Argentina–Azərbaycan münasibətləri — Azərbaycan Respublikası ilə Argentina Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.
Argentina-Azərbaycan münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Azərbaycandaki Argentinanin səfirliyi | |||||
Səfir | Sergio Osvaldo Pérez Gunella | ||||
Ünvan | Bakı, Bülbül prospekti, 15 - 6° piso, Sahil biznes mərkəzi | ||||
Argentinadaki Azərbaycanin səfirliyi | |||||
Səfir | Rəmzi Teymurov[1] | ||||
Ünvan | Buenos-Ayres, Maure 2151, (C1426CTN) | ||||
Digər | |||||
Quruluş tarixi | 8 noyabr 1993 | ||||
Dövriyyə | 0,050 mlrd doll. (2021) | ||||
Vikianbarda əlaqəli mediafayllar |
İki ölkənin xalqları arasındakı münasibətlər hələ SSRİ dönəmində də mövcud olmuşdur.
Argentina 9 mart 1992-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub. Elə həmin vaxtdan etibarən iki ölkə arasında dostluq əlaqələrinin və əməkdaşlığın əsası qoyulmuşdur.
İki ölkə arasında diplomatik əlaqələr 1993-cü ilin noyabrın 8-də qurulmuşdur.[3]
25 may 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Argentinanın paytaxtı Buenos Ayres şəhərində Azərbaycan səfirliyi təsis edilmişdir. Azərbaycan Respublikasının Argentinadakı səfirliyi 2010-cu ildə açılmışdır.[4]
28 fevral 2012-ci ildə Argentina prezidenti Kristina Fernandes de Kirşner ölkəsinin Azərbaycanda səfirliyinin təsis edilməsinə dair fərman imzalamışdır. 2012-ci ilin mart ayında isə Argentina Milli Konqresinin yuxarı palatası olan Senat "Qardaş ölkə olan Azərbaycan Respublikasında Argentina Səfirliyinin təsis edilməsinə məmnunluğun ifadə edilməsinə dair bəyanat" adlı sənəd qəbul etmişdir. 2013-cü ildə isə Argentinanın Bakıda səfirliyi açılmışdır.
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Argentina parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[5]. Bu işçi qrupu 13 dekabr 2005-ci il tarixində yaradılmış və ilk rəhbəri Rüstəm Xəlilov olmuşdur[6]. 4 mart 2016-cı il tarixindən də Rüstəm Xəlilov işçi qrupunun rəhbəridir[5].
23 avqust 2011-ci il tarixində Argentina Senatında Azərbaycanla dostluq qrupu yaradılmışdır.
23 avqust 2011-ci ildə Argentina Milli Konqresinin Senatında və 5 iyul 2011-ci ildə Deputatlar Palatasında Azərbaycanla Dostluq qrupları təsis edilmişdir. Dostluq qrupunun sədri Deputatlar palatasının üzvü Roberto Moullierondur. 2012-ci ilin 4-5 oktyabr tarixində Argentina Milli Konqresində Azərbaycanla Dostluq Qrupunun üzvləri Roberto Mouilleron, Omar Bruna de Marchi, Cristina Regazzoli, Alicia Marcela Comelli, Olga Elizabeth Guzman, Pedro Omar Molas, Agustin Alberto Portela, Maria Higonet ölkəmizə səfər etmişdir.
İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair bir sıra sənədlər imzalanmışdır. Ümumilikdə Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında 18 sənəd imzalanmışdır.
İl | İxrac | İdxal | Ümumi dövriyyəsi |
---|---|---|---|
2020[7] | 5 508,52 | 20 570,57 | 26 079,09 |
2021[8] | 11,80 | 49 643,84 | 49 655,64 |
SSRİ-nin xalq artisti olmuş Rəşid Behbudov xarici ölkə qastrolları zamanı Buenos-Ayres şəhərində konsert proqramı ilə çıxış etmişdir.
Azərbaycan ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |