Azərbaycan–Konqo Demokratik Respublikası münasibətləri — Azərbaycan Respublikası ilə Konqo Demokratik Respublikası arasında siyasi, sosial-iqtisadi, hərbi və digər sahələrdə ikitərəfli diplomatik münasibətlər.
Azərbaycan–Konqo Demokratik Respublikası münasibətləri | |||||
---|---|---|---|---|---|
|
23 sentyabr 2011-ci ildə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Konqonun xarici işlər naziri Aleksis Tambve Mvamba arasında rəsmi görüş keçirilmişdir. Bu görüşdə tərəflər diplomatik münasibətlərin qurulmasına dair birgə kommünike imzalanmışdır.[1][2]
BMT-nin 2017-ci il statistikasına əsasən Azərbaycanın Konqoya ixracının həcmi 92,610 ABŞ dolları təşkil etmişdir.[3] BMT-nin 2018-ci il statistikasına əsasən, Konqonun Azərbaycana ixracının həcmi təqribən 50,700 ABŞ dolları təşkil etmişdir.[4] BMT-nin 2019-cu il statistikasına əsasən, Konqonun Azərbaycana ixracının həcmi 60,100 ABŞ dolları təşkil etmişdir.[5]
Regional enerji layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.[1]
Ölkələr arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq mövcuddur.[6] 2016-cı ilin sentyabr ayında Azərbaycan Konqoya 10 ədəd modernləşdirilmiş ZTR-70 zirehli transportyoru ixrac etmişdir.[7]
2012-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Konqo Demokratik Respublikası üzrə Komitə yaratmışdır. Komitənin sədri Azərbaycandır. Sədr müavinləri Mərakeş və Pakistandır.[8]