ARSIZLIQ

is. Həyasızlıq, utanmazlıq, sırtıqlıq, abırsızlıq.
Yaxınlaşan faytonçu isə hər şeyi arsızlıqla yola verməyə çalışır, bəzən ağlamsınır, lakin yenə də cəsarətlənib banditləri lağa qoyurdu. M.Hüseyn.

□ Arsızlığa qurşanmaq, özünü arsızlığa qoymaq – heç şeydən (kəsdən) utanmamaq, çəkinməmək, ədəb dairəsindən çıxmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ARSIZLIQ həyasızlıq — utanmazlıq — sırtıqlıq — abırsızlıq
  • ARSIZLIQ arsızlıq bax həyasızlıq

Antonimlər (əks mənalı sözlər)

  • ARSIZLIQ ARSIZLIQ – HƏYALILIQ Arsızlıqdan sanma ki, şişib dama dönmüşəm (S.Rüstəm); Həyalılığından rəng verib, rəng alırdı
ARSIZLAŞMAQ
ARSLAN

Digər lüğətlərdə