Yeməzli (Qafan)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
kənd
Yeməzli
39°14′47″ şm. e. 46°25′54″ ş. u.
Ölkə  Ermənistan
Region [[Zəngəzur mahalı]]
Rayon [[Qafan rayonu]]
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü təq. 957 m
Saat qurşağı UTC+4
Xəritəni göstər/gizlə
Yeməzli xəritədə
Yeməzli
Yeməzli

Yeməzli - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd.[1]

Tarixi

Rayon mərkəzindən 10 km şərqdə, Xalac çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir[2].

Kəndin adı 1907-ci ildə erməni dilində çap edilmiş «Qafqazda erməni-türk vuruşması» əsərində Yemazlu formasında qeyd edilmişdir[3].

Toponim yeməzli tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Qarabağda yaşayan tayfalardan biri elə ətyeməzli adlanırdı[4].

Əhalisi

Kənddə 1831-ci ildə 27 nəfər, 1873-cü ildə 278 nəfər, 1886-cı ildə 244 nəfər, 1897-ci ildə 110 nəfər, 1904-cü ildə 130 nəfər, 1914-cü ildə 89 nəfər azərbaycanlı yaşamışdır[5].

1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşlar. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndin sağ qalan sakinləri öz yurdlarına dönə bilmişlər. Burada 1922-ci ildə 45 nəfər, 1926-cı ildə 46 nəfər, 1931-ci ildə 54 nəfər azərbaycanlı yaşamışdır[5].

1930-cu illərin sonunda kənd ləğv edilmişdir.

İstinadlar

  1. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
  2. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданія Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.92
  3. Qafqazda erməni-türk vuruşması (1905-1906), İrəvan, «Sparan Ayvazeansyev Nazareans», 1907. s.306
  4. Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri (Ön söz, tərcümə, qeyd və şərhlərin müəllifi H.Məmmədov (Qaramanlı), Bakı, «Şuşa», 2000. s.468
  5. 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.60-61, 136-137