Azərbaycan–İspaniya münasibətləri — Azərbaycan Respublikası ilə İspaniya Krallığı arasındakı mövcud ikitərəfli əlaqələr.
Azərbaycan-İspaniya münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
İspaniya Krallığının Azərbaycan Respublikasındakı Səfirliyi | |||||
Səfir | Ignacio Sanchez Taboada | ||||
Ünvan | Bakı, Nizami küçəsi, 90A AZ 1000 | ||||
Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyi | |||||
Səfir | Ramiz Həsənov | ||||
Ünvan | Madrid, Calle de Velázquez, 43 1º derecha 28001 | ||||
Digər | |||||
Quruluş tarixi | 11 fevral 1992 | ||||
Dövriyyə | 1,104 mlrd doll. (2022) | ||||
Vikianbarda əlaqəli mediafayllar |
İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin fevral ayının 11-də qurulmuşdur[1].
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[2]. Bu işçi qrupu 5 dekabr 2000-ci il tarixində yaradılmış və ilk rəhbəri Fəzail Ağamalıyev olmuşdur[3]. 4 mart 2016-cı il tarixindən də Fəzail Ağamalı işçi qrupunun rəhbəridir[2].
Əmtəə dövriyyəsi (min doll.)
İl | İxrac | İdxal | Ümumi dövriyyəsi |
---|---|---|---|
2020[4] | 329 270,32 | 98 089,65 | 427 359,97 |
2021[5] | 564 436,23 | 81 379,26 | 645 815,49 |
2022[6] | 1 008 998,16 | 94 782,34 | 1 103 780,5 |
İspaniyaya gedən ümumi pasportlara, həmçinin xidməti və xüsusi pasportlar malik Azərbaycan vətəndaşları üçün Şengen vizası tələb edilir[7]. Diplomatik pasportlar üçün 90 günə qədər viza tələb edilmir[7].
Azərbaycan ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |