AKT

is. [ lat. ]
1. Şahidlərin iştirakı ilə, yaxud yoxlama nəticəsində müəyyən edilən bir faktı təsdiq edən sənəd, yazı, protokol və s. Akt tərtib etmək. Akta qol çəkmək. Notarial akt.
– Qəhrəman görmüşdü ki, meşəbəyi Rüstəm üçün nə qədər akt bağlamışdı. S.Rəhimov.

2. Dövləti və ya ictimai əhəmiyyəti olan fərman, qərar. Torpağın həmişəlik istifadə üçün kəndlilərə verilməsi haqqında dövlət aktı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • AKT AKT, PROTOKOL

Omonimlər

  • AKT AKT I is. [ lat. ] Şahidlərin iştirakı ilə, yaxud yoxlama nəticəsində müəyyən edilən bir hadisəni təsdiq edən sənəd, yazı
AKSİZ
AKTİ́V₁

Digər lüğətlərdə