmayıl Məmmədlinin Səfər xan Qəhrəmanlarının simasında vətənin dönməz, sədaqətli, qorxmaz,heç bir təzyiq və amansızlıqlar qarşısında müvazinətini itirməyən əfsanəvi vətən oğlunu görmüşdür. Şair bir ömrü yaşayıb xalqı üçün ədəbi şöhrət qazandıran o ölməz insan qarşısında bütün zəka və vicdan sahiblərini baş əyməyə dəvət etməkdə bir yox, min dəfə haqlı idi.
Səfər əl-Həvali
Səfər bin Abdul-Rəhman əl-Həvali əl-Ghamdi (ərəb. سفر بن عبدالرحمن الحوالي الغامدي‎; 18 aprel 1950) — Məkkədə yaşayan bir alimdir. 1991-ci ildə ABŞ əsgərlərinin Ərəbistan yarımadasında olmasına qarşı çıxan Səhva hərəkatının lideri kimi məşhur oldu. 1993-cü ildə əl-Havali və Salman əl-Ouda, Səudiyyə hökumətinə qarşı çıxan bir qrup olan Qanuni Hüquqları Müdafiə Komitəsini yaratmada lider idilər. Bu qurum Səudiyyə Ərəbistanına qarşı olduğuna görə onların hər ikisi 1994-1999-cu illər arasında həbs edildi. 2018-ci ilin iyul ayında, dörd oğlu və qardaşı ilə birlikdə Müsəlmanlar və Qərb Sivilizasiyası adlı 3000 səhifəlik bir kitab yazdığına görə Səudiyyə hakimiyyət orqanları tərəfindən tutuldu. Kitabda "Vəliəhd Şahzadə Məhəmməd bin Salmana (MBS) və hakim Səudiyyə kral ailəsinə İsrail ilə əlaqələrinə görə hücumlar" daxil olduğu bildirilir. == Tərcümeyi-hal == Səfər əl-Həvali Əlqəmdi 1986-cı ildə Məkkə Umm əl-Qura Universitetində İslam teologiyası doktoru dərəcəsini almışdır. 1990-cı illər ərzində Səudiyyə Ərəbistanı hakimiyyəti devirmək üçün silahlıları təhrik etmək üçün kaset lentlərinə moizə oxuduğu zaman hökuməti tənqid etdiyi üçün bir müddət həbs olundu. Başqa bir mütəfəkkir Salman əl-Ouda ilə birlikdə Əl-Həvalinin, Qutbizmin bir növü olan Səudiyyə Ərəbistanındakı Səhva hərəkatına (Oyanış hərəkatı) rəhbərlik etdiyi deyilir.
İşgüzar Səfər (1982)
== Məzmun == Kənddə yaşayan Ənvər (Fəxrəddin Manafov) şəhəri və şəhərliləri sevmirdi. O, heç özü də dəqiq deyə bilməz ki, bir dəfə onu Bakıya hansı qüvvə çəkib aparıb: atasının xatirəsi, yoxsa oğlunu axtarıb tapmasını xahiş edən həmkəndlisi Firuzə xalanın (Sidiqqə Heydərova) sözləri?.. Bakıya işgüzar səfər zamanı Ənvər vaxtilə atasını narazı salmış adamla (Rəsmi Cəbrayılov) görüşür və başa düşür ki, şəhərli heç də onun atasına pis münasibət bəsləməyib. Lakin Ənvərin şəhərə münasibəti Toma (Svetlana Rodina) adlı qızla tanışlıqdan sonra tamam dəyişir və gənclərin arasında qarşılıqlı hörmət hissi yaranır. Filmdə mənəvi-etik problemlərə toxunulur. Müasirimiz olan sadə və təmiz qəlbli gəncin həyat sınaqları kino əsərinin əsasını təşkil edir. == Film haqqında == Film aktyor Fəxrəddin Manafovun kinoda ilk işidir. Film aktrisa Sidiqqə Heydərovanın kinoda ilk işidir. Film Rüstəm İbrahimbəyovun "İşgüzar səfər" povesti əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Rüstəm İbrahimbəyov Quruluşçu rejissor: Rasim İsmayılov Quruluşçu operator: Hüseyn Mehdiyev Quruluşçu rəssam: Rafiz İsmayılov Bəstəkar: Polad Bülbüloğlu Səs operatoru: Akif Nuriyev Rejissor: Elmira Əliyeva Geyim rəssamı: Arif Məhərrəmov Qrim rəssamı: A. Rzazadə Operator: Rövşən Quliyev İşıq ustası: Məhəmməd Hacıyev Montaj edən: Nisə Hacıyeva Rejissor assistenti: Mirzəbala Məlikov, Rövşən Həsənov, Aydın Mahmudbəyov Operator assistenti: R. Quliyev Rəssam assistenti: Abdulla Əmiraslanov, Y. Kirşner Montaj üzrə assistent: S. Qədimova Quraşdırılmış səhnələrin operatoru: Rafiq Kərimov Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Orkestri və "Melodiya" İnstrumental Ansamblı Redaktor: Toğrul Cuvarlı Filmin direktoru: Akif Musayev, Nadir Əliyev Musiqilərindən istifadə edilən bəstəkar: Tomazo Albinoni, Tofiq Bakıxanov, Səid Rüstəmov === Rollarda === Fəxrəddin Manafov — Ənvər Rəsmi Cəbrayılov — Bayramov Svetlana Rodina-Lünqkvist — Toma Fikrət Məmmədov — Həmid Hacı İsmayılov — Oqtay Hicran Mehbalıyeva — Ramizin arvadı Məbud Məhərrəmov — Ramiz Süleyman Ələsgərov — qoca S. Aslanova Sidiqqə Heydərova — Firuzə xala Bahadur Əliyev — kənd sakini Mayak Kərimov — kənd sakini Bəxtiyar Xanızadə — kənd sakini Cahangir Aslanoğlu — Surət Rzayeviç Rafiq Əliyev — Rafiq F. Hüseynov — qonşu Zemfira İsmayılova — Roza Tələt Rəhmanov — dəfndəki adam Gündüz Abbasov — dəfndəki adam D. Boqdanov Aydın Mahmudbəyov Toğrul Cuvarlı Q. Muradova Zemfira Sadıqova — Gülsüm === Filmi səsləndirənlər === Nəcibə Hüseynova — Ramizin arvadı (Hicran Mehbalıyeva) (titrlərdə yoxdur) Eldəniz Rəsulov — Həmid (Fikrət Məmmədov) (titrlərdə yoxdur) Həsən Məmmədov — Bayramov (Rəsmi Cəbrayılov) (titrlərdə yoxdur) Sadıq Hüseynov — Surət Rzayeviç (Cahangir Aslanoğlu) (titrlərdə yoxdur) Həsənağa Turabov — dəfndəki adam (titrlərdə yoxdur) Ədalət Məmmədov — Oqtay (Hacı İsmayılov) (titrlərdə yoxdur) == Mənbə == Кино: Энциклопедический словарь / Гл.
