Azərbaycan–Moldova münasibətləri — Azərbaycan Respublikası ilə Moldova Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.
Azərbaycan-Moldova münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Moldovanın Azərbaycandakı səfirliyi | |||||
Səfir | Aleksandr Esaulenko[1] | ||||
Ünvan | Bakı, Hüseyn Cavid pr., 520 12-ci ev | ||||
Azərbaycanın Moldovadakı səfirliyi | |||||
Səfir | Qüdsi Osmanov | ||||
Ünvan | Kişinyov, M. Kogalniceanu küç, 64 | ||||
Digər | |||||
Quruluş tarixi | 18 may 1992 | ||||
Dövriyyə | 0,024 mlrd doll. (2022) | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır.
İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin may ayının 18-də qurulmuşdur[3].
Moldova Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması ilə bağlı bir sıra rəsmi görüşlərə ev sahibliyi etmişdir. Azərbaycan prezidentlərindən Heydər Əliyev Ermənistan Prezidenti Robert Köçəryanla 6 oktyabr 2002-ci ildə, İlham Əliyev isə Serj Sarkisyanla 8–9 oktyabr 2009-cu ildə Kişinyovda görüşmüşlər[4].
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[5]. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Eldar İbrahimov olmuşdur[6]. 4 mart 2016-cı il tarixindən Sabir Hacıyev işçi qrupunun rəhbəridir[5].
İl | İxrac | Idxal | Ümumi dövriyyəsi |
---|---|---|---|
2016 | 498,8 | 3 963,6 | 4 462,4 |
2017 | 241,5 | 6 752,3 | 6 893,8 |
2018 | 30,2 | 349,3 | 379,5 |
2019 | 362.04 | 2 324.78 | 2 686.82 |
2020[7] | 3 780,20 | 4 041,64 | 7 821,84 |
2021[8] | 1 285,96 | 5 000,89 | 6 286,85 |
2022[9] | 18 609,75 | 5 240,51 | 23 850,26 |
Azərbaycan və Moldova poçtları tərəfindən 2015-ci ildə birgə buraxılış çap olunmuşdur.
Azərbaycan ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |