ABDULLAH

Allahın qulu (Məhəmməd peyğəmbərin atasının adı).
ABDULLA
ABDULŞİR
OBASTAN VİKİ
II Abdullah
II Abdullah (30 yanvar 1962[…], Amman) — İordaniyanın 4-cü Kralı.
Meyxoş Abdullah
Abdullayev Meyxoş Kamil oğlu (02.02.1962) — azərbaycanlı şair, nasir, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2002), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2000). Meyxoş Abdullah 1962-ci fevral ayının 2-də Cəlilabad rayonunun Xəlilabad kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra ordu sıralarında xidmət etmişdir. (1984-1982). Tərxis olunandan sonra Bakı Maliyyə Kredit Texnikumunda təhsil almışdır (1984). Təyinatla göndərildiyi Cəlilabad rayon Baytarlıq İdarəsində baş mühasib vəzifəsində işləmişdir. (1984-cü ildən). Ədəbi fəaliyyətə XX əsrin 80-ci illərindən başlamışdır.İlk qələm təcrübələri "Yeni gün", "Nəğmələr", "Son söz", "Xeyir və şər" və s. qəzetlərdə çıxmışdır. "Doktor Qəzənfər haqqında xatirələr" (2000), "Cəlilabad baytar işçiləri" (2000), "Didərgin ruhlar" (2001) kitabları "Azərnəşr"də kütləvi tirajla buraxılmışdır.
Abdullah Qardaşları
Abdullah qardaşları və ya Abdullah Freres (türk. Abdullah Biraderler) — Osmanlı imperiyasında fotoqraf sənətinin qurucuları kimi tanınan və hər üçü də erməni əsilli olan Viçen (1820-1902), Hovsep Abdullahyan (1830-1908) və Kevork (1839-1918) qardaşlarının adıdır. İstanbulda Tünel səmti yaxınlarında 1858-ci ildə fotoqraf mağazası açırlar. Əbdüləziz və II Əbdülhəmid tərəfindən rəssam-i həzrəti şəhriyari (sultanın rəssamı) ünvanı ilə mükafatlandırılıblar. 1880-ci ildən əvvəl müsəlman olan Viçen, 1899-cu ildə Abdullah Şükrü adını alıb. O, Qüds valisi Rəşad Paşanın qızı Həvva Nəmizə ilə evlənib və 3 övladı olub. Məzarı Maçka Şeyxlər qəbiristanlığındadır. == Tarixi == Bir kimyacının İstanbulda Tünel səmtində açdığı fotoqraf studiyasında assistent işləyərək fotoqrafiya sənətinin incəliklərini öyrənən Kevork Abdullah 1858-ci ildə studiyanı alaraq qardaşı Viçen ilə burada işləməyə başlayır. Qardaşlar bu sahə ilə bağlı biliklərini artırmaq üçün iki dəfə Parisə gedirlər. Onlar əvvəlcə Əbdüləzizin, sonra isə II Əbdülhəmidin sarayının fotoqrafçıları kimi təyin edildilər.
Kasıb Abdullah
Abdullah Suraxanov (1875, İmamqulukənd, Hil rayonu – 1934) — ləzgi şairi. == Həyatı == 1875-ci ildə Qusar rayonunun İmamqulukənd kəndində anadan olmuşdur. O, özünə "Kasıb" təxəllüsünü götürdükdən sonra "Kasıb Abdullah" kimi tanınıb. Kasıb Abdullah uşaqlıqdan fəhlə kimi çalışıb, 20 yaşında isə Bakının bir neçə neft mədənlərində işə düzəlib. Həmin zaman o, digər Ləzgilərlə yanaşı, Bakının bir neçə neft mədənində inqilabi fəaliyyətlə məşğul idi. Bundan qəzəblənən Çar Rusiyası iki dəfə minlərlə ləzgini Bakıdan qovub. İkinci dəfə qovulan fəhlələr arasında Abdullah da var idi. O, həmkəndlisi İbrahimlə bir yerdə Rusiyanın Rostov şəhərinə yola düşür. Sonralar o, Rusiyanın Petrovsk şəhəridə balıq vətəgəsində çalışmağa başlayır. Kəndə qayıtdıqdan sonra Quba pristavı Abdullaha hədə-qorxu gəlirdi.
Dəli Abdullah Paşa
Dəli Abdullah Paşa (v. 15 dekabr 1823, İzmit, Anadolu əyaləti) — II Mahmud səltənətində 4 ay 20 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı.
Abdullah Abdullah
Abdullah Abdullah (puşt. عبدالله عبدالله; 5 sentyabr 1960, Kabil) — Əfqanıstan İslam Respublikasının baş icraçısı. == Erkən Həyatı == Abdullah, Əfqanıstanın Kabil şəhərinin ikinci mahalında anadan olmuşdur.İlk illəri Pəncşir əyalətində yaşayan və atasının torpaq araşdırmasında inzibatçı vəzifəsini icra etdiyi Kabil arasında, ardınca Baş nazirlik ofisində yoxlama bölməsi arasında bölünmüşdür. O, Qəndəhar bölgəsindən olan Pəştun atası Klan Nərzai və Pəncşirdən olan tacik ananın oğludur. Kral Zahir şah hakimiyyətinin son illərində atası senator idi.Onun yeddi bacısı və iki qardaşı var. Hökumət naziri olana qədər Abdullahın yalnız bir adı var; Qərb qəzet redaktorlarından bir soyad tələb etməsi onu "Abdullah Abdullah" adının tam mənimsəməsinə səbəb oldu.Abdullah Abdullah evlidir, üç qızı və bir oğlu var.
Abdullah
Abdullah — kişi adı və təxəllüs. Adın Abdulla forması da var.
Abdullah Abdulrahman
Abdullah Abdulrahman (d. 7 noyabr 1955) — Küveytli keçmiş üzgüçü. Abdullah Abdulrahman Küveyti 1972-ci ildə XX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Abdullah Abdulrahman birinci dəfə Olimpiya Oyunlarına 1972-ci ildə qatıldı. O, Münhendə baş tutan XX Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 1:03.94 saniyəlik nəticəsi ilə öz cığırında 8-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Abdullah Alpdoğan
Hüseyin Abdullah Alpdoğan (1 yanvar 1878 – 9 aprel 1972, Kadıköy, İstanbul ili) — türk əsgər və siyasətçi. 1878-ci ildə Abdullah Əfəndinin oğlu olaraq anadan olub. Əsgər və siyasətçi Nurəddin Paşanın qızı Məmduh Xanım (1904–1970) ilə evlənən və iki uşaq sahibi olan Alpdoğan 1972-ci ildə İstanbulda vəfat etdi və Karacaahmet Qəbiristanlığında dəfn edildi. == Hərbi və Siyasi Karyerası == 1902-ci ildə Hərbi Akademiyanı Mülazım (Leytenant) rütbəsi ilə piyada sinfinin on ikincisi olaraq bitirdi. 1905-ci ildə Erkan-ı Hərbi Məktəbini Baş qərargah kapitanı rütbəsi ilə bitirib Osmanlı Ordusuna qatıldı. Səyyar Topçu Alayı 1-ci Tabur Məmuru, Nizamiyə 3. Alayı 3. Tabur 3. Bölük i, Erkan-ı Harbiye 1. Şöbə Sorumlusu, Edirne İstilası Komissiyası Üzvü, 2.
Abdullah Battal
Abdullah Bəttal (ərəb. عبدالله البطال‎; VIII əsr – 740, Afyonkarahisar) — Əməvilər xilafətinin Bizans imperiyasına qarşı başlatdığı bir neçə yürüşdə iştirak edən müsəlman sərkərdə. Bəttalın həyatı ilə bağlı tarixi faktlar azdır, kakin onun ölümündən sonra ətrafında psevdo-tarixi və əfsanəvi ənənə geniş şəkildə böyümüşdür və Seyyid Bəttal Qazi kimi həm ərəb, həm də sonrakı dövrlərdə yaranmış türk epik ədəbiyyatında məşhur bir şəxsiyyətə çevrilmişdir. == Həyatı == Abdullah Bəttalın mənşəyi və ya erkən həyatı barədə heç bir şey məlum deyil. Çox sonrakı illərə aid olan məlumatlar onun əslən Antakya və ya Şam şəhərindən olduğunu, həmçinin Əməvilər ailəsinin mövlası olduğunu iddia edir. Əlavə olaraq, ona Əbü Məhəmməd, Əbü Yəhya və ya Əbü Hüseyn kimi adətən tanındığı müxtəlif günyələr verilir. Qəbilə mənsubiyyəti əvəzinə Əntəqi, yəni antioxiyalı nisbəsinin istifadəsi onun ərəb mənşəli olmaya biləcəyini göstərir. Buna görə də Abdullah adı onun islamı daha sonralarda qəbul etməsi ehtimalını daha gücləndirir. Çünki bu ad ərəb dilindən tərcümədə "Allahın qulu" mənasını verir və erkən islam dövründə tez-tez dini yeni qəbul edənlərə verilirdi. Xalid Yəhya Blekinşip irəli sürür ki, o, Bizans salnaməçisi Övliya Feofan 727-ci ildə gerçəkləşmiş Nikeyanın mühasirəsində qeyd etdiyi "Əmr" adlı şəxs ola bilər.
Abdullah Bosnəvi
Abdullah Bosnəvi (Türkcədə Abdullah Bosnevi 1584 – 1645, Konya), Osmanlı dövlətində Məlami sufilərindendir. == Yaşayışı == 1584 — cü ildə Bosniyada anadan olub. Bosniyada ibtidai təhsilini başa vurduqdan sonra Abdullah Bosnəvi İstanbula gedərək İslam elmlərini öyrəndi. Təsəvvüflə maraqlandıqdan sonra Bursaya getdi. Bursa da Bayramiyə təriqətinin Melamilik qolunun irəli gələn şeyxlərindən Həsən Kabaduz'a bağlandı. Həsən Kabaduz Əfəndi haqqında 1010-cu ildə Bursada öldüyü istisna olmaqla az məlumat vardır. Həcc ziyarəti zamanı Abdullah Bosnəvi əvvəlcə Həcazı, daha sonra Misiri ziyarət etdi və ərəb coğrafiyasında melamizmin tanınmasını təmin etdi. İbn Ərəbinin Fusûs'sinə yazdığı türkcə yazısından sonra ərəb dilində yazılan şərh, ərəb dünyasında melamizmin və Vəhdət-i Vücud'un yayılmasına kömək etdi. Dönüşündə bir müddət Şamda idi. Şamda Şeyx Muhyiddin Ərəbinin türbəsinin yanında yerləşdi, cəmiyyətə ilgisini kəsdi və inzivaya çəkildi.
Abdullah Bəttal
Abdullah Bəttal (ərəb. عبدالله البطال‎; VIII əsr – 740, Afyonkarahisar) — Əməvilər xilafətinin Bizans imperiyasına qarşı başlatdığı bir neçə yürüşdə iştirak edən müsəlman sərkərdə. Bəttalın həyatı ilə bağlı tarixi faktlar azdır, kakin onun ölümündən sonra ətrafında psevdo-tarixi və əfsanəvi ənənə geniş şəkildə böyümüşdür və Seyyid Bəttal Qazi kimi həm ərəb, həm də sonrakı dövrlərdə yaranmış türk epik ədəbiyyatında məşhur bir şəxsiyyətə çevrilmişdir. == Həyatı == Abdullah Bəttalın mənşəyi və ya erkən həyatı barədə heç bir şey məlum deyil. Çox sonrakı illərə aid olan məlumatlar onun əslən Antakya və ya Şam şəhərindən olduğunu, həmçinin Əməvilər ailəsinin mövlası olduğunu iddia edir. Əlavə olaraq, ona Əbü Məhəmməd, Əbü Yəhya və ya Əbü Hüseyn kimi adətən tanındığı müxtəlif günyələr verilir. Qəbilə mənsubiyyəti əvəzinə Əntəqi, yəni antioxiyalı nisbəsinin istifadəsi onun ərəb mənşəli olmaya biləcəyini göstərir. Buna görə də Abdullah adı onun islamı daha sonralarda qəbul etməsi ehtimalını daha gücləndirir. Çünki bu ad ərəb dilindən tərcümədə "Allahın qulu" mənasını verir və erkən islam dövründə tez-tez dini yeni qəbul edənlərə verilirdi. Xalid Yəhya Blekinşip irəli sürür ki, o, Bizans salnaməçisi Övliya Feofan 727-ci ildə gerçəkləşmiş Nikeyanın mühasirəsində qeyd etdiyi "Əmr" adlı şəxs ola bilər.
Abdullah Bəyzavi
Bəyzavi və ya Qazı Bəyzavi (XIII əsr, Ərdəkan, Fars ostanı – 1286, Təbriz) — Azərbaycan türkü, hüquqçu, alim, tarixçi və müfəssir. == Həyatı == Tam adı Abdullah ibn Ömər ibn Məhəmməd Nasıruddin əl Bəydavidir. Şiraz yaxınlarındakı Bəyda qəsəbəsində doğulmuş və yetişmişdir. Şirazda başqazı ikən müəllimi Məhəmməd ibn Məhəmməd Kəthaninin tövsiyəsiylə qazılığı buraxaraq, İslami elmlər üzərində çalışmağa başlamışdır. Xacə Nəsirəddin Tusi öz zəmanəsində yaşamış məşhur Quran təfsirçisi Qazı Beyzavi Şafei ilə dostluq edirdi. (Qeyd etmək yerinə düşər ki, Qazı Beyzavi Nəsirəddin Tusinin "Füsuli-Nasiriyyə" kitabını şərh etmişdir). Bir dəfə camaatın gözü qarşısında Tusi Qazı Beyzavinin atının üzəngisini tutub onun ata minməsinə kömək etmişdi. Xacədən soruşdular ki, Qazıya münasibətdə bu qədər ehtiram va təvazönün səbəbi nədir? Cavab verdi: "Çoxdan istəyirdim ki, bir nəfərə qarşi belə təvazökarlıq edib qulluğunda durum. Nə qədər axtardımsa, bunun üçün Qazıdan daha layiqli şəxs tapa bilmədim.
Abdullah Gül
Abdullah Gül (türk. Abdullah Gül; 29 oktyabr 1946[…], Kayseri) — Türk siyasətçisi, iqtisadçısı və Türkiyə Respublikasının 11-ci prezidenti. Abdullah Gül 2007–2014-cü illərdə prezident vəzifəsində, 2002–2003-cü illər arasında 4 ay Türkiyənin Baş naziri vəzifəsində çalışıb. 2003–2007-ci illərdə isə Baş nazirin müavini və Xarici İşlər naziri vəzifələrində çalışıb. Gül 1991, 1995, 1999, 2002 və 2007-ci illərdə Türkiyədə keçirilən ümumi seçkilərdə Kayseri millət vəkili olaraq parlamentə daxil olub. Öncədən Rifah Partiyasının üzvü olsa da, lakin 1998-ci ildə bu partiya dünyəvi respublika prinsipinə zidd hərəkətlərinə görə ləğv edildikdən sonra Fəzilət Partiyasına qoşulub. O, Fəzilət Partiyasının 1-ci növbədənkənar qurultayında sədrlik üçün Rəcai Kutanla yarışıb. O, 521 səslə 2-ci yeri tutub və sədr seçilə bilməyib. Gül 2001-ci ildə qurulan Ədalət və İnkişaf Partiyasının qurucu üzvü kimi Partiyanın yaranmasında mühüm rol oynayıb. Abdullah Gül 2002-ci ildə Türkiyədə keçirilən ümumi seçkilərdə AK Partiya qalib gəldikdən sonra baş nazir oldu və 58-ci Türkiyə hökumətini qurdu.
Abdullah II
II Abdullah (30 yanvar 1962[…], Amman) — İordaniyanın 4-cü Kralı.
Abdullah Zubir
Abdullah Zubir (fr. Abdellah Zoubir, ərəb. عبدالله زوبير‎; 5 dekabr 1991, Lill) — Mərakeş əsilli Fransa futbolçusu, "Qarabağ" klubunun yarımmüdafiəçisi. O, 20 yaşına qədər Fransa Milli Futzal Komandasında oynamışdır. == Karyera == === Futzal === Fransanın Lil şəhərində Mərakeş əsilli bir ailədə anadan olan Zubir 6 yaşında futzal oynamağa başlamışdır. === Qrenobl Fut 38 === O, 2011-ci ildə "Qrenobl Fut 38" FK ilə bir müqavilə imzalamışdır. Zubir bu dövrdə 14 oyun keçirmiş və 7 qol vurmuşdur. === İstr və Hibernian === Abdullah Zubir 2013-cü ildə "İstr" FK ilə bir müqavilə imzalamışdır. Zubir həmin ilin avqust ayında Şotlandiyanın "Hibernian" FK-na icarəyə verilmişdir. O, Şolandiya Liqa Kubokunda debütünü 24 sentyabrda "Stranraer" FK-a qarşı keçirmişdir.
Abdullah Çatlı
Abdullah Çatlı (1 iyun 1956, Nevşəhər – 3 noyabr 1996, Susurluq, Balıkəsir ili) — gizli dövlət xəfiyyəsi və əks-partizan mənsubu. 1996-cı ildə Balıkəsir ilinin Susurluq məhəlləsi yaxınlarında tarixə Susurluq qəzası kimi keçən qəzada həlak olub. Qəza vaxtı Çatlının yanında, arxa sol tərəfində oturan Qönçə Us və maşını sürən təhlükəsizlik müdiri Hüseyn Qocadağ da ölmüşdür. Maşının içindəki dörd nəfərdən yalnız DYP (Doğru Yol Partiyası) millət vəkili Sədat Edip Bucaq sağ qalmışdır. 1977-ci ildə İdeal Təhsil və Mədəniyyət Ankara Başçılığına, 25 may 1978-ci ildə isə İdeal Gənclik Dərnəyi Ümumi Başçı Köməkçisi seçilmişdir. 11 iyul 1978-ci ildə Ankarada Hacəttəpə Universteti müəllimlərindən Dr. Bedrettin Cömərtin öldürülməsində fəal olaraq iştirak etdiyi ortaya çıxdı və Ankara 5. Sülh Cəza Məhkəməsi tərəfindən qiyabi olarağ həbs olunmasına qərar verildi. 23 avqust 1978-ci ildə Sakarya məhəlləsində tutularaq həbs edildi. Abdullah Çatlı 9 oktyabr 1978-ci ildə Ankara Bahçelievlər yaxınlığında 7 TİP (Türkiyə İşçi Partiyası)-lının öldürülməsi hadisəsinin planlayıcısı və baş günahkarı olarağ bilindi, lakin hadisədən 4 il 4ay keçdikdən sonra həbs olundu.
Abdullah Öcalan
Abdullah Öcalan və ya qısa adı ilə Apo (4 aprel 1949, Ömərli[d], Mardin ili) — PKK qurucusu və lideri. 1999-cu ildə həbs olunmuş və İmralı həbsxanasında ömürlük məhkum edilmişdir. == Həyatı == Abdulla Öcalan 4 aprel 1949-cu ildə Türkiyənin Şanlıurfa vilayətinin Halfeti mahalının Ömərli kəndində anadan olmuşdur. Öz iddiasına əsasən atası Ömər kürd, anası Öveyş türk kökənlidir. Abdullah Öcalan 1978-ci ildə Əli İldırımın qızı Kəsirə ilə evlənmişdir. Diyarbəkir və Ankara universitetlərində ali idarəçilik təhsili almışdır. Gencliğinde çox muhafazakar bir Müslümandı ve Nəcib Fazil Qısakürəki sevdi.27 noyabr 1978-ci ildə Diyarbəkirin Licə mahalının Fis kəndində Kürdüstan Fəhlə Partiyasının (PKK) qurucuları arasında yer almışdır. Bu partiya Türkiyə, Avropa Birliyi, NATO, ABŞ və s. ölkələr tərəfindən terrorist partiya kimi tanınır.
Abdullah şah
Abdullah şah (1614 – 21 aprel 1672) — Qolkonda hökmdarı, Qütbşahlar sülaləsinin son nümayəndəsi. == Həyatı == 1612-ci ildə, Heydərabadda doğulmuşdur. Atası Sultan Məhəmməd şah, anası isə Həyat Bəxş xanımdır. Atası və anası əmioğlu-əmiqızı idilər. == Hakimiyyəti == Hakimiyyətə gələndə hələ 14 yaşı vardı və qəyyumluğu anası Həyat Bəxş xanım edirdi. Hakimiyyətə gələndən cəmi 4 il sonra imperator Şah Cahanın oğlu Övrəngzib Əhmədnaqara hücum etdi və Qolkonda üçün təhlükə yarandı. Abdullah şah Moğollardan asılı olduğunu elan etməyə məcbur oldu. Avropalıların Hindistana ayaq açması, almaz yataqlarının kəşfi Qolkonda üçün yeni bir fürsət idi. Sənaye canlamağa, ticarət güclənməyə başlamışdı. Masulipatnam meşələrində ağac sənayesi üçün əlverişli vəziyyət vardı və Hollandiya Ost-Hind şirkəti bundan istifadə etməyə can atırdı.
Abdullah Əhmədov
Abdullah Əhmədov (mart 1949, Qax) — fizika-riyaziyyat elmləri namizədi (1978), Azərbaycan Texniki Universitetində dosent. == Həyatı == Əhmədov Abdullah Əmrullah oğlu 1949-cu ildə Qax rayonunun Sarıbaş kəndində anadan olmuşdur. 1966-cı ildə Sarıbaş kənd orta məktəbini bitirib, Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə qəbul olunmuşdur. 1971-ci ildə universiteti "Yarımkeçiricilər" ixtisası üzrə bitirərək, bir müddət Sarıbaş kənd orta məktəbində fizika müəllimi işləmişdir. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin aspiranturasına daxil olmuş, iki il yarıma işini tamamlayaraq, 1978-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. Dissertasiyanı müvəffəqiyyətlə müdafiə etməyinə baxmayaraq düz iki il işsiz qalmışdır. 1980-ci ildən hal-hazıra qədər Azərbaycan Texniki Universitetində dosent vəzifəsində çalışır. Abdullah Əhmədov 120-yə qədər elmi məqalənin, bir neçə metodik vəsaitin müəllifidir. Ailəlidir, iki övladı var. == Mənbə == Tələbə dünyası.
Basuki Abdullah
Basuki Abdullah (25 yanvar 1915[…], Surakarta, Mərkəzi Yava – 5 noyabr 1993, Cakarta) — İndoneziya boyakarı. Surio Subrotonun oğlu. "Dipo Neqoro döyüşdə", "İndoneziya qadınlarının portretləri seriyası, "Tarlanın malalanması", "Kintamani mənzərəsi" və s. əsərləri var.
Şahzadə Abdullah
Şahzadə Abdullah (1464, Amasya ili – 6 noyabr 1483, Qaramanlı eli) — 8. Osmanlı sultanı II Bəyazidin oğlu, Osmanlı şahzadəsi. Şahzadə Abdullah 1464-cü ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun xanımlarından Şirin Xatundur. Uşaqlıq illəri Amasyada keçən Şahzadə Abdullah 1480-ci ildə qardaşlarıyla birlikdə İstanbula — babası Fateh Sultan Mehmedin yanına göndərildi. Burada qardaşları Qorqud, Əhməd, Aləmşah, Mahmud və Səlim, eləcə də əmisi Şahzadə Cemin oğlu Oğuz xanla birlikdə möhtəşəm mərasimlə sünnət edildi. Mərasimin ardından Trabzon sancaqbəyi təyin edildi və anası Şirin Xatunla birlikdə Trabzona yollandı. Beləcə, Trabzona təyin olunan ilk Osmanlı şahzadəsi oldu. Cəmi bir il sonra Fateh Sultan Mehmedin vəfatıyla atası II Bəyazid dərhal İstanbula yola düşdü və qardaşı Şahzadə Cemlə girişdiyi taxt mübarizəsinin ardından taxta çıxdı. Atasının taxta çıxmasından bir müddət sonra vəzifə yeri dəyişdirildi və ana-oğul Qaraman əyalətinə yollandı.
Şayla Abdullah
Şayla Abdullah (ing. Şayla Abdullah; 1971, Kəraçi) — Pakistan-Amerika yazıçısı və dizayneri. Şaila Abdullah İngilis dili üzrə Patra Buhari Mükafatı, Qızıl Qələm Mükafatı, Oxucu Baxışları Mükafatı, Yazı İncəsənəti Mükafatı və Hobson Fondundan qrant almışdır. Cayenne Divarından Kənarda Norumbega Fiction Awards-ın ən yüksək mükafatı olan Görkəmli Bədii Ədəbiyyat Münsiflər Heyəti Mükafatını aldı. Onun kitablarına “Zəfəran yuxuları”, “Kayen divarından kənar” və üç uşaq kitabı daxildir: “Rani Göy qurşağının axtarışında”, “Dostum Suhana” və “Markonun bələdçisi”. O, həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün kitablar yazmışdır. 2014-cü ilin əvvəlində Vaşinqton və Li Universitetindən bir araşdırma qrupu apardıqları araşdırmada, Saffron Dreams-dən 3000 sözlük bir keçidin oxumağın insanı daha az irqçi edə biləcəyini müəyyən etdilər. Roma Açıq Təhsil Məlumat Bazası tərəfindən İmmiqrasiya Ədəbiyyatının 50 Ən Böyük Əsərindən 1-i seçildi. Beyond the cayenne wall : collection of short stories, Lincoln, NE : iUniverse, 2005. ISBN 9780595370092 Saffron dreams : a novel, Ann Arbor, MI : Modern History Press, 2010.
Abdullah (film)
Abdullah — 1980-ci ildə Sancay Xan tərəfindən çəkilmiş Hindistan Bollivud romantik dram filmidir. Filmdə baş rollarda Rac Kapur, Sanjay Khan, Zeenat Aman və Danny Denzongpa, kiçik rollarda isə Sanjeev Kumar, Madan Puri, Sujit Kumar, Mehmood, Om Prakash və Farida Calal çəkilmişdirlər. Hekayənin müəllifi George Marzbetuny, dialoqları isə Kader Khan yazmışdır. O dövrdə ən bahalı hind filmlərindən biri olmuşdur.
Abdullah Xaybulayev
Dürrizadə Abdullah Bəyəfəndi
Dürrizadə Abdullah Bəyəfəndi (1867, Konstantinopol, Osmanlı imperiyası – 30 aprel 1923, Hicaz) — Osmanlı alimi və şeyxülislamı. == Mənbə == İstanbul Müftülüğü Meşîhat Arşivi, Ulemâ Sicil Defterleri, IV, 235. Galib Kemal Söylemezoğlu, Başımıza Gelenler, İstanbul 1939, s. 219 vd. Danişmend, Kronoloji2, V, 164. Cemal Kutay, Kurtuluşun ve Cumhuriyetin Manevi Mimarları, Ankara, ts. (Diyanet İşleri Başkanlığı Yayınları), s. 188–196. Albayrak, Osmanlı Ulemâsı, I, 10–11. Tarık Zafer Tunaya, Türkiye’de Siyasal Partiler, İstanbul 1986, II, 17–19.
Dürrizadə Abdullah Əfəndi
Dürrizadə Abdullah Əfəndi (1769, Konstantinopol – 1 dekabr 1828, Konstantinopol) — Osmanlı alimi, şair və şeyxülislamı. Məşhur üləma ailəsi Dürrizadələrə mənsub olub, I Mahmudun şeyxülislamlarından Dürri Mehmed Əfəndinin nəslindəndir. == Həyatı == 1769-cu ildə İstanbulda dünyaya gəlmişdir. Şeyxülislam Dürrizadə Arif Əfəndinin oğludur. Atasından və dövrün mühüm alimlərindən dərslər aldı. 1781-ci ildə icazət alaraq müddərislik fəaliyyətinə başladı. Atasının şeyxülislamlığı əsnasında əvvəlcə İzmir, daha sonra Qalata qazısı təyin olundu. Sultan Səlimin atası Mehmed Arif Əfəndini ziyarəti əsnasında Məkkə qazılığı da ona verildi. Bunun ardından İstanbul qazılığı və Anadolu başqazılığı gəldi. 1805-ci ildə Anadolu başqazılığını icra etməyə başladı və 2 il sonra naqibüləşraflığa gətirildi.
Farah Zeynəb Abdullah
Farah Zeynəb Abdullah (tam adı: türk. Farah Zeynep Abdullah; 17 avqust 1989, İstanbul) — Türkiyə aktrisası və müğənnisi. == Həyatı == Farah 17 avqust 1989-cu ildə İstanbulun Beşiktaş səmtində dünyaya göz açmışdır. Anası Gülay Makedoniya, Türkiyə (Krımdan) və Bosniya əsillidir. Atası Osman İraq türkmanlarındandır (Ərbildən). Müharibənin başlaması ilə atası Osman hələ uşaq olarkən ailəsi Türkiyəyə miqrasiya edir. Osman türk əsillidir və ərəb dilini bilmir. Bununla belə, İraqda hərbi xidmət keçmişdir. Farahın iki qardaşı var. Atasının işi ilə əlaqədar ailəsi Londona köçənədək orta təhsilini Sen-Mişel fransız liseyində almışdır.
Haməd bin Abdullah bin Səud bin Xudeyr
Haməd bin Abdullah bin Səud bin Xudeyr (4 noyabr 1966, Ər-Riyad) — Səudiyyə Ərəbistanının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2018–2023) == İstinadlar == == Xarici keçidlər == H. E. Dr.
Hasi-Ben-Abdullah
Hasi-Ben-Abdullah (ərəb. حاسي بن عبد الله‎) — Əlcəzairin şərqində, Uarqla vilayətində şəhər və kommuna. Sidi-Huiled dairəsinə daxildir. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsinin qərbində, Böyük Səhranın şimali vahələrindən birinin ərazisində, Uarqla şəhərindən şimal-şərqdə, ölkənin paytaxtı Əlcəzair şəhərindən təxminən 558 kilometr cənub-şərqdə yerləşir. Hasi-Ben-Abdullah kommunası Əyn-Bəda, Sidi-Huiled, Nəqusa, Əl-Həcirə və Haso-Məsud kommunaları ilə həmsərhəddir. Sahəsi 3060 km2-dir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində çox az yağıntı düşür (orta illik miqdarı 45 mm-dir). Orta illik temperatur 22,1 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 10,6°C, ən isti ay (iyul) 34°C-dir.
Hüseyn bin Abdullah
Hüseyn bin Abdulla (ərəb. الحسين بن عبد الله الثاني‎; 28 iyun 1994) — İordaniya Haşimilər Krallığının vəliəhdi, taxt-tacın birinci varisi, kral II Abdulla və kraliça Rania əl-Abdullanın böyük oğlu. 2004-cü ildə ögey əmisi Həmzə bin Hüseyni varislik siyahısında əvəz etmiş və 2009-cu ildə vəliəhd titulu almışdır. Yetkinlik yaşına çatandan sonra bir neçə dəfə kral naibi kimi öz atasını əvəz etmişdir. == Həyatı == Hüseyn bin Abdulla 28 iyun 1994-cü ildə İordaniyanın paytaxtı Amman şəhərində doğulub. Məhəmməd peyğəmbərin nəslindən gələn 42-ci şəxsdir. 2 iyul 2009-cu ildə vəliəhd elan edilib. 2016-cı ildə Corctaun Universitetində beynəlxalq tarix və iqtisadiyyat fakültəsindən məzun olub. Hazırda Sandhörst Kral Hərbi Akademiyasında təhsil alır. Ərəb və ingilis dillərini mükəmməl, fransız dilini yaxşı dərəcədə bilir.
II Abdullah ibn Tahir
II Abdullah ibn Tahir Xorasani ya da Tahir bin 'Abdullah (?-862) — Tahirilər sülaləsindən, 845-ci ildən 862-ci ilədək Xorasanın valisi. Atası Abdullah, Oğuzları tutmaq üçün onu şimal çöllərinə göndərdi. Atası öldükdən sonra o vali oldu. 862-ci ildə öldü və ölməzdən öncə vəsiyyəti isə oğlu Məhəmmədi vali olaraq onu bacarıqlı olacağını söylədi və bu xəlifə tərəfindən təsdiqləndi. == Mənbə == Bosvort, C. E. "The Tahirids and Saffarids." The Cambridge History of Iran Volume 4: From the Arab Invasion to the Saljuqs. R. N. Frye. London, UK: Cambridge University Press, 1975.
I Abdullah ibn Məhəmməd
I Abdullah ibn Məhəmməd (ərəb. عبد الله بن محمد الأموي‎) (d. 11 yanvar 844 - ö. 16 oktyabr 912) — 7-ci Kordova əmiri. == Həyatı == == Mənbə == İbnü’l-Esîr, el-Kâmil, VII, 435; VIII, 73-74. İbn Haldûn, el-ʿİber, IV, 132-138. Nüveyrî, Nihâyetü’l-ereb (nşr. Ahmed Kemâl Zekî), Kahire 1980, XXIII, 394-396. Zambaur, Manuel, s. 3.
Kürəkən Abdullah Paşa
Kürəkən Abdullah Paşa (bilinmir – may 1735, Aydın, Osmanlı imperiyası) — Osmanlı sultanı III Əhməd və I Mahmud dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əslən türk olub, Aydında doğulmuşdur. Bölgənin tanınmış ailələrindən olduğu üçün qısa zamanda yüksəlmiş, 1720-ci ilin yanvarında Aydın bölgəsinin vergi məmuru olmuşdur. Cəsurluğu və hərbi sahədəki qabiliyyəti səbəbilə 1726-cı ilin fevralında vəzirlik rütbəsi aldı. Bu vəzifədə ikən 1 iyun 1728-ci ildə Sultan Mustafanın qızlarından Əminə Sultanla nigahlandı. 1731-ci ildə Şam, 1732-ci ildə Hələb, 1734-cü ildə isə Aydına təyin olunur. 1735-ci ilin mayında vəfat etmişdir. == Mənbə == Sicill-i Osmani I cild, səh.
Musaid bin İbrahim bin Abdullah Əl-Səlim
Məhəmməd ibn Abdullah
Məhəmməd (ərəb. مُحمّد‎ ();; 20 aprel 571[…], Məkkə – 8 iyun 632, Mədinə) — dini, sosial, siyasi lider və islamın qurucusu. İslam təliminə əsasən, Adəm, İbrahim, Musa, İsa və digər peyğəmbərlərin monoteist təlimlərini təbliğ etmək və təsdiqləmək üçün göndərilmiş peyğəmbər. Məhəmməd peyğəmbər islamın bütün əsas qollarında Allahın sonuncu elçisi olaraq qəbul edilir. O, həmçinin Ərəbistanı müsəlman hakimiyyəti altında birləşdirməyi bacarmışdır. Məhəmməd peyğəmbər təqribi olaraq 570-ci ildə (Fil ili) Ərəbistan yarımadasında yerləşən Məkkə şəhərində doğulub. O, altı yaşından etibarən yetim qalmışdır. Məhəmməd peyğəmbərin babası Əbdülmütəllibin himayəsi altında böyümüşdür. Babasının ölümündən sonra isə əmisi Əbu Talibin himayəsinə keçmişdir. Məhəmməd peyğəmbər vaxtaşırı Məkkə yaxınlığındakı Hira adlanan mağaraya gedərdi.
Qalib ibn Abdullah
Qalib ibn Abdullah (Məkkə, ərəb. غالب بن عبد الله‎) — İslam peyğəmbəri Məhəmmədin Məkkənin fəthi zamanı ona yol təhlükəsizliyini təmin etmək tapşırılmışdı. Xəlifə Ömərin dövründə Qadsiyyə döyüşündə mühüm üstünlüklər göstərmiş və Hörmüzü öldürmüşdür. Müaviyə dövründə Ziyad ibn Əbih tərəfindən hicri 48-ci ildə (miladi 668) Xorasan valisi təyin edilir.
Qillə Abdullah rayonu
Qilla Abdullar rayonu və ya Kila-Abdullah — Pakistanın Bəlucistan əyalətində rayon. İnzibati mərkəzi Şaman şəhəridir. Əsası 1983-cü ildə qoyulub.
Raniyə əl-Abdullah
Raniyə əl-Abdullah (31 avqust 1970[…], Küveyt) — İordaniya kraliçası, İordaniya kralı II Abdullahın arvadı.
Seyid Abdullah Fatiminiya
Seyid Abdullah Fatiminiya (fars. سید عبدالله فاطمی‌نیا‎; 1946, Təbriz – 16 may 2022, Tehran) — İslam alimi, irfan ustadı, müctəhid. Ayətullah Abdullah Fatiminiya din xadimi, natiq, əxlaq alimi, İslam tarixçisi və biblioqrafıdır. O, əxlaq və irfan, hədis, ərəb ədəbiyyatı poeziyasını araşdırır. Seyid Abdullah Fatiminiya 1946-ci ildə İranın Təbriz şəhərində anadan olur. O, gənc yaşlarından irfan alimlərindən olan atası Mir İsmayıl tərəfindən ibtidai dini və elmi təhsilə yiyələnir. Sonrakı 30 ilə yaxın müddətdə Fatiminiya Seyid Əli Qazinin tələbələrindən olan Həsən Müstəfəvidən təhsil alır və eyni zamanda hövzə təhsilini də bu müddətdə davam etdirir. Müstəfəvidən sonra o, Əllamə Təbatəbai, Seyid Məhəmməd Həsən İlahi Təbatəbai (Əllamə Təbatəbainin kiçik qardaşı), Məhəmməd Təqi Amuli, Seyid Rza Bəhauddin, Məhəmməd Təqi Behcət, Əllamə Cəfəri kimi alimlərdən istifadə edir. Bütün bu sadalanan fəqihlərin əksəriyyəti böyük düha Seyid Əli Qazinin tələbələridir. Elə buna görə də ustadı dolayısı ilə Qazinin tələbəsi hesab etmək olar.
Seyid Abdullah Nuri
Seyid Abdullah Nuri (Tacikcə: Сайид Абдулоҳи Нурӣ, 15 mart 1947 – 9 avqust 2006, Düşənbə) — 1993-cü ildən ölənə qədər Tacikistan İslam İntibah Partiyası'na rəhbərlik etmişdir. 2006-cı ilin sonlarında xərçəng xəstəliyindən dünyasını dəyişmişdir. 1992 ilə 1997-ci illərdə baş verən Tacikistan Vətəndaş Müharibəsi'ndə Birləşmiş Tacikistan Müxalifətini idarə etdi. Abdulloh Nuri və Tacikistan Prezidenti İmaməli Rəhman, 1997-ci ildə Tacikistan Milli Sülh Müqaviləsi'ni imzalayaraq vətəndaş müharibəsini sona çatdırdı. Nuri 1974-cü ildə bir İslami tədris qruplaşması olan Nahzat-i Islomi'ni təsis etdi. Sovet polisi onu 1986-cı ildə dini təbliğat yaymaqdan həbsxanaya atdı və 1988'ə qədər həbsxanada qaldı. O bu müddətdə daha da radikallaşdı.
Surio Subroto Abdullah
Surio Subroto Abdullah (1878, Semaranq – 1941, Cokyakarta) — İndoneziya realist rəssamlığının banilərindən biri. "Bandunq yaylası", "Mərkəzi Yava mənzərəsi", "Rəngli göl" və s. əsərlərin müəllifidir.
Əbdürrəhman ibn Abdullah əl-Ərhəbi
Əbdürrəhman ibn Abdullah əl-Ərhəbi (ərəb. عبدالرحمن بن عبدالله ارحبی‎) — Kərbəla döyüşündə Hüseynin ordusunda şəhid olan. Əbdürrəhman Abdullah Ərhəbinin oğlu idi. Ərhəb Banu Həmdan şiə qəbiləsinin məşhur qollarından biri idi. Əbdürrəhman Kufədə nüfuzlu şəxs idi, o, Əli ibn Əbu Talib və Hüseyn ibn Əlinin səhabələri arasında idi. Onun adı müxtəlif formalarda Əbdürrəhman əl-Kudari, Əbdürrəhman ibn Abdullah əl-Ərhəbi və Əbdürrəhman ibn Übeyd əl-Ərhəbi kimi bildirilmişdir. Hüseyn ibn Əli Yezid ibn Müaviyəyə beyət etməkdən imtina edib Məkkəyə gedəndə Kufə əhli Hüseyni Kufəyə dəvət etmək üçün məktub yazdılar. Əbdürrəhman ibn Abdullah və Qeys ibn Muşir kufəlilər tərəfindən 53 məktub, başqa bir xəbərdə deyildiyi kimi, Hüseynə 153 məktub və ya 50 məktub göndərənlərdən idi. Bütün bu məktubların məzmunu onu Kufəyə getməyə dəvət edirdi. Onlar Məkkəyə hicri tarixlə 10 və ya 12 Ramazan,60-cı il,ya da 680-ci ilin iyul ayı daxil oldular.
Abdullah ibn Yəqtar
Abdullah ibn Yəqtar (ərəb. عبد الله بن یقطر‎) — bəzi mənbələrə görə, o, Əlini və Hüseyni lənətləməkdən imtina etdi və buna görə də "Darül-xilafə"dən atıldı. Digər mənbələr Kərbəla şəhidləri arasında Abdullahı da daxil edir. == Nəsil == Mədinədə anadan olmuşdur. Abdullah ibn Yəqtar ibn Əbi Əqb Leysi Bəni Leys ibn Bəkr ibn Əbd Manaf ibn Kinanənin nəslindən idi. O, Hüseyn ibn Əlinin Ridai qardaşı kimi tanınırdı, yəni hər ikisinə eyni qadından körpə ikən süd vermişdilər. Hüseynlə olan bu münasibətə görə İbn Həcər Abdullahı onun səhabələrindən hesab edirdi. == Tərcümeyi-hal == Əksər tarixçilərə görə, Abdullahın atasının adı Yəqtar idi, lakin ət-Təbəri istisna olmaqla, onu Bəqtar adlandırmışdır. Anasının adı Meymunə idi. == Kufə elçisi == Əksər alimlər Hüseynin Abdullah ibn Yəqtarı Müslüm ibn Əqilə Hüseynin karvanının yola düşməsi barədə xəbərdar edən məktubla Kufəyə göndərdiyini bildirirlər.
Abdullah ibn Əqil
Abdullah ibn Əqil (ərəb. عبد الله بن عقیل‎) — Kərbəla döyüşündə şəhid olan Hüseyn ibn Əlinin səhabələrindən biri. == Nəsil == Əqil ibn Əbu Talibin Abdullah adlı iki övladı var idi: Abdullah əl-Əkbər (böyük) və Abdullah əl-Əsğər (kiçik). Bəzi mənbələr onun hər iki oğlunun Kərbəla döyüşündə şəhid olduğunu qeyd etmişlər. Bu Abdullah isə Abdullah Əkbərdir. Abdullah Əli ibn Əbu Talibin qızı Meymunə ilə evlənmişdir. == Kərbəla döyüşündə == Onun adı "Ziyarət-şühəda"da Əbu Abdullah ibn Müslüm ibn Əqil kimi çəkilir.