Atqız

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Atqız
Ölkə  Ermənistan
Tarixi və coğrafiyası
Saat qurşağı

Atqız — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd.[1]

Tarixi

Oxçu çayının sol sahilində, Oxçu kəndindən 2 km şimalda, Pirhəmzə dağının cənub-qərbində, Qafan-Gecalan avtomobil yolundan 2 km şimalda dağ döşündə yerləşirdi[2]. 1959 - cu ildə Kecalan şəhəri ilə birləşdirilmişdir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir[3]. Yerli tələffüz forması Atqiz[4]

Toponim oğuz türk tayfa adının fonetik forması olan qız etnonimi əsasında yaranmışdır.

Əhalisi

Kənddə 1831-ci ildə 37 nəfər, 1873 - cü ildə 105 nəfər, 1886-cı ildə 120 nəfər, 1897-ci ildə 242 nəfər, 1908-ci ildə 198 nəfər, 1914 - cü ildə 36 nəfər azərbaycanlı yaşamışdır[5]. 1916-18-cı illərdə azərbaycanlılar deportasiya edilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişlər. Burada 1926-cı ildə 74 nəfər, 1931-ci ildə 101 nəfər azərbaycanlı yaşamışdır[6]. 1959-cu ilə Keçalan kəndinə birləşdirilmiş, əkin yerləri Kürdükan kəndinə verilmiş və kənd ləğv edilmişdir.[4]

1988-ci ilin noyabr ayında azərbaycanlılar tamamilə öz doğma ocaqlarından qovulmuşdur.

İstinadlar

  1. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  2. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası Arxivləşdirilib 2021-09-27 at the Wayback Machine. Bakı: "Gənclik" nəşriyyatı, 1995, s. 133
  3. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.22
  4. 1 2 "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti". V. Ə. Budaqov, Q. Ə. Qeybullayev. Bakı-Oğuz eli, 1998.
  5. Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine. Ереван: Издательство «Мелконян фонд», 1932, с. 54-55, 132-133)
  6. Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство «Мелконян фонд», 1932, с. 55, 133