AĞILLI

sif.
1. Dərrakəli, düşüncəli, şüurlu. Ağıllı adam.
– Yusifin arvadı Avropa elmlərindən dadmış bir ağıllı arvad idi. N.Nərimanov.
Tərlan ağıllı oğlunun hər kəlməsindən xoşlanırdı. M.Hüseyn

// məc. Tədbirli, öz işini bilən.
[Mirpaşa:] Ağıllı … bir bağban görsə ki, … böyük bir ağacın kiçicik bir budağı quruyub, gərək onu o saat kəssin. Z.Xəlil.

2. Ağla əsaslanan, ağlabatan. Ağıllı söz. Ağıllı fikir. İclasda çox ağıllı təklif irəli sürdülər. Ağıllı (z.) hərəkət etmək.
3. məc. Tərbiyəli, qanacaqlı. Ağıllı qız. Ağıllı uşaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • AĞILLI 1. AĞILLI [Malik:] Bəhlul baba, deyirlər siz çox ağıllı bir adamsınız (A.Şaiq); DÜŞÜNCƏLİ Vahid: Gözəldir, təmizdir, düşüncəlidir, amma hikkəlidir
  • AĞILLI tərbiyəli — qanacaqlı
  • AĞILLI başlı — layiqli — qaydalı — sanballı — əməlli
  • AĞILLI başlı — xeyli — çoxlu — qiymətli
  • AĞILLI dərrakəli — düşüncəli — şüurlu

Antonimlər (əks mənalı sözlər)

  • AĞILLI AĞILLI – AXMAQ Tərlan ağıllı oğlunun hər kəlməsindən xoşlanırdı (M.Hüseyn); Eh, sən nə axmaq adam imişsən (C
AĞILLANMAQ
AĞILLI-BAŞLI

Digər lüğətlərdə