Azərbaycan və Macarıstan respublikaları arasındakı diplomatik əlaqələr Azərbaycanın Sovetlər Birliyindən ayrılaraq öz müstəqilliyini bəyan etməsindən 1 il sonra yarandı.
İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 27-də qurulmuşdur[3].
2009-cu il yanvarın 12-də Macarıstanın Azərbaycandakı səfirliyi yaradıldı. İlk səfir Jeno Boroş olub. 2010-cu il dekabrin 14-den Cənab Zsolt Cutora Macaristanın Azərbaycandakı səfiridir. Azərbaycanın Macarıstandakı səfirliyi 2004-cü il sentyabr ayında açılıb. Hal-hazırda Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevdir.
2007-ci il, 15 iyun — Milli Məclisin sədr müavini V.Ələsgərovun səfəri ("Ümumi enerji siyasəti- Möhkəm Avropa" adlı beynəlxalq konfrans);
2008-ci il, 5–7sentyabr — Parlamentin Sədri Katalini Silinin rəsmi səfəri;
2011-ci il, 7–9 dekabr — Milli Məclisin sədri Oqtay Əsədovun rəsmi səfəri;
2012-ci il, 5–8 iyun — Macarıstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun Rəhbəri Matron Gyöngyöşinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri;
2013-cü il, 29 may — Macarıstanın Azərbaycan üzrə Parlamentlərarası Dostluq Qrupunun Sədri Marton Gyöngyöşinin Azərbaycana səfəri;
2013-cü il, 14–15 iyun — Azərbaycan-Macarıstan parlamentlərarası dostluq qrupundakı işçi qrupunun sədri Xanhüseyn Kazımlının səfəri.
1997-ci il fevral — Macarıstan XİN-in Dövlət Katibi İştvan Sentİvanin səfəri;
1998-ci il 7–8 sentyabr — Macarıstan XİN-in Dövlət Katibi Q.Qabinin səfəri (Böyük Tarixi İpək Yoluna həsr olunmuş konfrans);
2004-cü il 3–24 aprel — Macarıstan XİN-in Dövlət Katibinin müavini Y.Boroş Azərbaycanda səfəri;
2006-cı il 22–24 yanvar — Macarıstanın Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə Dövlət Katibi A. Barşonun Azərbaycana səfəri;
2006-cı il 29.11–1.12 — Xarici İşlər Nazirlərinin müavini Xələf Xələfovun səfəri;
2007-ci il 22–23 mart — Maliyyə naziri Samir Şərifovun Macarıstana səfəri;
2007-ci il 17–19 may — Macarıstanın Xarici İşlər Nazir xanım K.Qöntsün rəsmi səfəri;
2007-ci il 13–15 sentyabr — Azərbaycan Respublikasının Sənaye və Energetika naziri N.Əliyevin rəsmi səfəri;
2007-ci il 23–25 sentyabr — Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun Macarıstana rəsmi səfəri;
2007-ci il 22 noyabr — Macarıstanın İqtisadiyyat və Nəqliyyat naziri Y.Kokanın səfəri;
2009-cu il 24–27may — Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin səfəri;
2010-cu il 2 mart — Xarici İşlər Nazirlərinin müavini M.Məmməd-Quliyevin səfəri;
2010-cu il 11–12 mart — AR Təhsil Naziri Misir Mərdanovun səfəri;
2011-ci il 24–26 fevral — Macarıstan XİN Dövlət Naziri J.Nemetin səfəri;
2011-ci il 28.02 – 2.03 — Xarici İşlər Nazirlərinin müavini Xələf Xələfovun səfəri;
2011-ci il 27–30 noyabr — Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslimovun səfəri;
2012-ci 23–25 iyul — Azərbaycan — Macarıstan Hökumətlərarası Birgə İqtisadi Komissiyasının həmsədri, Dövlət katibi cənab Peter Siyartonun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri;
2012-ci il 8–9 oktyabr — İqtisadi və İnkişaf naziri Şahin Mustafayevin işgüzar səfəri;
2013-cü il 12–14 Mart — Kənd tıəsərrüfatı nazirliyinin dövlət katibi cənab Gyula Budainın səfəri;
2013-cü il 7–8 Aprel — Milli İnkişaf Naziri Development JuJa Nemet, Milli inkişaf nazirliyinin dövlət katibi V.Nac Vilmoş, Milli Aviasiyanın baş direktoru İldiko Sakmari, Milli inkişaf nazirliyinin baş məsləhətçisi İştvan Erenyinin səfəri (Dünya İqtisadi forumunda iştirak üçün);
2013-cü il 17 May — Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin səfəri;
2013-cü il 8–9 noyabr — İnformasiya və Kommunikasiya texnologiyalari naziri Əli Abbasovun səfəri;
2013-cü il 1–3 dekabr — Milli İnkişaf naziri Juja Nemetin səfəri;
2014-cü il 27–28 yanvar — Azərbaycan-Macarıstan hökümətlərarası komissiya qrupunun sədriç dövlət katibi Peter Siyyartonun səfəri;
Macarıstan 2014-cü il noyabrın 11-də Azərbaycanla strateji əməkdaşlıq haqqında razılaşmaya imza atdı[9]. Əsas razılaşma ilə yanaşı, Bakı və Budapeşt arasında yeniden birbaşa uçuşların başladılması haqqında arasında aviasiyaya sənədi, 200 Azərbaycanlı tələbə üçün təqaüd proqramı, idman, gənclər və turizmə aid digər bütün razılaşmalar bu ərəfədə imzalandı.[10]
Macarıstan-Azərbaycan Gənclər Birliyi (MAGB) dekabrin 6-sı 2012-ci ildə Macarıstanda təhsil alan və işləyən azərbaycanlı gənclər və Macarəstanın fəal gəncləri tərəfindən yaradıldı[13]. Təşkilatın məqsədi Azərbaycan-Macarıstan gənclərarası əlaqələri inkişaf etdirmək, onlar arsındakı dialoqu təşkil edərək ikitərəfli münasibətləri gənclər səviyyəsində ön plana çəkməkdir[14].
Xarici tələbələri özünə cəlb edən macar universitetləri üçün Azərbaycan ən perspektivli ölkələrdən biri hesab edilir və ölkənin qabaqcıl universitetleri beynəlxalq əlaqələr, menecment, İKT, tibb, kənd təsərrüfatı, mühəndislik, su sənayesi kimi sahələrdə Azərbaycanlı tələbələrə yüksək keyfiyyətli təhsil verməyə hazırdır. Azərbaycanlı tələbələrin Macarıstandakı təhsil imkanları 2012-ci ildə Budapeştdə iqtisadi əməkdaşlıq üzrə hökümətlərarası komissiyanın görüşündə imzalanmış tələbələr üçün təqaüd imkanları haqqında razılaşma əsasında yaradılıb. 2015-ci ildən etibarən Macarıstan bu proqrama 200 Azərbaycanlı tələbəni qaəbul edəcək və Macarıstan tərəfi təhsil xərclərini qarşılamaqla yanaşı tələbələri yataqxana və aylıq təxminən 42000 Macarıstan forinti məbləğində təqaüdlə təmin edəcək.[17]
Xarici İşlər və Ticarət Naziri Peter SiyyartoRusiyanınCənubi Axını qaz boru xətti xətti layihəsi planını tərk etməsinə münasibət bildirərkən deyib ki, Macarıstanın uzunmüddətli enerji təhlükəsizliyi təminatını ödəmək üçün yeni mənbələr (yollar) axtarmasına ehtiyacı olacaq və bu alternativlərdən biri Azərbaycandır.[19]
Azərbaycan Macarıstandakı görmə qabiliyyəti olmayan uşaqlar üçün institut layihəsini dəstəkləyir. Azərbaycan tərfindən tikiləcək görmə qabiliyyəti olmayan uşaqlar üçün Laslo Batyani institutunun yeni binasının təməlqoyma mərasimi Budapeştdə 2014-cü ildə oldu.[26] 240 milyon forinti Azərbaycan hüküməti tərəfdindən ödəniləcək layihə 500 milyon forintə başa gələcək.