Qovşud

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kənd
Qovşud
39°12′31″ şm. e. 46°14′27″ ş. u.
Ölkə  Ermənistan
Region Zəngəzur mahalı
Rayon Qafan rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.378 ± 1 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 88 nəf. (2011)[1]
Xəritəni göstər/gizlə
Qovşud xəritədə
Qovşud
Qovşud

QovşudYelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd.[2][3]

Tarixi

Kəndin başqa adları Qovşuq, Qovşutlu olmuşdur[4]. Rayon mərkəzində 17 km şimalşərqdə, Kığı və Oxçu çaylarının qovuşduğu Zeyvə qalasının yaxınlığında yerləşir. Toponim qovşud etnonimi[5] əsasında əmələ gəlmişdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Kavçut qoyulmuşdur.

Toponimi

Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Kavçut qoyulmuşdur.1988-ci ildə əhalisi Azərbaycana qovulmuşdur. Türkmənistanda Qovşut, Qovşutbənd, Qovşutyap, Qovşuxanqala [6], Azərbaycanda Qovşutlu (başqa adı Hüsеynbəyli) (Cəbrayıl r-nu) kənd adları göstərir ki, Qovşut tayfa adıdır. [7]

Əhalisi

Kənddə 1897-ci ildə 163 nəfər, 1914 - cü ildə 320 nəfər azərbaycanlı yaşamışdır[8]. 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet quruluşu qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 108 nəfər, 1926-cı ildə 109 nəfər, 1931-ci ildə 123 nəfər[9], 1939 - cu ildə 208 nəfər, 1987-ci ildə 200 nəfər[10] azərbaycanlı yaşamışdır. 1988-ci ildə kəndin sakinləri Ermənistan dövləti tərəfindən deportasiya edilmişdir. İndi burada ermənilər yaşayır.

İstinadlar

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
  4. Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine. Ереван: Издательство «Мелконян фонд», 1932, с. 56
  5. 231, s.71-72
  6. S.Ataniyazov. Türkmеnistanın qеoqrafik atlarının düşİndirişli sözlüqi, s.104-105
  7. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Говшуд // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. с. səhifə.
  8. Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство «Мелконян фонд», 1932, с. 56-57, 134-135
  9. Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство «Мелконян фонд», 1932, с. 57, 135
  10. Əsədov S. C. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası Arxivləşdirilib 2021-09-27 at the Wayback Machine. Bakı: "Gənclik" nəşriyyatı, 1995, s. 140