AİD

əd. [ ər. ] Nisbəti və əlaqəsi olan, təəllüqü olan, məxsus. İdarəyə aid işlər. Dilçiliyə aid terminlər. Məsələ bizə aid deyil. Şəkil 13-cü səhifəyə aiddir.
[Nadir bəy:] Məncə, gözəllik zövqə aid bir şeydir. H.Cavid.

□ Aid olmaq – nisbəti və əlaqəsi olmaq, məxsus olmaq, dəxli olmaq.
Bu məktub Bəhramın öz qəlbinə və taleyinə aid idi. Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • AİD AİD (aid olan) [Nadir bəy:] Məncə gözəllik zövqə aid bir şeydir (H.Cavid); RACE (arx.) Doğrudur ki, Xaqani və Nizami kimi müqtədir şairlərimiz fars li
  • AİD məxsus
AXUR
AİDİYYƏT

Digər lüğətlərdə