1. İnsan və ya heyvan ayağından səth üzərində qalan nişanə; ləpir. Canavar izi. Qarın üstündə dovşan izi var.
– Talada quzu gördüm; Bir maral izi gördüm; Endim bulaq üstünə; Sevdiyim qızı gördüm. ( ).
Dəvə ləpirindən, ayaq izindən; Yolların sinəsi oyuq-oyuqdur.
Un ələnmiş kimi ağımtıl, sarı şoran torpağın üzərində təzəcə ceyran izləri aydın görünürdü.
// Bir şeyin hərəkətindən sonra səth üzərində qalan çuxurluq, xətt, şırım, əlamət və s. Maşın izi.
– Abşeron yarımcəzirəsinin dərya kənarında olan daşları üstə araba çərxlərinin izi görünməkdədir.
2. Hər hansı bir şeydən qalan və onun keçmiş varlığına şəhadət edən nişanə, əsər, qalıq, əsər-əlamət.
O gözdə incə bir sirr var, bilinməz; O necə baxışdır, izi silinməz.
…Qocalığın mənfur izlərini təşkil edən qırışıqları ən əla kirşanlar və boyalar örtə bilməsə də, şamların işığı lazımınca örtə bilər.
Daşlarda, qayalarda izi qaldı; Uzaqlaşan hər əsrin.
// Ümumiyyətlə, bir hadisənin, keyfiyyətin və s.-nin olmasına şəhadət edən hal, əlamət, nişanə, qalıq. Cinayətin izləri. Müharibənin izləri.
– Hüseynəli əminin söhbətləri mənə böyük bir xəyanətin izlərini nişan verirdi.
Xəlilin üzündəki təbəssüm izləri silinib getdi.
Analar mübariz sıraya dursun; Dünyadan qan izi kəsilsin deyə.
3. Yol.
[Hafizə xanım Qurbana:] Yolundan, izindən azma!
[İblis:] Hakim o sənin hissinə, idrakinə … əfsus! Ayrılsan izindən olur əğyar ilə mənus.
◊ İz açmaq, iz buraxmaq – 1) yeri qalmaq, özündən sonra əlaməti qalmaq. Amma o, yenə də daş kimi hərəkətsiz qaldı.
Birdən üçüncü qamçı alnında qara bir iz buraxdı.
Qan [Cavadın] keçə çəkməsindən axaraq qar üzərində iz buraxırdı.
Alnında izlər açdı əzabları xış kimi; İnlədi çöldə bitən yaralı qamış kimi. ;
2) dərin təsir etmək, dərin intiba buraxmaq.
[Yaralı zabit:] Hələ sən, ah, sən! Sənin kədərin; Məndə bir iz buraxdı xeyli dərin.
Qızla anası arasında olan bugünkü söhbət Dilbərin xatirində dərin iz buraxdı.
İz azdırmaq – 1) əsas məsələdən, mətləbdən, fikirdən yayındırmaq, uzaqlaşdırmaq.
Qorxmazın izahatından sonra Saleh öz-özünə bu cür nəticə çıxartdı: – Əvvəlki suallar, nə təhər deyirlər, iz azdırmaq üçün imiş, əsil mətləb axırıncısıdır? ;
2) bax iz itirmək.
İz itirmək, izi itirmək – bir cinayətin, hadisənin, işin üstü açılmamaq üçün əlamət və nişanələrini yox etmək, ört-basdır eləmək, gizlətmək.
Buna görə də əhali öz qorxusundan küçədəki meyitləri toplayıb quyulara tökməklə izi itirmək istəmişlər.
İz izləmək – izini axtarmaq.
Çıxım gədiklərdən, izin izləyim; Ucalardan alçaqları gözləyim. “ ”.
İzə düşmək – yoluna düşmək, yolunu tapmaq.
Çıxıbdır düzə ceyran; Düşübdür izə ceyran; Çox tərlan ovlamışam; Görünmür gözə ceyran. ( ).
İzi itirilmək – yox edilmək, məhv edilmək, əlli-ayaqlı itirilmək.
Camaatın halına ağlayan, onun dərdinə dərman axtaranların nəsli kəsilir, izi itirilirdi.
İzinə düşmək – bir şeyin olduğu yeri öyrənib bilmək, bir şeyin bu və ya digər yerdə olduğunu təsdiq edən məlumat əldə edərək, onun dalısınca getmək.
Müqim bəy izinə düşdüyü işi açmamış, … heç zaman məsələni örtülü qoyub əl götürmək istəmirdi.
[Qurd Kərim:] Zindandan qaçmışam bu dağlara mən; İzimə düşərək tutdular məni.
[Ovçunu] [dağlara] aşağıdan qalın aran meşələrində izinə düşdüyü bir maral çəkib gətirmişdi.
İzini azdırmaq – bax iz azdırmaq. …Ola bilsin ki, … izləyən var.
Yəqin izini azdırmaq istəyir.
İzini itirmək – 1) bax izi itirmək;
2) qəsdən çaşdırmaq, sapdırmaq, izini azdırmaq.
İzini tutmaq – izi ilə getmək, təqib etmək.
[Pəridux xanım] atın ləpirinin izini tutub, birbaş gəlib çıxdı çarhovuzun qırağına. ( ).
Uşaqlar izi tutub getməyə başladılar.
Nə izi var, nə tozu – varlığına dəlalət edən heç bir əsər, heç bir əlamət, heç bir nişan yoxdur.