AĞIZDOLUSU

zərf
1. Özünün doğru, haqlı olduğuna inanaraq, təşəxxüslə, lovğalovğa. Ağızdolusu demək.
[Qurban Mərəndinin] Marağanın meyvə bağlarından, quru əriyinin məziyyətlərindən ağızdolusu danışaraq, üç ildə bir dəfə də oraya gedə bilmədiyini söylədikdə, Firidun təəccüblənmişdi. M.İbrahimov.

2. Cəsarətlə, həvəslə, fəxrlə.
Cənubi Azərbaycan yazıçılarının çox sağlam və qüvvətli bir kollektivi vardır… Biz onların yaradıcılığından ağızdolusu danışmalıyıq. M.Rahim.

Sinonimlər (yaxın mənalı sözlər)

  • AĞIZDOLUSU ağızdolusu bax həvəslə 1

Antonimlər (əks mənalı sözlər)

  • AĞIZDOLUSU AĞIZDOLUSU – HƏVƏSSİZ Biz onların yaradıcılığından ağızdolusu danışmalıyıq (M.Rahim); Son vaxtlar iclaslarda çox həvəssiz danışardı
AĞIZDANDOLMA
AĞIZLAMAQ

Digər lüğətlərdə