Azərbaycan–Belarus münasibətləri — Azərbaycan Respublikası ilə Belarus arasındakı mövcud ikitərəfli əlaqələr.
Azərbaycan-Belarus münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır.
İki ölkə arasında diplomatik əlaqələr 1993-cü ilin iyun ayının 11-də qurulmuşdur.[1]
Belarus Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun tərkibinə daxildir[2].
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[3]. Bu işçi qrupu 5 dekabr 2000-ci il tarixində yaradılmış və ilk rəhbəri Bəhruz Qəndilov olmuşdur[4]. 4 mart 2016-cı il tarixindən Ziyad Səmədzadə işçi qrupunun rəhbəridir[3].
Azərbaycan və Belarus poçtları tərəfindən 2011-2016-cı illərdə 5 dəfə birgə buraxılış çap olunmuşdur.
Azərbaycan ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |