GÖL

is.
1. Dənizlə bilavasitə əlaqəsi olmayan təbii su hövzəsi. Aral gölü. Göy göl. Şor göl.
– Bir göl içrə üzürdü bir yekə qaz; Özünə fəxr edib uzatdı boğaz. S.Ə.Şirvani.
Quşlar uçur göylərdə; Ördək üzür göllərdə. A.Səhhət.

// Süni surətdə düzəldilmiş böyük su anbarı; dəryaça. Mingəçevir gölü.
// bax gölməçə. Küçədə göllər əmələ gəlmişdi.
– Hələ tamam qurumamış yağış gölləri; Üzərində bulud-bulud uçur milçəklər. S.Vurğun.

□ Göl bağlamaq – bir yerə yığılıb qalmaq, axmamaq (mayelər haqqında). Qan göl bağlamışdı.
– Daşı ağzından götürüb gördüm ki, hinin içi göl bağlamış, var səsimlə: – Boğulmuş! – deyə bağırdım. A.Şaiq.

2. məc. Təşbeh kimi bir şeyin çox olduğu “yer” mənasında. Qəm gölündə üzmək.
– Ələsgər qurbandı belə gəlinə; Sona kimi cumub eşqin gölünə. Aşıq Ələsgər.
Bir dəstə cavan və igid oğlan atəş gölündə üzür, əridilmiş odda çimirdi. Ə.Vəliyev.

◊ Göl iyiri bot. – yerlə sürünən kökümsov gövdəli çoxillik bitki.

Etimologiya

  • GÖL Tuva dilində öl sözü var və “yaş”, “göl” anlamında işlədilir. Onlar dağ çayına öləqə deyirlər. Ölə kəlməsi ruslardakı смочить sözünün tərcüməsi kimi v
GÖDƏRƏK
GÖL-GÖL
OBASTAN VİKİ
Kömüratan (göl)
Kömüratan gölü — Azərbaycanda, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən göl. Göl Kömüratan dağının cənubunda yerləşir. Sovetlər dönəmində təsərrüfat məqsədli istifadə olunmuşdur. Bakı-Quba magistral yolundan bir necə yüz metr aralıdadır. Suyu az duzlu olması ilə seçilir. Gölün cənub, cənub-şərqi dayaz, mərkəz və şimal-qərbə doğru isə dərindir. Eni 450 m, uzunluğu isə 650 m təşkil edir. Sahəsi mövsümdən asılı olaraq dəyişir. Əsasən yağıntılarla qidalansa da, gölə cənub istiqamətdən gölməçə və çirkab sularından ibarət az miqdarda mənbə axır. Ətrafı zolaq şəklində yayılmış yulğun kolları ilə örtülmüşdür.
Göl
Göl — Yer səthində, təbii qapalı çökəklikdə yerləşən su hövzəsidir. Geoloji baxımdan nisbətən yaxın keçmişdə – son bir neçə on min illərdə əmələ gəlmişdir, yalnız bəzi göllərin yaşı milyon illərlə hesablanır (məs. Baykal gölü). Göllərin suyu əsasən şirin olsa da, şor sulu göllər də az deyil. Belə şor sulu göllərdən biri İranda yerləşən Urmiya gölüdür. Dünyanın ən böyük gölu Xəzər dənizidir. O, böyük olduğu üçün dəniz adlanır. Xəzər dənizi şorsulu göllər sırasına daxildir. Ən böyük şirinsulu göl isə Yuxarı göldür.Titikaka dünyanın ən hündürdə yerləşən gölüdür. Ən dərin göl Baykal gölüdür.
Kincxar (göl)
Kincxar (Kincxardxand; urduca: کینجھر جھیل‎; ing. Keenjhar Lake), həm də — Каlri (urduca کلری جھیل‎; ing. Kalri Lake) — Pakistanın ən iri gölü. == Haqqında == Kincxar gölü Hind çayının aşağı axarının sağ sahilində, Sind əyalətinin cənubunda Tatta dairəsində, Tatta şəhərindən şimal-şərqdə yerləşir. Su hövzəsinin sahəsi — 134,7 km²-dir. Uzunluğu 24 km, eni isə 6 km-dir. Hind çayı hövzəsinin funksionallaşmasında mühüm ekoloji rola malikdir. Tatta dairəsini və Kəraçi şəhərini təmiz su ilə təmin edir. Kincxar gölü 1930-cu ildə Kincxar və Kalri göllərinin Çilyada damba tikiləndən sonra birləşməsi ilə yaranıb. Göl Tatta şəhərindən 18 km və Kəraçi şəhərindən 122 km aralıda yerləşir.
Manaqua (göl)
Manaqua gölü (isp. Lago de Managua) — Nikaraqua ərazisində yerləşən göl. Sahəsi 1,042 km², uzunluğu 65 km, eni isə 25 km-dır. Gölün adı "manague" (eyniadlı qəbilə adı) ilə "agua" ("su") kəlimələrinin birləşməsindən yaranmışdır. Bu adı gölə ispan konkistadorları vermişlər. Manaqua şəhəri Nikaraquanın paytaxtıdır və ölkənin cənub-qərb sahilində yerləşir. == Sel basqınları == Manaqua gölünün səviyyəsi leysan yağışlar yağan zaman əhəmiyyətli dərəcədə yüksəlir. Ən yüksək su səviyyəsi 1933-cü ildəki sel basqını zamanı qeyd edilmişdir 1998-ci ildə baş verən Miç qasırğası zamanı beş gün içində gölün səviyyəsi 3 metr yüksəlmiş və yaxınlıqdakı yaşayış məntəqələri su altında qalmışdır. 2010-cu ilin sentyabr-oktyabr aylarında daha güclü bir sel meydana gəlmişdir. O vaxtdan dəniz səviyyəsindən 42.76 metr yüksəkdən aşağıda, sel basma ehtimalı böyük olan ərazilərdə yaşayış məntəqlərinin salınması qadağan edilmişdir.
Mavi göl
Mavi göl (Gürcüstan)
Mehman göl
Mehman göl — Azərbaycanın Ağcabədi, İmişli və Beyləqan rayonları ərazisində göl. == Xüsusiyyətləri == Göl dəniz səviyyəsindən 7 metr yuxarıda yerləşir. Ümumi sahəsi 1200 ha-dır. Gölün uzunluğu 8 km, eni 4 km, maksimal dərinliyi isə 1,5 m təşkil edir. Göl Kür çayından damba vastəsi ilə ayrılır. Son zamanlar gölün sahəsi kişilmişdir. Göl ətrafının iqlimi quru subtropik, yarımsəhradır. Yayı quru, olduqca isti, qışı isə mülayim keçir. Yayda ətraf ərazilərdə temperatur 22-35 °С, yanvarda isə +2,5 °С təşkil edir. Göl qış ayları donmur.
Meşəli göl
Meşəli gölü (ing. Lake of the Woods) — Şimali Amerikada yerləşən göl. Böyük göllər şəbəkəsindən qərbdə yerləşən göl. ABŞ və Kanada sərhəddində yerləşir. İnzibati cəhətdən isə Kanadanın Manitoba və Ontario vilayətləri, ABŞ-nin isə Minnesota ştatları ərazisində yerləşir. ABŞ ərazisində sahəsinə görə 7-ci göldür. Gölün sahəsi 4350 km² (bunun 3149 km² Kanada ərazisi) təşkil edir. Gölün su səthi 323 metr dəniz səviyyəsindən yuxarıda yerləşir. Sahilləri parçalıdır. Sahil xəttinin uzunluğu 105000 km təşkil edir.
Mineral göl
Mineral göl və ya duzlu göl, duz gölü — kəskin minerallaşmış və ya suyunda çoxlu miqdarda duz olan (adətən 47 q/l, Xəzər gölü, Baskuncaq g, Elton g.) göl. == Ümumi məlumat == Mineral göllərin suları kimyəvi tərkibinə görə karbonatlı, sulfatlı və xloridli olur. Mineral göllərdən xörək duzu, soda, mirabilit, yod, brom və s. istehsal edilir. Sulfat tipli mineral göllərində əmələ gələn hidrogen-sulfidli mineral palçıqlar müalicə vasitəsi kimi işlədilir.
Oliqotrof göl
Qalançoj (göl)
Qalançoj (çeç. Галайн-Ӏам — Галайн-Ам; устар. Галай-амъ (Кербеты-амъ), устар. Кербеты-Ам) - Çeçenistan Respublikasının Urus-Martan bölgəsindəki göl. == Coğrafi məlumatlar və mənşəyi == Qalançoj gölü, Çeçenistanın dağlıq hissəsində, Qexi çayı hövzəsinin yuxarı hissəsində yerləşir. Osuxa çay vadisinin sağ yamacında, çay səviyyəsindən 100 metr yüksəklikdə və dəniz səviyyəsindən 1494.1 metr yüksəklikdə yerləşir. Göl, demək olar ki, oval formaya sahibdir. Bünövrəsidə dairəvidir. Gölün mərkəzindəki ən böyük dərinlik 35 metrdir. Su səthinin sahəsi təxminən 12 hektardır.
Qamışlı (göl)
Qamışlı — Kəlbəcər rayonunun Ağdaban kəndi yaxınlığında göl. 1400 m. yüksəklikdə yerləşir. Şirin sulu, axarlı kiçik göldür. Mal-qara suvarmaq üçün istifadə edilir. Adını ətrafındakı qamışlıqdan almışdır.
Qanlı göl
Qanlıgöl (Tərtər) — Tərtər rayonunda göl. Qanlıgöl (Yasamal) — Yasamalda göl. Qismən qurudulmuşdur. Qanlı göl (Göyçə) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda göl. Qanlıgöl (Vedi) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunun Qaraqoyunlu kəndində göl. Qanlıgöl (Şahbuz) — Şahbuz rayonu ərazisində göl. Qanlıgöl (Şamaxı) — Şamaxı rayonu ərazisində göl. Qanlı göl — Azərbaycan ərazisində göl. Qanlı göl olaraq da adlandırılır.
Qara Göl
Azərbaycanda Qaragöl (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonunda göl. Qaragöl (göl, Kəlbəcər) — Kəlbəcər rayonu ərazisində şirin sulu, axarlı göl. Qaragöl — İsmayıllı rayonu ərazisində şirin sulu kiçik göl. Qaragöl (Zəngilan) — Azərbaycan Respublikasının Zəngilan rayonunda kənd. İşıqlı Qaragöl — Laçın rayonu ilə Gorus rayonu sərhəddində yerləşən göl.
Qarda (göl)
Qarda — İtaliyanın şimalında göl. Alp dağlarının ətəklərində, 65 m yüksəklikdədir. Sahəsi 370 km², dərinliyi 345 m–ə qədərdir. Buzlaq–tektonik mənşəlidir. Qardaya Sarka çayı tökülür, Ondan Minço çayı (Po çayının sol qolu) axır. Gəmiçiliyə yararlıdır. Ətrafında kurortlar var. İtaliyanın ən böyük gölüdür.
