Hikmət Şubay oğlu Hacıyev (7 dekabr 1984; Şəmkir, Azərbaycan — 8 noyabr 2020; Bakı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi.
Hikmət Hacıyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şəmkir, Azərbaycan |
Vəfat tarixi | (35 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Şubay Hacıyev |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2002-2020 |
Rütbəsi | Kapitan |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri | 2020 2020 2020 |
Hikmət Hacıyev 7 dekabr 1984-cü ildə Şəmkir şəhərində dünyaya göz açmışdır.[1] Əslən Göyçə mahalının Nərimanlı kəndindən idi. Orta təhsilini doğulduğu şəhərdə alan Hikmət 1999-cu ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur. 2002-2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır.
2006-cı ildə leytenant rütbəsi ilə hərbi xidmətə başlamışdır. 3 il Füzulidə xidmət etmişdir. 2014-cü ildə kapitan rütbəsi almışdır.
Azərbaycan Ordusunun kapitanı olan Hikmət Hacıyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 2 oktyabr tarixində Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində gedən döyüşlərdə döyüş yoldaşlarını xilas edərkən yaralanmış və reanimasiyaya yerləşdirilmişdir. 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi xəbərini eşitdikdən sonra həlak olmuşdur. Ailəli idi. 7 yaşlı oğlu və 2 yaşlı qızı yadigar qaldı.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən kapitan Hikmət Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Hacıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Hikmət Hacıyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[4]