Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Azərbaycan–Şimali Kipr münasibətləri — Azərbaycan Respublikası ilə Şimali Kipr Türk Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Azərbaycan Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanımadığı üçün bu iki ölkə arasında heç bir rəsmi siyasi əlaqə mövcud deyil.
Azərbaycan-Şimali Kipr münasibətləri | |||||
---|---|---|---|---|---|
|
14 yanvar 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şimali Kipr Türk Respublikasının ilk prezidenti olmuş Rauf Denktaşın vəfatı ilə əlaqədar başsağlığı vermişdir[1].
2012-ci ildə Şimali Kipr Doğu Akdeniz Universitetində 500 nəfər azərbaycanlı tələbə təhsil almışdır[2]. Həmin vaxt Universitetin Azərbaycanlı Tələbələr Cəmiyyətinin sədri Elçin Süleymanov olmuşdur[2].
Şimali Kiprdə azərbaycanlıların qurduğu ən böyük təşkilatlardan biri Şimali Kipr Azərbaycan Mədəniyyət Mərkəzidir[3]. Həmin Mərkəzin sədri azərbaycanlı professor Fəxrəddin Məmmədovdur[3]. O, həm də Yaxın Şərq Universitetinin prorektorudur[3].
Daha bir təşkilat isə Azərbaycan-Şimali Kipr Gəncləri Birliyidir[4].
Azərbaycan ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |