Azərbaycan–İsrail münasibətləri

Azərbaycan–İsrail münasibətləriAzərbaycan Respublikası ilə İsrail arasındakı mövcud ikitərəfli əlaqələr. Azərbaycan və İsrail 1992-ci ildən bəri sıx əməkdaşlıq edir.[3] Azərbaycan, İsrail ilə ikitərəfli strateji və iqtisadi əlaqələri inkişaf etdirən az saylı müsəlman ölkəsindən biridir. Prezident İlham Əliyevin İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündə Əliyev Azərbaycanda yaşayan yəhudi icmasının ölkələr arasında ikitərəfli münasibətlərin inkişafındakı fəal rolunu yüksək qiymətləndirdi.

Azərbaycan-İsrail münasibətləri
Azərbaycan və İsrail
 Azərbaycan  İsrail
İsrailin Azərbaycandakı səfirliyi
Səfir Corc Dik[1]
Ünvan Bakı, İzmir küçəsi
Azərbaycanin İsraildakı səfirliyi
Səfir Muxtar Məmmədov[2]
Ünvan Təl-Əviv
Digər
Quruluş tarixi 7 aprel 1992
Dövriyyə 1,7 mlrd doll. (2022)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Yerusəlimin 3000 illiyinə həsr olunmuş Azərbaycan markası.

18 oktyabr 1991-ci ildə Azərbaycan Parlamentinin elanı ilə müstəqillik bərpa edildi və 1991-ci ilin noyabrında Türkiyə onu rəsmi olaraq tanıyan ilk dövlət oldu.[4] 25 dekabr 1991-ci ildə İsrail Azərbaycanın müstəqilliyini rəsmən tanıdı və bunu edən ilk dövlətlərdən biri oldu. 7 aprel 1992-ci ildə diplomatik əlaqələr quruldu.[5] Dağlıq Qarabağ münaqişəsi zamanı İsrail Azərbaycana silah və artilleriya təmin etmişdir.[6] WikiLeaks saytında yayımlanan 2009-cu ilə aid Amerika diplomatik sənədlərində Azərbaycan prezidenti İlham Əliyevə istinadən deyilir ki, iki ölkə arasında münasibətlər aysberq kimidir: "onda doqquzu görünməyən tərəfdir".[7][8] 2010-cu ilin iyul ayında Hillari Klintonun Bakıya səfərindən qısa müddət sonra Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harris Azərbaycanı ziyarət etdi. Qəbul zamanı Harris Azərbaycanın mədəni, strateji və siyasi əhəmiyyət daşıdığını söyləmişdir.[9] 2017-ci ilin yanvarında Benjamin Netanyahunun Bakıya səfərindən sonra Amerika Yəhudi Komitəsinin icraçı direktoru Con Şapiro Azərbaycana səfər etdi. Qəbul zamanı Şapiro Azərbaycan, ABŞ və İsrail arasında konstruktiv tərəfdaşlığın böyük əhəmiyyətə malik olduğunu söylədi.[10] 2016-cı ilin dekabrında Azərbaycanı ziyarət edən Baş nazir Benyamin Netanyahu: "Azərbaycanla münasibətlər çox yaxındır. Bu səfərdən sonra daha da yaxşı olacaqlar." demişdir.[11]

Azərbaycan, əsasən BakıdaQuba rayonundakı Qırmızı Qəsəbədə yaşayan təxminən 30.000 yəhudinin vətənidir.[12] Dağ yəhudiləri 1500 ilə yaxındır Azərbaycanda yaşayırlar. İslam xilafətinin yürüyüşü zamanı ərəblər bir yəhudi qəbiləsini Bakının məhəllələrində yerləşmişdilər. 1730-cu ildə Yəhudilərə Qubada yaşayış və mülkiyyət hüquqlarına rəsmi olaraq icazə verildi.[13] Daha çox Bakıda yaşayan 5000-ə yaxın Aşkenazi yəhudisi var. Sovet İttifaqında ilk Yəhudi Soçnut məktəbi 1982-ci ildə Bakıda açılmışdır.

2017-ci ilin aprel ayında İsrail ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü qeyd olundu.[14][15] Bu münasibətlə Benyamin Netanyahu İlham Əliyevə təbrik məktubu göndərmişdir:

" İsrail Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olması ilə fəxr edir. Ötən 25 il ərzində ölkələrimiz arasında yəhudi və Azərbaycan xalqlarının səmimi dostluğuna əsaslanan möhkəm münasibətlər qurulub... Dini və etnik çəkişmələrin çox olduğu bir dövrdə Azərbaycan dinlərarası və multikultural harmoniyanın nümunəsidir. Azərbaycan kimi, İsrail də qeyri-sabit regionda sabitliyin və tolerantlığın mayakıdır. Üzləşdiyimiz çətinliklərə baxmayaraq, ölkələrimiz inkişaf edən iqtisadiyyat, firavan və sülhsevən cəmiyyət qurmağa nail olublar.
"

İsrail-Azərbaycan əlaqələri 1990-cı illərin əvvəllərindən etibarən möhkəmlənmişdir. Əlaqələr 1997-ci ilin avqustunda İsrailin baş naziri Benyamin Netanyahunun Bakı səfəri zamanı yeni bir mərhələyə qədəm qoydu. O vaxtdan bəri İsrail Azərbaycanla daha sıx əlaqələri inkişaf etdirir və Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə kömək edir. İsrail ordusu Azərbaycana döyüş meydanı aviasiya, artilleriya, tank əleyhinə və piyadaya qarşı silahların əsas təchizatçılarından biridir.[17][18]

2009-cu ildə İsrail Prezidenti Şimon Peres Azərbaycana səfər etdi və İsrail şirkəti Aeronautics Defence Systems şirkətinin Bakıda zavod inşa edəcəyini elan etdi.[19]

2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev ölkənin beynəlxalq hava limanlarında viza verilməsini qadağan edən bir fərman imzaladı. İsrail və Türkiyə vətəndaşları bu yeni qanundan təsirlənməyən yeganə iki ölkə idi.[20]

2016-cı ildə İsrail Müdafiə naziri Aviqdor Liberman Aprel döyüşlərində Azərbaycanı dəstəkləmiş və bunu "tamamilə haqlı" adlandırdırmışdır.[21]

Dünya Yəhudi Konqresinin nümayəndə heyəti 2016-cı ilin sentyabr ayında Azərbaycana səfər etdi. Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar zamanı İsrail və yəhudi icması ilə "əla" münasibətlərə vurğu edildi.[22][23]

İlham Əliyev və Benyamin Netanyahu

2016-cı ilin dekabrında İsrailin Baş naziri Benyamin Netanyahu Bakıya rəsmi səfər etdi. Səfər zamanı "İsrail ilə Azərbaycan arasında mükəmməl münasibətlər və isti dostluqlar mövcuddur" demişdir.[24] Səfər zamanı Netanyahu Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycan şəhidlərinə ehtiramını bildirdi.[25] O, həmçinin Xabad-Or-Avner təhsil mərkəzində yerli Yəhudi icması ilə görüşmüş və tələbələr qarşısında çıxış etmişdir.[26][27] Azərbaycan Prezidenti İlham Əliyevin və İsrailin Baş naziri Benyamin Netanyahunun mətbuata verdiyi açıqlamalar da iki ölkənin ikitərəfli əməkdaşlığından məmnun olduğunu göstərdi.[28][29]

2016-cı ilin dekabrında hava sahəsində əməkdaşlıq üzrə Azərbaycan-İsrail hökumətlərarası müqavilə imzalandı.[30]

