Azərbaycan–Mavritaniya münasibətləri — Azərbaycan Respublikası ilə Mavritaniya İslam Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.
Azərbaycan-Mavritaniya münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
İki ölkə arasında diplomatik əlaqələr 1994-cü ilin oktyabr ayının 29-da qurulmuşdur[1].
İqamətgahı başqa ölkədə olmaqla Azərbaycan Respublikasının Mavritaniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri var.
16 yanvar 2013-cü il tarixli Sərəncama əsasən Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri Tarik İsmayıl oğlu Əliyev igamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Mavritaniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdur[2].
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Mavritaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. 24 aprel 2020-ci il tarixindən Şahin Seyidzadə işçi qrupunun rəhbəridir.
Azərbaycan ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |