TOW

tow1

n 1. buraz, kəndir; tros; 2. yedəkləmə, yedəyə alma; 3. yedək gəmisi; 4. yedək karvanı / qafiləsi; 5. darama, daranma (kətan, yun vəs.); 6. kəpitkə, kilkə, lif;

◊ to take in ~ 1) yedəyə almaq; 2) hamiliyə götürmək, himayə etmək

tow2

v 1. dartmaq (yedəkdə); yedəyə almaq; A horse towed the canal boat At kanal qayığını yedəyə aldı; 2. yedəkləmək

TOUSLE
TOW-BOAT
OBASTAN VİKİ
BGM-71 TOW
BGM-71 TOW – ABŞ istehsalı, tank əleyhinə idarəolunan raket kompleksidir. Bu raketlər orduda olan özlərinə nisbətən daha kiçik SS.10 və ENTAC-ları əvəz etmək üçün istehsal olunub. Bu TƏİR həmçinin, gecə döyüşlərində istifadə olunan infra-qırmızı kamera ilə təchiz olunub. 1970-ci ildən istehsal olunmağa başlayan bu silah, hal-hazırda dünyada ən çox istifadə olunan tank əleyhinə raketlərdən biri hesab olunur. Silah hal-hazırda Raytheon şirkəti tərəfindən istehsal olunur. == Tarixi == 1963-1968-ci illər arasında Hughes Aircraft şirkəti həm qurudan, həm də havadan atıla biləcək XBGM-71A roketi üzərində işləyirdi. 1968-ci ildə tenderi qazanan Hughes şirkəti ilk istehsal olunan raketləri 1970-ci ildə ABŞ ordusuna təhvil verdi. 1972-ci ildə bu raket Şimali Vyetnam ordusunun hücumlarına cavab verən Cənubi Vyetnam ordusuna aid UH-1B helikopterlərinə yükləndi. TOW raketləri zaman keçdikcə daha da inkişaf etdirildi. İlk modernizasiya edilmiş TOW-2 modeli 1983, TOW-2A/B modeli 1987-ci ildən silahlanmaya qəbul olundu.
Amazon Tall Tower Observatory
Amazon Tall Tower Observatory (ing. Amazon Tall Tower Observatory - ATTO) — Cənubi Amerikanın ən yüksək qülləsi. Amazoniyanın keçilməz cəngəlliklərinin dərinliklərində yerləşir. Qülləyə ən yaxın şəhər Manausdur ki, oraya olan məsafə 170 kilometrdən artıqdır. Braziliya və Almaniyanın birgə layihəsi olan Amazoniya meşələri ilə atmosfer arasında qarşılıqlı təsiri araşdırmaq üçün tikilmişdir. Hündürlüyü 325 metrdir.
F&F Tower
F&F Tower və ya keçmiş adı ilə İnqilab qülləsi — Panamanın paytaxtı Panama şəhərində yerləşən ofis qülləsi. Tikintisi 2011-ci ildə başa çatdırılmışdır. Göydələn 2011-ci ilin top-10 göydələnindən biri seçilmiş, dizaynına və funksionallığına görə Emporis Göydələn Mükafatında 7-ci yerdə göstərilmişdir. Panama şəhərinin simvolik tikililərindən biridir. == Haqqında == Ümumi hündürlüyü 242,9 metrdir. Hündürlüyünə görə Panamada 9-cu, Latın Amerikasında 14-cü yerdədir. Tikintisi zamanı şüşə və gücləndirilmiş betondan istifadə edilmişdir.
First City Tower
First City Tower - ABŞ-nin Hyuston şəhərində yerləşən göydələn. Hündürlüyü 202 metrdir. Binada 49 mərtəbə var, tikintisi 1981-ci ildə bitmişdir. İndi bu bina hündürlüyünə görə şəhərdə 14-cü yeri tutur. Göydələn ofis sahələri ilə 120,000 m² yer tutur.
Flame Towers
Alov qüllələri (ing. Flame Towers) — Bakı şəhərində bina. Hündürlüyü 182 m-dir. Xarici görünüşü ilə bu tikinti alov dillərini xatırladır. == Layihə == Flame Towers — üç çoxmərtəbəli binalardan ibarət kompleksdir. Bura yataqxanalar, mənzillər və ofislər daxildir. Tikilinin ümumi sahəsi 235 min kv.metrdir. Binanın tikilişinə 2007-ci ilin oktyabr ayından başlanmışdı və bu işi Azərbaycan-Türk kompaniyası "DİA Holding" yerinə yetirmişdir. Binaların tikintisinin başa çatdırılması 2010-cu ilə planlaşdırılırdı. Amma əlverişsiz hava şəraitinə görə bu vaxt 2012-ci ilə qədər uzadıldı və məlumata görə 2013-cü ildə inşası başa çatmışdır.
Fulbright Tower
Fulbright Tower — Hyustonda yerləşən 52 mərtəbəli binadır.
Golden Eagle Tiandi Tower A
Golden Eagle Tiandi Tower A — Çinin Cianqsu vilayətinin Nankin şəhərində yerləşən göydələndir. Göydələnin hündürlüyü 368 m-ə bərabərdir. Binanın tikintisinəə 2013-ci ildə başlanılıb və 2018-cı ildə başa çatacağı gözlənilir.
Golden Eagle Tiandi Tower B
Golden Eagle Tiandi Tower B — Çinin Cianqsu vilayətinin Nankin şəhərində yerləşən göydələndir. Göydələnin hündürlüyü 328 m-ə bərabərdir. Binanın tikintisinəə 2013-ci ildə başlanılıb və 2018-cı ildə başa çatacağı gözlənilir.
JPMorgan Chase Tower
JPMorgan Chase Tower (azərb. JPMorgan Chase Qülləsi‎) — Hyustonda yerləşən 305 m hündürlüyü olan 75 mərtəbəli binadır. Qüllə Hyuston şəhərinin mərkəzində 1981-ci ildə tikilmişdir. Hündürlüyünə görə dünyada 48-ci yeri tutur.
KBR Tower
KBR Tower (əvvəl M. W. Kellogg Tower) - hündürlüyü 167.6 metr olan göydələnir. Texasın Hyuston şəhərində yerləşir, Cullen Center kompleksinin bir hissəsidir. 40 mərtəbəli tikintidə 97,339.0 m² ofis sahəsi var. Tikinti 1973-cü ildə başa çatmışdı.
Marathon Oil Tower
Marathon Oil Tower — Texas ştatının Hyuston şəhərində yerləşən göydələndir. Tikintinin hündürlüyü 171 metrdir, 41 mərtəbəsi var və 1981-ci ildə tikintisi başa çatmışdı.
MetLife Tower
Metropolitan Life Tower (Metropoliten Layf Tauer kimi oxunur; ing. The Metropolitan Life Insurance Company Tower və ya Metropolitan Life Tower və ya MetLife Tower) — Nyu-York şəhərində yerləşən göydələn, 1909-cu ildən 1913-cü ilə qədər şəhərin ən uca binası idi. 6 fevral 1978-ci ildə tikili ABŞ-nin tarixi yerlər reyestrinə əlavə olundu. Hündürlüyü 213 metrə bərabərdir və 50 mərtəbəyə malikdir. 1913-cü ildə Nyu-Yorkda 46 metrlik Vulvort Bildinq tikildi ki, bu da öz növbəsində hündürlüyə görə MetLife Tower-i 33 metr üstələdi. Metropolitan Life Tower üzərində 8 diametrlik 4 saat siferblatı yerləşdirilib, rəqəmlərin hündürlük ölçüsü 1,2 metrə bərabərdir. Dəqiqə əqrəbi 500 kq ağırlığındadır. 2002-ci ildə binaya mövsümə və əlamətdar hadisələrə görə işıqlandıran çıraqbanlıq sistemi inteqrasiya edildi. 2005-ci ilin mart ayında SL Green Realty Corp, qülləni yaşayış yerlərinə çevirmək niyyəti ilə satın aldı. 2007-ci ilin may ayında qüllə və ona aid hüquqlar 200 milyon dollara Africa Israel Investments şirkətinə satıldı.
Metropolitan Life Tower
Metropolitan Life Tower (Metropoliten Layf Tauer kimi oxunur; ing. The Metropolitan Life Insurance Company Tower və ya Metropolitan Life Tower və ya MetLife Tower) — Nyu-York şəhərində yerləşən göydələn, 1909-cu ildən 1913-cü ilə qədər şəhərin ən uca binası idi. 6 fevral 1978-ci ildə tikili ABŞ-nin tarixi yerlər reyestrinə əlavə olundu. Hündürlüyü 213 metrə bərabərdir və 50 mərtəbəyə malikdir. 1913-cü ildə Nyu-Yorkda 46 metrlik Vulvort Bildinq tikildi ki, bu da öz növbəsində hündürlüyə görə MetLife Tower-i 33 metr üstələdi. Metropolitan Life Tower üzərində 8 diametrlik 4 saat siferblatı yerləşdirilib, rəqəmlərin hündürlük ölçüsü 1,2 metrə bərabərdir. Dəqiqə əqrəbi 500 kq ağırlığındadır. 2002-ci ildə binaya mövsümə və əlamətdar hadisələrə görə işıqlandıran çıraqbanlıq sistemi inteqrasiya edildi. 2005-ci ilin mart ayında SL Green Realty Corp, qülləni yaşayış yerlərinə çevirmək niyyəti ilə satın aldı. 2007-ci ilin may ayında qüllə və ona aid hüquqlar 200 milyon dollara Africa Israel Investments şirkətinə satıldı.
Mode Gakuen Cocoon Tower
Mode Gakuen Cocoon Tower(Yapon:モード学園コクーンタワー, Mōdo gakuen kokūn tawā) — Tokio Xüsusi Rayon Şincuku Nishi-Şincuku Məhəlləsi ərazisində yerləşən bir göydələn. Göydələnin tikintisi 2008-ci ilin oktyabrında tamamlanmış, göydələnin hündürlüyü 204 metrdir.
Nanjing World Trade Center Tower 1
Nanjing World Trade Center Tower 1 — Çinin Cianqsu vilayətinin Nankin şəhərində yerləşən göydələndir. Göydələnin hündürlüyü 328 m-ə bərabərdir. Binanın tikintisinəə 2011-ci ildə başlanılıb və 2016-cı ildə başa çatdırılıb.
Port Baku Towers
Port Baku Towers — Bakıda, Neftçilər prospektində, dəniz limanının yanında yerləşən yüksək mərtəbəli ofis binası. Yüksək səviyyəli kompleksdə iki qüllə mövcuddur. Port Baku Residence və The Crescent Development Project ilə şəhərin mərkəzindən Sumqayıt şəhərinə köçürülmüş limanın torpaqları üçün nəzərdə tutulmuş ilk transformativ memarlıq obyektidir. Binada "A" sinif otaqları, ticarət zonaları, beynəlxalq SPA və səhiyyə mərkəzi, restoran və kafe var. 1200 avtomobil üçün park yeridə var.. 1-ci qüllə 2011-ci ildə, 2-ci qüllə isə 2022-ci ildə hazır olub. Binanın memarlıq üslubu müasirdir. Ən yüksək qüllə aşağı və yuxarı əsaslarla üçbucaqlı bir prizma formasında qurulmuşdur. Belə bir geometriya sayəsində, cənub qülləsi baxış bucağından asılı olaraq görünüşü bir çox istiqamətdə təqdim edir: şəhərin şərq və qərb hissələrindən düz düzbucaqlı kimi görünür, lakin şimaldan silindrik bir bina kimi görünür. Prizmanın kənarında tikinti yığıncağının lateral üzləri Bakının cənubundan görünür.
SM Town
SM Town (SMTOWN kimi stilləşdirilmiş) Cənubi Koreyanın SM Entertainment əyləncə şirkəti altında səsyazma sənətçiləri üçün musiqi kollektividir. SM Town sənətçiləri 2008-ci ildə "SM Town Live '08 Asiya turu"ndan bəri illik "SM Town Live" dünya turlarında çıxış ediblər. 2014-cü ildən etibarən "SM Town Live" konsert seriyası ümumi olaraq 1 milyondan çox tamaşaçını cəlb edib.
SOCAR Tower
SOCAR Tower — Bakı şəhəri, Heydər Əliyev prospektində yerləşən çoxmərtəbəli bina. 2010-cu ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakının Heydər Əliyev prospektində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yeni inzibati binasının təməlqoyma mərasimi keçirilib. ARDNŞ-nin müasir ofis binasının layihələndirilməsi ilə əlaqədar işlərə 2007-ci ildən başlanıb, bununla bağlı müsabiqə elan olunub, dünyanın, eləcə də Azərbaycanın bir sıra nüfuzlu şirkətlərinin təkliflərinə baxılıb. Müasirlik, funksional xüsusiyyətlərinin əlverişliliyi, paytaxtın arxitekturasına, habelə ARDNŞ-nin qoyduğu texniki şərtlərə uyğunluğu baxımından Cənubi Koreyanın "Heerim Architects & Planners Co. Ltd" şirkəti tərəfindən təqdim olunan "külək-alov" konsepsiyası daha cəlbedici hesab edilib. Layihələndirmə işlərinin həmin konsepsiya əsasında aparılması məqsədəuyğun sayılıb. 2007-ci ilin sentyabrında ARDNŞ ilə layihələndirmə müsabiqəsinin qalibi olan "Heerim Architects & Planners Co. Ltd" şirkəti arasında müvafiq müqavilə imzalanıb. 2010-cu ilin martında tikinti üzrə xidmətlərin göstərilməsi üçün açıq müsabiqə elan edilib və dünyanın səkkiz nüfuzlu tikinti şirkəti arasında Türkiyənin "TEKFEN İnşaat və Təchizat" şirkəti qalib gəlib və həmin şirkətlə ARDNŞ arasında müqavilə imzalanıb. Binanın inşasına müəllif nəzarətini və tikintinin idarəetmə işlərini "Heerim" şirkəti həyata keçirəcək.
SOFAZ Tower
SOFAZ tower (ARDNF qülləsi) — Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən çoxmərtəbəli binadır. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yeni inzibati binası olan bu göydələn yüksək beynəlxalq standartlara uyğun olan ən son texnoloji yenilikləri və Azərbaycanın 9 xalçaçılıq məktəbinin elementlərini özündə ehtiva edən unikal layihədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2009-cu il tarixli, 367s nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yeni inzibati binasının tikilməsi məqsədilə Nizami rayonu 6-cı Köndələn küçəsi 2 ünvanında 0,64 hektar torpaq ərazisi Fondun balansına verilmişdir. Həmin gündə prezident İlham Əliyev onun bünövrəsinin təntənəli qoyulması mərasimində iştirak etmişdir. 20 dekabr 2011-ci ildə N. V. Besix S. A. şirkət-inşaatçısı ilə tikintiyə dair ikitərəfli müqavilə imzalanmışdır. Bundan sonra SOFAZ Tower binasının tikintisinin aktiv mərhələsinə start verilmişdir. N. V. Besix S. A. şirkəti Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin razılığı əsasında "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə uyğun olaraq, təkliflər sorğusu metodu ilə satınalma müsabiqəsinin nəticəsində qalib gəlmiş və 20 dekabr 2011-ci il tarixində Dövlət Neft Fondu və Besix-Az Besix konsorsiumu arasında 84 916 000 avro məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır. Baş podratçı tərəfindən binanın tikintisinə yerli və xarici sub-podratçı şirkətlər cəlb edilmişdir. Binanın tikinti və dizayn işləri 5 il ərzində yekunlaşmışdır. Binanın tikinti layihəsi M. D. M MMC və Fransanın "İnter Art Etudes" şirkəti tərəfindən hazırlanmışdır.
Saint Luke's Tower
Saint Luke's Tower (yaponca: 聖路加タワー, Hepbörn: Sei Ruka Tawā) — Yaponiyanın Tokio prefekturasının Çüo rayonunda yerləşən göydələndir. Hündürlüyü 221 m, 51 mərtəbəli göydələnin tikintisi 1994-cü ildə başa çatıb. Credit Pricing Corporation Nippon MacDermid Co., Ltd. Sanki Engineering Co., Ltd. Sojitz Cosmetics Corporation UMG ABS, Ltd.
Sky Tower
Sky Tower (ing. Sky Tower) — Polşanın Vrotslav şəhərində yerləşən çoxfunksiyalı göydələn. 2015-ci ilin siyahıya alınmasınada tikili hündürlüyünə görə Vrotslav şəhərində birinci, Polşada üçüncü, Avropada isə 31-ci sıradadır. İlkin layihədə altı və ya hətta yeddi bina və maksimum hündürlüyü 258 metr (şpil ilə, 221 metr dama kimi) və 56 mərtəbədən ibarət bir kompleks iştirak etdi. Kompleksin tikintisinə 4 aprel 2008-ci il tarixində başlanıldı. Bina üç hissədən ibarətdir. Birinci binanın yerüstü üç və yeraltı bir, ikinci binanın isə 19 mərtəbəsi vardır. İkinci binada 11-ci mərtəbədən 18-ci mərtəbəyə qədər 52 yaşayış mənzili mövcuddur, qalan hissəsi ofislərdən ibarətdir. Üçüncü bina, 51 mərtəbədən ibarət kompleksdir, ofislər 1-dən 27-ci mərtəbəyə qədər, 28-dən 48-ə qədər 184 yaşayış mənzilləri mövcuddur. Tikintidə fasadın dekorasiyası üçün 30.000 ton möhkəmləndirici polad və 60.000 m² şüşə istifadə edilmişdir.
This Town Ain't Big Enough for Both of Us
This Town Ain't Big Enough for Both of Us (azərb. Bizim üçün bu şəhər kifayət qədər böyük deyil‎)— amerikalı Sparks rok-qrupun "Kimono My House" albomunun birinci mahnısıdır. 1974-ci ilin martında ("Barbecutie" ilə o biri tərəfində) sinql kimi buraxılmışdır. O, "UK Singles Chart"- da #2 (#5 — Hollandiya, #12 — Almaniya) yerə qalxmışdı və tarixdə qalan "öz dövrun ən orijinal sinqllardan biri" ləqəbi almışdı (Deyv Tompson, Allmusic).
Townsendia
Townsendia (lat. Townsendia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Trump Tower Baku
The Ritz-Carlton Baku – Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində yerləşən, 72 mənzil və 189 ayrı otel nömrəsindən ibarət çoxmərtəbəli bina. Hündürlüyü 130 metr olan bina 33 mərtəbədən ibarətdir. Azərbaycanın 10 ən yüksək binasından biri hesab olunur. İlk adı ilə Trump Tower Baku və ya sonrakı adı ilə Yelkən Hotel Tikintisinə 2008-ci ildə başlanılıb. 2009-cu ilin iyun ayında binanın bünövrəsi artıq tam hazır idi, həmin ilin iyulunda binanın birinci mərtəbəsinin tikintisinə başlanılıb. 2011-ci ilin sonuna kimi binanın beton karkası tikilmiş və eksteryerinin şüşələnməsinə başlanılmışdır. 2015-ci ildə fasadın bəzədilməsi üzrə bütün çöl işləri başa çatdırılmışdır. Binada 11 ədəd sürətli lift quraşdırılmışdır. Bina Bakıda, paytaxtın mərkəzi magistral yollarının kəsişməsində yerləşir (Heydər Əliyev prospekti, Babək prospekti, Yusif Səfərov küçəsi). Qüllədən 350 metr şimalda bu yaxınlarda tikilmiş Heydər Əliyev Mərkəzi yerləşir.
Williams Tower
Williams Tower (azərb. Uilyam Tauer‎) - Hyustonda yerləşən 275 m hündürlüyü olan binadır. Qüllə Hyuston şəhərinin mərkəzində 1983-cü ildə tikilmişdir. Dünyada hündürlüyünə görə 107-ci yeri tutur.
Trump Tower
Tramp Tauer (Tramp qülləsi, ing. Trump Tower) — Nyu-Yorkda yerləşən və hündürlüyü 202 metr olan 68 mərtəbəli göydələn. Beşinci prospektdə, 56-cı küçə ilə kəsişmədə yerləşir. Qarışıq formatda istifadə olunur (ofislər, mağazalar, otellər, lüks mənzillər). Göydələn Donald Tramp və Equitable Life Assurance Company tərəfindən tikilib. Tikintisi 30 noyabr 1983-cü ildə başa çatdırılmışdır. 2006-cı ildə Forbes jurnalı Trump Tower-i 318 milyon dollar dəyərində qiymətləndirdi . 16 iyun 2015-ci ildə Donald Tramp öz qülləsində prezidentlik yarışına qatılacağını elan etmişdir. 9 noyabr 2016-cı ildə Donald Tramp Trump Towerdə ABŞ-də keçirilən prezident seçkilərində qalib gəldiyini elan etmişdir. 2017-ci il yanvarın 11-də Tramp ABŞ-ın seçilmiş prezidenti kimi ilk mətbuat konfransını keçirib.