AĞLAMSIMAQ

f. Ağlayan kimi olmaq, gözləri yaşla dolmaq, doluxsunmaq.
Kiçikbəyim ağlamsınaraq başmağı onun [Məmməd bəyin] əlindən alıb, hasarın üstündə oturdu. Çəmənzəminli.

// Yalandan ağlamaq, özünü ağlayan kimi göstərmək.
Mən Mahrunun gözlərinə diqqətlə baxırdım, onun gözləri ağlamsıyırmış kimi idi. M.S.Ordubadi.
Səlimnaz arvad ağlamsınan bir tərzdə köksünü ötürdü. M.Hüseyn.

AĞLAMSIMA
AĞLAMSINMA

Digər lüğətlərdə