ARAQ

is. [ ər. ]
1. Meyvədən və s.-dən çəkilən spirtli içki. Tut arağı. Zoğal arağı. Araq çəkmək.
– Ərəqlə badədir ol iki cövhər; Ki, yoxdur onlara dünyadə salis. S.Ə.Şirvani.
[Kərəmov:] Bütün dünya qurulub araq şüşəsinin üstündə, bircə mən ora yerləşmirəm. S.Rəhman.

2. Bəzi çiçək, gül və otların distilləsindən hasil edilən cövhər (çox vaxt xalq təbabətində dərman və ədviyyat kimi işlədilir). Bədmüşk arağı. Quluncan arağı. Nanə arağı.

Etimologiya

  • ARAQ Maks Fasmerə görə, arağı ilk dəfə qıpçaqlar hazırlamış və ona araka adını vermişlər. Mütəxəssislər araq sözünü, bir qayda olaraq, ərəb mənşəli hesab e
ARAKƏSMƏ
ARAQ-ÇAXIR

Digər lüğətlərdə