Azərbaycan–Qırğızıstan münasibətləri — Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.
Azərbaycan-Qırğızıstan münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Qırğızıstandaki Azərbaycanin səfirliyi | |||||
Səfir | Lətif Qəndilov | ||||
Ünvan | Bişkek, T. Okeev küç., 24 | ||||
Azərbaycandaki Qırğızıstanin səfirliyi | |||||
Səfir | Maksat Mamıtkanov[rus.][1] | ||||
Ünvan | Bakı, Bəşir Səfəroğlu küç., 133 SAT Plaza 16-ci mərt. | ||||
Digər | |||||
Quruluş tarixi | 19 yanvar 1993 | ||||
Dövriyyə | 0,011 mlrd doll. (2022) | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan ilə Qırğızıstan münasibətləri qədim tarixə malikdir.[2] Belə ki, azərbaycanlılar və qırğızlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa bu xalqları dil və din eyniliyi də birləşdirir.
Hər iki xalq Çar imperiyası və Sovetlər ittifaqı dönəmində vahid mərkəzdən idarə olunublar[2].
Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır.
Hazırda Qırğızıstanda 20 minə qədər azərbaycanlı yaşayır.[2] Onlar Qırğızıstanın ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Qırğızıstanda yaşayan azərbaycanlıların əksəriyyəti 1930-cu illərin repressiyaları zamanı Azərbaycandan sürgün olunanlar və onların övladlarıdır. Qırğızıstandakı Azərbaycan diasporunun nümayəndələri ölkənin biznes sahəsində, iqtisadiyyatın digər sahələrində fəal iştirak edirlər. Ölkənin tanınmış cərrahları, iş adamları arasında da azərbaycanlılar çoxdur. Azərbaycanlılar əsasən, Bişkek, Talas, Qara-Balta şəhərlərində yaşayırlar. Öz tarixi yurdlarından ayrı yaşamalarına baxmayaraq, Qırğızıstanda yaşayan azərbaycanlılar dil və adətlərini qoruyub saxlamışlar.[2]
İki ölkə arasında diplomatik əlaqələr 1993-cü ilin yanvar ayının 19-da qurulmuşdur[3].1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Qırğızıstan Respublikasında, 1998-ci ilin may ayında Qırğızıstan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb.
İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Bu baxımdan Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun Azərbaycana 26-27 may 1996-cı il tarixdə ilk rəsmi səfəri xüsusi qeyd olunmalıdır. Qarşılıqlı anlaşma və dostluq şəraitində keçən səfər ərzində iki ölkə arasında 19 sazişdən ibarət xüsusi sənəd paketi, o cümlədən "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə" imzalanıb. Səfər çərçivəsində Özbəkistan Prezidenti İslam Kərimova Bakı Dövlət Universitetinin fəxri doktoru diplomu təqdim olunub.
21-22 oktyabr 1996-cı il tarixində Azərbaycan Prezidenti Heydər Əliyev Türkdilli Dövlətlər Başçılarının IV Forumunda və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək üçün Daşkənddə səfərdə olub. Səfər çərçivəsində Heydər Əliyev dövlət başçılarının Forumunda çıxış edib. O bildirib ki, türkdilli dövlət başçılarının müntəzəm görüşləri bu ölkələr arasında əməkdaşlığın inkişafına, mədəni və mənəvi əlaqələrin genişlənməsinə, onların müstəqilliyinin möhkəmləndirilməsinə kömək edir. Azərbaycanın dövlət rəhbəri dövlət başçılarının birgə mətbuat konfransında da iştirak edib, onların şərəfinə təşkil olunmuş ziyafətdə nitq söyləyib və Özbəkistan Televiziyası müxbirinin suallarını cavablandırıb.
18-19 iyun 1997-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Özbəkistana rəsmi səfəri münasibətlərin inkişafında yeni mərhələ kimi səciyyələndirmək olar. Bakıdakı kimi, Daşkənddə də 19 sənəd imzalanıb. Bu sənədlər içərisində Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi haqqında müqavilə böyük əhəmiyyət kəsb edir. Bu sənədlər iki ölkə arasında uğurlu əməkdaşlıq üçün güclü fundamental müqavilə-hüquqi əsas yaradıb. Sənədlərin imzalanması mərasimində çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev qeyd edib: "Biz Azərbaycanda Özbəkistanla etibarlı tərəfdaşlıq münasibətlərinə malik olmaq istəyirik və hər şey edəcəyik ki, bu münasibətlər olsun, onlar inkişaf edib möhkəmlənsin". Özbəkistan Prezidenti isə bildirib ki, iki ölkə arasındakı münasibətlər məhz strateji əməkdaşlıq səciyyəli olacaqdır. İki ölkə prezidentinin görüşündə eləcə də tərəfləri maraqlandıran məsələlər müzakirə olunub, birgə əməkdaşlığın müxtəlif cəhətlərinə dair fikir mübadiləsi aparılıb. 19 iyun 1997-ci il tarixdə Azərbaycan Prezidentinə Daşkənd Universitetinin fəxri doktoru diplomu təqdim olunub.