Qırmızı göl
Qırmızı göl — Azərbaycan ərazisində göl. Qanlı göl olaraq da adlandırılır. == Haqqında == Ərazisi 7,2 km², suyunun həcmi isə 8,3 mln m³ olan Qırmızı göl Qaradağ ərazisində, Lökbatan qəsəbəsinin cənubunda yerləşir. Qırmızı gölə axıdılan çirkab sularının əsasını Lökbatan qəsəbəsinin məişət çirkab suları və Xocahəsən gölündən axan sular təşkil edir. Gölə çirkab sularının axıdılması onun suyunun oksigen rejiminin pozulmasına səbəb olub. 1976-cı ilə kimi bu göldən neft mədənlərindən çıxan lay sularının qəbuledici anbarı kimi istifadə olunmuşdur. Qırmızı göl şor sulu göllər qrupuna aiddir. Göl suyunun tərkibində kation və anionların konsentrasiyaları (kalsium, maqnezium, xloridlər, sulfatlar) YVQH-dən dəfələrlə coxdur. Ərazidə radiasiya fonu norma daxilindədir. Gölün uzun müddət antropogen təsirlərə məruz qalması, neft və neft məhsulları ilə, fenollarla həddindən artıq çirklənməsi və digər neqativ təsirlər nəticəsində onun geoloji quruluşu, torpaq süxurları, dibinin relyefi və digər parametrləri deqradasiyaya məruz qalmış, dib çöküntülərində çoxlu miqdarda neft məhsulları yığılmışdır.
Sarısu (göl)
Sarısu gölü — Azərbaycan Respublikasının ən böyük gölü olub, İmişli və Sabirabad rayonları ərazisində Kür çayının sahili boyunca şimal-qərbdən cənub-şərqə doğru 22 km uzanan və bir-biri ilə əlaqəli dörd göldən biri olmaqla, çay-dərə eroziya mənşəlidir, nisbətən böyük göllər sırasına daxildir, şirinsuludur. Suyunu əsasən Şərbətqobu vasitəsilə Ağ göldən, yeraltı və yağıntı sularından alır, Kür çayına axını var. Azərbaycanda göllərin sahəsinə görə sıralamasında Xəzər dənizindən sonra ikincidir. Sarısu gölünün sahilboyu ərazisini qamışlıq və bataqlıq təşkil edir. Suyun həcmi təqribən 60 min m³, orta dərinliyi 1 m, maksimal dərinliyi 6 m, orta eni 3 km təşkil edir. Göl akvatoriyasının açıq hissələrində dərinliklər 1–3 m, sahilə yaxın hissələrində 0,1–0,9 m arasında dəyişir. Bəzi illərdə (1976-cı ildə) Kür çayının daşqın suları gölün həcmini 3–5 dəfə artırıb. Göldə suyun həcminin artması əsasən yaz və payız aylarında müşahidə olunur. Ötən illə müqayisədə cari ildə suyun səviyyəsi təqribən 40% azalmışdır. Sarısu gölündə buz hadisələrinin orta çoxillik davamiyyəti 23 gündür və sahil buzu formasındadır.
Sevan (göl)
Göyçə gölü və ya Sevan gölü — XX əsrin sonlarına qədər ətrafında əsasən azərbaycanlıların məskunlaşdığı, Cənubi Qafqazda ən iri şirin sulu göl. Qərbi Azərbaycanda (İndiki Ermənistan ərazisi) başlıca gölləri, qərbdə Göyçə gölü və şərqdə indiki Azərbaycan Respublikasının ərazisindəki Kəpəz dağının ətəyində yerləşən Göygöldür. Gölün şimal-qərbində mövcud olmuş ada suyun enməsi nəticəsində yarımadaya çevrilmişdir (Göyçə yarımadası). Göyçə gölü dəniz səviyyəsindən 1926 m yüksəklikdə və sönmüş vulkanlar əhatəsində olub səthi 1400 km2-dir. Göyçə gölü alabalıqları (forel balığı) ilə məşhurdur.
Tektonik göl
Çökəklikləri tektonik proseslər nəticəsində (qrabendə) əmələ gəlmiş göldür. Məsələn: Baykal, İssık-Kul, Tanqanika, Nyasa və s.
Tiliço (göl)
Tiliço gölü — Nepalda kar mənşəli yüksək dağ gölü. Mərkəzi Himalayda yerləşir. Dəniz səviyyəsindən 4919 metr hündürlükdə yerləşir. Tiliço gölü həm də eyni adlı Tiliço (7134 m) dağının ətəyindədir. == Coğrafiyası == Tiliço gölü Annapurna dağ massivinin şimal-qərb hissəsinə aiddir. Gölün cənub-qərb sahilində, 2000 metr hündürlükdən qar və buzla örtükü Tiliço zirvəsi yerləşir. Tiliço gölü şimal-qərbdən cənub-şərqə doğru dartılmış formadadır. Gölün uzunluğu — 4 km, eni isə təxminən 1 km-dir. Göl əsasən Tiliço zirvəsindən əriyən qarın suyu ilə qidalanır. Göl səthində tez-tez buzlaqdan ayrılmış kiçik asyberqlər görsənir.
Uinnipesoki (göl)
Uinnipesoki (ing. Winnipesaukee) — Nyu-Hempşir ştatın ən böyük gölü, ABŞ. == Ümumi məlumat == Gölün ölçüləri təxminən 34 km və eni 1,6-15 km-dir. Su səthinin sahəsi 180 km², maksimal dərinliyi 64,6 m-dir. Göldə 253 ada var, yarısı 1 km²-dən azdır. Uinnipesokinin dəniz səviyyəsindən hündürlüyü 153 m'dir . Eyni adlı çay göldən qaynaqlanır, göldən axın Leykport anbarı tərəfindən tənzimlənir. == Xüsusiyyətləri == Uinnipesoki Boston və Nyu-York üçün ən məşhur tətil yerlərindən biridir. Bu yerlərin gözəlliyi üçün hindular gölə "Böyük ruhun gülüşü" və "Yüksək yerdəki gözəl su" kimi adlar verdilər. Tanınmış xarici qonaqlar arasında 2007-ci ildə göldə istirahət edən Fransa prezidenti Nikola Sarkozini də qeyd etmək lazımdır. 1872-ci ildə Meredit şəhərində bir gölün sahilində, təməl çuxur qazarkən yerli cazibədar yerlərdən biri olan Meredit daşı adlanan bir əsər tapıldı.
Vəhşi göl
Vəhşi göl (sloven. Divje jezero) — Sloveniyanın qərbindəki İdri-Xribove (Dinar dağları) dağ massivində İdriya icmasında yerləşən kiçik bir karst gölü. Göl İdriya şəhərindən cənubda, dəniz səviyyəsindən 340 m yüksəklikdə yerləşir. 1967-ci ildə təbii bir abidə elan edilmişdir (sloven. narodny spomenik). Qorunma zonasının sahəsi 4.44 hektardır. 1972-ci ildə göl Sloveniyanın təbiətdə ilk muzeyi olur. Göl nəhəng bir karst bulağıdır. Su yeraltı bir mağaradan meylli bir tuneldən axır. Mağarada 1957-ci ildən bəri dalğıc speleloqlar 426 m dəhlizi araşdırmışlar.
Yuxarı göl
Yuxarı göl (ing. Lake Superior) — Şimali Amerikada göl. Böyük göllər sistemində ən böyük və ən dərin göldür. Göllərin dünyada sahəsinə görə sıralamasıda ikinci yeri tutur. Göl həm də yerüstü ərazisinə görə dünyanın ən böyük 1-ci və həcminə görə 3-cü şirinsulu gölüdür. Göl şimaldan Kanadanın sərhədində Ontario əyaləti, qərbdən və cənubdan isə ABŞ-nin Minnesota, Viskonsin və Miçiqan ştatları ilə əhatə olunub. == Hidroqrafiyası == Yuxarı göl bilavasitə Huron gölünə boşalır. Göl ərazisinə görə bölgədəki və dünyadakı ən böyük şirinsulu göl olmaqla yanaşı, su tutumuna görə Sibirdəki Baykal gölü və Şərqi Afrikadakı Tanqanika gölündən sonra 3-cü şirinsulu göldür. Yuxarı göl sahəsinə görə dünyadakı göllər arasında Xəzərdən sonra ikinci yer tutur. Xəzər hal-hazırda təmamilə təcrid olunmuş halıyla şorsulu göllər siyahısına daxil olsa da tarixdən əvvəl dəfələrlə Aralıq dənizi ilə birləşmiş və yenidən Qara dəniz vasitəsilə təcrid olunmuşdur.Yuxarı gölün sahəsi 83,103 km2-dir və bu da təxminən Cənubi Karolina və ya Avstriyanın ölçüsü qədərdir.
Zapovednoye (göl)
Zapovednoye göyü — Vrangel adasında yerləşən göl. İnzibati cəhətdən Çukot Muxtar Dairəsi ərazisinə daxildir. <<Vrangel adası>> qoruğu ərazisində yerləşir. Adanın şimalında Pessovaya buxtası yaxınlığında yerləşir. Qərbindən Neizvesnaya çayı axır. Gölə heç bir çay tökülmür və heç başlamır. Cənubdan və şərqdən bataqlıq və kiçik göllərlə ətatələnmişdir.
Çebarkul (göl)
Çebarkul — Rusiya Federasiyasının Çelyabinsk vilayətində göl. == Haqqında == Sahəsi 19,8 km2 . Cənubi Uralın şərq yamacında, 320 m yüksəklikdədir. Qarışıq mənbədən, əsasən, qar suları ilə qidalanır. Səviyyə tərəddüdü 1,25 m-ədəkdir, ən yüksək səviyyə iyunda olur. Noyabrın birinci yarısından mayadək donmuş olur. Çebarkuldan Koel qaçayı (Ob hövzəsi) başlanır. Sahilləri mənzərəlidir. İstirahət evləri və sanatoriyalar var. Çebarkul şəhəri Çebarkul sahilindədir.
Ölü göl
Göl — Yer səthində, təbii qapalı çökəklikdə yerləşən su hövzəsidir. Geoloji baxımdan nisbətən yaxın keçmişdə – son bir neçə on min illərdə əmələ gəlmişdir, yalnız bəzi göllərin yaşı milyon illərlə hesablanır (məs. Baykal gölü). Göllərin suyu əsasən şirin olsa da, şor sulu göllər də az deyil. Belə şor sulu göllərdən biri İranda yerləşən Urmiya gölüdür. Dünyanın ən böyük gölu Xəzər dənizidir. O, böyük olduğu üçün dəniz adlanır. Xəzər dənizi şorsulu göllər sırasına daxildir. Ən böyük şirinsulu göl isə Yuxarı göldür.Titikaka dünyanın ən hündürdə yerləşən gölüdür. Ən dərin göl Baykal gölüdür.
Hacıqabul gölü
Hacıqabul gölü — Hacıqabul rayonu və Şirvan şəhərinin ərazisində yerləşən göl. Şirvan düzünün şimal hissəsində, Kür çayının sol tərəfində göl. Gölə su Qarasudan və Kür çayından buraxılır. Cənub hissəsində şorşor kanalı vasitəsilə Kür çayı ilə birləşir. Gölün ətrafı bataqlıq və qamışlıqdır. Göl yaxınlıqdakı Hacıqabul (indiki Qazıməmməd) yaşayış məntəqəsinin adı ilə adlanmışdır. Hacıqabul gölü Kür çayının vaxtaşırı daşması və Xəzər dənizinin çəkilmələri nəticələri yaranmışdır. == Ümumi məlumat == Azərbaycandakı başqa düzənlik göllərinin əksəriyyətindən fərqli olaraq, bu göldə qamışlıq bitkiləri zəif inkişaf edib, lakin ətrafdakı dayaz sulu çaylar və nohurlar bu çatışmazlığın əvəzini artıqlaması ilə çıxır. Hacıqabul gölü köçəri quşların miqrasiyası dövründə onların müvəqqəti istirahəti və bataqlıqda yaşayan su quşlarının, o cümlədən, nəsli kəsilməkdə olan növlərin yuva qurmaları çox əlverişli şəraitə malikdir. Göldəki su durğundur və qışda donmur.
Heviz gölü
Heviz (mac. Hévízi-tó) — Macarıstanın qərbində yerləşən termal göl. Göl kurort şəhəri Hevizin ərazisində yerləşir. Eləcədə Balaton gölünün qərb qurtaracağına yaxındır. == Ümumi məlumat == Heviz gölü Avropanın sahəsinə görə ən böyük termal gölüdür (47 500 m²). Qış aylarında suyun temperaturu 24 °C, yayda isə 36 °C olur. Göl suyu 48 saat ərzində tam yenilənir. İl boyu ərazi istirahət mərkəzi kimi fəaliyyət göstərir. Heviz gölü nadır geoloji xüsusiyyətə malikdir. Bu tip gölün analoqu yalnız Yeni Zellandiyada olan Rotorua gölüdür.
Hiller gölü
Hiller gölü (ing. Hillier) — Avstraliyanın Reşerş arxipelaqında yerləşən Hiller gölü özünün qeyri-adi rəngi ilə diqqəti cəlb edir. Uzunluğu 600 metr, eni isə 200 metr olan bu göl 1802-ci ildə kəşf olunmuşdur. Göl çəhrayı rəngdədir. XX əsrin əvvəllərində bu göldən duz çıxarılmağa başlanılmış və bu proses 6 il davam etmişdir. Bu gölün qeyri-adi rəngini tədqiq etmiş və əvvəlcə belə qərara gəlmişlər ki, bu göldə bitən mikro-yosunların duzlu suya buraxdığı qırmızı maddənin nəticəsində əmələ gəlir. Digər bir versiyaya görə isə gölün bu cür rəng almasının səbəbi orada yaşayan xüsusi mikroorqanizmlərdir. 1950-ci ildə aparılan bir sıra araşdırmalar nəticəsində bu iddialar öz təsdiqini tapmadı. Bir müddət sonra da aparılan tədqiqatlar da nəticəsiz qaldı və indiyə kimi gölün bu cür rəngə boyanmasının səbəbi sirr olaraq qalmaqdadır. Hiller gölünə yalnız hava yolu ilə getmək mümkündür..
Inerka gölü
İnerka — Mordoviya Respublikası ərazisində yerləşən böyük göl. Göl Sura çayı vadisində, Böyük Berezniki kəndindən 17 km-lik məsafədə yerləşir. Erzyan dilində İnerka böyük göl deməkdir ( "ine" - böyük, "erke" - göl). İnerka gölü respublikanın turizm potensialı olan bölgələrindən biridir. Gölün uzunluğu 3 kilometr, maksimal eni 215 metrdir. Maksimal dərinlik - 12 metr (orta dərinlik - 7 m), sahəsi isə 0,437 km²-dir (təxminən 44,2 hektar). Uzunsov formada olan İnerka axmaz göl hesab olunur. O Sura çayının qədim yatağında su-erozion proseslər nəticəsində meydana gəlmiş meandrın axmaza çevrilməsi nəticəsində formalaşmışdır. Göl şirin suludur və şəffaflığı 2 metr dərinliyə qədər saxlanılır. İnerka gölü müxtəlif növ balıqlar, sahildə su quşları ilə zəngindir.
Kaban gölü
Kaban gölü (tatar. Кабан күле) — Kazan şəhərində göllər sistemi. Bu göllər sistemi 3 hissədən ibarətdir. Yaxın (Aşağı) Kaban (ən şimal), Uzaq (Orta) Kaban, Yuxarı (Boriskovski) Kaban olub Tatarıstanda ən iri göllər sistemi hesab olunur. == Əsas xüsusiyyətləri == Göllər Volqa çayının köhnə əyilmələri sahəsində karst prosesləri nəticəsində yaranmışdır. Göllər Volqanın terrası boyu şimala və cənuba doğru uzanır. Otarı kəndi yaxınlığında kanal bir dam ilə bloklanır, bunun vasitəsilə Kuybişev su anbarından suy nasosla buraya vurulur. Yuxarı Kaban qapalı anbar şəklində olub, digər göllər sistemi ilə əlaqəyə malik deyil. Burada suyun səviyyəsi Yaxın (Aşağı) və Uzaq (Orta) Kaban göllərindən 2 m yüksəkdədir. Göllər sisteminin ümumi sahəsi-186 ha-dır.
Kavaquçi gölü
Kavaquçi gölü (河口湖, Kawaguchi-ko) – Yaponiyanın Fuci dağının yaxınlığında, Yamanaşi prefekturasının cənubunda, Fucikavaquçiko ilə Minobu qəsəbələrinin sərhədində yerləşən göl. Beş Fuci gölünün içərisində sahəsinə görə ikinci, dəniz səviyyəsindən yüksəkliyinə görə sonuncudur. Dəniz səviyyəsindən 833 metr yüksəklində yerləşdiyindən yayları sərin, qışı soyuq keçir. Sahil xəttinin uzunluğu Beş Fuci gölü arasında ən uzundur. Gölün yaxınlığında Fuci-Hakone-İzu Milli Parkı yerləşir. Göldən axan hansısa çay yoxdur. Ətrafındakı yaşayış məntəqələri 1914-cü ildə tamamlanan kanala qədər problem təşkil edirdi. Kanal gölü Saqami çayının qolu ilə əlaqələndirir. Digər Beş Fuci gölü kimi Kavaquçi gölü də populyar turizm məkanıdır. Gölün yaxınlığında otellər, düşərgələr və gəzinti qayıqları var.
Keli gölü
Kelistba gölü (Кельское озеро, Кели, устар. Кель; gürc. ყელის ტბა [келис тба]; oset. Хъелы цад) — Cənubi Osetiyanın Leninqor əyalətində göl. Ölkənin ən gölüdür. Kelsk platosunun üzrəində yerləşir. Dəniz səviyyəsindən hündürlüyü-2925 m-dir. Qidalanmasında qar suları başlıca rol oynayır. Hövzəsinin sahəsi 1 279 600 m²-dir. Uzunluğu isə 2170 m-dir.
Kelistba gölü
Kelistba gölü (Кельское озеро, Кели, устар. Кель; gürc. ყელის ტბა [келис тба]; oset. Хъелы цад) — Cənubi Osetiyanın Leninqor əyalətində göl. Ölkənin ən gölüdür. Kelsk platosunun üzrəində yerləşir. Dəniz səviyyəsindən hündürlüyü-2925 m-dir. Qidalanmasında qar suları başlıca rol oynayır. Hövzəsinin sahəsi 1 279 600 m²-dir. Uzunluğu isə 2170 m-dir.
Keta gölü
Keta gölü - Rusiyanın şimal-mərkəzi hissəsində yerləşən Krasnoyarsk diyarında böyük şirinsulu göl. == Coğrafiya == Keta gölü Lama gölünün cənubunda və Xantayskoye gölünün şimalında yerləşir. 452 km2 sahəyə sahibdir. Ribnaya çayı bu göldən başlayır.
Kezenoyam gölü
Kezenoyam(çeç. Къоьзана Іам, Эйзен Ӏам) — Dağıstan ərazisində yerləşən uçqun və ya tıxac göl. Göl Dağıstanın Botlix rayonu ilə Çeçenistan Respublikasının Vedeno rayonu sərhəddindədir. Kezenoyam gölü Sulak çayı hövzəsinə daxildir. Regional əhəmiyyətli hidroloji abidə hesab olunur. Subalp çəmənlikləri zonasında yerləşir. Yağıntı və yeraltı sula ilə qidalanır. Səth axımı yoxdur. Göldə suyun səviyyəsi kəskin dəyişir. Dəyişmələr mövsimi və çoxillikdir (6–8 m).
Kolsay gölləri Milli Parkı
Kolsay gölləri Milli Park (qaz. Көлсай көлдері ұлттық паркі) ― Qazaxıstanın cənub-şərqində, Tyan-Şan dağlarının şimal yamacında, Qırğızıstan sərhəddindən 10 km məsafədə yerləşən milli park. Parkın əsas xüsusiyyəti tez-tez "Tyan-Şan inciləri" olaraq adlandırılan Kolsay gölləridir. Gözəl Kaindi gölü də parkda yerləşir. Parkın sərhədi Almatının 120 kilometr (75 mil) cənub-şərqindən keçir. == Qoruma == Təbiəti qorumaq parkın missiyasının vacib bir hissəsidir. Ərazinin 72%-i ciddi mühafizə altındadır, 13%-i isə turizm və istirahət üçün ayrılmışdır. == Topoqrafiya == Parkın gölləri Tyan-Şandan başlayaraq cənubdan şimala doğru axan Kolsay çayı boyunca uzanır. Əsas göllər bunlardır: Aşağı Kolsay gölü Kolsay çayını bağlayan sürüşmə nəticəsində əmələ gələn təbii su anbarıdır. Göl təxminən 1 km uzunluğunda, 400 metr enində və 80 metr dərinliyindədir.
Komo gölü
Komo gölü, Komo dənizi və ya Laryo gölü (it.Lago di Como) — İtaliyanın Lombardiya vilayətinində yerləşən "Y" şəkilli göl. Kiçik hissəsi İsveçrədədir. İtaliyanın ən böyük 3-cü gölüdür. Sahəsi 146 km2-dır. Madonna, Ronaldinyo, Silvestr Stallone kimi məşhurların bu gölün sahilində villaları yerləşir. Lake Como ən eksklüziv yerlərdən biri əsrlər boyu Queens gizli hideaway və İtaliya imperatorları, Lyerna edir. Varenna və Lierna Como gölündə ən gözəl kəndlər kimi qiymətləndirilir. Əsrlər boyu Lierna kralların, imperatriçaların, knyaz ailələrinin ziyarət etdiyi və dünyanın ən mühüm menecerlərinin və milyardlarının, o cümlədən Komo gölünün dünya prezidentinin də ev aldığı ən müstəsna yer olmuşdur. Mercedes. Lierna kilsəsində cəngavər ordeninin əsası qoyuldu və bu, İtaliya krallarının kral evinin, Savoyanın doğulmasına icazə verdi.
Komsomol gölü
Komsomol — Vrangel adasında yerləşir. İnzibati cəhəntən Çukot Muxtar Dairəsinin İultinski rayonu ərazisində daxildir. Göl Vrangel qoruğu ərazisinə daxil edilmişdir. Göl adanın şimal qərb sahilinə yaxın yerləşir. Şərqi Sibir dənizindən qumsal bərzəxlə ayrılır. Gölü cənubdan Bezimyannıy dağı ilə ədatələnmişdir. Şimal-şərqdən gölə bulaqlar və kiçik göllər axır. Yaxınlıqdan keçən iri çayı Nanukdur. Göl kənarında balıqçılıq üçün məkan yaradılmışdır. Ov əsasən Baydar qayığı vastəsilə həyata keçirilirdi.
Koolen gölü
Koolen gölü (çuk. Коолён, esk. КоглуЭльгыгытгын) — Rusiyanın uzaq Şərq regionunda, Çukot Muxtar Dairəsinin Çukot rayonu ərazisində yerləşən gölü. Adının mənası çuk. Коолён — «dərin uçurum» deməkdir. == Coğrafiyası == Çukot dənizinin sahilindən 13 km məsafədə, Çukot yarımadasının şərqindəki Aynan silsiləsinin kənarında yerləşir. Ən yaxın yaşayış məntəqəsi 44 km məsafədə yerləşən Lavrentiya kəndidir. Gölün yaxınlığındakı ən yüksək nöqtə Ittıvıt dağıdır (939 m). == Hiodrologiya == Göl tektonik mənşəlidir. Buradan yalnız bir çay axır.
Kopa gölü
Kopa gölü (qaz. Қопа́) — Akmolla vilayəti ərazisində yerləşən Kökşetau şəhərində yerləşən göl. == Yerləşməsi == Kopa gölü Kökçetav yükşəkliyindən aşağıda, Kökşetau şəhərinin şimal-qərbində yerləşir. Göl ortalama 14 km² əraziyə və 2,0–3,0 m dərinliyə sahibdir. Ümumi su toplayıcı sahəsi 3860 km² təşkil edir. Göl axarlıdır və qurumur. Cənub və qərb sahilləri hündürdür, şimal və şərq sahilləri isə alçaqdır. Hamar hissəni sıx kolluqlar basmışdır. Gölün səthi isə təmizdir. Ancaq qərb və şimal hissələrdə qamışlıqlar vardır.
Kuremaa gölü
Kuremaa gölü (est. Kuremaa jär) — Estoniyanın şərqində yerləşən kiçik göl. Göl düzənlik ərazidə yerləşir. İnzibati baxımından Estoniyanın Yıgevamaa vilayətinə daxildir. Estoniyanın orta ölçülü göllərindəndir. Vilayətin mərkəzi olan Yıgevamaa şəhərindən şərqdədir. Tıstamaa volosu, Enkkyula kəndinin ərazisində daxildir. Gölün sahəsi 398,4 ha-dır. Bu göstəriciyə görə Estoniyanın 10 ən iri göllərindən biridir. Yıgevamaa vilayətinə daxil olan Çud və Saadyarv göllərindən sonra sahəsinə görə 3-cü ən böyük göldür.
Kurilskoe gölü
Kurilskoe gölü — Kamçatka yarımadasının cənubunda, Cənubi Kamçatski yasaqlığı ərazisində mövcud olan krater mənşəlli göl. İnzibati cəhətdən Rusiya Federasiyası Kamçatka diyarı Ust-Bolşereskom rayonu ərazisində yerləşir. == Adı == Bu ad təqribən 1711-ci ildə İvan Kozırevski tərəfindən o zamanlar göl ətrafında yaşayan Kuril adlı aynu qəbiləsi şərəfinə verilmişdir. Stepan Kraşeninnikov «Kamçatkanın təhlükəli torpaqları» kitabında gölün adını Ksuy və ya Ksuay olaraq göstərir. == Tarixi məlumat == Gölün ilk təsvirini Qeorq Steller 1740-cı ildə vermişdir. 1908 və 1909-cu illərdə Fyodor Ryabuşkinin ekspedisiyası göldə bir sıra araşdırmalar aparmışdır. == Təsviri == Kamçatkanın sahəsinə görə 3-cü ən böyük gölüdür və 77 km² sahəni əhatə edir. Gölün orta dərinliyi 195 m, maksimal dərinliyi 316 m təşkil edir. Əsasən qar və yağış suları ilə qidalanır. Suyunun səviyyəsi 1,3 m (maklsimal səviyyə may-iyun, ən aşağı səviyyə isə aprel) olaraq dəyişə bilir.
Kurort gölü
Kurort və ya Dördüncü göl — Kabara-Balkariya Respublikasında, Nalçik şəhərində süni göl. XX əsrin ortalarında Nalçik şəhər parkında süni olaraq yaradılan dört göldən dördüncüsü.. == Coğrafi mövqeyi == Kurort gölü Nalçik şəhərinin cənub hissəsində, Dolinsk kurort rayonu ərazisində yerləşir. Gölün dəniz səviyyəsindən hündürlüyü 577 metrdir. Göl cənubdan və şərqdən Meşəli silsiləsi ilə əhatələnib. == Xarakteriskası == Kurort gölü 1960-cı ildə süni şəkildə yaradılıb. Göl ümumən Böyük Kizilovka dağının şimal ətəklərində yerləşir. Göl Nalçik dağ çayının suyu ilə doldurulur. Çayın gölün cənub-şərqindən axır. Gölün maksimal dərinliyi ilin fəsillərindən asılı olaraq dəyişilir.
Kuyucuk gölü
Kuyucuk gölü (türk. Kuyucuk Gölü) ― Türkiyənin Şərqi Anadolu regionundakı Qars ilində, Arpaçay ilçəsində yerləşən kiçik və dayaz göl. Gölün sahəsi 245 hektar, maksimum dərinliyi isə 13 metr (43 ft)-dir. Göl beynəlxalq səviyyədə tanınmış, ornitofaunası səbəbi ilə əhəmiyyətli Ramsar yeri və turizm vəhşi təbiət qoruğudur. == Flora == Göl 1,627 metr (5,338 ft) yüksəklikdə çöl və bataqlıq ekosistemlərinə sahibdir. Bataqlıq florasına su bitkiləri olan Phragmites australis və Juncus, çöl florasına isə lərgə (Vicia), yovşan (Artemisia ), dərman zəncirotu (Taraxacum officinale) və Trifolium hybridum kimi kol və ot bitkiləri daxildir. Ərazidə Türkiyə üçün endemik, dünya miqyasında isə təhlükə altında olan bitki növü, Elymus sosnowskyi yetişir. == Fauna == Ən azı 233 quş növü üçün sığınacaq rolu oynayan Kuyucuk gölünün 416 hektarlıq ərazisi 2009-cu ildə beynəlxalq əhəmiyyətli Ramsar yeri təyin olunmuşdur. Bura Türkiyədə on üçüncü və ölkənin şərqindəki ilk Ramsar yeridir. Göl köçəri quşların Afrika-Avrasiya marşrutunun üzərində olduğundan böyük ornitoloji əhəmiyyətə malikdir.
Kuş gölü
Kuş gölü — iri şirinsulu göl Türkiyənin qərbində qərarlaşır. İnzibati cəhətdən Balıkəsir ilinin Bandırma ilçəsi ərazisində yerləşir. Kiçik Asiya yarımadasının şimal-qərbində qərarlaşır. Göllə Bandırma şəhəri arasında məsafə 18 km-dir. == Coğrafiyası == Gölün su səthinin sahəsi 160–176 km², orta dərinliyi 1–2 metr arasında dəyişir. Maksimal dərinliyi 4 metrdir. Gölün su səviyyəsi mövsümlərə görə dəyişir. Yazın əvvəllərində gölün səviyyəsi kifayət qədər qalxır və ətraf sahillərini basır. Yay ayları isə istilərlə əlaqədar səviyyəsi kifayət qədər azalır. Gölün nörmal səviyyəsi 16.800 hektardır.
Kuşşaro gölü
Kuşşaro gölü (屈斜路湖, Kussharo-ko) – Yaponiyanın Hokkaydo prefekturasının şərqində, Akan Milli Parkında yerləşən kaldera gölü. Hokkaydoda yerləşən bir çox toponim kimi bu gölün də adı Aynu dilindəndir. Səthinin sahəsinə görə Yaponiyanın ən böyük kaldera gölü, ümumilikdə isə 6-cı ən böyük gölüdür. Həmçinin Yaponiyada qışda tamamilə buz bağlayan ən böyük göldür. == Haqqında == Gölün ortasında yerləşən Nakacima adası (Toya gölündə yerləşən eyniadlı ada ilə qarışdırmamalı) qarışıq vulkandır. Vulkan qazları gölün suyunun turşumasına səbəb olur, buna görə də gölə çay tökülən hissələr istisna olmaqla göldə çox az balıq növü yaşayır. Turşuluğa davamlı olan al-əlvan qızılxallı süni şəkildə gölə buraxılıb. 1951-ci ildə göldə nadir sikada növü (Oncotympana maculaticollis) kəşf edilmişdir və hökumət tərəfindən mühafizə olunur. Göl həmçinin harayçı qu quşlarının miqrasiya yolunun üzərində yerləşir. Gölün sahilində bir neçə isti bulaq yerləşir.
Kvedi gölü
Kvedi gölü (gürc. ქვედის ტბა, oset. Къозы цад)-Cənubi Osetiyanın dağ gölüdür . Ölkənin sahəsinə görə üçüncü ən böyük gölü hesab edilir. Sahəsi 0,09 km², dəniz səviyyəsind\n hündürlüyü isə 1567 m-dir. == Coğrafiyası == Sürüşmə zamanı, sürüşmə məhsullarının çayın qabağını kəsərək yaranmışdır. Əsas çay Kvedik, yeganə tökülən çay isə Quedruladır (Rioni çayı hövzəsi, Codcorı qolu). Göl sıx meşə ilə örtülmüşdür. Qərbdən iynəyarpaqlı, şərqdən isə enliyarpaqlı meşə ilə əhatə olunubdur. Gölün şimalı dərələr və qrunt yol, cənub hissəsindən isə dağ silsiləsi keçir.
Kömüratan gölü
Kömüratan gölü — Azərbaycanda, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən göl. Göl Kömüratan dağının cənubunda yerləşir. Sovetlər dönəmində təsərrüfat məqsədli istifadə olunmuşdur. Bakı-Quba magistral yolundan bir necə yüz metr aralıdadır. Suyu az duzlu olması ilə seçilir. Gölün cənub, cənub-şərqi dayaz, mərkəz və şimal-qərbə doğru isə dərindir. Eni 450 m, uzunluğu isə 650 m təşkil edir. Sahəsi mövsümdən asılı olaraq dəyişir. Əsasən yağıntılarla qidalansa da, gölə cənub istiqamətdən gölməçə və çirkab sularından ibarət az miqdarda mənbə axır. Ətrafı zolaq şəklində yayılmış yulğun kolları ilə örtülmüşdür.
Köyçəqız gölü
Köyçəqız gölü (türk. Köyceğiz Gölü) — Türkiyənin Muğla ili ərazisində yerləşən göl. Gölün sahəsi 5200 ha-dır. Eyni adlı şəhərin şimal sahillərinə yaxın ərazidə qərarlaşır. Türkiyənin sahil ərazisinə yaxın yerləşən ən böyük göldür. Gölü Aralıq dənizi ilə dar və ensiz olan «Dalyan» adlı bir axar birləşdirir. Kanalın keçdiyi ərazidə eyni adlı bir qəsəbə və bir tarixi şəhərin qalıqları vardır (Kaunos). Kanal İztuzu tısbağalar sahili ərazisindən dənizə qovuşur. Kanal 1,5 metr dərinliyə sahibdir. Gölün yerləşdiyi ərazi əsrarəngiz görkəmə sahib olmasından turistləri bura cəlb edir.

Digər lüğətlərdə