Səfər Əliyev (general-mayor)
Səfər Hüseyn oğlu Əliyev (29 iyun 1961, Maxta, Noraşen rayonu) — polis general-mayoru, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Təşkilat-İnspeksiya İdarəsinin Nazir yanında məsləhətçi qrupun baş mütəxəssisi. == Həyatı == Səfər Hüseyn oğlu Əliyev 29 iyun 1961-ci ildə Naxçıvan MSSR Şərur rayonunun Maxta kəndində anadan olmuşdur. 1987–1993-cü illərdə Azərbaycan Texniki Universitetinidə təhsil almışdır. 1993–1997-ci illərdə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirmişdir. 1980–1982-ci illərdə həqiqi hərbi xidmət keçmişdir. Ailəlidir, iki övladı var. == Fəaliyyəti == 1983-cü ildən daxili işlər orqanlarında xidmət edir. Bu dövrdə ictimai təhlükəsizlik strukturunda müxtəlif vəzifələrdə xidmət aparmışdır. 1990–1997-ci ilədək Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsində inspektor, baş inspektor, şöbə rəisi, 1997–1999-cu illərdə Daxili İşlər Nazirliyinin Qərargahının Nəzarət-Əlaqələndirmə şöbəsində inspektor, baş inspektor, şöbə rəisi vəzifələrində çalışmışdır. 2010–2016-cı ilədək Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin rəis muavini, 2016–2022-ci illərdə Daxili İşlər Nazirliyinin Katibliyində rəis vəzifələrində çalışmışdır.
İşgüzar səfər (film, 1982)
== Məzmun == Kənddə yaşayan Ənvər (Fəxrəddin Manafov) şəhəri və şəhərliləri sevmirdi. O, heç özü də dəqiq deyə bilməz ki, bir dəfə onu Bakıya hansı qüvvə çəkib aparıb: atasının xatirəsi, yoxsa oğlunu axtarıb tapmasını xahiş edən həmkəndlisi Firuzə xalanın (Sidiqqə Heydərova) sözləri?.. Bakıya işgüzar səfər zamanı Ənvər vaxtilə atasını narazı salmış adamla (Rəsmi Cəbrayılov) görüşür və başa düşür ki, şəhərli heç də onun atasına pis münasibət bəsləməyib. Lakin Ənvərin şəhərə münasibəti Toma (Svetlana Rodina) adlı qızla tanışlıqdan sonra tamam dəyişir və gənclərin arasında qarşılıqlı hörmət hissi yaranır. Filmdə mənəvi-etik problemlərə toxunulur. Müasirimiz olan sadə və təmiz qəlbli gəncin həyat sınaqları kino əsərinin əsasını təşkil edir. == Film haqqında == Film aktyor Fəxrəddin Manafovun kinoda ilk işidir. Film aktrisa Sidiqqə Heydərovanın kinoda ilk işidir. Film Rüstəm İbrahimbəyovun "İşgüzar səfər" povesti əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Rüstəm İbrahimbəyov Quruluşçu rejissor: Rasim İsmayılov Quruluşçu operator: Hüseyn Mehdiyev Quruluşçu rəssam: Rafiz İsmayılov Bəstəkar: Polad Bülbüloğlu Səs operatoru: Akif Nuriyev Rejissor: Elmira Əliyeva Geyim rəssamı: Arif Məhərrəmov Qrim rəssamı: A. Rzazadə Operator: Rövşən Quliyev İşıq ustası: Məhəmməd Hacıyev Montaj edən: Nisə Hacıyeva Rejissor assistenti: Mirzəbala Məlikov, Rövşən Həsənov, Aydın Mahmudbəyov Operator assistenti: R. Quliyev Rəssam assistenti: Abdulla Əmiraslanov, Y. Kirşner Montaj üzrə assistent: S. Qədimova Quraşdırılmış səhnələrin operatoru: Rafiq Kərimov Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Orkestri və "Melodiya" İnstrumental Ansamblı Redaktor: Toğrul Cuvarlı Filmin direktoru: Akif Musayev, Nadir Əliyev Musiqilərindən istifadə edilən bəstəkar: Tomazo Albinoni, Tofiq Bakıxanov, Səid Rüstəmov === Rollarda === Fəxrəddin Manafov — Ənvər Rəsmi Cəbrayılov — Bayramov Svetlana Rodina-Lünqkvist — Toma Fikrət Məmmədov — Həmid Hacı İsmayılov — Oqtay Hicran Mehbalıyeva — Ramizin arvadı Məbud Məhərrəmov — Ramiz Süleyman Ələsgərov — qoca S. Aslanova Sidiqqə Heydərova — Firuzə xala Bahadur Əliyev — kənd sakini Mayak Kərimov — kənd sakini Bəxtiyar Xanızadə — kənd sakini Cahangir Aslanoğlu — Surət Rzayeviç Rafiq Əliyev — Rafiq F. Hüseynov — qonşu Zemfira İsmayılova — Roza Tələt Rəhmanov — dəfndəki adam Gündüz Abbasov — dəfndəki adam D. Boqdanov Aydın Mahmudbəyov Toğrul Cuvarlı Q. Muradova Zemfira Sadıqova — Gülsüm === Filmi səsləndirənlər === Nəcibə Hüseynova — Ramizin arvadı (Hicran Mehbalıyeva) (titrlərdə yoxdur) Eldəniz Rəsulov — Həmid (Fikrət Məmmədov) (titrlərdə yoxdur) Həsən Məmmədov — Bayramov (Rəsmi Cəbrayılov) (titrlərdə yoxdur) Sadıq Hüseynov — Surət Rzayeviç (Cahangir Aslanoğlu) (titrlərdə yoxdur) Həsənağa Turabov — dəfndəki adam (titrlərdə yoxdur) Ədalət Məmmədov — Oqtay (Hacı İsmayılov) (titrlərdə yoxdur) == Mənbə == Кино: Энциклопедический словарь / Гл.
