İzoxinolin alkaloidləri
Salsolin C11H15O2N, 1933-cu ildə A.P.Orexov və İ.F.Proskurin tərəfindən Salsola Richteri bitkisindən alınmışdı. 1934-cü ildə isə Orexov və Şpet onu sintetik üsullarla almağa müvəffəq olmuşlar.
Rasemik salsolin 218-221o-də əriyən bərk maddədir, periferik qan damarlarını genişləndirir və qan təzyiqini aşağı salır. Təbabətdə hipertoniya xəstəliyinə qarşı işlədilir.
Papaverin C20H21O4N, tiryəkdə 1%-ə qədər olur; 147o-də əriyən, suda çox pis həll olan kristal maddədir. Papaverin təbabətdə HCl duzu şəklində antispazmatik maddə kimi işlədilir.
Narkotin C22H23O7N, tiryəkdə 5%-ə qədər olur, 176o-də əriyir, suda həll olmur, zəif zəhərdir, təbabətdə işlədilmir. Narkotini nitrat turşusu ilə oksidləşdirib, HCl ilə emal etməklə ondan kotarnin-xlorid alırlar. Kotarnini təbabətdə qanaxmanın qarşısını almaq üçün işlədirlər.
M.Mövsümzadə "Üzvi kimya", 1966.