Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «KU» – 68
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
KA KE KI KL KN KO KR KU KV
 

KUB₁

[yun. kubos] 1. Bütün üzləri kvadrat olan altıüzlü cisim.
ətraflı

KUB₂

[yunancadan] Maye qaynatmaq və ya distillə etmək üçün şar, ya silindr şəkilli qab.

KUBAOXŞAR

bax kubşəkilli.

KUBATURA

[rus. əsli yun.] Bir şeyin həcminin kub hesabı ilə ölçüsü.

KUBİK

[rus. əsli yun.] 1. Kubşəkilli kiçik şey.
ətraflı

KUBİZM

[rus. əsli yun.] XX əsrin birinci rübündə burjua təsviri incəsənətində real aləmdəki şeylərin təsvirini həndəsi fiqurların kombinasiyası ilə əvəz edən ifrat formalist cərəyan.

KUBMÉTR

[yun. kubos və metron] Eni, uzunu və hündürlüyü metrlə hesablanan həcm ölçüsü.
ətraflı

KUBMETRLİK

sif. Kubmetrlə ölçülən, kubmetr ölçüsündə olan (adətən rəqəmlərlə işlənir). Beş kubmetrlik taxta.

KUBOK

[rus. əsli yun.] İdman yarışlarında qalib gələnə priz kimi verilən qiymətli vaz, qab.
ətraflı

KUBŞƏKİLLİ

sif. Kub şəklində olan, kuba oxşayan; kubaoxşar.

KUD

is. məh. Arı saxlanan səbət, arı səbəti.

KUDU

bax qabaq1. Yatma, kudu, bostana dovşan girər.
ətraflı

KUFİ

[İraqda Kufə şəhərinin adından]: kufi xətt – ərəb yazısının düz və bucaqlı cizgilərdən əmələ gələn formasının ən qədim adı.
ətraflı

KUFUL

is. dan. Ağacın qurumuş yerlərində əmələ gələn boşluq; koğuş.
ətraflı

KUKLA

[rus. əsli yun.] 1. Adam, əksərən qız fiquru şəklində uşaq oyuncağı; gəlincik.
ətraflı

KUKLAÇI

is. Kukla qayırmaqla məşğul olan, kukla qayıran usta.

KUKLUKSKLÁN

[ing. ku-klux-klan] ABŞ-da zəncilərə və qabaqcıl adamlara vəhşi divan tutan terrorçu təşkilat.

KUKLUKSKLANÇI

is. Kukluksklan bandası iştirakçısı.

KULA

is. məh. Odun, odun parçası. Ocağa kula qoymaq. Kula doğramaq.

KULÁK

[rus.] bax qolçomaq 1-ci mənada. [Mirzə Hüseyn:] O yekəqarın kulakla nə söhbət eləyirdin? Ə.
ətraflı