2017-ci ilin mart ayında iqtisadiyyat, kənd təsərrüfatı və turizm sahələrində iqtisadi əməkdaşlığı dərinləşdirmək üçün İsrailin Azərbaycandakı səfiri tərəfindən bir neçə regional tur keçirildi.[31] 2017-ci ilin aprelində iki ölkə arasında ikiqat vergitutma ləğv edildi.[32]

19 sentyabr 2017-ci il tarixində BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı Netanyahu iki ölkə arasındakı əməkdaşlığın böyüməsindən bəhs etdi.[33]

2019-cu ilin yanvar ayında Azərbaycan Dövlət Sərhəd Xidməti İsrailin Elbit Systems şirkətindən Sky Striker dronu alıb. Bununla da Azərbaycan Sky Strikers-in ilk xarici alıcısı oldu.[34]

2022-ci il noyabrın 26-da Azərbaycanın İsrail Dövlətində səfirliyinin təsis edilməsi ilə bağlı sərəncam imzalanıb. Səfirliyin rəsmi açılış mərasimi 2023-cü il martın 29-da Təl-Əvivdə baş tutacaq.[35]

29 mart 2023-cü ildə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və israilli həmkarı Eli Kohenin iştirakı ilə Azərbaycanın Israildəki səfirliyinin açılışı olmuşdur.[36]

İsrail ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq xeyli artmaqdadır. 1990-cı illərin əvvəllərində Azərbaycan sənaye sahələrini tənzimlədikdən və iqtisadiyyatını sərbəstləşdirdikdən sonra İsrail şirkətləri Azərbaycan bazarlarına nüfuz etdilər.[37] Bir çox şirkət xidmət sənayesinə investisiya yatırdı. Bir nümunə, İsrailin əsas telekommunikasiya təminatçısı olan Bezeqdir. 1994-cü ildə ticarət müqavilə tenderiylə ilə Bezeq telefon əməliyyat sisteminin böyük bir hissəsini satın aldı.[38]

Əmtəə dövriyyəsi (min doll.)

[redaktə | mənbəni redaktə et]
İl İxrac Idxal Ümumi dövriyyəsi
2020[39] 437 500,07 28 220,95 465 721,02
2021[40] 898 096,98 30 305,78 928 402,76
2022[41] 1 682 726,01 35 664,29 1 718 390,3

Təhlükəsizlik

[redaktə | mənbəni redaktə et]

İsrailin səfiri Eytan Naeh ilə 2001-ci ilin oktyabrında keçirilmiş görüşdən sonra Azərbaycanın o zamankı prezidenti Heydər Əliyev, beynəlxalq terrorizmlə mübarizədə iki ölkənin eyni mövqedə olduğunu bildirmişdir. İsrail kəşfiyyatı, bölgədəki ekstremist təşkilatlar olaraq gördükləri barədə məlumat toplamağa kömək edir. Qruplardan biri olan İsrail dövlətini məhv etmək istəyən Hizbut-Təhrir həm Qüdsü, həm də Bakını təhdid edir. Hizbut-Təhririn Azərbaycanda bir neçə yüz üzvü olduğu təxmin edilir. Bu üzvlərdən bir neçəsi Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən tutularaq mühakimə olunub.[42]

2008-ci ildə Tayland və Yaponiya səfirlikləri ilə birlikdə çoxmərtəbəli bir binada yerləşən İsrailin Bakıdakı səfirliyini bombalamaq planının qarşısı alındı. İki Hizbullah üzvü 2009-cu ilin mayında bu cəhd üçün mühakimə olundu.[43]

2012-ci ildə İsrail və Azərbaycan arasında Israel Aerospace Industries-in Azərbaycana 1,6 milyard dollarlıq pilotsuz təyyarə və zenit və raketdən müdafiə sistemləri satacağı bir müqavilə imzalandı.[44]

Bəzi analitiklər həm İsrailin həm də Azərbaycanın İranı bir təhlükə olaraq gördüklərini düşünürlər. Azərbaycan İran İslamçılarının təsirindən qorxur, lakin İran da Azərbaycandan qorxur, çünki 18 milyona qədər etnik azərbaycanlı İranda yaşayır. Digər tərəfdən, Azərbaycan Türkiyə ilə sıx əlaqələrə malikdir və 2006-cı ildən sonrakı dövrdə İsrail-Türkiyə münasibətlərinin pisləşməsi Azərbaycanın İsrail ilə münasibətlərinə əks təsir göstərə bilər.[45]

2012-ci ilin fevralında İran Azərbaycanı İsrailin Mossad kəşfiyyat təşkilatı tərəfindən anti-İran fəaliyyətlərinə kömək etdiyi üçün tənqid etdi. Bir neçə həftə sonra Azərbaycan İsrailin və ABŞ-nin Azərbaycandakı hədəflərinə qarşı hücuma hazırlaşan İranın hazırladığı 22 şübhəlini həbs etdi.[46] 2012-ci ilin mart ayında Foreign Policy jurnalı İsrail Hərbi Hava Qüvvələrinin İranın nüvə proqramına qarşı hava zərbələri üçün İran sərhədindən 500 km məsafədə yerləşən Sitalçay Hərbi Hava Bazasını istifadə etməyə hazırlaşdığını bildirdi.[7]

  1. "İlham Əliyev İsrailin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 aprel 2021.
  2. "M.M.Məmmədovun Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-30.
  3. "News.Az – Azerbaijan, Israel to continue 'to forge strong friendship'". January 16, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 8, 2016.
  4. Nichol, James P. Diplomacy in the Former Soviet Republics. Praeger/Greenwood. 1995. 150. ISBN 0-275-95192-8.
  5. Lenk, Arthur. "15th anniversary of Israel-Azerbaijan diplomatic relations" (PDF). Ministry of Foreign Affairs of Israel. April 7, 2007. July 21, 2011 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2008-03-21.
  6. "Archived copy". March 31, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 7, 2020.
  7. 1 2 Perry, mark. "Israel's Secret Staging Ground". Foreign Policy. March 28, 2012. March 31, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 29, 2012.
  8. "İsrail deyir ki, Azərbaycanın nə dediyi yox, nə etdiyi önəmlidir". BBC News Azərbaycanca (az.). 23 yanvar 2012. 23 mart 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2021.
  9. "İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktorunu qəbul etmişdir". 7 avqust 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2021.
  10. "Azerbaijan-US-Israel partnership very important (exclusive)". Trend.Az (rus). 30 January 2017. April 5, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 April 2017.
  11. "PM Netanyahu meets with members of the Azerbaijan Jewish community and visits Martyrs Lane memorial site". April 9, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 April 2017.
  12. "Azerbaijan Virtual Jewish History Tour" (ingilis). Jewish Virtual Library. January 13, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 March 2017. As of 2016, approximately 30,000 Jews live in Azerbaijan
  13. "Jerusalem of the Caucasus". Visions of Azerbaijan Magazine (ingilis). March 12, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 March 2017.
  14. "Israel and Azerbaijan: Celebrating 25 Years of Friendship — Jewish Journal". Jewish Journal. 7 April 2017. April 9, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 April 2017.
  15. "Celebrating 25 years of Azerbaijan-Israel Relations". The Jerusalem Post | JPost.com. April 7, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 April 2017.
  16. "İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan". 23 mart 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2021.
  17. "Good Relations between Azerbaijan and Israel". August 21, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 8, 2016.
  18. Jane's Defence Weekly, October 16, 1996
  19. Ora Coren. "Aeronautics to build plant in Azerbaijan". Haaretz. June 29, 2009. 2022-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-05.
  20. "НОВЫЙ УКАЗ О ПОЛУЧЕНИИ ВИЗ НЕ КОСНЕТСЯ ГРАЖДАН ТУРЦИИ И ИЗРАИЛЯ". 11 mart 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2010.
  21. "Avigdor Lieberman: Azerbaijan's position in Karabakh conflict justified". April 6, 2016. September 29, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 28, 2018.
  22. "'Excellent relations with Jewish community and Israel,' Azerbaijan's president tells WJC delegation". www.worldjewishcongress.org (ingilis). World Jewish Congress. April 5, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 April 2017.
  23. "Ronald Lauder: I highly appreciate respectful and warm attitude of Azerbaijani people and Azerbaijani leadership towards Jewish community" (ingilis). Azertag. 16 September 2016. April 5, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 April 2017.
  24. "Netanyahu: Israel, Azerbaijan enjoy excellent relations" (ingilis). APA Information Agency, APA. March 12, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 March 2017.
  25. "Israeli Prime Minister visits Alley of Martyrs in Baku" (ingilis). Azertag. 13 December 2016. March 12, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 March 2017.
  26. "PM Netanyahu Meets with Jewish Community in Baku". 13 December 2016. April 5, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 March 2017.
  27. "PM Netanyahu Meets with Jewish Community in Azerbaijan". 13 December 2016. April 5, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 March 2017.
  28. "Statements by PM Netanyahu and President of Azerbaijan Ilham Aliyev". 13 December 2016. April 10, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 April 2017.
  29. "PM Netanyahu meets with Azerbaijan President Aliyev". April 9, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 April 2017.
  30. "Azerbaijan, Israel agree on air communication". AzerNews.az. 29 December 2016. April 9, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 April 2017.
  31. "Israeli envoy tours regions to deepen economic cooperation". AzerNews.az. 15 March 2017. March 27, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 March 2017.
  32. "Azerbaijan, Israel abolishing double taxation". Trend.Az (rus). 7 April 2017. April 8, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 April 2017.
  33. "FULL TEXT: Netanyahu's Address to UN General Assembly". Haaretz (ingilis). 2017-09-19. September 19, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-20.
  34. "Azerbaijan purchases kamikaze drones from Israel". AzerNews.az (ingilis). 2019-01-14. May 15, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-15.
  35. "Azərbaycanın İsraildəki səfirliyinin rəsmi açılış mərasiminin vaxtı məlum oldu". 2023-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-13.
  36. "Azərbaycanın İsraildə səfirliyi açıldı - Tarixi gün!". 2023-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-31.
  37. Bourtman, Ilya. "Israel and Azerbaijan's Furtive Embrace". Middle East Quarterly. 13 (3). 2006: 44–57. April 14, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-04-01.
  38. Perry, Mark. "Israel's Secret Staging Ground". Foreign Policy. March 28, 2012. December 16, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 1, 2012.
  39. "AR Xarici ticarətin gömrük statistikasi 2020" (PDF). AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti (az.). 2021-11-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-16.
  40. "AR Xarici ticarətin gömrük statistikasi 2021" (PDF). AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti (az.). 2022-01-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-16.
  41. AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti. ""AR Xarici ticarətin gömrük statistikasi 2022"" (PDF). customs.az. 2023-02-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-02-18.
  42. Swietochowski, Tadeusz. Azerbaijan: The Hidden Faces of Islam. 2002. səh. 75. 2021-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-25.
  43. "Israeli Embassy Bombing Foiled – Defense/Middle East – News – Arutz Sheva". Arutz Sheva. March 9, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 8, 2016.
  44. Israel signs deal to provide Azerbaijan with $1.6 billion in military equipment Arxiv surəti 9 noyabr 2018 tarixindən Wayback Machine saytında Arxivləşdirilib fevral 26, 2012, at the Wayback Machine. The Washington Post. February 26, 2012.
  45. Tim Judah. "Israel's front-line in the South Caucasus". The Jewish Chronicle. United Kingdom. February 6, 2012. April 19, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-18.
  46. "Azerbaijan arrests 22 suspects in plot to attack Israeli, U.S. targets". Haaretz. March 14, 2012. March 17, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-18.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]