Tanqın Qərb Türklərinə etdiyi səfər
Çini idarə edən Tan sülaləsinin Qərbi Göytürk xaqanlığına yürüşləri b.e. VII əsrdə bir sıra hərbi kampaniyadan ibarət idi. == Şərait == Vətəndaş müharibəsinin nəticəsində Göytürklər Qərbi və Şərqi xaqanlıqlara bölüşüb. Bizans İmperiyası ilə mütəffiq olan Qərbi Türk xaqanlığı Sasanilər İmperiyasına qarşı müharibələr ilə məşğul idi. Qərbi Türk xaqnlığı genişlənirdi, Şərqi Türk xaqanlığı isə tənəzzülü yaşayırdı. Onlar Çində bəzi mənbələrə görə özü də türk əsilli olan general Li Yuana Suy sülaləsini devirməyə kömək edib. Beləliklə, Li Yuan 618-ci ildə özünə Qaotzu adı alıb, Tan adlı yeni İmperator sülaləsini başlayır. 630-cu ildə, həmin Tan ordusu uyğurların köməyi ilə Şərqi Türk xaqanlığın ordusuna qalib gəlib, onları özlərin vassalı edirlər (Şərqi Türklər Tan Çini üçün Tabğaclar sözünü iştədirdilər). 630-cu ildə Qərbi Türklərin Tonq Yabqu xaqanı öz dayısı Bağatur tərəfindən öldürülüb. Bundan sonra xaqan olan Bağatur Tan sülaləsindən bir şahzadə ilə evlənmək istəsə də buna nail olmayıb, üsyan nəticəsində devrildi.
"Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)" yubiley medalı
"Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" medalı — Azərbaycanın dövlət təltifi (medal). Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qurulmasının 10 illiyi münasibətilə təsis edilmişdir. == Təsis edilməsi == "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" medalı Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli qanunu ilə təsis edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" Azərbaycan Respublikasının yubiley medalı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) həqiqi hərbi xidmət keçən və xidməti vəzifələrini nümunəvi yerinə yetirən zabitlər, gizirlər və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, həmin orqandan (qurumdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular, habelə həmin orqanda (qurumda) səmərəli fəaliyyət göstərən mülki işçilər və həmin orqanın (qurumun) fəaliyyətinin təşkilində və inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər. Maddə 2. Təltif edən orqan "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təltif edir. Maddə 3. Taxılma qaydası "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. == Təsviri == Medalın təsviri Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.
"Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" yubiley medalı
"Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" medalı — Azərbaycanın dövlət təltifi (medal). Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qurulmasının 10 illiyi münasibətilə təsis edilmişdir. == Təsis edilməsi == "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" medalı Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli qanunu ilə təsis edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" Azərbaycan Respublikasının yubiley medalı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) həqiqi hərbi xidmət keçən və xidməti vəzifələrini nümunəvi yerinə yetirən zabitlər, gizirlər və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, həmin orqandan (qurumdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular, habelə həmin orqanda (qurumda) səmərəli fəaliyyət göstərən mülki işçilər və həmin orqanın (qurumun) fəaliyyətinin təşkilində və inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər. Maddə 2. Təltif edən orqan "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təltif edir. Maddə 3. Taxılma qaydası "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. == Təsviri == Medalın təsviri Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.
Akademik Zemfira Səfərova (film, 2017)
Albert Səfərov
Albert Səfərov Nurəddinoviç (azərb. Səfərov Albert Nürəddin оğlu‎) — Azərbaycan Dəmir Yolları QSC, Fövqəladə Hallar Qatarı MMC-nin rəisi (2007–2021), Azərbaycan Respublikasının əməkdar mühəndisi (2010). == Həyatı == Səfərov Albert Nurəddin oğlu 06.05.1956-cı ildə Azərbaycan Respublikası, Qusar rayonunun, Aşağı Ləgər kəndində anadan olub.1963–1973-cü illərdə Aşağı Ləgər kənd orta məktəbində təhsil alıb. 1974-cü ildə Bakı Dəmiryol Nəqliyyat texnikomuna daxil olub və 1980-cı ildə " Vaqon təsərrüfatı " ixtisası üzrə həmin texnikomu bitirib. İlk iş fəaliyyətinə 1978-ci ildə Bakı Vaqon Deposunda çilingər vəzifəsilə başlayıb,1980–1986-cı illərdə vaqon baxıcısı kimi işini davam etdirib.1986–1994-cü illərdə isə Keşlə Vaqonların Təmiri Konteyner Deposunda eyni vəzifədə çalışıb. 1995-ci ildə Azərbaycan Texniki Universitetinin "Lokomotiv və Vaqon təsərrüfatı" fakultəsinə qəbul olub,1999-cu ildə bitirib.2005-ci ildə həmin universitetdə Magistr təhsili alıb. 1994–1995-ci illər ərzində Keşlə Vaqonların Təmiri Konteyner Deposundatexniki məntəqənin rəisi təyin edilib.1995–1997-ci illərdə isə Keşlə Vaqonların Təmiri Konteyner Deposunda rəisi işləyib. 1997–1999-cu illərdə Bakı Bələdçilər Ehtiyatının rəisi vəzifəsində işləyib. 1999–2007-ci illərdə Biləcəri Yuyucu-Buxarlayıcı stansiyasının rəisi olub. 2007–2010-cu illərdə "Qəza Bərpa Qatarı"MMC-nin rəisi, 2010-cu ildən 31.03.2021-ci ilədək Azərbaycan Dəmir Yolları QSC, Fövqəladə Hallar Qatarı MMC rəisi vəzifəsində çalışıb.
Alman klinikasına şəxsi səfər (film, 1988)
Alman klinikasına şəxsi səfər filmi rejissor Rasim İsmayılov tərəfindən 1988-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Macəra filmi Genuya konfransının açılışı ərəfəsində gənc Azərbaycan çekistlərinin inqilabdan sonra xaricdə sığınacaq tapmış neft maqnatlarının hazırladıqları təxribatçılıq əməliyyatını necə puça çıxarmalarından bəhs edir. Filmdə əsas rolları Ramiz Novruzov, İqor Ledoqorov, İqor Stepanov, Kazım Abdullayev, Yelena Tonunts, Liliya Makarova və Anatoli Kotenyov ifa edirlər. == Məzmun == Macəra filmi Genuya konfransının açılışı ərəfəsində gənc Azərbaycan çekistlərinin inqilabdan sonra xaricdə sığınacaq tapmış neft maqnatlarının hazırladıqları təxribatçılıq əməliyyatını necə puça çıxarmalarından bəhs edir. Bakı 1920-ci il. Fövqəladə komissiyanın gizli əməkdaşı olan mühəndis Məmməd Rüstəmov (Rasim Balayev) xüsusi tapışırıqla Berlinə göndərilir. Oğlu Tahiri (Ülvi Məmmədov) müalicə etdirmək bəhanəsilə Berlinə səfər edən mühəndis özünün və ətrafının həyatını təhlükə altında qoyur. == Filmin üzərində işləyənlər == Rejissor: Rasim İsmayılov Ssenarist: Rasim İsmayılov, Məmməd Avdiyev Operator: Teyyub Axundov Rəssam: Fikrət Əhədov Bəstəkar: Ruhəngiz Qasımova == Rollarda == Rasim Balayev — mühəndis Məmməd Rüstəmov Ramiz Novruzov — Baba Əliyev İqor Ledoqorov — Anton Qaberkorn İqor Stepanov — Anatoli Smelov Kazım Abdullayev — Qafar Qafarov Yelena Tonunts — frau Anna Surina Liliya Makarova — Tatyana Anatoli Kotenyov — Vladimir Tişkov Aleksandr Arjilovski — Kulçitski Yuri Dedoviç — Aleksey Putilov Anatoli Yabbarov — Blinov Kamil Zöhrabov — Rəhim Aşurbəyov Konstantin Butayev — Əbdülməcid Çermoyev Pyotr Yurçenkov — Xladov Şahin Cəbrayılov — Əbilov İosif Rıklin — Gessen Boris Aleksandrov — Kovrov E. Poplavski — Karpov Ülvi Məmmədov — Tahir Gündüz Abbasov — Stepan Leonozov Ramiz Əzizbəyli — Leon Montaşev A. ƏzimovE. Azəryar Yefim Abramov — Pavel Qukasov Nadir Əzməmmədov — Arşak Qukasov Filmi səsləndirənlər: Eldəniz Rəsulov - Baba Əliyev (Ramiz Novruzov)(titrlərdə yoxdur) == Həmçinin bax == Azərbaycan filmlərinin siyahısı 1988-ci ilin Azərbaycan filmləri 1980-ci illər Azərbaycan filmlərinin siyahısı == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Almaniya fəhlə nümayəndə heyətinin Bakıya səfəri (film, 1925)
Almaniya fəhlə nümayəndə heyətinin Bakıya səfəri sənədli filmi 1925-ci ildə "Kino-Mədənçi" Studiyasında istehsal edilmişdir. Filmdə Almaniya fəhlə nümayəndə heyətinin Bakıya səfərindən bəhs edilir. == Məzmun == Filmdə Almaniya fəhlə nümayəndə heyətinin Bakıya səfərindən, onların Azərbaycanda yeni sosialist sənayesinin təşkili və iş prosesi, fəhlələrin həyat və məişəti ilə yaxından tanış olmalarından bəhs edilir. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 29.
Ambarsum Məlikovun evi (İslam Səfərli küçəsi)
Ambarsum Məlikovun evi — Bakı şəhərində, İ. Səfərli 13, S. Tağızadə 121 və Tolstoy 136 küçələrinin kəsişməsində yerləşən tarixi malikanədir. Bina 1900-cü ildə Vartan Sarkisovun layihəsi əsasında neobarokko üslubunda inşa edilmişdir. == Tarixi == === İnşası === Bina 1900-cü ildə, XIX əsrin sonu — XX əsrin əvvəllərində Bakı və Tiflisdə fəaliyyət göstərmiş sənayeçi Ambarsum Məlikovun sifarişi ilə memar Vartan Sarkisovun layihəsi əsasında inşa edilmişdir. === Sonrakı istifadəsi === Əvvəllər yaşayış binası kimi istifadə olunmuş binada 1922-ci ildən Azərbaycanın ən qədim kütləvi kitabxanası olan Mirzə Ələkbər Sabir adına Mərkəzi Şəhər Kitabxanası yerləşdirilmişdir. Kitabxana 1919-cu ilin mart ayında, Nəriman Nərimanov, Dadaş Bünyadzadə, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı tərəfindən əsası qoyulmuş "Xəzər sahili istehlak cəmiyyəti" adlı təşkilatın təşəbbüsü ilə yaradılmışdır. Azərbaycan qadınlarını geniş sürətdə kitabxanaya cəlb etmək üçün fəaliyyətə başladığı dövrdən kitabxana "Oxucu qadınlar dərnəyi" təşkil etmişdir. 1922-ci ildə Sabirin vəfatının on illiyi ilə əlaqədar olaraq kitabxanaya onun adı verilmiş və həmin ildən kitabxana Məlikovların malikanəsində yerləşdirilmişdir. == Memarlıq xüsusiyyətləri == Məlikovun iki mərtəbəli yaşayış evi forştadtın tarixi məhəllələrinin memarlıq-planlaşdırma həllinin mühüm elementlərindən biridir. Bu evdə tikilinin estetik keyfiyyəti üçün böyük əhəmiyyət kəsb edən yeni tikinti materialı olan qırmızı tökmə kərpiclə order sisteminin zəngin plastikasından uğurla istifadə edilmişdir. Əsas fasad rizalit sistemli daş formanın arxitektur kütlələrin ifadəsinin inkişaf etmiş impulsunu verən xüsusi kompozisiya üsulları ilə fərqlənir.
Amil Səfərli
Amil Nizami oğlu Səfərli (29 sentyabr 1994, İmişli rayonu – 5 noyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Amil Səfərli 1994-cü il sentyabrın 29-da İmişli rayonunun Çahar kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Amil Səfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amil Səfərli noyabrın 5-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amil Səfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Amil Səfərli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Amil Səfərli ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Anar Səfərov
Anar Həsən oğlu Səfərov (1953, Sədərək, Noraşen rayonu) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin I, II, III və IV çağırış deputatı, Naxçıvan Muxtar Respublikası dövlət əmlakı nazirinin müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı. == Həyatı == Anar Həsən oğlu Səfərov 1953-cü ildə Sədərək kəndində doğulmuşdur. 1975-ci ildə Bakı Bədən Tərbiyəsi Texnikumunu, 1985-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. O, ali təhsilini tamamladıqdan sonra Sədərək orta məktəbində müəllim olaraq çalışmışdır. == Siyasi fəaliyyəti == Anar Səfərov 1990-cı ildə Naxçıvan MSSR Ali Sovetinə keçirilmiş seçkilərdə 44 nömrəli ikinci Sədərək seçki dairəsi üzrə deputat seçilmişdir. O, elə həmin il Naxçıvan Ali Məclisi sədrinin müavini seçilmişdir. Anar Səfərov Naxçıvan Ali Məclisinə 12 noyabr 1995-ci il tarixində keçirilmiş seçkilərdə 2 saylı Sədərək, 5 noyabr 2000-ci il tarixində keçirilmiş seçkilərdə 2 saylı Qarağac dairəsindən, 2005-ci il və 2010-cu il tarixlərində keçirilmiş seçkilərdə isə 2 saylı Heydərabad dairəsindən deputat seçilmişdir. Anar Səfərov 1996-cı il tarixindən 2000-ci il tarixinədək Naxçıvan Muxtar Respublikası dövlət əmlak nazirinin müavini vəzifəsinə təyin olunmuşdur. Anar Səfərov Yeni Azərbaycan Partiyasının üzvüdür.
Atabala Səfərov
Səfərov Atabala Osman oğlu (1 sentyabr 1949, Dəvəçi – 20 dekabr 2020, Bakı) — aktyor, Azərbaycanın əməkdar artisti (2012) == Həyatı == Atabala Səfərov 1949-cu ildə Şabran şəhərində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirən Atabala Səfərov həmin ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında fəaliyyətə başlayıb. 1972–1973-cü illərdə ordu sıralarında xidmət etdikdən sonra yenidən doğma teatra qayıdıb. Burada işlədiyi müddətdə bir neçə maraqlı obraz yaratmağa nail olmuş, özünü tamaşaçılara sevdirə bilmişdir. 1990-cı ildən 1998-ci ilə qədər Azərbaycan Dövlət Gənclər teatrında direktor müavini vəzifəsində çalışmış, 1998-ci ildə yenidən Musiqili Komediya Teatrına qayıtmış və burda yaradıcılıq fəaliyyətini davam etdirmişdir. Bu müddətdə o "Subaylarınızdan görəsiniz" tamaşasında Seyfi, "Səhnədə məhəbbət"də Milyonçu, "Bir saat xəlifəlik"də Bəhlul Danəndə, "Bir günlük siğə"də Qazi, "Şeytanın yubileyi"ndə Səlim və s. kimi rollarda uğurla çıxış etmişdir. 9 may 2012-ci il tarixdə Əməkdar artist fəxri adına layiq görülmüşdür.
Aytən Səfərova
Piriyeva Aytən Sədaqət qızı (doğum soyadı: Səfərova; Ağsu) — azərbaycanlı jurnalist, teleaparıcı. == Həyatı == Aytən Sədaqət qızı Səfərova martın 18-də Azərbaycanın Ağsu şəhərində anadan olub. 6 yaşından etibarən ailəsilə birlikdə Rusiyanın Tümen vilayətinin Nyaqan şəhərinə köçüb. Lakin bir neçə ildən sonra balaca qardaşı Arazın faciəvi şəkildə vəfatından sonra yenidən ailəliklə Azərbaycana qayıdıblar. Əmək fəaliyyətinə "Ayna"-"Zerkalo" qəzetlərində başlayıb. 1998-ci ilin aprel ayından etibarən ANS ÇM radiosunda fəaliyyətə başlayıb. Əvvəlcə radioda xəbər buraxılışlarının və "İsti-İsti" verilişinin aparıcısı, daha sonra ANS TV-də "Pressing", "İç xəbər" və "Xəbərçi" verilişlərinin prodüseri, "İç xəbər" verilişinin müxbiri və aparıcısı, "Xəbərçi" verilişinin aparıcısı, prodüseri, Baş aparıcı-redaktoru vəzifələrində çalışıb. 2005-ci il yanvarın 28-də ailə qurub. 2006-cı il yanvarın 23-də Ayza adlı qız övladı dünyaya gəlib. Bir müddət televiziyadan ayrılsa da (analıq məzuniyyəti) 2007-ci ilin may ayında yenidən ANS TV-yə işə qayıdıb.
Aytən Səfərəliyeva
Aytən Səfərəliyeva — Jurnalist. == Həyatı == Aytən Səfərəliyeva 1983-cü il fevral ayının 2-sində anadan olub. 2000-ci ildə orta məktəb məzunu olub. 2001-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olub. 2005-ci ildə eyni fakültənin beynəlxalq jurnalistika üzrə magistratura bölməsini bitirib. "Lider" telekanalında yayımlanan "Zəif Bənd" , "Milyonçu" verilişində redaktor vəzifəsində çalışıb. Hazırda Azərbaycan Televiziyasında yayımlanan "Sözün sirri" verilişinin müəllifi, eyni zamanda həmin telekanalda yayımlanan "Çoxbilmişlərdənsinizmi?" verilişinin redaktoru vəzifəsində çalışır. Bir sira layihələrin müəllifidir . Fəaliyyəti Aytən Səfərəliyeva — Jurnalist Aytən Səfərəliyeva Məmməd qızı 1983-cü il fevral ayının 2-sində Beyləqanda (Azərbaycan) anadan olub. Hümmət təşkilatı, Fəhlə hərəkatının üzvü, inqilabçı Xanlar Səfərəliyevin nəslindəndir.
Azov səfərləri (1695–1696)
Azov səfərləri (rus. Азо́вские похо́ды) — 1686–1700-cü illərdə Rusiya–Osmanlı müharibəsi zamanı Azov dənizinə və Qara dənizə çıxmaq üçün I Pyotrun Azov qalasına hərbi səfərləri. 1695-ci ildə baş tutmuş birinci səfər ordunun pis təşkili və donanmanın olmaması üzündən müvəffəqiyyətsizliyə uğramışdır. 1696-cı ildə rus ordusu ikinci səfərə başlamışdır. Azov donanmasının, Don və Ukrayna kazaklarının köməyi ilə 19 iyunda Azov qalası alınmışdır. Azov səfərləri Rusiyanın dəniz dövlətinə çevrilməsinin başlanğıcı olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Гордон П. Дневник. 1690—1695 / Ред. М. Р. Рыженков. М.: Наука, 2014.
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti — Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2012-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, paytaxtın rayonu hərbi komissarlıqları ləğv edilmiş və onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılmışdır. == Haqqında == Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmətkeçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Xidmətin Əsasnaməsini və normativ hüquqi aktlarını rəhbər tutur. == Rəhbəri == Mürsəl İbrahimov — Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, Polkovnik.
Azərbaycanda hərbi səfərbərlik (1941)
Azərbaycanda hərbi səfərbərlik (1941) – Faşist Almaniyasının təcavüzkar məqsədlərinə qarşı Azərbaycanın hərbi, siyasi və iqtisadi potensialının səfərbər olunması. == Hitler Almaniyasının Azərbaycanla bağlı planları == 1941-ci il iyunun 22-də faşist Almaniyası SSRİ-yə xaincəsinə basqın etdi. 1940-cı il dekabrın 18-də təsdiq edilmiş SSRİ-yə hücum -"Barbarossa planı" ildırımsürətli müharibə strategiyasına əsaslanırdı. Məqsəd güclü, qəfil zərbə ilə sovet ordusunu darmadağın etmək, qışa qədər Arxangelsk-Həştərxan xəttinə çıxmaq idi. Hitler Almaniyasının qəsbkarlıq planında Azərbaycan, neft Bakısı xüsusi yer tuturdu. Hətta SSRİ-də yaşayan türkdilli xalqları -"müsəlman monqoloidləri, dağıdıcı qüvvə" hesab edən Hitler "Mənim mübarizəm" kitabında yazırdı ki, "onlar ali irqin qullarına çevrilməlidirlər". Almaniya hakimiyyəti Bakı neftini ələ keçirməyi Şərqdə istilaçılıq siyasətini reallaşdırmağın mühüm amili hesab edirdi. Rozenberqin "Qafqazın idarə olunması planı"na görə Azərbaycanda idarəedici orqan – "komissarlıq" yaradılmalı və iqamətgahı Tbilisidə yerləşəcək Qafqaz reyxkomissarlığına tabe edilməli idi. Faşist Almaniyası sovetlər üzərində qələbədən sonra İran körfəzinə, Hind okeanına qədər əraziləri zəbt etmək niyyətində idi. Türk xalqları yaşayan ərazilərdə Almaniyadan asılı oyuncaq "Böyük Türküstan" dövləti yaradılması planlaşdırılırdı.
Bafadar Səfərov
Bafadar Səfərov (tam adı: Bafadar Ağamirzə oğlu Səfərov; 8 mart 1923, Baxışlı, Xızı rayonu, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1923-cü il martın 8-də Xızı rayonunun Baxışlı kəndində anadan olmuşdur. Böyük Vətən müharibəsinin iştirakçısı olmuş, Berlinə qədər yetişmişdir. Müharibədən sonra 25 il milis orqanlarında işləmişdir. 3 uşağı, ona yaxın nəvə-nəticəsi olmuşdur. Qanlı Yanvar faciəsi ərəfəsində təqaüdçü idi. == Qanlı Yanvar faciəsi == 19-dan 20-nə keçən gecə Q-87—99 AQ markalı "Moskviç" maşınında Salyan kazarmasına tərəf gedərkən yolda hərbçilər tərəfindən öldürülmüşdür. Meyidi yalnız yanvarın 27-si Təzəpir Məscidində tapılmışdır. Meyid Hərbi Hospitaldan gətirilmiş, meyidin bel və bud nahiyəsində süngü, beyin nahiyəsində isə güllə yarası olmuşdur. Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Şölə Səfərəliyeva
Şölə Cavanşir qızı Səfərəliyeva (29 avqust 1984, Bakı) — Azərbaycan müğənnisi. Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Şölə Cavanşir qızı Səfərəliyeva 29 avqust 1984-cü ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə 200 saylı BMLK-da orta təhsilə başlayıb. 1992-ci ildə 21 nömrəli musiqi məktəbinin fortepiano sinfinə qəbul olub. 2 oktyabr 1995-ci ildə əfsanəvi " Qaya " kvartetinin solisti, Rauf Babayevin musiqi məktəbində başladığı vokal sinfinə qəbul olub, "Bəri Bax" uşaq ansamblının solisti kimi fəaliyyətə başlayıb. 11 illik vokal sinfini bitirib. == Ailəsi == (Atası) Səfərəliyev Cavanşir Xalid oğlu 15.08.1958, (anası) Səfərəliyeva Sona Sabir qızı 09.06.1959 (qardaşı) Səfərəliyev Elçin Cavanşir oğlu 13.02.1986 == Təhsili == 2001-ci ildə İctimai-Siyasi universitetin Azərbaycan dili və ədəbiyyatı filologiya fakültəsinə daxil olub. Təhsil illərində şairlər Zöhrab Tahir, Nəriman Həsənzadə, görkəmli tarixçi alim İqrar Əliyev, politoloq Aydın Mirzəzadədən dərs alıb. 2019-cu ildə Azərbaycan Milli Konservatoriyasının populyar musiqi və caz fakültəsinin magistr pilləsinə (solo oxuma) qəbul olub.
Əfqan Səfərov
Əfqan Nadir oğlu Səfərov (8 mart 1997; Həsənsu, Ağstafa rayonu — 26 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əfqan Səfərov 1997-ci il martın 8-də Ağstafa rayonunun Həsənsu kəndində anadan olub. 2003–2014-cü illərdə A. Mustafayev adına Həsənsu kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Əfqan Səfərov 2017–2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Əfqan Səfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Əfqan Səfərov oktyabrın 26-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Ağstafa rayonunun Həsənsu kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Səfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Səfərov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Əfəndi Səfərov
Əfəndi Cahangir oğlu Səfərov (1 yanvar 1996; Qaxbaş, Qax rayonu, Azərbaycan — 9 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Əfəndi Səfərov 1 yanvar 1996-cı ildə Qax rayonunun Qaxbaş kəndində anadan olmuşdur. 2002-ci ildə Qax rayon Qaxbaş kənd 2 saylı tam orta məktəbdə orta təhsilə başlamışdır. 2007-ci ildən təhsilini Respublika Olimpiya İdman Liseyində davam etdirmişdir. Hərbi xidmət müddətini bitirdikdən sonra bir müddət mühafizəçi olmuşdur. == Hərbi xidməti == Əfəndi Səfərov 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuş, Müdafiə Nazirliyinin Xocavənd rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Əfəndi Səfərov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əfəndi Səfərov 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfəndi Səfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Əliyar Səfərli
Səfərli Əliyar Qurbanəli oğlu (28 dekabr 1937, Anabad, Ordubad rayonu – 4 yanvar 2017, Bakı) — ədəbiyyatşünas, mətnşünas, maarif xadimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə elmlər doktoru (1983), professor (1998), AMEA-nın müxbir üzvü (1989). == Həyatı == Əliyar Səfərli 28 dekabr 1937-ci ildə Ordubad rayonunun Anabad kəndində anadan olmuşdur. 1943–1947-ci illərdə Anabad kənd məktəbində ibtidai təhsilini alan Əliyar Səfərli 1947–1951-ci illərdə Gənzə kənd yediillik məkətbində və Ordubad şəhər Pedaqoji məktəbində təhsilini davam etdirmişdir. Daha sonra 1955–1960-cı illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil almışdır. Əliyar Səfərli 1960–1968-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsində baş laborant vəzifəsinə təyin edilmişdir. 1968-ci ildən Bakı Dövlət Universitetində dərs demişdir. 1971–1973-cü illərdə Əfqanıstanda tərcüməçi kimi fəaliyyət göstərmişdir. 1973-cü ildən etibarən yenidən Bakı Dövlət Universitetində əmək fəaliyyətini davam etdirmişdir. Ədəbiyyatşünas 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Daha sonra 1992–1994-cü illərdə Təhsil Nazirliyində Ədəbiyyatşünaslıq bölməsinin sədri vəzifəsini icra etmişdir.
Əmrah Səfərli
Əmrah Çingiz oğlu Səfərli (2 aprel 1998, Göbəktala, İmişli rayonu – 4 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əmrah Səfərli 2 aprel 1998-ci ildə İmişli rayonunun Göbəktala kəndində anadan olmuşdur. İmişli rayon Yalavac kənd tam orta məktəbdə təhsil almışdır. == Hərbi xidməti == Əmrah Səfərli bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdi. Hərbi xidmətini bitirdikdən sonra mülki şəxs olaraq fəaliyyətini davam etdirmişdi. Azərbaycan Ordusunun əsgəri olan Əmrah Səfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əmrah Səfərli 4 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Səfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Səfərli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Səfərnamə
Səfərnamə — bədii-sənədli əsər. Səfərnamə səyahətnamənin bir növüdür. yazıçı səyahət zamanı gördüklərini bədii-sənədli şəkildə qələmə alır. İsmayıl Bəy Qutqaşınlı "Səfərnamə" adlı əsəri Məkkə səfərində gördüklərinin əksidir.
Zəfər Səfərov
Zəfər Səfərov ( ) — 1975-ci il iyun ayının 7-də Lerik rayonunun Blaband kəndində anadan olub. == Həyatı == Zəfər Ağayar oğlu Səfərov 1975-ci il iyunun 7-ddə Lerik rayonunun Blaband kəndində anadan olub. == Təhsili == 1982-ci ildə Blaband kənd orta məktəbinin birinci sinfinə daxil olub, 1992-ci ildə həmin məktəbin onuncu sinfini bitirib. == Hərbi xidməti == Orta məktəbi bitirdikdən sonra Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılaraq Qarabağ cəbhəsinə yola salınıb. Qarabağ döyüşlərində iştirak edərək qəhrəmanlıqlar göstərən Zəfərin son döyüş yeri Murov cəbhəsi olub. Döyüşlərin birində yaralı əsgər yoldaşını döyüş meydanından uzaqlaşdırmış, lakin geri dönərkən düşmən gülləsinə tuş gəlmişdir. Beləliklə, 19 aprel 1994-cü ildə Murovdağ uğrunda gedən döyüşlərdə Zəfər Səfərov şəhid olur. Blaband kənd orta məktəbi Səfərov Zəfər Ağayar oğlunun adını daşıyır.
Elvin Səfərov (polkovnik-leytenant)
Elvin Sərraf oğlu Səfərov (24 oktyabr 1992, Kərimbəyli, Füzuli rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Hərbi xidməti == Döyüş əməliyyatları zamanı və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 16 avqust 2017-ci il tarixli Sərəncamına əsasən Elvin Səfərova "Hərbi xidmətlərə görə" medalı verildi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının mayoru olan Elvin Səfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Elvin Səfərova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Səfərov "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan Prezidenti İlham Əliyevin 17 avqust 2023-cü il tarixli Sərəncamı ilə Elvin Səfərov "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.

Digər lüğətlərdə