Azərbaycan–Tatarıstan münasibətləri

Azərbaycan–Tatarıstan münasibətləriAzərbaycan Respublikası ilə Rusiya Federasiyasının Tatarıstan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Bu əlaqələr həm də Azərbaycan–Rusiya münasibətlərinin tərkib hissəsidir.

Azərbaycan-Tatarıstan münasibətləri
 Azərbaycan  Tatarıstan

Hər iki respublikanın ərazisi bir müddət Rusiya imperiyasının tərkibində idi. Daha sonra isə Azərbaycan müttəfiq respublika kimi, Tatarıstan isə Rusiyanın subyekti kimi SSRİ-nin tərkibində olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır. Hazırda Azərbaycan müstəqil dövlət kimi Rusiyanın subyekti olan Tatarıstanla bir sıra mədəni, təhsil və s. əlaqələrə malikdir.

Azərbaycan Respublikasının Prezidentinin 25 avqust 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası ilə Tatarıstan Respublikası arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi təsdiq edilmişdir[1].

Diplomatik əlaqələr

[redaktə | mənbəni redaktə et]

Azərbaycanla Tatarıstan arasında ən yüksək səviyyələrdə məktub mübadiləsi həyata keçirilir[2][3].

Tatarıstan Respublikası Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Alfred Zakirovdur[4].

Beynəlxalq görüşlər

[redaktə | mənbəni redaktə et]

Tatarıstan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması ilə bağlı bir sıra rəsmi görüşlərə ev sahibliyi etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan prezidentlərindən Robert Köçəryanla 27 avqust 2005-ci ildə, Serj Sarkisyanla isə 24 iyun 2011-ci ildə Kazanda görüşmüşdür[5].

Tatarıstan azərbaycanlıları

[redaktə | mənbəni redaktə et]

Kazanda "Ümumrusiya Azərbaycanlılar Konqresi" İctimai Təşkilatının Tatarıstan regional bölməsi fəaliyyət göstərirdi[6]. Sədri Sübhan Əhədzadə idi.

Kazanda Tatarıstan Respublikasının "Azərbaycan Milli-Mədəni Muxtariyyəti" Regional-İctimai Təşkilatı fəaliyyət göstərir[7]. Sədri Sübhan Əhədzadədir[7].

Azərbaycan tatarları

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Azərbaycanda tatarlar

Azərbaycan Respublikasında 2009-cu il siyahıya alınmasına görə Azərbaycanda 25 882 nəfər tatar yaşayır ki, bu da ümumi əhalinin 0,29 % təşkil edir.

Onların Bakıda "Tuqan Tel"[8] və "Yaşlek" adlı cəmiyyətləri fəaliyyət göstərir.

İqtisadi əlaqələr

[redaktə | mənbəni redaktə et]

1992-ci il sentyabrın 23-də Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Tatarıstan Respublikası arasında imzalanmış Ticarət-iqtisadi əməkdaşlıq prinsipləri haqqında saziş imzalanmışdır[9]. Həmin sazişin 7-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi 21 oktyabr 1992-ci ildə qərara almışdır ki, Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində Azərbaycan Respublikasının Ticarət Nümayəndəliyi açılsın[9].

Mədəni əlaqələr

[redaktə | mənbəni redaktə et]

Tatarıstan nəşriyyatları 28-30 sentyabr 2017-ci tarixlərində Azərbaycanda keçirilmiş V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak etmişlər.

İdman sahəsində əməkdaşlıq

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının idmançıları 2013-cü ildə Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilən Tələbələrin XXVII Ümumdünya Yay Universiadasında iştirak etmiş və yüksək nəticələr göstərmişlər[10]

  1. "Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Tatarıstan Respublikası arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında" Arxivləşdirilib 2018-06-05 at the Wayback Machine Azərbaycan Respublikasının Prezidentinin 25 avqust 2005-ci il tarixli, 977 nömrəli Sərəncamı. e-qanun.az  (az.)
  2. Rusiya Federasiyası, Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovdan Arxivləşdirilib 2023-06-30 at the Wayback Machine. president.az, 07.12.2015  (az.)
  3. Tatarıstan Respublikasının Prezidenti cənab Rüstəm Minnixanova Arxivləşdirilib 2023-06-30 at the Wayback Machine. president.az, 18.09.2015  (az.)
  4. Tatarıstan Respublikasının Arxiv İşi üzrə Dövlət Komitəsinin sədri xanım İrada Ayupova və Tatarıstanın Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Alfred Zakirov Milli Arxiv İdarəsində olmuşlar Arxivləşdirilib 2017-08-06 at the Wayback Machine. milliarxiv.gov.az  (az.)
  5. Azərbaycan və Ermənistan prezidentlərinin 18 ildə keçirdiyi görüşlərin siyahısı Arxivləşdirilib 2018-12-04 at the Wayback Machine. 01.04.2016  (az.)
  6. Rusiya Federasiyasındakı təşkilatlar Arxivləşdirilib 2017-11-09 at the Wayback Machine. diaspor.gov.az  (az.)
  7. 1 2 Sübhan Əhədzadədən, Kazan, Rusiya Arxivləşdirilib 2023-06-30 at the Wayback Machine. president.az, 10.04.2016  (az.)
  8. "«Tuqan Tel»". 2016-03-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-23.
  9. 1 2 "Rusiya Federasiyasının Tatarıstan Respublikasında (Kazan şəhərində) Azərbaycan Respublikasının Ticarət Nümayəndəliyinin açılması haqqında" Arxivləşdirilib 2023-06-30 at the Wayback Machine Azərbaycan Respublikasının Milli Məclisinin 21 oktyabr 1992-ci il tarixli Qərarı. e-qanun.az  (az.)
  10. Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilən Tələbələrin XXVII Ümumdünya Yay Universiadasında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Arxivləşdirilib 2013-12-05 at the Wayback Machine. president.az, 24.07.2013  (az.)