Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «DE» – 178
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
DA DE DI DO DR DU DV DY
 

DE₁

“D” hərfinin və bu hərflə işarə olunan samitin adı.

DE₂

dan. b a x di.

DÉBET

[lat.] Mühasibat dəftərlərində: bir idarə və ya müəssisənin gəlirini, eləcə də xərc və borclarını göstərən hesab.

DEBİ́T

is. [fr.] xüs. Bir zaman vahidi ərzində su, neft, qaz və s.
ətraflı

DEBİTLİ

sif. xüs. Müəyyən debitə malik olan. Az debitli köhnə quyular.

DEBİTOR

is. [lat.] müh. Borclu (müəssisə, idarə və s.). Debitorların siyahısı.

DEBǗT

is. [fr.] 1. Artistin və ya idmançının ilk çıxışı.
ətraflı

DEBÜTÁNT

is. [fr.] İlk dəfə çıxış edən aktyor və ya idmançı.

DEDİKCƏ

sif. və zərf Olduqca, xeyli çox, son dərəcə (çox zaman sifətin dərəcəsini gücləndirir).
ətraflı

DEDİ-QODU

is. Bir şəxs və ya şey haqqında adamlar arasında gedən söz-söhbət, danışıq, şayiə.
ətraflı

DEDİ-QODUÇU

sif. Dedi-qodu ilə məşğul olan; sözgəzdirən. Dedi-qoduçu adam.

DEDİ-QODUÇULUQ

is. Dedi-qoduçu adamın xasiyyəti, peşəsi.

DEDİRTMƏ

“Dedirtmək”dən f.is.

DEDİRTMƏK

icb. Deməyə məcbur etmək. Aclıq nəyi yedirtməz, toxluq nəyi dedirtməz.
ətraflı

DEDUKSİYA

[lat.] mənt. Mühakimə prosesində ümumi müddəalardan xüsusi nəticəyə gəlmə; hər hansı bir ümumi fikirdən məntiqi yolla yeni müddəa çıxarma (induksiya əksi). Deduksiya üsulu.

DEDUKTİ́V

sif. [lat.] mənt. Deduksiyaya əsaslanan. Deduktiv üsul. Deduktiv metod.

DE-FÁKTO

[lat.] Faktik olaraq, felən.

DEFİ́S

is. [lat.] İki söz arasında və söz hecalarını sətirdən sətrə keçirdikdə qoyulan kiçik xətt (-); məs.: artıq-əskik, bağ-bağat, biləbilə.

DEFİSİ́T

[lat.] iqt. Çıxarın gəlirdən çox olması. Büdcə defisitinin artması.

DEFİSİTLİ

sif. Defisiti olan, çıxarı gəlirindən çox olan, ziyan verən, ziyanlı. Defisitli müəssisə.