AĞNAQ

is. məh.
1. Heyvanın ağnadığı yer.
2. Dağlarda torpağı sürüşmüş və ya su yuyub aparmış yer.
3. Bir yerə yığılıb iylənən palçıqlı su, lehməli gölməçə, çuxur, oyuq.
AĞNAĞAZ
AĞNAMA
OBASTAN VİKİ
Ağnaqtəpə
Ağnaqtəpə — Kəngərli rayonu ərazisində dağ (hünd. 2321,0 m). Dərələyəz silsiləsinin cənub-şərq yamacındadır. Üst Triasın Karni və Nori mərtəbələrinə aid Tənənəm lay dəstəsinin dolomit və əhəngdaşılarından təşkil olunmuşdur. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin cənub-şərq batım hissəsində müşahidə edilən Qaraquş antiklinalının şimal-şərq qanadında yerləşir. Yamaclarında şimal-şərq və şimal-qərbə istiqamətlənmiş qırılmalar izlənilir.

Digər lüğətlərdə