9 avqust 1998-ci il tarixində Azərbaycan Prezidenti Heydər Əliyev Yaltada Ukrayna Prezidenti L.Kuçmanın 60 illik yubileyi tədbirlərində yenidən Özbəkistan Prezidenti ilə görüşüb. Görüşdə ikitərəfli maraq doğuran məsələlər müzakirə olunub.
Ümumiyyətlə, NATO, İKT, MDB, GUAM sammitlərində Azərbaycan və Özbəkistan prezidentlərinin görüşləri iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinə səbəb olub.
Azərbaycan Respublikasının hazırkı prezidenti İlham Əliyevin varislik prinsipləri əsasında həyata keçirdiyi siyasət iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsini şərtləndirir.
23-24 mart 2004-cü il tarixdə Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Respublikasında dövlət səfərində olub. Səfər çərçivəsində iki ölkə rəhbərinin təkbətək görüşü keçirilib. Dostluq və qarşılıqlı etimad şəraitində keçən görüşdə Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri, Cənubi Qafqazda və Mərkəzi Asiyada təhlükəsizlik məsələləri, regional və beynəlxalq problemlər barədə, habelə ölkələrimizi maraqlandıran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Tərəflər iqtisadi əməkdaşlığın inkişafına, o cümlədən qarşılıqlı mal dövriyyəsinin artırılmasına, nəqliyyat və energetika məsələlərinə, habelə humanitar və mədəni əlaqələrin genişləndirilməsinə böyük diqqət yetiriblər.
Səfər çərçivəsində Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə Daşkənd şəhərində böyük Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışı olub.
11-12 sentyabr 2008-ci il tarixdə Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov Azərbaycanda rəsmi səfərdə olub. İki ölkə prezidentinin təkbətək və geniş tərkibdə görüşündən sonra dövlətlər arasında sənədlərin imzalanma mərasimi keçirilib. Ətraf mühitin qorunması, informasiya və kommunikasiya texnologiyaları, dəmiryol nəqliyyatı sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə və kombinə olunmuş daşımaların inkişafına dair tədbirlər, vergi sahəsində əməkdaşlıq və informasiya mübadiləsi, məxfi informasiyanın qarşılıqlı surətdə qorunması, humanitar sahədə, ticarət-iqtisadi və elmi-texniki əməkdaşlığın daha da inkişaf etdirilməsi tədbirləri haqqında sazişlər imzalanıb. Görüşlərdə ölkələrimiz arasında qardaşlıq və dostluq münasibətlərinin uğurla inkişaf etdiyi bildirilib. İ.Kərimov səfər çərçivəsində həmçinin, Heydər Əliyev Fondu ilə tanış olub. Sentyabrın 12-də prezidentlər Azərbaycan paytaxtında böyük özbək şairi Ə.Nəvainin abidəsinin açılış mərasimində iştirak ediblər.
İki ölkə arasında səfirlik və konsulluq səviyyəsində rəsmi münasibətlər yaradılmışdır.
1 aprel 2002-ci ildə Qırğızıstan Azərbaycanda özünün Fəxri Konsulunu təyin edib.[2]
Azərbaycan Respublikasının 2 oktyabr 2006-cı il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Qırğız Respublikasında (Bişkek şəhərində) Səfirliyi təsis edilmiş[4], fəaliyyətə bundan 1 il sonra – 2007-ci ilin sentyabr ayında başlamışdır[5].
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[6]. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində "Azərbaycan-Qırğızıstan, Türkmənistan, Tacikistan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu" adı ilə yaradılmış və ilk rəhbəri Fəzail Ağamalıyev olmuşdur[7]. Bu işçi qrupu indiki adla 5 dekabr 2000-ci il tarixindən adlandırılmışdır[8]. 4 mart 2016-cı il tarixindən Musa Quliyev işçi qrupunun rəhbəridir[6].
1997-ci ildə Azərbaycan Respublikası Hökuməti və Qırğızıstan Respublikası Hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında, ticarət-iqtisadi əməkdaşlığı haqqında Sazişlərin imzalanmasına, tərəflərin iqtisadi sahədə münasibətləri genişləndirmək niyyətlərinə baxmayaraq, Azərbaycanla Qırğızıstan arasında iqtisadi münasibətlər elə də yüksək səviyyədə deyil.[2]
İl | İxrac | Idxal | Ümumi dövriyyəsi |
---|---|---|---|
2020[9] | 1 832,86 | 3 584,32 | 5 417,18 |
2021[10] | 6 023,13 | 2 995,04 | 9 018,17 |
2022[11] | 4 736,65 | 6 073,47 | 10 810,12 |
Azərbaycan Respublikası hökuməti ilə Qırğızıstan hökuməti arasında 35-dən çox sənəd imzalanmışdır.[5]
Azərbaycanın Qırğızıstan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 5,4 milyon ABŞ dolları, Qırğızıstanın Azərbaycana yatırdığı kapital qoyuluşlarının həcmi isə 5,54 milyon ABŞ dolları təşkil edir.[12]
Azərbaycanda qeydiyyatdan keçmiş Qırğızıstan kapitallı 74 müəssisədən 23-ü fəaliyyət göstərir.[12]
8 iyul 2024-cü ildə Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanın aradan qaldırılması haqqında Sazişin imzalanmasını təsdiqlənib.[12]
Azərbaycan ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |