ANTİSEPTİ́K

sif. [ yun. ] tib. kim. Mikrobların inkişafına mane olan. Antiseptik maddələr. Antiseptik vasitələr.
– Təbabətdə mixək yağı … diş xəstəliklərinin müalicəsində antiseptik dərman kimi işlədilir. Əliyev.

ANTİSEMİTİ́ZM
ANTİSÉPTİKA
OBASTAN VİKİ
Antiseptika
Antiseptika (anti… + yun. σηπτιχός – irinli) – yarada, pataloji ocaqda və tam orqanizmdə mikrobların məhv edilməsi üçün tədbirlər kompleksi. Hələ qədim dövrlərdə həkimlər yaranı zərərsizləşdirmək üçün közərmiş dəmirdən, qaynar yağdan istifadə etmişlər. Antiseptikanın elmi əsası L. Pasterin əsərlərində qoyulmuşdur. C. Lister yaranın irinləməsini izah etmiş və antiseptika üsulunu təklif etmişdir (1867). Antiseptika aseptika ilə birlikdə müasir cərrahiyyənin əsasını təşkil edir. Antiseptikanın mexaniki, fiziki, kimyəvi, bioloji və qarışıq növləri var. Yarada mikrobların miqdarını azaltmaq, onların həyat fəaliyyəti üçün əlverişsiz şərait yaratmaq üçün yaranın cərrahi işlənməsi – yad cisimlərin, ölmüş və infeksiyalaşmış toxumaların mexaniki təmizlənməsi, şişkinlik və ciblərin açılması, yuyulması və s. tədbirlər yara infeksiyalarının müalicəsində mühüm rol oynayır. Fiziki antiseptikada yara sekretini soran hiqroskopik sarğılar, yara ifrazatını sarğıya çəkən hipertonik məhlullar, habelə ultrasəs, ultrabənövşəyi şüalar tətbiq edilir.
Antiseptiklər
Antiseptiklər, (antiseptik maddələr) — xəstəliktörədən mikroorqanizmləri məhv etmək və ya onların çoxalmasının qarşısını almaq üçün preparatalar, kimyəvi maddələr. Tibbdə antiseptiklər dəriyə, yaraya və s.-yə infeksiya keçməsinin qarşısını almaq üçün işlədilir. Antiseptiklərin bir qismindən (karbol turşusu, krezol, lizol, formalin, xloramin, xlorlu əhəng və s.) binaları dezinfeksiya etmək üçün istifadə olunur. Tibbdə işlədilən antiseptiklərə pantosid, yodoform, kalium-permanqanat, bor turşusu, natrium-hidrokarbonat, nişatır spirti, gümüş-nitrat, protarqol, Burov mayesi, spirt, rivanol, bəzi antibiotiklər (qramisidin, mikrosid), fitonsidlər və s. aiddir. Antiseptik maddələr mikrob əleyhinə olan digər maddələrdən (antibiotiklərdən, kimyəvi müalicə vasitələrindən və s.) fərqli olaraq seçici təsiri ilə deyil, geniş spektrli antibakterial, antivirus, göbələklərə, ibtidailərə qarşı təsir göstərməsi ilə səciyyələnir. Antiseptik maddələrə xlor (qalazon, xloroksilenol və s.), yod (yod, yodoform, kalium -yodid və s.), oksidləşdirici (benzoil və hidrogenin peroksidləri, kalium-permanqanat), aldehid (formaldehid, sitral və s.), spirt (dixlorbenziletanol, izopropanol, etanol), fenol (timol, xlorokrezol və s.), turşu (benzoy, borat, salisil və s.), rəngləyici (brilyant yaşılı, metil abısı, eozin və s.), alüminium (asetat), bismut, maqnezium, mis, qurğuşun, gümüş, sink preparatları, biquanidin törəmələri (sikloksidin, xlorheksidin), anion və kation detergentləri, habelə ambazon, heksamidin, miramistin, selen sulfidi, kükürd sulfidi, naftalan nefti və bir sıra bitki mənşəli preparatlar aiddir. Antisepdik maddələr dərinin, selikli qişaların, boşluqların və yaraların infeksiya ilə zədələnməsinin müalicə və profilaktikasında, cərrahiyyə əməliyyatı zamanı əllərin və əməliyyat sahələrinin dezinfeksiyasında istifadə olunur.

Digər lüğətlərdə