Azərbaycan–Çexiya münasibətləri — Azərbaycan Respublikası ilə Çex Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.
Azərbaycan–Çexiya münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Çexiyadaki Azərbaycanin səfirliyi | |||||
Səfir | Adış Məmmədov | ||||
Ünvan | Praqa, Na Zátorce 783/17, 160 00 | ||||
Azərbaycandaki Çexiyanin səfirliyi | |||||
Səfir | Milan Ekert | ||||
Ünvan | Bakı, C. Cabbarlı küç., 44 Caspian Plaza, 16 mərt. | ||||
Digər | |||||
Quruluş tarixi | 29 yanvar 1993 | ||||
Dövriyyə | 0,990 mlrd doll. (2022) | ||||
Vikianbarda əlaqəli mediafayllar |
İki ölkə arasında diplomatik əlaqələr 1993-cü ilin yanvar ayının 27-də qurulmuşdur[1].
Çexiya Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması ilə bağlı bir sıra rəsmi görüşlərə ev sahibliyi etmişdir. Azərbaycan prezidentlərindən Heydər Əliyev Ermənistan Prezidenti Robert Köçəryanla 21 noyabr 2002-ci ildə, İlham Əliyev isə Serj Sarkisyanla 7 may 2009-cu ildə Praqada görüşmüşlər[2].
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[3]. Bu işçi qrupu 5 dekabr 2000-ci il tarixində yaradılmış və ilk rəhbəri Səməd Seyidov olmuşdur[4]. 4 mart 2016-cı il tarixindən 2020-ci ilə qədər Valeh Ələsgərov işçi qrupunun rəhbəri olub[3]. 25 aprel 2020-ci ildən işçi qrupunun rəhbəri Elnur Allahverdiyevdir.[5]
Əmtəə dövriyyəsi, (mln ABŞ doll)[6]
İllər | İdxal | İxrac | Ümumi həcmi |
---|---|---|---|
2014 | 46 | 592 | 638 |
2015 | 58 | 550 | 608 |
2016 | 66 | 214 | 280 |
2017 | 108 | 556 | 664 |
2018 | 107 | 938 | 1045 |
Əmtəə dövriyyəsi (min doll.)
İl | İxrac | Idxal | Ümumi dövriyyəsi |
---|---|---|---|
2020[7] | 227 508,43 | 46 101,84 | 273 610,27 |
2021[8] | 263 788,87 | 43 663,93 | 307 452,8 |
2022[9] | 922 190,64 | 67 392 | 989 582,64 |
Azərbaycanın Çexiyada:
Çexiyanın Azərbaycanda:
Azərbaycan ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |