Abordaj (fr. abordage) — avarlı və yelkənli gəmilərlə döyüş üsulu. Adətən, zədələnmiş düşmən gəmisini ələ keçirmək üçün tətbiq edilirdi. Hücum edən gəmi qarmaqla o birinə bağlanır və döyüşün nəticəsi əlbəyaxa vuruşmadan asılı olurdu. Uzaqvuran topların və buxar gəmilərinin meydana çıxması ilə abordaj XIX əsrdən əhəmiyyətini itirmişdir.
Digər lüğətlərdə
ABORDAJ
сущ. морск. абордаж (атака корабля противника при непосредственном сближении с ним для рукопашного боя)