Azərbaycan–Çili münasibətləri — Azərbaycan Respublikası ilə Çili Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.
Azərbaycan-Çili münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
İki ölkə arasında diplomatik əlaqələr 1994-cü il noyabrın 3-də qurulmuşdur[1][2].
2005-ci ildə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Santyaqoda keçirilən xarici işlər nazirlərinin konfransında iştirak etmişdir[1]. Səfər çərçivəsində o, Çilinin xarici işlər naziri İ.Volker ilə görüşmüş və iki ölkə arasında gələcək münasibətlərin perspektivlərinə dair müzakirələr aparmışdır[1].
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Çili parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[3]. 4 mart 2016-cı il tarixindən Azər Badamov işçi qrupunun rəhbəridir[3].
Azərbaycan ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |